Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə17/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   13   14   15   16   17   18   19   20   ...   114

malik  olması  uzun  müddət  mübahisə  obyektinə  çevrilm işdir. 
Artıq  qeyd  etdiyimiz  kimi,  -k i  şəkilçili  ad  formaları  hal-ha­
zırda  da  gah  sözdüzəldici,  gah  da  sözdəyişdirici  form a hesab 
olunur1.
Türkologiya  tarixində  bəzi  fel  formaları  da  (ənənəvi 
qrammatika  kitablarında  təsriflənməyən  fel  formaları  kim i 
təqdim  olunan  formalar)  gah  leksik,  gah  qrammatik  kateqo­
riya hesab edilmiş*
 2,  fellərdə növ kateqoriyasının isə gah söz­
düzəldici3,  gah  sözdəyişdirici  kateqoriya  olduğunu  sübut  et­
məyə  cəhd  göstərilmiş,  gah da bu kateqoriyanın  sözdüzəltmə 
və  sözdəyişmə  çərçivəsinə  sığmadığı  etiraf olunmuş4,  bu  k i­
mi  formalar  üçün  formadüzəldici  şəkilçilər  modelinin  daha 
uyğun olduğu göstərilmişdir5.
Amma  slavyan  dilləri  üçün  xarakterik  olan  və  türk  dil­
lərinə  heç  bir  cəhəti  ilə,  ən başlıcası  isə  mahiyyəti  etibarı  ilə 
uyğun  gəlməyən  formadüzəldici  şəkilçilərin  qeyri-qənaət- 
bəxşliyi qeyd olunmuşdur6.
Verilən  təkliflər  və  aparılan  tədqiqatlar  problemi  həll 
etməsə  də,  istənilən  halda  problemin  mövcudluğunun  etirafı 
bu problemin  həllinə  doğru  atılan addım kimi  çox  dəyərlidir. 
Belə  ki,  bu  cür  axtarışlar  nəticəsində  bir  tərəfdən  “feli  sifət,
M  ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopsixoloji modeli
__________
'  H üseynzadə M .M ü asir A zərbaycan  d ili.M o rfo lo g iy a.lIl  h., B ak ı,  1983.
2 M irzəyev  H.  A zərb ay can   dilində fel.  B akı,  1986,  c.  221.
3  Б аскаков  Н .А .К атего р о и я  н акл о н ен и я  и  врем ен и   в  т ю р ск и х   язы ках. 
Воп­
росы  категорий времени и наклонения глагола в тюркских языках. 
Б аку, 
1968.
4
 C əfərov  С.  A zərb ay can   d ilində sö z y arad ıcılığ ı.  B akı,  1960,  c.27.
5С евр тян   Э .В .А ф ф и к сы   глаголооб разован и я  в  азерб ай д ж ан ском   язы ке,  М ., 
1962,  с.449.
6M irzəliy ev a  M .M ü asir  A zərbatcan  dilin d ə  felin  m əna  növləri  v ə  h əm hüdud 
kateq o riy alar. 
(Filologiya  elmləri  namizədi  alimlik dərəcəsi almaq  üçün  təqdim 
edilmiş dissertasiya).
  B a k ı,1976 s.  123-124.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 66
feli  bağlama və  məsdərlərin,  o  cümlədən felin məna növləri­
nin  sözdüzəltmə  və  sözdəyişmədən  fərqli  formalar  kimi  nə­
zərdən keçirilməsi”nə1  ehtiyac olduğu,  digər tərəfdən isə  “fe­
lin  növ  kateqoriyasının  sözdüzəltmə  və  sözdəyişmə  arasında 
orta vəziyyət tutan leksik-qrammatik kateqoriya olması”2  fik­
ri yaranmışdır.
Yeri gəlmişkən, bir məsələni də  qeyd etmək istəyirik ki, 
bəzən  elmi  yenilik  axtaran  tədqiqatçı  həmkarlarımız  artıq 
mövcud olan fikir və mülahizələrdən  fərqli fikirlər söyləmək, 
heç kimin toxunmadığı məsələlərə toxunmaqla,  həqiqətən də, 
elmə  böyük  dəyər  və  əhəmiyyət  kəsb  edən  yeniliklər  gətirir, 
yeni mövqe və istiqamətlər açırlar.
Bəzən  isə  bu  cür  axtarışların  pozitiv  nəticəsi  olmur, 
amma  bununla  belə,  bu  kimi  tədqiqatlar  nəticəsində  ən  azı 
gələcəkdə  tədqiqatçıların  eyni  yanlış yolla  getməsinin  qarşısı 
alınmış  olur.  Nəticələrin pozitiv  və  ya neqativ  olmasına  bax­
mayaraq  istənilən  halda  tədqiqatçının  əsas  vəzifəsi  “yenilik 
ovu”  deyil, bu və  ya digər prinsipial mövqedən  çıxış  etməklə 
mövcud faktı  araşdırmaqdır.  Əks halda,  sırf elmi mülahizələr 
və  fikirlərin yanlış-doğru cəhətlərini  araşdırmaqla əldə edilən 
nəticə  nə  qədər  elmi  və  düzgün  görünsə  də,  M.Mirzəliyeva- 
nın haqlı olaraq qeyd etdiyi  kimi3, heç bir praktik əhəmiyyətə 
malik olmur.
Aparılan  müşahidələr  göstərir  ki,  bəzən  situativ  xarak­
terli  nitqin  müvəqqəti,  keçici  ehtiyacları  ilə  bağlı  olaraq  ilkin
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
'О р у з б а ев а  Б .С л о во о б р азо ван и е  в киргизском   я зы к е,Ф р у н зе, 1964,  с. 15. 
^Х ари тон ов Л .Н .З ал о го вы е  ф орм ы   в якутском   язы к е,М .,Л .,1963  c .l 1 
3  Mirzəliyeva M.  Müasir Azərbatcan dilində  felin  məna növləri  və  həm- 
hüdud kateqoriyalar. 
F ilologiya  elm ləri nam izədi alim lik dərəcəsi alm aq 
üçün  təqdim   edilm iş  dissertasiya.
 
Bakı,  1976, s.  124.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 67


variantda  ad  və  ya hərəkət mənasına malik  olan  sözlər ikinci 
dəfə mücərrəd  əşya,  ismi  və  ya  feli  əlamət və  s.  kimi  təqdim 
olunur  ki,  buna  dilçilik  ədəbiyyatında  ikinci  təqdimat  və  ya 
reprezentasiya'  hadisəsi  deyilir.  İkinci  təqdim at  şəklində 
meydana çıxan epizodik xarakterli  formalar konkret nitq pro­
sesinin  situativ  ehtiyacı,  dilin  lakonikliyə  olan  meyli1
 2  və  nitq 
prosesində  ifadə  olunmuş  ümumi  mənanın  köməyi  ilə  yara­
nır.
Çox  vaxt  kommunikant  nitq  prosesində  istifadə  etdiyi 
elementlərdən  birini  və  ya  bir  neçəsini  xüsusi  olaraq  nəzərə 
çatdırmaq  məqsədilə  məntiqi  vurğudan,  intonasiyadan,  sin- 
taktik  söz  sırasından,  üslubi  məqamlardan  və  xüsusi  forma­
lardan istifadə edir.
Nitqdə  istifadə edilən elementlərdən birini  və ya bir ne­
çəsini  xüsusi  olaraq  nəzərə  çatdırmaq  üsullarından  biri  də, 
digər  elementlərin  məna  yükünü  azaltmaq,  yəni,  onları  mü­
cərrədləşdirməkdir.  Belə  ki,  mücərrədləşdirilmiş  elementlər 
fonunda  ilkin  mənası  ilə  işlənən  elementlər  daha  qabarıq  şə­
kildə nəzərə çarpır, məsələn:
Qabaqda bir oğlan qaçır,  o qonşumdur.
Qaçan oğlan qonşumdur.
Qabaqdakı oğlan qonşumdur.
Qaçan qonşumdur.
Qabaqdakı qonşumdur.
Nümunələrdən  də  göründüyü  kimi,  birinci  cümlədə  iki 
sintaqmatik  mərkəz  vasitəsilə  ifadə  olunmuş  və  danışan  şəxs
Mayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
___________________
mexanizminin linqvopsixoloji modeli
__________
1 Гузев  В .Г.  О ч ерки  п о теории т ю р кск о го   словои зм ен ени я:  Глагол  (на м ат е ­
риале  староан атоли й ского язы ка).  Л ен и н град ,  1990,  с.  104.
2  Bu  h aq d a  bax:  В ели ев  К .Н .А ф ф иксы   -кы  в  азерб ай дж анском   языке. 
ЛКД, 
Баку,  1974,  с.  19-20
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 68
üçün,  demək  olar  ki,  eyni  dərəcədə  əhəmiyyət  daşıyan  iki  fi­
kir  (cümlə)  vardır.  Eyni  sözləri  ikinci  və üçüncü cümlədə  bir 
sintaqmatik mərkəz ətrafında cəmlənmiş  həmin İki fikrin sin­
tezi  haqqında  (Qaçan  oğlan  qonşumdur;  Qabaqdakı  oğlan 
qonşumdur)  demək  çətindir.  Çünki  bu  dəyişiklik  nəticəsində 
meydana çıxan  məna fərqi  onu göstərir ki,  danışan şəxs üçün 
birinci  cümlədə  ikinci  sintaqmatik  mərkəz  vasitəsilə  ifadə 
olunmuş  fikir (o,  qonşumdur)  birinci  sintaqmatik  mərkəz  va­
sitəsilə ifadə olunmuş fikirdən (Qabaqda bir oğlan qaçır) da­
ha vacibdir.  Yəni,  birinci  sintaqmatik mərkəz vasitəsilə ifadə 
olunmuş  fikir danışan  şəxsi  yalnız  yerləşdiyi  yerə  və ya  gör­
düyü  işə  görə  digər  şəxslərdən  fərqlənən  subyekt  və  ya  şəxs 
kimi  maraqlandırır.  Buna görə də həmin  şəxsin gördüyü iş və 
ya  yerləşdiyi  yer  ismi  əlamət  anlayışı  yaradan  okkazional 
forma ilə ifadə olunur.
Bir  haşiyə  çıxaraq  qeyd  edək  ki,  nitq  prosesində  əvəz­
likdən  istifadə,  ümumiləşdirmə,  mücərrədləşdirmə  və  lako- 
nikliyin  ən yüksək  həddidir.  Əslində birinci  cümlədə  danışan 
şəxs üçün əsas fikir ikinci  sintaqmatik mərkəz vasitəsilə ifadə 
olunmuş  (o,  qonşumdur)  fikirdir.  Birinci  sintaqmatik  mərkəz 
vasitəsilə  ifadə  olunmuş  fikir  (Qabaqda  bir  oğlan  qaçır)  isə, 
danışan  şəxsi  yalnız  əsas  fikrin  subyektini  yerləşdiyi  yerə  və 
ya  gördüyü  işə  görə  digər  şəxslərdən  fərqləndirərək  dinləyən 
şəxsin diqqətinə çatdırmaq məqsədi daşıyır.
Əgər  söhbətin  kimdən  getdiyi  dinləyən  şəxsə  əvvəldən 
məlum  olsaydı,  yəni,  dinləyən  şəxs  həmin  oğlanı  özü  müşa­
hidə  edib,  “O,  kimdir?”  -  deyə  soruşsaydı  və  ya  “Bir  ona 
bax”  desəydi,  o  halda  danışan  şəxs  “Qabaqda  bir  oğlan  qa­
çır,  o  qonşumdur”  cümləsinin  əvəzinə  sadəcə  “(9,  qonşum­
dur” deyərdi.
AMEA Nəsimi adma Dilçilik İnstitutunun tiirk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 69


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə