Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə20/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

artıq  söz  formaları  arasındakı  əlaqə  və  münasibətləri  əks  et­
dirən  formalar,  yəni,  polifunksional  qrammatik  formalardan 
da  istifadə  olunmuş,  daha  sonrakı  mərhələlərdə  polifunksio­
nal  formalar da  diferensiallaşmış  və  yuxarıda  verdiyim iz nü­
munə təxminən bu şəklə düşmüşdür:  “Mən heyvam qovuram, 
sən  oxla  vurursan,  sən  daşla vurursan,  sən  tutursan...”.  Bura­
da qrammatik formaların yaranması ilə yanaşı, diqqəti  cüm lə­
nin quruluşunda baş verən dəyişkənliklərə yönəltmək də yeri­
nə düşər.  “Sadə cümlələr tarixin ən qədim  dövrlərində yaran­
mış,  zaman keçdikcə  inkişaf edərək mürəkkəbləşmiş,  təkm il­
ləşmişdir  ...mürəkkəb cümlənin inkişafında birinci mərhələni 
labesiz  mürəkkəb  cümlə  təşkil  edir,  ...  tabeli  mürəkkəb  cüm ­
lələr ədəbi yazı  dilinin inkişaf etdiyi  dövrdə m eydana gəlmiş­
dir” 1.
Göründüyü  kimi,  diaxron  aspektdə  aparılan  çoxsaylı 
tədqiqat  əsərlərinə  istinad  etmədən,  yalnız  məntiqi  analizlərə 
əsaslanmaqla  da  dil  və  nitqin  leksik,  polifunksional  leksik- 
qrammatik,  polifunksional  qrammatik,  diferensial  qrammatik 
formalar  xətti  ilə  inkişaf edərək  zənginləşməsi  sxemini  bərpa 
etmək mümkündür.
Ümumi  cümlə  strukturunda  baş  verən  dəyişmələr,  mo- 
dallıq və predikativliyin  yenidən təşkili,  ilkin predikativ m ər­
kəzlərdən  bəzilərinin  zəifləyərək  ikinci  dərəcəli  mərkəzlərə 
çevrilməsi və ya ümumi  cümlə strukturuna ikinci dərəcəli  ye­
ni  predikativ  mərkəzlər  daxil  etməklə  onların  genişləndiril­
məsi,  eləcə də  cümlə predikativliyinin intonasiya və digər fo- 
netik  vasitələrin  köməyi  ilə  yaradılması  qrammatik  forma­
ların,  yəni,  sintaktik və  fonetik-sintaktik  səviyyəli  qrammatik
M  ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
_______  
mexanizminin linqvopsixoloji modeli
 
_____
1 Mirzəzadə H. Azərbaycan dilinin tarixi sintaksisi. Bakı,“M aarif’,1968.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  78
formaların əmələgəlmə yollarmdandır.  Əslində bu kimi halla­
rın  mövcudluğu  nitq  söyləminin  yaranmasındakı  evristikliyi 
bir  daha təsdiq  edən  faktlardır ki,  bu  haqda nitqin  yaranması 
və  mənimsənilməsi  mexanizmini  şərh  edərkən  danışmaq  da­
ha  doğru  olacaqdır.  Verilən  nümunələr  əsasında  bu  zəncirin 
son həlqəsini təşkil edən qrammatik formaların ilkin yaranma 
sxemini çox ümumi  şəkildə də olsa,  bərpa olunmuş hesab edə 
bilərik.  Bununla  belə,  qrammatik  formaların  psixolinqvistik 
analizinə  keçməmişdən  əvvəl  daha  bir  neçə  məsələni  də  nə­
zərə  almaq  lazımdır.  Birincisi,  istər  aqlyutinativ,  istərsə  də 
flektiv  dillərdə  minlərlə  dil  struktur  vahidi  ilə  təmsil  olunan 
qrammatik  formaların hər  birinin ilkin yaranma  sxemini  bər­
pa  etmək  heç  də  asan  deyil.  Qədim  və  ən  qədim  dövrlərdə 
baş  vermiş  dəyişkənlikləri  dəqiqliklə  əks  etdirə  biləcək  heç 
bir  mənbə  yoxdur.  Digər  tərəfdən,  əksər  dəyişkənlik  və  çev­
rilmələr  yazıya  qədərki  dövrlərdə baş  vermişdir və  bu səbəb­
dən belə mənbələrin olması  ehtimalı belə yoxdur.
İkincisi,  ilkin  yaranma  sxemi  bərpa  olunan  qrammatik 
formaların  gerçəklik  elementinin  real  obrazına  ekvivalent 
olan həm birinci,  həm də  ikinci  intellekt obrazında elə böyük 
dəyişkənlik,  çevrilmə  və yeniləşmələr baş vermişdir ki,  onla­
rın  ilkin variantda dərk olunmuş obrazları  ilə hal-hazırda ma­
lik  olduqları  obrazlar  arasında  uzaq  bənzərlikdən  başqa  heç 
bir eyniyyət yoxdur və ola da bilməz.  Əks halda,  onlar qram- 
matıkləşə bilməzdilər.
Amma  bütün  bunlara  baxmayaraq,  qrammatik  formalar 
dil  struktur vahidləri  kimi  mövcuddur  və  nitq  prosesində  on­
lardan  aktiv  şəkildə  istifadə  olunur.  Bu  gün  istifadə  olunan 
qrammatik formaların  ilkin  əmələ  gəlmiş  olduqları  leksik  (və 
ya leksik-qrammatik) formaların birinci və ikinci  intellekt ob­
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  79


razları  ilə  birbaşa  bağlılığı  yoxdur  və  qrammatik  formaların 
dərk  olunması  müstəqil  şəkildə  baş  verir.  Burada  L.V.Şerba- 
nın  bir  mülahizəsini  yada  salmaq yerinə  düşər:  “Qrammatika 
nitq  fəaliyyəti  ilə  bağlı qaydalar toplusudur  ...və  danışan şəxs 
ifadə  etmək  istədiyi  fikrə  uyğun  deyimlər  formalaşdırarkən 
ona  əsaslanır.  Əgər  bizim  linqvistik  təcrübəmiz  qrammatika 
adlandırdığımız  sistem  şəklində  formalaşmış  olmasaydı,  eşit­
diklərini  təkrarlayan  və  başa  düşən  tutuquşundan  bizim  heç 
bir  fərqimiz  olmazdı'.Yuxarıda  leksik  formaların  müstəqil 
şəkildə  mövcud  olan  tam  müstəqil  birinci  və  ikinci  intellekt 
obrazlarının,  leksik-qrammatik formaların okkazional  şəkildə 
meydana  çıxan,  bu  ehtiyac  ödənildikdən  sonra  yox  olan 
birinci  intellekt obrazının olduğunu  gördük.  İndi  də  dərketmə 
prosesində  qrammatik  formalarla  bağlı  yaranan  birinci  və 
ikinci  intellekt  obrazlarının  yaranma  və  mənimsənilmə  me­
xanizmini  izləməyə çalışaq.
İlk  növbədə  onu qeyd  edək  ki,  digər dil  struktur  vahid­
ləri  kimi  qrammatik,  o cümlədən  leksik-qrammatik formalara 
və kateqoriyalara aid olan bütün şəkilçi variantları  da ayrı-ay­
rı  olmaqla dərk edilmişdir.
Yəni,  qrammatik forma olan  şəxs kateqoriyasının bütün 
şəkilçiləri,  o  cümlədən birinci  şəxs  üzrə  -ım ,-m ,  -ımız4,-mız4', 
ikinci  şəxs  üzrə  -m 4,-n,-mız4,-nız4,  üçüncü  şəxs  üzrə  -ı4,-sı4,- 
la r f  şəkilçiləri,  və  yaxud  da,  leksik-qrammatik  forma  olan 
substantiv fel  formalarının -maq2,-ma  şəkilçiləri  və  s.  müstə­
qil  gerçəklik  elementləri  kimi  dərk  edilərək  ikinci  intellekt 
obrazı  şəklində yaddaşımıza həkk  olunmuşdur.  Əks halda, bu 
və  ya  digər  sözə  lazım  gələn  şəkilçi  variantını  düzgün  artıra
M ayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
__________________
mexanizminin linqvopsixoloji modeli
Щерба Л.В.Языковая система и речевая деятельность.  Ленинград.,  1974, с.47-48.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 80
bilməzdik.
Deməli,  baş  beynimizdə müstəqil  dil  struktur vahidi  ki­
mi  gerçəklik  elementi  mahiyyəti  daşıyan  hər  bir  şəkilçi  va­
riantının  dərk  olunması  nəticəsində  yaranmış  ikinci  intellekt 
obrazı mövcuddur.
Artıq  yuxarıda  qeyd  etdik  ki,  dilin  ilkin  təşəkkülü pro­
sesində  qrammatik  və  leksik-qrammatik  formalar  leksik  for­
malardan  yaransa da,  onların birinci  və ikinci  intellekt obraz­
larında ümumi bənzərlikdən başqa heç bir eyniyyət yoxdur.
Burada haqqında danışılan mənsubiyyət  şəkilçiləri,  elə­
cə  də  ismi  və  feli  xəbər  formaları  ilə  işlənən  şəxs  sonluqları 
və  tarixən  onların  əmələ  gəlmiş  olduğu  şəxs  əvəzlikləri  ara­
sında  ikinci  intellekt  obrazları  baxımından  müəyyən  bənzər­
liklər vardır.  Bu  bənzərliyin  özü  belə  yalnız  dilçilərin  müşa­
hidə edə biləcəyi  bir bənzərlikdir.  Bu və ya digər dillərdə da­
nışan  milyonlarla  insanlar,  yəni,  həmin  dillərdəki  bu  və  ya 
digər qrammatik  və  ya  leksik-qrammatı'k  formaları  dərk  edib 
onlardan  öz  nitqində  aktiv  şəkildə  istifadə  edənlər  isə,  yalnız 
dilçilər deyildir.
Bundan  başqa  bəzi  qrammatik  və  ya  leksik-qrammatik 
formaların tarixən  əmələ  gəlmiş olduğu leksik  formalar nəin­
ki  digər  şəxslərə,  hətta  bəzən  dilçilərə  də  məlum  olmur.  Mə­
sələn,  isimlərdə  hal  şəkilçilərinin,  sifətlərdə  dərəcə  şəkilçilə­
rinin,  fellərdə  xəbər forması  yaradan  müxtəlif şəkilçilərin  ta­
rixən  əmələ  gəlmiş  olduğu  leksik  vahidləri  müəyyənləşdir­
mək heç də asan deyildir.
Aparılan  eksperimentlər  sübut  edir  ki,  ismi  sifətdən, 
zərfi  saydan  ayırmağı  bacarmayan,  tamamlıqla  təyinin  adını 
isə  bir  vaxtlar  eşitmiş  olduğunu  böyük  çətinliklə  yada  salan 
dil  daşıyıcıları,  eləcə  də  dilçiliklə  bağlı  oxuduğu  “ən  böyük
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 81


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə