Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə26/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   22   23   24   25   26   27   28   29   ...   114

59.  Чесноков П.В. Основные единицы языка и мышления. 
Ростов,  1966.
60.  Чикобава А.С. К вопросу о взаимоотношении мышления 
и речи в связи с ролью коммуникативной функции,
“Язык и мышление ”, М.1967.
61.  Шафф А. Введение в семантику, М.,  1963, 382 с.
62.  Щерба Л.В.Языковая система и речевая деятельность. 
Ленинград. Наука,  1974, 428 с.
Mayıl В.  ƏSGƏROV.Söz və formaların yaranma və mənimsənilmə
__________________
mexanizminin linqvopsixoloji modeli
_________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə  102
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild, Bakı,  2012
Şəkər Əbdülkərim qızı ORUCOVA
filo lo g iya  üzrə fəlsəfə doktoru,  dosent
QIPÇAQ QRUPU TÜRK DİLLƏRİNDƏ 
E T N O N İ M L Ə R
E
tnik proseslərin inkişafının müasir dövrdəki vəziy­
yətinin  dərindən  öyrənilməsi  bütün  dünya  dilçili­
yində  olduğu  kimi  türkologiyada,  o  cümlədən 
Azərbaycan dilçiliyində də geniş vüsət almağa başlamışdır. 
Buna  görə  də  bir  çox  dünya  xalqları  arasında  etnik  müna­
sibətlərin  aydınlaşdırılması  təkcə  etnoqrafiya və  etnososio- 
logiya  elmlərinin  deyil,  etnolinqvistikanın  da  qarşıya  qoy­
duğu  vacib  məsələlərdəndir.  Ayn-ayrı  zaman  kəsiklərində 
görkəmli  dilçilərin  etnolinqvistikaya həsr  etdikləri  çoxsaylı 
əsərlərdən də görünür ki, müasir etnik proseslərin müstəqil­
lik  şəraitində  də  öyrənilməsi  (proqnozlaşdırılması),  müxtə­
lif xalqların tarixi-genetik baxımdan bir-birinə  yaxınlaşma­
larının  izlənilməsi  və  etnosların  mədəni  inkişafının  daha 
dərindən  təhlili  zəruridir.  Bu  baxımdan  qıpçaq  qrupu  türk 
dillərində,  eləcə  də  Azərbaycan  dilçiliyində  də  etnonimlə­
rin  müqayisəli  şəkildə  araşdırılaraq üzə  çıxarılması  və  təd­
qiqi  çox  məqsədəuyğundur.  Çünki  türkdilli  xalqların  etno- 
genezinin araşdırılması,  etnonimlərin üzə  çıxarılaraq  dərin­
dən  öyrənilməsi  türkologiyada mühüm  yer  tutur və  bu  mə­
sələ  bu gün də öz həllini gözləyən aktual  problemlərdəndir. 
Təəssüflə qeyd edilməlidir ki, türkologiyada sırf etnonimlə­
rə həsr olunan əsərlər çox azdır.
XX  əsrin  son  onilliyində  V.U.Maxpirov  yazırdı: 
“Türkoloji  tədqiqatlarda  xalqların  tarixi  kökləri,  etnogene-
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 103


zinin araşdırılması mühüm yerlərdən  birini  tutur və  bu mə­
sələ türkologiyada bu gün də öz həllini  gözləyir”. 1  Təəssüf­
lə  qeyd  etmək  istərdik  ki,  D.Aytmuratov*
 2,  M.Zəkiyevin3 
əsərləri  istisna olunmaqla,  demək  olar ki,  türkologiyada bu 
barədə  müqayisəli  tədqiqat  yox  dərəcəsindədir.  Doğrudur, 
türk etnonimiyasının  bəzi  məsələləri N.A.Nikonovun4,  A.İ. 
Popovun5  tədqiqatlarında  öz  əksini  tapsa  da,  bunu  ümumi 
türkologiya üçün qənaətbəxş hesab  etmək,  fikrimizcə,  doğ­
ru olmaz.  A.N.Baskakov yazır:...türk etnonimlərinin etimo­
logiyasının  araşdırılaraq  dəqiq  elmi  nəticələrin  əldə  olun­
ması türkologiyanın ən çətin və aktual problemlərindən biri 
olaraq hələ də qalmaqdadır”.6
Dünyada gedən  etnik proseslərin  öyrənilməsi  və  bun­
lara  aid  dolğun məlumatların  əldə  edilməsi  üçün  etnosların 
bugünkü  vəziyyəti  ilə  yanaşı,  onların  mənşəyinin  tarixini 
də  bilmək  çox  vacib  məsələlərdəndir.7  Türk  xalqlarının  ta­
rixi  keçmişi,  ayrı-ayrı  tarixi  dövrlərdə  türkdilli  xalqların 
həyatında  baş  verən  demoqrafik  dəyişikliklər,  o  cümlədən 
zorakı  köçürmələr,  işğal  olunmuş  türk  torpaqlarında  baş 
vermiş  etnodemoqrafık proseslər  kimi  bir sıra konkret  mə­
sələlər  barədə  beynəlxalq  siyasi  aləmdə  çevik  informasiya 
yayımına nail olmaqda, eləcə də müstəqillik qazanmış türk­
dilli  respublikaların  qədim  və  zəngin  etnolinqvistik  tarixi­
nin  elmi  əsaslarla  tədqiq  edilməsində  etnonimlərin  öyrənil­
_____
Şəkər OR UCOVA. Qıpçaq qrupu türk dillərində etnonimlər
'  В .У .М ахп и ров.  Д ревнетю ркская  этнони м ия.  Л лм а-А та,  1990,  c .l.
2 Д .  А й тм уратов.  Т ю ркские этноним ы .  М .,1986.
М .Закиев.Т1рк1-татар этн оген езы (Э тн оген ез тю рко-татар).М .,  1998,
4 Б .А .Н и кон ов.Э тн он и м и я.  М .,1970.
5  А .И .П опов.  Н азвания  народов СС С Р.  Л ., 1973.
А .Н .Б аскаков.М одсли   тю ркски х  этнони м ов  и  их  тип ологи ческая  класси ­
ф и кация /  « О н ом асти ка В остока»,  М.,  1980,  с  199.
7А.С.Сумбатзаде. Азербайджанцы -  этногенез  и формирование народа.Баку,  1990.
Qıpçaq qrupu türk dilhrinin leksikası, səhifə  104
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, U l cild, Bakı, 2012
məsinin rolu əvəzolunmazdır.  O da inkaredilməz həqiqətdir 
ki, qeyd  olunan bütün bu məsələlər çox geniş olub, dilçilik, 
coğrafiya və tarixi əhatə etdiyindən bu sahədə biliklərin da­
ha da dərinləşdirilməsini tələb edir.
Etnonimlərin  araşdırılması  ilə  Azərbaycan  xalqının, 
eləcə  də  digər  türkdilli  xalqların  təşəkkül  mərhələləri  haq­
qında bir sıra mübahisəli  məsələlərə aydınlıq gətirmək olar. 
Çünki  bəzi  alimlər  Azərbaycanda  türklərin  görünməsini 
hunların  gəlişi  ilə  (b.e.əvvəl  I-V  əsrlər)  bağlayaraq  türk 
mənşəli  ümumxalq Azərbaycan dilinin təşəkkül  tarixini  III- 
V  əsrlərə  aid  edir.1  Q.Kazımov  N.Cəfərovun  Azərbaycan 
dilinin  təşəkkül  tarixi  fikri  ilə  razılaşaraq  2-3  əsr  müddə­
tində  gəlmə  türklərin  aborigenləri  türkləşdirərək  yeni  dil 
yarada  bilmələrini  və  bunun  sübutu  kimi  dildə  heç  bir 
substrat  elementinin  olmadığım  deyir.  O  bu  fikirdədir  ki, 
türk  mənşəli  Azərbaycan  dili  gəlmə  hun-qıpçaqların  məh­
sulu  olmayıb,  çox  qədimdən  bu  ərazidə  məskunlaşan  yerli 
türk tayfalarının  hesabmadır və hun-qıpçaqlar onlara bu  iş­
də ancaq və ancaq yardımçı olmuşlar.
Etno-mədəni  irsin  əsrlər  boyu  daşıyıcısı,yaradıcısı, 
özündən sonrakı  gələcək nəsillərə ötürücüsü “həyatın əşrəfi 
olan”  İNSAN  olmuşdur.  Obyektiv  mahiyyətli  insan təbiəti­
nin həm də bioloji  tərəfləri  mövcuddur.
Hər bir  insanın  geni  onun  daxili  və  xarici  xüsusiyyət­
lərinin  kompleks  şəkildə  müəyyən  daşıyıcısıdır.  Müşahidə­
lər göstərir ki,  coğrafi  və  tarixi amillərdən  asılı  olaraq ayrı- 
ayrı  etnik  qruplarda  göstərilən bu əlamətlər özünü müxtəlif 
tərzdə büruzə verir.
1 N.Cəfərov.  Azərbaycanşünaslığın  əsasları.  Bakı,  2005.
2 Q.Kazımov.  Azərbaycan  dilinin tarixi.  Bakı, 2003.___________________
Qıpçaq qrupu  türk dillərinin leksikası, səhifə 105


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə