Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu


Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə104/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   100   101   102   103   104   105   106   107   ...   114

Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
konversiya
___________ _______ ______________
İnsanlar sayar məni dəli deyə...
(Tatarca)  - Romaşkalar üsken dalada 
İske töşte berge caklarım 
Köte miken,  saguna miken dip 
Kanatların yolkam alamın 
(Hesen  Tufan,  güzel Gam,  (şiirler) Kazan,  1990)
(Azərbaycanca)  -  Çobanyastığılar bitən düzlərdə
Yada düşdü bərabərlik xatirələrim 
Gözləyirmi,  Özləyirmi ki  deyə 
Qanadlarını yoluram onların.
Türk dillərində isimlə yanaşı,  sifətlər, saylar,  əvəzliklər 
və  zərflər  böyük  bir  qrupda  -  adlar  qrupunda  birləşir.  Adlar 
ümumi  bir  birlikdir.  Bu  nitq  hissələri  öz  xarakterik  xüsusiy­
yətlərinə  görə  fərqlənirlər.  Bununla yanaşı,  bir sıra türkoloq­
lar ismin funksiyaca təyinin,  sifətin yerində işləndiyini,  çıxış 
etdiyini  göstərirlər.  S.Kenesbayevin  fikrincə,  “isim  və  sifət 
bir-birilə üzbəüz dayananda birinci yeri  sifət tutur”.1
C.Cəfərov  və  N.Abdullayev  ismin  sintaktik  xüsusiy­
yətlərindən danışarkən onların təyin və  zərflik vəzifələri  üzə­
rində  dayanırlar.  Bu  da  substantivləşmiş  isimlərə  aiddir. 
Çünki  təyin  və  zərflik  vəzifəsində  substantivləşmiş  isimlər 
(məsələn,  direktor  Məmmədov  və  s.)  əsas  yer tutur:  Mənala­
rında həm də əlamətlik xüsusiyyəti  olan,  başqa sözlə:  a)mad- 
də adları  bildirən - gümüş,  dəmir,  taxta ...və s.,  b)  ictimai  və­
ziyyət  bildirən  -  tələbə,  sədr,  professor,  dekan  və  s.;  c)  peşə 
və  sənət  adı  bildirən  -  usta,  dəllək,  aşbaz  və  s.  kimi  isimlər 
cümlədə təyin olur.
“Mübtəda  və  tamamlıq  vəzifəsində  işlənən  isimlərdən
1 КенесбаевС. Грамматика казакского языка.  Алма-Ата:  1947,с.41
Qıpçaq qrupu iiirk dillərinin leksikasu səhifə 418
fərqli  olaraq  təyin  vəzifəsində  olan  belə  isimlər  öz  isimlik 
xüsusiyyətini tam büruzə verə bilmir.  Belə ki, bunlar, əvvəla, 
tam  əşyalıq anlayışı  deyil, daha çox əlamətlik mənası,  əlamət 
çaları ifadə edir.  İkincisi,  belə  isimlər morfoloji kateqoriyalar 
üzrə  dəyişmir.  Üçüncüsü,  onların  leksik  sualları  ilə  sintaktik 
sualları  da  ikiləşir;  leksik  cəhətdən  “kim?”,“nə?”,“hara?”, 
sintaktik  cəhətdən  isə  “necə?”,  “nə  cür?”,“hansı?”  suallarına 
cavab  verir.  Bu  vəzifədə  həmin  isimlər  bir  növ  təyinin  əsas 
ifadə vasitəsi olan sifəti  xatırladır.  Bir növ sifətlərin analoqu­
na  çevrilir,  adyektivləşir,  yəni  sifətləşir.  Hətta  bəzi  dilçilər 
bu  vəzifədə  isimlərin  bütövlükdə  sifətə  keçdiyini  də  qeyd 
edirlər”.1  Əlbəttə,  bu  fikirlə  razılaşmaq  çətindir.  Belə  ki, 
“əgər  bu  vəzifədə  isimlər  sifət  kimi  qəbul  edilərsə,  o  zaman 
isimlərin  təyin  vəzifəsində  işlənməsi  inkar  edilmiş  olar”. 
(Qazaxca)  Jılkıga  kaskır  şaptı  ma, jo k   Ezimbaylar  kaşagan 
kuvşızıp  iür  me?—At  sürüsünə  qurdmu  gəldi,  yoxsa  Ezim­
baylar  qaçaq  heyvanmı  qovalayırlar?  Qaçaq  sözü  bu  cüm­
lədə sifətləşmişdir.
Məsələn,  göy,  ağ və s.  bu kimi bir sıra sifətlər isimlərin 
atributivləşməsi  yolu  ilə  əmələ  gəlmişdir.  Amma  bu  hadisənin 
türk  dillərində  özünü  zəif göstərməsinə  səbəb  S.Cəfərovun 
fikrincə,  şüurun  inkişafı  ilə  əlaqədar  olaraq,  əlaməti  ifadə 
edən  başqa  söz yaratma  vasitələrinin  daha  çox  inkişaf etmə­
sidir.
Müasir  türk  dillərində  “dəmir qapı”,  “qızıl  saat” ,  “gü­
müş  qaşıq”  ifadələrində  “dəmir”,  “qızıl” ,  “gümüş”  isimləri 
atributivləşirsə də,  tamam sifətləşə bilmir.  Bunlar ancaq idio- 
matik  ifadə  daxilində  məcazi  məna  kəsb  edərək  (məsələn,
AM  E A Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəlileksikologiyasi məsələləı%JlIcUd2_Bajax 2012_
'  Cəfərov S.  Müasir Azərbaycan dili. Bakı: Maarif,  1992 səh. 144
Qıpçaq qrupu türk dillərinin leksikasu səhifə 419


Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
________________________
konversiya
_________________________
dəmir  iradə,  qızıl xasiyyət,  gümüş saç  və  s.)  öz  atributivləş- 
mə  prosesini  daha  da  qüvvətləndirir  ki,  çox  zaman  bunlar 
leksik ibarə təşkil edir və təhlil  olunmur.
“İsimlərin  atributivləşməsi  yolu  ilə  əmələ  gəlmiş  sifət­
lərin  türk  dillərində  yenə  də  substantivləşərək  yeni  isimlər 
əmələ gətirdiyi də müşahidə edilir.  Məs.:“ağ” - vaxtilə “yas” 
mənasında  isim,  “ ağ”  -   əşyanın  rəngi  mənasında  sifət,  “ağ” 
-  bez  (isim),“ağ  eləmək”(frazeoloji  birləşmə  tərkibində); 
“göy”  -  səma  (isim),  “göy”  -  əşyanın  rəngi(sifət),  “ göy”  - 
göyərti (isim )” .
Beləliklə,  tədqiqat nəticəsində  sifətləşmənin  (adyektiv- 
ləşmənin)  oğuz qrupu türk dillərində  aşağıdakı  istiqamət tip­
ləri müəyyənləşdirilmişdir:
1) ısım
--------

sifət
2) fel
--------

sifət
3) zərf
---------

sifət
4) say
--------

sifət
5) predikativ söz
--------

sifət
Sifətləşmə  müqayisə  edilən  dillərdə hər  zaman
suldardır.
ƏDƏBİYYAT
a)Azərbaycan  dilində
1.  Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı:  Maarif, 
1984,391  s.
2.  Azərbaycan dilinin izahlı  lüğəti.4 cilddə.Bakı: Elm, 1987
3.  Cəfərov C. Nitq hissələrinə keçid prosesləri 
(substantivləşmə).  I məqalə, APİ-nin «Elmi əsərlər», XI 
ser. Bakı,  1971
4.  Cəfərov  C.,  Abdullayev  N.  Müasir  Azərbaycan  dilinin 
morfologiyası.  Bakı: ADPİ-nun nəşri,  2004.
Qıpçaq qrupu türk dillərinin leksikast. səhifə 420
5.  Əhm ədov  İ.  A zərbaycan  dilində  feli  bağlam aların 
zərfə  doğru  inkişafı.  ADU-nun  «Elm i  əsərləri», 
1976,  №   3
6.  Kazımov  Q.  Müasir  Azərbaycan  dili.  Sintaksis.  Bakı: 
Ünsiyyət, 2000
7.  Hüseynzadə  M.  Müasir  Azərbaycan  dili  Morfologiya. 
Bakı:  Maarif,  1973,  s.258
8.  Rüstəmov  Ə.M.,  Hüseynov  E.M.  İnformatika.  Azərbay­
can,  rus,  ingilis  dillərində  izahlı  terminlər  lüğəti.  Bakı: 
ADU nəşri,  1996.
9.  Rusca- azərbaycanca lüğət.  I  cild.  Bakı,  1990
10. Zeynalov  F.R.  Türk  dillərinin  müqayisəli  qrammatikası. 
II,  Bakı:  ADU nəşri,  1975,  130 s.
11.  Şükürov  Ə.  Azərbaycan  dilinin  tarixi  qrammatikası. 
Bakı:  APİ,  1981
b)  rus dilində
12.  Арбекова  Т.И.  Лексикология  английского  языка 
(Практичкский  курс).  М.:  Высшая школа,  1977
П .А хм анова  О.С.Словарь  лингвистических  терминов. 
М.,1966
14.  Боровков А.  Учебник уйгурского языка.  М.,  1935
15.  Ганиев 
Ф.А.Суффиксальное  словообразование  в 
современном  татарском  литературном  языке.  Казань: 
Татар. Кн.Изд, 1974
16.  Георгиева  В.Л.  О  субстантивация  как  языковом 
явления.  -  «Ученые  записки  ЛГПИ  имени  А.И.  Гер­
цена», т.  242, Л.,  1963
17.  Зейналов  Ф.  Р.  Принципы  классификации именных 
частей речи (на материале азербайджанского языка). 
АКД,  Б.,  1957
AMEA Nəsimi adına Dilçilik institutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologlyası məsələləri, l i l  cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikast. səhifə 421


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə