Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə102/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
_________________________
konversiya
_________________________
Yerim uzaq qaldı
(Toktogul,  tandalmalar -Irlar,  Frunze,  1984)
Yüksək sifəti  cümlə daxilində zərfləşmişdir.
(Qırğızca) 
- Aydalıp bardım alışka 
Çaşımda ketken ekemin 
Bolup kaldım abışka
(Azərbaycanca)  -  Sürülüb getdim uzağa 
Gencliyimde getmişdim 
Olub qaldım qoca ixtiyar 
(Toktogul,  tandalmalar -  Irlar,  Frunze,  1984)
Genclik  sözü  cümlə  daxilində  zaman  anlayışı  bildirə­
rək zərfləşmişdir.
(Tatarca)  - A çık eytkeç  anlaşıldı.—Açıq  söyləyincə an­
laşıldı.  Açıq sözü felə aid olaraq zərfləşmişdir.
(Tatarca) -  Bugen maynın urtaları  bulganga, koy aş yı- 
rak,  lekin  tun  hem  matur капу.—  Bu  gün  Mayın  ortaları  ol­
duğu  üçün,  günəş  uzağdan  doğru  və  gözəl  baxır.  Doğru  və 
gözəl  sifətləri zərfləşmişdir.
(Qırğızca)  Men  kalp  aytkandıktan,  atam  cardı  bolup 
cürgön  körünöt,  a  men  tuulup  kalıp  ayta  elekten  murunku, 
malınar  kayda,  eger  cırgay  turgan  bolsonor?— Mən  yalan 
söylədiyim  üçün atam yoxsul olub  qalmış görünür, fəq ət mən 
doğulub  yalan  söyləməzdən  əvvəlki  malınız  haradadı,  eger 
rifah  içində  yaşamısınızsa?  Burada  kalp-valan  ismi  zərfləş­
mişdir.
Sifətin  zərfləşm əsi.Ym k  dillərində  zərf bir  nitq  hissəsi 
kimi mübahisə doğurmuşdur.  Bəzi  dilçilər zərfi müstəqil nitq 
hissəsi  hesab  etdiyi  halda,  bəziləri  onları  köməkçi  nitq  his­
səsi kimi xarakterizə etmişlər.
Qıpçaq qrupu tiirlı dillərinin leksikası.  səhifə 410
A.Kazımbəydən  üzü  bəri  türkoloqlar  zərfi  qoşmanın, 
sual  əvəzliklərinin  İçərisində  vermişlər.  A.Kazımbəy  yazır: 
«Zərf kimi  işlədilən  sifətlərin  sayı  olduqca  çoxdur...  Bu  si­
fətlər  onlarm  arxasınca  hər  hansı  bir  fel  istifadə  olunarsa  və 
ya düşünülərsə o zaman zərfə çevrilirlər».1
“XVI  əsrdən  başlayaraq  qərbi  Avropa  ölkələrində  tər­
tib  olunan  qrammatikalarda  klassik  yunan-İsgəndəriyyə  dil­
çilik  məktəbinin  prinsiplərinə  müvafiq  olaraq  türk  dillərində 
zərf  ilk  dəfə  müstəqil  nitq  hissəsi  kimi  öyrənilib.  Lakin 
Avropa qrammatikləri  də  zərfi  tədqiq  edərkən  türk  dillərinin 
daxili  inkişaf qanunlarına  əsaslanmırlar.  Onlar  əslində  latın 
dilinə  məxsus  bütün  sadə  və  düzəltmə  zərflərin  qarşılığım 
türk  dillərində  araşdırırlar.  Ona  görə  də,  bir  qayda  olaraq, 
türk dillərində  zərfin hələ formalaşmadığını  iddia edir və bü­
tün sadə sifətləri eyni zamanda zərf kimi öyrənirlər”.*
 2
Türk dillərində zərfləşmə prosesinə  Ə.Şükürlünün  tari­
xi  aspektdə  yanaşması  maraqlıdır.  M üəllif «Azərbaycan  dili­
nin tarixi  qrammatikası»  adlı  dərs  vəsaitində  yazılı  abidələri­
mizdə  rast  gəlinən  zərflərin  bir  qisminin  zərfləşmiş  sözlər 
(adverbial  sözlər)  təşkil  etdiyini  göstərir.  O  yazır:  “Zərfləş­
miş  sözlər içərisində hal  görümlərində təcrid  olunmuş  sözlər 
xüsusi  yer  tutur.  Hal  və  ya  mənsubiyyət  şəkilçisi  ilə  birgə 
zərfləşən  sözlər  öz  lüğəti  mənasım  itirərək  iş,  hərəkətə  aid 
m üxtəlif əlamət  və  ya keyfiyyəti  bildirmişdir.  Deməli,  zərfm 
Azərbaycan  dilində  başqa  nitq  hissələri  arasında  təcrid  olu­
nub  formalaşması  tarixi  çox  qədim  dövrlərdən  başlamışdır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild,  Bakı, 2012
'Казембек  А.  Общая  грамматика  турецко-татарского  языка.  Казань, 
1846,  с.318
2  Щербак  А.М.  Очерки  по  сравнительной  морфологии  тюркских 
языков (Имя).  М ,  1977. sah.32-65____________________ ___________
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 411


Z ə rf dilimizin  inkişafı  prosesində,  əsasən,  aşağıdakı  yollarla 
əmələ gəlmişdir:  ä)zərflik vəzifəsini yerinə yetirən başqa nitq 
hissələrinə  məxsus sözlərin öz lüğəvi mənasını itirərək təcrid 
olunması yolu  ilə.  b) xüsusi  şəkilçilərin  köməyilə.  Bu  qrupa 
daxil olan zərflər zərfləşən sözlərdən onunla fərqlənir ki, kök 
və  şəkilçiyə  ayrıla  bilir.  Etimoloji  araşdırmalar  göstərir  ki, 
zərf düzəldən  şəkilçilər də  öz növbəsində  başqa nitq  hissələ­
rindən təcrid olunmuşdur”.1
Ə.Şükürovun bu haqda belə bir fikri maraq doğurur  ki, 
«zərf özünəməxsus fonetik uyuşmalarla deyil, başqa nitq his­
sələrinə  aid  hazır  leksik-qrammatik  vasitələr  üzərində  mey­
dana  gəlmişdir.  Hər  hansı  bir  dil  özünəməxsus  istiqamətdə 
inkişaf edir.  Türk dillərində də  zərfin,  əsasən,  başqa nitq his­
sələrinə  məxsus  morfoloji  əlamətlərlə  əmələ  gəlməsi  onun 
özünəməxsus  formal  xüsusiyyətidir.  Sadə  zərflərin  bir  his­
səsi  başqa  nitq  hissələrinin  adverbiallaşması  nəticəsində  ya­
ranmışdır.  Bu proses  sözlərin  leksik-qrammatik cəhətdən ye­
nidən  dərk  olunması  və  onların  zərflik  funksiyasında  işlən­
məsi  ilə əlaqədardır”.1
 2
Adların  zərfə  konversiyası.  Zərfləşən  (adverbiallaşan) 
sözlər orta yüzilliklər dövründə yerlik,  çıxışlıq, alətlik-birgə- 
lik  hallarında  müşahidə  olunmuşdur:  anda  «orada»,  saatda 
«həmin  anda»,  ildən  «irəlidən»,  öndin  «öndən»,  küzün  «pa­
yızda»,  oğrun «xəlvətcə», sonun «sonra» və s.
Ə.Şükürov  alətlik-birgəlik  halında  zərfləşmiş  sözlərə 
münasibətini  belə  bildirir:  “Alətlik-birgəlik  halı,  məlumdur 
ki, X əsrə qədər qədim türk dilində hələ öz varlığım  qoruyub 
saxlamışdır.  Ehtimal  ki,  X əsrdən  sonra həmin şəkilçi tədri-
Ruslan  ABDULLA YEV.  Qıpçaq qrupu türk dillərində leksik-semaniik
_____________________  
konversiya
1 Şükürov Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: APİ,  1981  səh. 19-20
2 Yenə orada, s.9
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 412
cən  arxaikləşmişdir.  Həm  də  alətlik-birgəlik  halının  arxaik- 
ləşməsində  “ilə”  qoşması  mühüm  rol  oynamışdır.  Ona  görə 
də  yazılı  abidələrimizdə  alətlik-birgəlik  hal  görümündə  rast 
gələn  bir çox  sözləri  yalnız zərfləşmiş  söz kimi qəbul etmək 
lazımdır” 1
Feli bağlama z ə r f istiqamətində konversiya.  Türk dillə­
rində feli bağlamanın təcrid olunub zərfə çevrilməsi hadisəsi, 
ehtimal  ki,  daha  qədimdir.  Təkcə  bunu  demək  kifayətdir ki, 
dilimizdə  işlədilən bəzi  əsli  zərf məhz feli  bağlamanın təcrid 
olunması  nəticəsində əmələ gəlmişdir.  Bu cəhətdən -a,  -ə şə- 
kilçili  feli bağlamaların zərfləşməsi hadisəsi diqqəti daha çox 
cəlb edir:  kıya «çəp»{¥JAQ,\6),  kuruyı «hərəkətsiz»  (SS 247) 
və  s.2
Qıpçaq qrupu türk dillərində müxtəlif şəkilçili feli bağ­
lamalar zərfə konversiya oluna bilir. Məs.:
-ganda/-gende  şəkilçili  feli  bağlamaların  konversiya 
olunması:(tatar)  Anı  kürsende  selam  birdem— Onu  görəndə 
salam verdim', (tatar) Sez kilsende  aşıy idek.— Siz gelende ye­
mək yeyirdik;  (qırğız)  Sizderdikine  barganda  içeyli  de  ceyli, 
bizdikine  kelgende  ırdaylı  da  oynoylu.— Sizinkinə  gəlincə 
içək və yeyək,  bizimkinə eəlincə oxuyaq və oynayaq.
-gaç/-geç  şəkilçili  feli  bağlamaların  konversiya  olun­
ması:  (tatar)  Arıgaç  yal  ittem  -Yorulunca  istirahət  etdim., 
açık  eytkeç  anlaşıldı  —  açıq  söyləyincə  anlaşıldı.  Üzen  kür- 
megeç  berni de  eyte  almıym -  özünü görməyincə  heç  bir şey 
də deyə bilmirem.
-gah/-geli  şəkilçili  sözlərin  konversiya  olunması:  (qa- 
zaxca) Sizben tanıskalı köp bolgan sıyaktı — sizi çoxdandırki
1 Şükürov Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: APt-nin nəşri,  1981.
2 Yenə orada,  səh. 19 ________________ _________________ _________
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli toksikologiyası məsələləri, III cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası.  səhifə 413


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə