Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 171,95 Kb.
Pdf görüntüsü
səhifə103/114
tarix15.03.2018
ölçüsü171,95 Kb.
#31897
1   ...   99   100   101   102   103   104   105   106   ...   114

Ruslan  ABDULLA YEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
_________________________
konversiya
_________________________
görmürəm\  (qırğızca)  Bazarga  koy  satgalı  keldim  —  Bazara 
qoyun satmağa gəldim.
-maymça/-meyinçe  şəkilçili feli  bağlamaların konversi­
ya olunması:  (qazaxca)  Oylamayınşa söz söyleme —  Düşün­
mədən  söz  söyləmə.  Oylap  almayınşa  lem  deme  —  fikirləş­
m ədən  ləb  demə;  (qırğızca)  Men  coldoş tor umdun  artman 
cetmeyinçe  tınbayım  —  mən yoldaşlarım ın  ardından  çatma­
dan  dayanmaram.  Aytmayınça  kim  bilet,  açmayınça  kim  kö- 
röt — söyləmədən  kim bilir,  açmadan kim görür.
A.Borovkov  «Uyğur dili  dərsliyi»  əsərində  təsdiq  edə­
rək  yazır:  “sifətlər  feldən  əvvəl  dayanarsa  öz  mənasına  və 
tətbiqinə görə zərfə çevrilirlər”. 1
Bu  konversivliyi  İ.Əhmədov  aşağıdakı  kimi  əsaslan­
dırır:  «feli  bağlamaların  zərfə  doğru  inkişafı  ən  çox  təsirsiz 
fellərdən  ibarət  olan  feli  bağlamalarda  özünü  göstərir,  onla­
rın  idarəetmə əlaqəsi  itir,  əsas fellə  yanaşma əlaqəsinə çevri­
lir,  yeni  vurğu  fərqi  meydana  çıxır  (vurğu  sözün  sonuna ke­
çir - qaçaraq,  çaparaq və  s.), formal  əlamətlər itir və s.  Belə­
liklə,  adverbiallaşmanm  qüvvətlənməsi  İlə  bağlı  baş  verən 
m əna dəyişm ələri yeni  leksik vahidin əmələ gəlməsi  ilə başa 
çatır».2
Feli  bağlam aların  zərf istiqamətində  konversiyası  pro­
sesi  bir sıra  əlamtlərlə  şərtlənir:  feli  bağlamada adverbiallı- 
ğm get-gedə qüvvətlənməsi,  bu güclənmə nəticəsində tam və 
qism ən zərfləşmək.
Bununla bağlı  olaraq  feli  bağlamanın  təsirsiz növü  da­
ha  asan  şəkildə  adverbiallaşır.  Bu  xüsusiyyəti  qazanmış  feli
1 Боровков А. Учебник уйгурского языка. M.,  1935. səh.77
2 Əhmədov İ. Azərbaycan dilində feli bağlamaların zərfə doğru inkişafı.
ADU-nım «Elmi əsərləri»,  1976,, № 3, s. 20-21________
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 414
bağlamalar idarəetmə gücünü itirmiş olur.  Yeni mənalı  sözdə 
vurğu fərqlənir və nəhayət əvvəlki  feli bağlamadan  «daşlaşa- 
raq» əsər-əlamət qalmır.
§3. Adyektivləşmə (sifətləşmə) leksik-semantik 
konversiyanın bir növü kimi 
Sifətlərin  konversiya  yolu  ilə  əmələ  gəlməsi  adyektiv­
ləşmə  hadisəsi  adlanır.  Buna  sifətləşmə  də  deyilir.  Bu  sifət 
yaradıcılığında  məhsuldar  üsullardan  sayılır.  “Adyektivləş- 
məni,  xüsusən  də, türk dillərində  söz  birləşməsinin daxilində 
müəyyənləşdirmək  olur.  Məsələn,  «qiqant  ferm er  təsərrüfa­
tı»,  «növbətçi şagird»,  «demokrat yazıçı»,  «tropik meşə»  söz 
birləşmələrinin  birinci  komponenteni  “qiqant”,  “növbətçi” 
“demokrat”,  “tropik”  sözləri  isimdir.  Birləşmə  daxilində  ad- 
yektivləşərək  sifətə  çevrilmişdir.  Bu  birləşmələrdəki  birinci 
komponentlər rus dilinə məxsus sözlərdir” 1
Birinci  komponenti  türk  mənşəli  sözlərdən  ibarət  olan 
birləşmələrdə  də  həmin  vəziyyətlə  qarşılaşmaq  olar.  Məs.: 
“qız  bala”,  “ana qaz”,  “bala qoyun”  birləşmələrinin  də  ilkin 
hissələri  (qız, ana, bala) kontekstdən  kənar isimdirlər və bir­
ləşmə  tərkibində  sifətləşmişlər.  Sifətləşən  bu  isimlər əvvəlki 
məzmununu itirmiş,  yeni məzmun qazanmışlar.
Qıpçaq  qrupu türk dillərində nitq hissələrinin  bir çoxu
adyektivləşir.
İsimlərin  adyektivləşməsi.  İsimlərin  sifət  vəzifəsində 
işlənməsinin  bir  cəhəti  də  vardır  ki,  burada  isimlərin  daxili 
qüvvəsindən,  məna  həcmindən  maksimum  istifadə  edilmir. 
Sözün  daxili  ehtiyatı  bəzən  istifadəsiz  qalır.  Bu  xüsusiyyəti 
oğuz dillərindən qaqauz dilinə aid etmək olar.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Tiirk dillərinin tarixi-müqayisəli leksikologiyast məsələləri, III cild

Bakı, 2012
'Г а н и е в   Ф .А .С у ф ф и ксал ь н о е  сло в о о б р азо в ан и е  в  с о в р е м ен н о м   тат ар ск о м  
л и т ер а ту р н о м   я зы к е.К азан ь.Т атар .К н .И зд ,1 9 7 4 ,5 ,187-188____________________
Q ıpçaq qrupu türk dillərinin leksikası.  səh ifə 415


Adyektivləşmənin  nəinki  qrammatik,  həmçinin də  lek­
sik-semantik  amilləri  vardır.  İsimlər  təyin  kimi  işləndikdə 
hallanmır,  mənsubiyyət üzrə dəyişmir, bir növ  sifətlərin ana­
loquna  çevrilərək  sifətləşir,  amma tamamilə  sifətə  çevrilmir. 
Dilçilikdə bu qrammatik hadisəyə adyektivləşmə də deyilir.
Adyektivləşmə  -  latınca  “adjicere”  sözündən  götürül­
müş, başqa nitq hissəsinin sifət xüsusiyyəti  kəsb etməsi, mü­
vəqqəti  olaraq  sifətlərə  oxşaması  hadisəsi  mənasında  işlənir. 
“Adyektivləşən  sözlərdə  qismən  sözdüzəldicilik  xüsusiyyəti 
yaranır,  amma bu  həmin  sözlərin  mənsub  olduqları  nitq  his­
səsi  hüdudundan kənara çıxmasına,  yəni  sifətlərə çevrilməsi­
nə  gətirib  çıxarmır,  mənsub olduqları  nitq hissəsində qismən 
sifətlik əlamətinin yaranmasına da səbəb olur.  Bu sifətlik xü­
susiyyəti müvəqqəti, mətni xarakter daşıyır”.1
Azərbaycan  dilçiliyində  bu  sahənin  görkəmli  tədqiqat­
çısı  C.Cəfərovun  müşahidələri  göstərir ki, adyektivləşmə bü­
tün  isimlərin  semantik  qruplarını  əhatə  edə  bilmir,  yalnız 
predmet,  sosial təbəqə, insanın milli, professional-texniki və­
ziyyəti,  heyvan  adlarını  və  s.  əhatə edir.  Məs.:dəmir,  neylon, 
doktor, çoban, kürd, özbək, kirpi və s.1
 2
Türk  dillərində  adyektivləşmə  prosesinin  məna  tipləri­
nə  görə  bir  sıra səviyyələri  mövcuddur.  Bunlar  aşağıdakılar­
dır:
Birbaşa məna bazasında  -  səviyyəsində adyektivləşmə. 
Məs.:  (A)  Qonşu  qonşuya  baxar,  özün  oda  atar.  -  Qonşu 
sıradan  işıq  içəri  süzülürdü  (İ.Məlikzadə);  (T) Komsu akra- 
badan yakındır.  -  Komsu odadan ses  geliyor.  Bu  ikincisində
Ruslan  ABDULLAYEV.  Qıpçaq qrupu türk dillərində leksik-semantik
___________________________
konversiya
_____________________________
1  Cəfərov  C.,  Abdullayev  N.  Müasir  Azərbaycan  dilinin  morfologiyası. 
Bakı: ADPİ-nun nəşri,  2004. səh.47
2 Cəfərov S. Müasir Azərbaycan dili. Bakı: Maarif,  1992 səh.34______
Qıpçaq qrupu türk dillərinin leksikasu səhifə 416
işlənən “qonşu” və “komşu” sözləri adyektivləşmişdir.
2) Keçid məna səviyyəsində adyektivləşmə.  Məs.:  (A) 
Balıq  (nə?)  suda  üzür.(isim)  -   Balıq  (hansı?)  Hafiz  televi­
zorda  çıxış  etdi.(sifət)  Poçt  (nə?)  xır  yolunun  üstündə  idi. 
(isim)  -   Poçt  (hansı?)  Əhməd  lampanı  söndürdü,  (sifət) 
(İ. Şıxlı);  (T)  İt (nə?)itin  etini  yemez.(isim) -  İt (hansı?) Mu­
radın izi at izine qarıştı.  (sifət)
Adyektivləşmə prosesində sadə,  düzəltmə  və mürəkkəb
isimlər iştirak edir.
A) Sadə isimlər sifətləşir:
(Qırğızca) 
Kolundan kelse bermeksin 
Altın kazna açkıçın 
Argımak attın cakçısın 
Baktuluunun baktısın...
(.Temirkul Ümitaliyev,  Ir la r : Ala Too,  1991-9/10 sayı
Bişkek,  1991,  150-152.s.) 
(Azərbaycanca) Əlindən gəlsə verəcəksən 
Altın xəzinə açarını 
Köhlən atın gözəlini 
Bəxtiyarın baxtını...
B) düzəltmə isimlər sifətləşir:
(Tatarca) 
-  Yar buylatıp ütep bara idem 
Oçradılar tanıs timerler 
Min alamı sagınıp irkelsem.
Keşeler sanar mine tilege 
(Hesen  Tufan,  güzel Gam,  (şiirler) Kazan,  1990) 
(Azərbaycanca) -  Yar boyunca keçib gedirdim 
Qarşıma çıxdı tanış dəmirlər 
Mən bunları  həsrətlə qucaqlasam
AMEA Nəsimi adma Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikotogiyası məsələləri

/I I  cild, Bakı, 2012
Qıpçaq qrupu türk dillərinin leksikası. səhifə 417


Yüklə 171,95 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə