Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   33   34   35   36   37   38   39   40   41

 
123
-qut Qamış-qut, 
-zor Ağa-zor 
-i Ağud-i, 
-li-cə, Bit-li-cə, 
-suz Su-suz, -süz, Öy-süz, 
-sə Xali-sə, 
-uq Qovuş-uq, 
-umlu, Muğ-umlu, 
-ur Çot-ur, 
-ut, Qovş-ut, 
-xan Çlo-xan, 
-üstan, Gül-üstan, 
-çi Dəmir-çi, -çilər Dəmir-çilər, -çı, Çanax-çı, Qazan-çı, 
Qaltax-çı, 
-cu Quş-cu, 
-çə-li Cəbə-çəli, 
-şen Buğda-şen, -şen Debeta-şen, 
-ca Toxlu-ca, -ca, Oğru-ca, 
-ci-lər Ev-cilər, 
-cuq Maqmu-cuq, -cıq Bazar-cıq, -cıq Şirvan-cıq, 
cı Yaycı, 
-cığaz Xan-cığaz, 
-ı Dorn-ı, 
-ıx  Aral-ıx, 
-ğan Qaça-ğan 
-ək Püşk-ək, -ək Çəmbər-ək, 
-an-lar Yek-anlar
Əlbəttə, verilən nümunələr Ermənistan  ərazisindəki türk 
mənşəli toponimlərin morfoloci əlamətlərinin hamısını  əhatə 
etmir. Bununla yanaşı qeyd etmək lazımdır ki, yuxarıda verilmiş 
şəkilçilərin bir qismi topoformantlara aid edilməli və ayrıca 
öyrənilməlidir. 
Topoformantlarla yaranan toponimlər.  


 
124
Belə toponimlər də Ermənistan  ərazisindəki türk mənşəli 
toponimlərin müəyyən hissəsini təşkil edir. 
-an, -ən  topoformantı. Bu topoformant daha çox etno-
toponimlərin yaranmasında iştirak edir. Qədim etnotoponim 
yaradan topoformantdır. Alban, Alpan, Qafan, Abaran, Əsgəran, 
Bayan. –an, -ən topoformantının –yan, -man, -van, -zan, kan, -
ğan, qan, -han, -xan variantları da az işlək deyildir. T.Əhmədov 
bu qrupa –ran formantını da daxil edərək onları fonetik 
çoxvariantlı şəkilçilər hesab edir(29, 160). Kacar-an, -an Gör-an, 
-an, Ket-ran, Kün-ən, 
-van topoformantı. Bu topoformant da çox işləkdir.. Yu-
xarıda qeyd etdiyimiz kimi bir sıra tədqiqatçılar –van topo-
formantını –an topoformantının fonetik variantı hesab edirlər. 
I.Bayramov Q.A.Melikaşviliyə istinadla yazır ki, van qədim 
Urartu dilində ölkə mənasında işlənən ebani/ubani sözü əsasında 
formalaşmışdır. Müəllif eyni zamanda E.M.Murzayevə istinadla 
vani, vana formalarının «yer, ev, torpaq» mənalarını ifadə 
etməsini qeyd edir(18, 25). Bizim fikrimizcə –avan 
topoformantının  əsasında da van durur. -avan  Nərzir-avan. 
S.M.Mollazadə –van topoformantının yalnız Iran mənşəli 
toponimlərin yaranmasında deyil, həmçinin gürcü coğrafi 
adlarının yaranmasında da iştirak etməsini qeyd edir (121, 76). 
A.Axundov –van topoformantını Iran dillərinə aid edir(2, 15). 
I.Abdullayev həmin fikirlə razılaşır (74). Hər iki müəllif 
topoformantın «ev, yaşayış yeri, məskən» mənasında olduğunu 
göstərir. 
şen topoformantı.  Bu formant daim mübahisələrə  səbəb 
olur, onun mənşəyi və  mənası haqqında müxtəlif fikirlər 
mövcuddur. Q.Voroşil bu topoformantın kənd mənasıda 
olmasını qeyd edir(85, 79-80). 
I.Bayramov  şen formantının oba və  kənd mənasını verir 
(18, 62). 
A.Məmmədov şen sözünün qədim şümer dövründən möv-
cudluğunu və onun Azərbaycan dilində qaraşın, sarışın tipli 


 
125
sözlərdə qalmasını qeyd edərək, mənaca rəngin açıqlığı ilə 
bağlılığını göstərir (51). 
Q.Məşədiyev  şərq qrup dialekt və  şivələrində  şenlik sö-
zünün kənd mənasını bildirməsinə istinadla onun yaşayış yeri və 
məskənini ifadə etməsi fikrini ön plana çəkir (53, 13). 
Y.Buşuyevanın lüğətində də bu fikir təsdiqlənir (142). 
vəng topoformantı. H.Mirzəyev bu formantla bağlı geniş 
elmi-nəzəri təhlil aparmışdır. Müəllif Ermənistan  ərazisindəki 
Qaravəng, Qoduxvəng, Qoşavəng və Günyevəng toponimlərinin 
tərkibinə daxil olan vəng formantının türk dillərinə məxsus söz 
olduğunu sübut etmişdir. O yazır: «Bu söz türk dillərinin qədim 
dövrlərində bengü, benigü, benü, mengü, menü formalarında 
olmuş  və abidə, daşdan yazılı abidə  və s. bu kimi mənalarda 
işlənmişdir (57, 208). Doğrudan da, göstərilən mənalarda sözlər 
qədim türk lüğətində əksini tapmışdır (100). 
Azərbaycanda, habelə qərbi Azərbaycanda yaşamış qədim 
türk tayfalarından biri də  şadı//şada tayfası olmuşdur. Həmin 
tayfanın adından yaranmış onomastik vahidlərdən biri də 
Şadııvəngdir. H.Mirzəyev qeyd edir ki, Şadııvəng qədim alban 
abidəsi olub Dərələyəzdə  Həsənkənd və Alxanpəyəsi 
kəndlərinin qabağındakı  Təkədonduran dağının qərb tərəfində 
dağın başında yerləşir(57, 210). Azərbaycanda Şada (Şahbuz r-
nu),  Şadılı (Beyləqan r-nu) Şotavar (Qax r-nu) toponimləri 
vardır. Tədqiqatçılar bu toponimlərdə  qədim  şadı tayfasının 
adının əksini tapmasını göstərirlər. L.N.Qumilyovun fikrinə görə 
bu tayfa orta asiya hunlarının tərkibinə girmişlər. Q.Qeybullayev 
etnotoponimlərin əsasında şato etnoniminin durduğunu qeyd edir 
(88, 38). 
«Şadi» coğrafi adı ilə  əlaqədar olaraq Fəxrəddin  Əsə-
doğlunun «Şidli toponiminin etimologiyası» yazısı da 
maraqlıdır. 
Qərbi Azərbaycanın Ağrı bölgəsində  oğuz ellərinin izini 
yaşadan yüzlərlə yer-yurd adlarından biri də  Şidli toponimidir. 
Şidli kəndi Ağrı dağının yaxınlığında Vedi rayonunda, Araz 


 
126
çayından çəkilmiş Kaxonov kanalının sahilində yerləşir. Kənd 
1988-ci ilə qədər türk sakinləri ilə bərabər öz adını da qoruyub 
saxlamışdır. Azərbaycanlıların (türklərin) Ermənistandan tam 
qovulmasına qədər kənddə yalnız azərbaycanlılar yaşayırdı. 
Tarixin dərin qatlarından bugünümüzə boylanan və qədim 
şato tayfasının adını yaşadan  Şidli oykonimi (kənd adı) ulu 
keçmişimizdən soraq verən coğrafi adlardandır. T.Əhmədov, 
L.N.Qumilyova və V.V.Bartolda istinad edərək yazır ki, VI-VII 
əsrlərdə Qərbi  Türk xanlığına daxil olan tayfalardan biri də şato 
olmuşdur. Tayfa öz adını yerləşdiyi səhranın adından 
götürmüşdür. 
Q.Qeybullayev yazır ki,  XIX yüzillikdə Azərbaycanda şa-
dılı tayfası yaşamışdır. 
«Şadılı» şato tayfasına mənsub olan deməkdir. «Şadılı» və 
«şato» sözlərinin kökü eynidir. 
F.Əsədoğlu «Şato-şadılı-şadlı» tayfasının adı ilə bağlı to-
ponimlərin paralellərinə  Şada-kənd (Şahbuz),  Şadılı-kənd  
(Goranboy),  Şatıhlı dağı (Cəlilabad),  Şatırlı –kənd (Bərdə, 
Cəlilabad),  Şatır oba-kənd (Masallı),  Şatırovka-kənd (Salyan), 
Şidli-kənd (Vedi) kimi coğrafi adlarda rast gəldiyini qeyd edir. 
O,  şidli sözünün şidi və li komponentlərindən ibarət olmasını 
göstərir. Buradakı «i» səsinin düşməsini tələffüz ağırlığı ilə 
əlaqələndirir. 
Deməli,  Şidli kəndinin adı  şato//şadılı etnoniminin adının 
azacıq fonetik dəyişikliyə  uğramış variantıdır. –li şəkilçisi isə 
aidlik, mənsubluq, sahiblik məzmunu verən topoformantıdır. 
Şadı tayfası haqqında daha geniş məlumat vermək olar. Bu 
məlumatın verilməsində əsas məqsəd vəng topoformantının türk 
dillərinə məxsus söz olmasını bir daha təsdiq etməkdir. Aydındır 
ki, tarixi abidənin tərkibində tayfanın adı vardırsa, onda bu 
abidənin hər hansı başqa bir millətə, etnosa mənsubluğundan 
danışmaq olmaz. Eyni zamanda Şadııvəng onomastik vahidinin 
tərkibindəki vəng komponentinin erməni dilinə  mənsubluğu 
tamamilə özünü doğrultmur. Vəng formantını erməni dilinə aid 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə