Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

 
112
Hüseynqulu, Ağalı tipli toponimlər daha çox şəxs adları ilə 
bağlıdır. Çox güman ki, həmin toponimlərdə yaşayış 
məntəqəsini salan əsas  şəxslərin adları toponimdə  əksini 
tapmışdır. 
Quru Araz, Dovşan qışlaq, Illi Qarakilsə, Kolanlı aralıx, 
Məzrə  Şorsu kəndi,  Şamburd dərəsi, Ulya Sarvanlar tipli 
toponimlərin yaranmasını isə müxtəlif səbəblərlə izah etmək 
mümkündür. 
 
3.2. Ermənistanın türk mənşəli etnotoponimilərinin 
fonetik xüsusiyyətləri. 
 
Onomastik vahidlərin fonetik dəyişikliklərə uğraması daha 
çox müşahidə edilir. Bu cəhət müxtəlif səbəblərlə izahlanır. Hər 
şeydən əvvəl qeyd etməliyik ki, onomastik vahidlərin böyük bir 
qismi tarixən qədim dövlərdən yarandığı üçün onlar dilin 
inkişafı  nəticəsində müəyyən dəyişmələrə  məruz qalırlar. Bu 
xüsusiyyət etnonim və etnotoponimlərdə özünü daha çox büruzə 
verir. Müəyyən fonetik dəyişmələrə  uğrama, məruz qalma dil 
əlaqələrindən, linqvistik arealdan və  həmçinin nitq xüsusiyyət
-
lərindən doğan qanunauyğun hadisələr sırasına daxildir. Yer 
adlarında fonetik dəyişmə ümumi leksik fonda nisbətən ləng baş 
versə də, onlar öz izlərini yaxşı saxlayırlar. Bununla yanaşı, onu 
da qeyd etmək lazımdır ki, onomastik vahidlərdə, o cümlədən 
yer adlarında elə dəyişmələr baş verir ki, onları asanlıqla bərpa 
etmək mümkün olmur. Bu zaman bəzi adların linqvistik təhlili 
ilə əlaqədar olan fikirlərin çoxu bir-birini tamamlamaq əvəzinə, 
biri o birini təkzib edir. Qəbilə və tayfa adları əsasında yaranan 
etnotoponimlər, xüsusən areal etnotoponimlərdə fonetik 
dəyişmələr aşkar hiss edilir. Konkret nümunələrə müraciət edək. 
Ikinci fəsildə Abas tayfasının adı  əsasında yaranmış 
etnotoponimləri nəzərdən keçirdik. Bu tayfanın adı haqqında 
maraqlı fikirlər vardır. 


 
113
Tatarıstanda Apas kəndi, Apastovo rayonu, Apaç kəndi, 
Apaz kəndi vardır. Kazan xanlığında Aqaç-Aqan-Opaç kəndləri 
olmuşdur(102, 284). 
Tarixi mənbələrə görə xəzərlərin avaz və ya abas tayfası, 
peçeneqlərdə abas tayfası olmuşdur. Peçeneqlərdə Abas şəxs adı 
da işləkdir (141, 40). Qeyd etdiyimiz kimi ərəb dilindən keçmiş 
Abbas antroponimi və onunla bağlı toponimlər də az deyildir. 
Verilmiş nümunələrdə ç-z-s keçidləri aydın hiss olunur. Bunula 
yanaşı, aqaç-avn-apaç sırasındakı n fonemini izah etmək 
müəyyən çətinlik yaradır. Fonetik dəyişmələr baxımından türk 
mənşəli  Əfşar, Gəncə, Şəki, Qayı, Qarxun, Kəmər, Boyat etnik 
anlayışlı adlar xarakterikdir. 
Əfşar tayfasının izi Abşeron, Avaş  (Şamaxı), Avuş  (Şə-
rur), Avur (Yardımlı), Avşar (Ağcabədi) yer adlarında sax-
lanmışdır. Kürdovşarı muğam adında da əfşar tayfası-nın izi 
mühafizə olunur. Tədqiqatçıların diqqətini daha çox əfşar tayfası 
ilə bağlı Abşeron sözünün quruluşu cəlb edir. A.Məmmədov 
Abşeron sözünün izahı ilə  əlaqədar yazır: «…rus tarixçisi və 
etnoqrafı N.Zeydlis və coğRafiyaşünas I.Qan Abşeron sözünün 
«Ab-şoran» sözündən  əmələ  gəldiyini sübut etməyə  səy 
göstərmişdir. Lakin bu fikrin heç bir elmi əsası yoxdur. 
Azərbaycanda aparılan son tədqiqatlar göstərir ki, Abşeron, 
«Əfşarani» sözünün təhrif edilmiş formasıdır. Bu toponim isə 
tayfa adı ilə bağlıdır. 
Q.Qeybullayevin məlumatına görə I.P.Petruşevski  əfşar 
tayfa adını etnik cəhətdən təhlil edir. Belə fikir irəli sürür ki, 
həmin tayfa Qacarlarla birlikdə Monqol qoşunları ilə Orta 
Asiyadan Irana gəlmişlər. Onların bir hissəsi isə Teymurləng 
zamanında Azərbaycana köçürülmüşdür. 
Bizə elə gəlir ki, əfşar|afşar  adında 2-ci heca təşkil edən 
şar komponentinin özü qədim sözyaratma Vasitəsidir. Çünki bu 
komponentin özü qədim sözyaratma vasitəsidir. Çünki bu 
komponentin özü qaraşar, alışar sözlərində  işləndiyi kimi onun 


 
114
«sar» formasında anlautda işlənməsi Qusar, Amsar kimi 
toponimik vahidlərdə təsadüf edilir. 
Bu mənada təsəvvür edilməlidir. Bu mənada Azərbaycan 
ərazisindəki avaş, avuş və avur yer adlarının mənşəyini də eyni 
kökdən hesab etməyə tam əsas vardır. Əfşar /Afşar sözündə v(f) 
səsi keçidi qanunauyğun olduğu üçün həmin qanunauyğunluq 
eyni dərəcədə Avaş, Avuş, Avur adlarının 1-ci komponentlərinə 
də şamil edilə bilər. 
Peçeneq tayfa adı ilə bağlı etnotoponimlər Ermənistan 
ərazisində az deyildir. Bu tayfanın adında da fonetik dəyişmələr 
özünü göstərir. Şahbuz rayonunda Biçenek oykonimi vardır. Bu 
adın arealı Gürcüstan, Şimali Kafkazı  əhatə edir. Osetiyanın 
müasir toponomik sistemində də bitsenqa toponimi vardır. 
Ukraynayda peçeneq Xarkov vilayətində  və Ivanofran-
kovskda, Belorusiyada Peçenecen toponimləri qeydə alınmışdır 
(96, 34-35). 
Rumıniyada Peçenyaqa və Biçeneq variantları vardır. Tür-
kiyədə dörd Peçeneq adlı toponim, Iranda Bidcenabad, Bid-
cenavand toponimləri qeydə alınmışdır (96, 35). Göründüyü 
kimi p-b, ç-c, q-k keçidləri özünü göstərir. 
Özbək, altay, qaraqalpaq və sair türkdilli xalqların tərki-
bində tayfa, nəsil, qəbilə adı kimi işlənən as//az (130, 204-205) 
etnoniminə  hələ  qədim türk yazılarında az budun (az xalqı) 
şəklində rast gəlmək olur. 
Orta  əsr mənbələrində türkdilli az tayfalarının adı  Şimali 
Qafqazdan tutmuş Orta Asiya və Altaya qədər yayılmışdır, lakin 
daha qədim mənbələr (xett, urartu, latın, erməni və s) az 
etnonimini Kiçik Asiyadan Azərbaycana qədər müşayiət edir. 
Bu mənbələrdə az sözü etnonim və etnotoponim kimi xatırlanır: 
Azzi ölkəsi (xett), Aza//haza məntəqəsi (latın), Aza 
etnotoponimi (urartu) və  nəhayət, indiki Aza kəndi 
(Naxçıvanda). 
Qədim erməni mənbələrində  işlənən Asiaçpor (asların 
çökəkliyi), Asiaçor (asın dərəsi) toponimlərindəki as tayfalarının 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə