Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   33   34   35   36   37   38   39   40   41

 
134
zaman kompozitin tərkib elementlərinin aşağıdakı kimi 
paylanması mümkündür: 
1)  Komponentlərin hər ikisi A etnosuna aiddir
2)  Komponentlərdən biri A-ya, digəri B-yə aiddir; 
3)  Komponentlərin hər ikisi B-yə aiddir. 
Daha qədim sayılan etnotoponimlərin linqvistik təhlili za-
manı lokal qruplara məxsus adların leksik-semantik xüsu-
siyyətlərinin müxtəlif aspektləri tədqiqat obyekti kimi nəzərə 
alınmalıdır. Belə  tədqiqatda leksik vahidin semantik yükünün 
bilavasitə etnosa deyil, lokal qrupun yaşadığı yerin xüsusiy-
yətlərinə, onun bu və ya digər istinad nöqtəsindən, yaxud 
motivləşdirmə 
əlamətindən fərqinə görə verilməsi 
yoxlanılmalıdır. Onimin leksik-semantik təhlili isə onun 
mənsubluq dairəsini və ya ətrafını  aşkara çıxarmağa kömək 
göstərir. 
Lokal qruplara məxsus onimlərə regional nomenlər (No-
men Regionale) səviyyəsində  də baxmaq olar. Çünki bu cür 
onimlər müəyyən ərazidə məskunlaşmış qrupları bildirir. 
Oxşar məsələlər genonimlərlə bağlı araşdırmalar zamanı 
da üzə  çıxır. Məlumdur ki, genonimlər nəsil bildirən xüsusi 
adlardır. Elmi ədəbiyyatda genonimlərin daha çox türk və 
monqol areallarında yayılması xüsusi qeyd olunur. Ge-
natoponimlərdə  əraziyə xas xüsusiyyət  əksini tapdığına görə 
onların müəyyən sözlərə görə ilkin fərqləndirilməsinə imkan 
yaranır. Bununla yanaşı, genotoponimlərin nomen regionale 
səciyyəsi daşıması faktı da bir daha təsdiqlənir. 
Araşdırmalar göstərir ki, Gəncə  qəzasının etnotoponim-
lərinin formalaşmasında leq, kanq, quşi, kazan, kazax, qanzak, 
dəli, /tele/, hun, eymur, ayrım, düyərli, padar, bayan, bucaq, şatı, 
xaput /haput/, kəngərli, xunus, kollü, koran və s. mühüm rolu 
olmuşdur. 
Azərbaycan dilçiliyində Ermənistan  ərazisinin türk mən-
şəli toponimləri sovet dövründə geniş  tədqiqat obyekti olmasa 
da, son dövrlərdə bu sahəyə münasibət xeyli dəyişmişdir. Alim 


 
135
və  tədqiqatçılar Ermənistan  ərazisindəki toponimlərin həm 
toplanması, həm də tədqiqi haqqında maraqlı əsərlər yazmışlar. 
Tədqiqat prosesində Ermənistan ərazisindəki türk mənşəli 
etnotoponimlərin onomastikonu qurulmuşdur. 
Ermənistan  ərazisindəki türk mənşəli toponimlərin 
struktur tiplərə görə ümumi mənzərəsini araşdırmaq üçün 
onları sadə, düzəltmə mürəkkəb və çoxkomponentli toponimlər 
şəklində qruplaşdırmaq məqsədəuyğundur. Etnotoponim və 
etnotoponim olmayan toponimlərin struktur tiplərə görə 
müqaisəli təhlili quruluşa görə  fərqli cəhətlərin olmadığını 
təsdiq edir. 
Quruluşca sadə olan toponimlər sayca böyük çoxluq təşkil 
etmir. Eyni zamanda, qeyd etmək lazımdır ki, qurluşca sadə 
saydığımız bir çox toponimlərin tərkib ünsürlərini mü-
əyyənləşdirmək çətindir. Ermənistanın türk mənşəli topo-
nimlərinin böyük bir hissəsi çoxkomponentli toponimlərdir. 
Bununla yanaşı qeyd etmək lazımdır ki, komponentlərin bir 
qismi eyni qəbildən olub böyük, kiçik, aşağı, yuxarı, baş, qıraq 
sözlərinin sadə, düzəltmə və mürəkkəb toponimə artırılması ilə 
düzəlmişdir. Çoxkomponetli toponimlər tarixi inkişafın 
müəyyən mərhələsində müxtəlif səbəblərdən yaranmışdır.  Əsas 
səbəb  əhalinin miqrasiyası ilə  əlaqələndirilə bilər. Daha qədim 
dövrə getdikcə miqrasiyanın  əhalinin müəyyən  ərazidə 
artmasının yeni yaşayış  məskənlərinin yaranması ilə 
nəticələndiyi aydın hiss olunur. Şübhə yoxdur ki, aşağı, yuxarı, 
böyük, kiçik, baş  və bu qəbildən olan sözlərinin artırılması ilə 
düzələn toponimlər kəndlərin, yaxud yaşayış  məntəqələrinin 
böyüyüb iki yerə bölünməsi ilə yaranmışdır. Burada miqrasiya 
məsafəcə uzağa deyil, yaxın ərazilərə olmuşdur. 
Ermənistan  ərazisindəki türk mənşəli etnotoponimlərdə 
fonetik dəyişmələr və fonetik hadisələr özünü göstərir. Bütün 
fonetik dəyişmələr və fonetik hadisələr türk dillərinə aid fonetik 
normalarla səsləşir. 


 
136
Onomastik vahidlərin semantik üsulla əmələ  gəlməsində 
başlıca  əlamət bu prosesdə bir nitq hissəsinə  məxsus sözlərin 
başqa nitq hissəsinə keçməsi hadisəsidir. Həmin cəhət 
etnotoponimlərdə də özünü göstərir. 
Etnonimlər  əsasında toponimlərin yaranması geniş yayıl-
mış haldır. Burada leksik sistemin xüsusi onimlərinin toponim 
tərkibində yer alması özünü göstərir. Belə vahidlərin tapılıb 
aşkara çıxarılması mənbələrindən biri də aşıq poeziyası və digər 
yazılı mənbələrdir. 
Indiki Ermənistan  ərazisindəki etnotoponimlərdə Azər-
baycan dilinin morfoloci xüsusiyyətləri ifadəsini tapmışdır.  
Azərbaycan dilinin məhsuldar  şəkilçiləri olan  –lı,-li,-lu,-lü; -
lar,-lər; lıq,-lik, -luq, -lük və bir sıra digər şəkilçilər Ermənistan 
ərazisindəki türk mənşəli etnotoponimlərin tərkibində  işlənir. 
Etnotoponimlərin tərkibində topoformantların işlənməsi də 
özünü göstərir. Ümumiləşdirmə aparılarsa, demək olar ki, 
etnotoponimlərin struktur, fonetik, leksik-semantik və 
qrammatik xüsusiyyətləri ümumiyyətlə toponimlərin struktur, 
fonetik, leksik-semantik və qrammatik xüsusiyyətləri ilə oxşar 
olub kəskin fərqlərə malik deyildir. 
 


 
137
 
ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT 
 
Azərbaycan dilində 
 
1.   Abbasova M.Ə., Bəndəliyev N.S., Məmmədov X.I. Böyük 
Qafqazın cənub-qərb hissəsinin toponimiyası.  – Bakı: Elm, 
1993. – 195s.  
2.   Axundov A. Torpağın köksündə tarixin izləri. – Bakı: 
Gənclik, 1983 -136s 
3.   Azərbaycanda məskən yerlərinin siyahısı. RƏF. inv. 19734 
4.   Azərbaycanın izahlı coğrafi adlar lüğəti.- Bakı: Azərnəşr
1960 -267s. 
5.   Azərbaycan SSR-in qısa toponimlər lüğəti. -Bakı, 1986 
6.   Azərbaycan SSR inzibati ərazi bölgüsü. – Bakı: Azərnəşr, 
1963 -262s. 
7.   Azərbaycan SSR inzibati ərazi bölgüsü. – Bakı: Azərnəşr, 
1968-218s. 
8.   Azərbaycan SSR inzibati ərazi bölgüsü. – Bakı: Azərnəşr, 
1979 -224s. 
9.   Azərbaycan toponimləri. Ensiklopedik lüğət.. –Bakı: 
Azərbaycan ensiklopediyası, 1999. -588s.   
10. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. – Bakı: Azərnəşr, 
1990 -381s. 
11. IX-XII əsr ərəb coğrafişünas-səyyahları Azərbaycan 
haqqında. – Bakı: Elm, 1974. -223s.  
12. Babazadə Ə. Ayrım dialekti. (Tarixi xülasə və fonetika). -
Bakı: 1987  
13. Bakıxanov A. Gülüstani-Irəm. – Bakı: Elm, 1970. -288s. 
14. «Bayat» kəlməsi haqqında qeydlər. RƏF arx.-38 Q-32/570
Az-f.m. P. 1984  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə