Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə38/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   33   34   35   36   37   38   39   40   41

 
127
etdiyinə görə T.Əhmədovu tənqid edən prof. H.Mirzəyev haqlı 
olaraq yazır: «Ermənilər «vəng» sözünü vank formasında yazır 
və belə də tələffüz edirlər. Bunun başlıca səbəbi erməni dilində 
«ə» saitinin olmaması, «ə» saitinin əvəzinə «a» saitinin iş-
lənməsidir(57, 208). 
Eyni zamanda qeyd etmək lazımdır ki, vəng sözü Ermə-
nistan  ərazisindəki bir çox toponimlərin tərkibində  işlənir. Bu 
söz Azərbaycan toponimik layında da geniş areala malikdir. 
Bütün bunlar vəng formantı haqqında H.Mirzəyevin fikirlərini 
bir daha təsdiq edir. 
Ermənistan  ərazisindəki türk mənşəli toponimlərdəki to-
poformantlar və onların işlənmə dairəsi haqqında fikirləri daha 
da genişləndirmək mümkündür.  
3.4.2. Ermənistan  ərazisində olmuş türk mənşəli 
etnotoponimlərin sintaktik xüsusiyyətləri. 
Ermənistan  ərazisində olmuş türk mənşəli toponimlərin 
sintaktik xüsusiyyətləri də böyük elmi maraq kəsb edir. 
Aşağıda müxtəlif rayonlar üzrə I, II, III növ təyini söz bir-
ləşmələri və feli sifət  əsasında formalaşan türk mənşəli to-
ponimlər göstərilmişdir. 
Qafan rayonu ərazisində: I növ təyini söz birləşməsi- Dam 
Nov; II növ təyini söz birləşməsi –Qız qalası, Daş başı, Kığı 
Qalası, Molla Uruzbəy binası, Tut Pirqışlağı; III növ təyini söz 
birləşməsi - Ecanın çayı, Bəylərin mis zavodu; feli sifət: 
Bozdoğan, Qaraçimən. Feli sifətə aid verilmiş nümunədəki 
çimən komponenti çəmən leksik vahidinin fonetik variantı da 
ola bilər. 
Gorus rayonu ərazisində: 1 növ təyini söz birləşməsi- Ağ 
körpü, Bəzli Ağcakənd, Ballı qaya, Boz kaha, Kavur bəmi; I növ 
təyini söz birləşməsi:- Baba Yaqublu, Baba belli, Abbas dərəsi, 
Icevan rayonu: II növ təyini söz birləşməsi – Alaçıq Qaya, 
Bostan Tala, Ağa tala; II növ təyini söz birləşməsi - Abbas 
dərəsi, Balta dərəsi;, Krasneselo rayonu: I növ təyini söz 
birləşməsi – Ağca qala, Ada təpə, Qara torpaq, Qızıl qaya, Taxta 


 
128
pəyə, Taxta qaya, Xəli kənd, Çatal çınqıl; II növ təyini söz 
birləşməsi -Mancan yatağı; Donuz damı, Donuz yatağı, meşə 
dərəsi. III növ təyini söz birləşməsi -Bahar bəyin bağları., 
Abaran rayonu: I növ təyini söz birləşməsi - Yuxarı Gözəldərə, 
Aşağı Qarxun, Böyük Zeyvə, Kiçik Zeyvə, Molla Dursun, Hacı 
Qara; II növ təyini söz birləşməsi -Ilxı Qoruğu; Əştərək rayonu: 
I növ təyini söz birləşməsi - Bayram Əli, Qızıl Teymur, Kiçik 
kənd, Kürd Əli, Xaraba Kilsə; II növ təyini söz birləşməsi- 
ZeynalBulağı., Talin rayonu:, I növ təyini söz birləşməsi - 
Yuxarı  Ağcaqala, Kiçik Talin; feli sifət-Aşağı Pirtikən., 
Hoktemberyan rayonu: I növ təyini söz birləşməsi - Kiçik 
Şəhriyar; II növ təyini söz birləşməsi - Kiçik Armudlu, Hacı 
Bayramlı:, Artaşat rayonu: I növ təyini söz birləşməsi- Aşağı 
Kəhriz, Yuxarı  Ağbaş, Sisyan rayonu: I növ təyini söz 
birləşməsi - Ağ yol, Ağ kənd, Baş kənd, Aşağı Ağ körpü, Yuxarı 
Ağkörpü, Boz kənd, Qızıl Şəfəq; Axta rayonu: I növ təyini söz 
birləşməsi – Aşağı Ərlik, Böyük Vedi, Qarın Burun, Yeni kənd, 
Köhnə  Şəhablı, Molla Əhməd, Seyid Kotanlı, Xaraba Kotanlı, 
Hacı baba, Hacı Mirzə, Çğin göl, Cğin Təzəkənd, Çopur Əli; II 
növ təyini söz birləşməsi- Əli qoruğu., Zəngibasar rayonu: I növ 
təyini söz birləşməsi- Aşağı Toxt; II növ təyini söz birləşməsi - 
Ovçu Qalası, Murad təpəsi; feli sifət- Çoban görükməz, 
Qaraçörən, Yelqovan, Çadqıran;, Basarkeçər rayonu: I növ 
təyini söz birləşməsi - Böyük Ağa, Böyük Məzrə, Aşağı Zağalı, 
Aşağı  Şorca, Bğda təpə, Qızıl vəng, feli sifət- Subatan;, Kamo 
rayonu: I növ təyini söz birləşməsi – Qul Əli, Hacı Muğan, 
Martunu: I növ təyini söz birləşməsi- Aşağı Alçalı, Aşağı 
Gözəldərə, Vəli Ağalı, Qızıl Xaraba, Kəsik baş;, Loru-Pəmbək 
qəzası: I növ təyini söz birləşməsi – Aşağı Axtala, Böyk Ayrım, 
Kiçik Ayrım, Çik Ayrım, P. Tərpiçala pəyələri;, Quqark rayonu: 
I növ təyini söz birləşməsi- Qara kilsə, Quruyurd;, 
Noyemberyan rayonu: I növ təyini söz birləşməsi - Aşağı 
Şeypurxan, Yuxarı Körpülü; Yeğeqnadzor rayonu: I növ təyini 
söz birləşməsi- Aşağı Gülüdüzü, Qızıl Qışlaq, Dədəli körpü, 


 
129
Güney Vəng, Göy Abbas, II növ təyini söz birləşməsi - Ağsu 
kəndi, Alxan pəyəsi, Albas biçənəyi, Qurbankahası,  Ələyəz 
mahalı, Əli dərəsi, Ərəb xəncəri, Yavər kəndi, Qəsul qışlağı, feli 
sifət- Bülbülölən, Amasiya rayonu: I növ təyini söz birləşməsi - 
Böyük Təpəgöy, Kiçik Təpəgöy, Kiçik Şiştəpə; II növ təyini söz 
birləşməsi - Ağbaba qəzası I növ təyini söz birləşməsi - Ağ gil-
sə, Molla Musa, Hacı Xəlil., 
I növ təyini söz birləşmələri: 1.Alaçıq Qaya –Icevan; 
2.Baqan tala  - Icevan; 3.Ağa tala, 4.Ağca qala, 5.Ada təpə, Qara 
torpaq, Qızıl qaya, Taxta pəyə, Taya qaya, Xəli kənd, Çatal 
çınqıl, Yuxarı Gözəldərə, Abaran, Aşağı Qarxun, Abaran, 
Böyük Zeyvə, Kiçik Zeyvə, Yuxarı Qarxun, Molla Dursun, Hacı 
Qara, Bayram Əli, Qızıl Teymur, Kiçik Kənd, Küd Əli, Xara 
Kilsə, Yuxarı  Ağcaqala-Talin, Kiçik Talin-Talin, Daş Nov-
Qafan, Ağ körpü-Gorus, Bəzli Ağcakənd-Gorus, Ballı qaya-
Gorus, Boz kaha-Gorus, Kavur bəmi-Gorus, Aşağı  Kəhriz-
Artamat, Yuxarı  Ağbat-Artamat, Aşağı Axta-Axta, Zeynal 
Ağaəli, Axta, Çopur Əli-Axta, Aşağı  Ərlik-Vedi, Böyük Vedi, 
Böyük Gilanlar, Qarın Brun, Yeni kənd, Köhnə Şəhablı, Molla 
Əhməd, Seyid Kotanlı, Xaraba Kotanlı, Hacı baba, Hacı Mirzə, 
Cğin göl, Gğin Təzəkənd, Böyük Çobankərə, Yuxarı Çarbaq, 
Göy Kümbət, Xaraba Sarvanlar, Naçi Elməz, Aşağı Qoxt-
Abovyan, Aşağı Zağalı-Basarkeçər, Aşağı Şorca, Böyük Məzrə, 
Buğda təpə və s. 
Mürəkkəb toponimlər onların tərkibindəki elementlərin 
aid olduğu nitq hissələrinə görə  də qruplaşdırılıb təsnif edilə 
bilər. Belə  təhlil apardıqda aşağıdakı toponimlər qruplarını 
ayırmaq mümkündür: 
1. Isim+isim  Məsələn, Quldərviş, Qoturbulaq, Adamxan, 
Imirxan, Babakişi, Sultanbəy, Qarakilsə, Qızıldaş, Dəlikdaş və s. 
2. Sifət+isim. Məsələn, Alakilsə, Ağkilsə, Soyuqbulaq
Qaraqala, Qaraqula, Qaradaş və s. 
3. Say+isim- Qırxbulaq, Qırxdəyirman, 
4. Sifət+feli sifət - Bozdoğan, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə