Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Abdullayeva Səyyarə Nicat qızı



Yüklə 1,17 Mb.
səhifə5/8
tarix13.11.2017
ölçüsü1,17 Mb.
#10139
1   2   3   4   5   6   7   8


Mənbə: DSK məlumatları əsasında müəllifin hesablamaları

Cədvəl 2.4-ün məlumatlarının təhlili göstərir ki, son beş ildə həm bütöv-lükdə bütün mənbələr hesabı­na ölkənin sənaye sektoruna, o cümlədən daxili mən­bələr hesabına qoyulan invesitisyaların həçmi artsa da, xarici sərmayələrin həcmi ilbəil azalmış, yalnız 2010-cu ildən ehtibarən artım müşahidə olunmuş-dur. Əgər 2000-2005-ci illərdə istər birinci (6.3 dəfə), istərsə də ikinci istiqamət-də (7.2 və 4.2 dəfə) artım olsa da, 2014-cü illərdə sənaye sektoruna qoyulan sərmayələrin həcmi ötən illə müqayisədə 670, xarici sərmayələr 543, daxili sərmayələr isə 127 mlyn. manat artmışdır. Təhlil aparılan illərdə daxili mənbələr hesabına emal sənayesinə qoyulan sərmayələrin ümumi məbləğinin artım tempi xarici sərmayələrin artım tempini üstələşmişdir.

Cədvəldən göründyü kimi, 2010-2014-cü illərdə bütün mənbələr hesabına mədən sənayesinə yönəldilən investisiyaların həcmi emal sənayesinə yönəldilən investisiyaların həcmindən 6.1 dəfə çoxdur. Əgər mədən sənayesinə yönəldilən investisiyaların ilbəil artmasını nəzərə alsaq görərik ki, 2014-cü ildə mədən sə­na-yesinə sərmayə qoyuluşunun mütləq həcmi 2010-cu illə müqayisədə 905.0 mlyn. manat (1.4 d), emal sənayesinə yönəldilən investisiyaların mütləq həc­mi isə təhlil aparılan dövr ərzində 351.0 mlyn. manat (1.7 d) artmışdır. Digər diqqət çə­kən məqam ondan ibarətdir ki, 2014-cü ildə mədənçıxarma sənayesinə yönəldilən investisiyaların 64.6%-ni xarici sərmayələr, emal sənayesinə yönəldilən investisi-yaların isə 99.8%-ni daxili sərmayələr təşkil edir. Beləliklə, aparılan təhlilin nəti-cələrinə əsaslanaraq belə bir qənaət hasil olunur ki, bütün mənbələr hesabına sənaye sektoruna yönəldilən sərmayələrin böyük hissəsi (63.8%-i) məhz mədən sənayesinin payına düşür. Bu, bir daha onu göstərir ki, digər sənaye sahələri xarici investorlar üçün cəlbedici olmadığından mövcud xarici investisiyaların əksər hissəsi məhz neft sənayesinə yönəlmişdir.

Azərbaycanda aparılan iqtisadi islahatlar istehsal texnologiyalarının və isteh­salın təşkilinin elmi-texniki tərəqqinin, deməli rəqabətin tələblərinə cavab vermə­diyini bir daha aşkara çıxardı. Bu gün milli iqtisadiyyatın əksər sahələ-rində istifadə olunan texnologiyalar dünya standartlarından hədsiz dərəcədə geri qalır. Qanunauyğun bir proses kimi istehsalda böhranların baş verməsi yeni resursqoruyucu texnologiyalar üçün iqtisadi məkan açmaqla yüksək xərctutum-lu, rəqabətqabiliyyətinə malik olmayan istehsalın aradan çıx­ma­sına bir növ şərait yaradır. Daha doğrusu, köhnə istehsal sahələri bazar üçün rəqabəqabiliy-yətli məhsul istehsal edə bilmək gücünə malik olmadıqlarına və bəzi hallarda isə istehsal naminə istehsalla məşğul olduqlarından məhsullara konkret satış bazarı tapa bilmədiklərinə görə istehsal sahələrində ümumi böhran halları müşahidə olunur. Təbii ki, rəqabətqabiliyyətli məhsul istehsal edilməməsinin başlıca səbəbi isə, hər şeydən əvvəl, tətbiq edilən istehsal texnologiyalarının tələb­lərə cavab verməməsi və onların yeniləşdirilməsi və ya modernləşdirilməsi üçün kifayət qədər maliyyə vəsaitlərinin olmaması ilə bağldır.

Təbii ki, bu şəraitdə Azərbaycan sənayesinin malik olduğu avadanlıqların tətbiqi ilə istehsal olunan sənaye məhsulları istər keyfiyyət parametrləri, istərsə də sərf edilən isteh-sal xərclərinin münasibliyinə görə dünya bazarında rəqabət aparmaq iqtidarında ola bilməz. Çünki bir qayda olaraq, bazar iqtisadi mühitində hər növ istehsal vasitələri adətən 6-7 ildən bir əsaslı şəkildə yeniləş-məyə məruz qalır. Əsas maraqlı məqam ondan ibarətdir ki, elm və texnikanın müasir səviyyəsinə uyğun gələn avdanlıqlar ayrı-ayrı istehsal sahələri üzrə cəmi 3-7.3% təşkil edir. Sənayedə 20 ildən artıq bir müddət ərzində istismar olunan istehsal avadanlıqlarının ümumi dəyəri 60%-dən çoxdur. Təkcə kimya və neft-kimya sahələrində istifadə olunan əsas fondların 58%-i bu həddi keçir.Bunun məntiqi nəticəsidir ki,Azərbaycan xarici ölkələrin keyfiyyətsiz məhsullarının satış bazarına və köhnə, həyat tsiklini başa vurmuş texnologiyanın tətbiq sahəsinə çevrilmişdir.Təsadüfü deyil ki,sənayedə fondverimi 2012-ci ildə əvvəlki ilə nisbətən 89.0%, fondla silahlanma isə 104.6% təşkil etmişdir.

İstehsal həcmində kəskin azalmalar müşahidə edilən sənaye sahələrinə əsa-sən sənaye potensialının 1/5-ni təşkil edən maşınqayırma kompleksi (130 müəssisə və 500 min kv. metr səmərəsiz istifadə olunan istehsal sahələrindən ibarətdir) aid edilir. Maşınqayırma kompleksində 1971-1985-ci illərdə istehsalın həcmi 5.3; kimya və neft sənayesində 3.0; yeyinti sənayesində 4.0 dəfədən çox artsada, istər iqtisadiyyatın «yenidənqurma» adlanan mərhələsində (1985-1991), istərsə də bazar iqtisadi sisteminə keçid şəraitində bu sahə əsasən köklü şəkildə gerilə­mələrlə müşahidə olünub. Burada baş verən geriləmələrin başlıca səbəbi iqtisa­diy­yata investisiya qoyuluşlarının birdən-birə azalması, Azərbaycanda istehsal edilən maşınqayırma məhsullarına keçmiş ittifaq respublikalarında tələbin azalması ilə bağlıdır (keçmiş Sovetlər İttifaqında neft maşınqayırma məhsulla­rına tələbatın 80%-ni məhz Azərbaycan Respublikası ödəyirdi). Bundan başqa, nəzərə almaq lazımdır ki, köhnə istehsal texnologiyalarına əsaslanan maşınqayır­ma sahələri istehsal sahələrində struktur islahatlarının aparılması üçün xüsusi və cəlb edilmiş maliyyə resurslarına-investisiya imkan-larına malik olmadıqların­dan və ənənəvi satış bazarlarını itirdiklərindən xarici bazarlar üçün rəqabət­qabiliyyətli məhsul istehsal etməyə gücləri çatmır.

Sənaye məhsullarının mülkiyyət formaları üzrə bölüşdürülməsinin təhlili göstərir ki, 2014-ci ildə respublika­mız­da istehsal olunmuş sənaye məhsulunun təkcə 80.1%-i qeyri-dövlət mülkiyyətli müəssisələrin payına düşmüşdür. Buda 2005-ci illə müqayisədə 9.5% bənd yüksəkdir. Bütün bunlarla bərabər bir sıra emal sənaye, məsələn, kimya (75.4%), kompyüter elektron və optik məhsullar (83.3%), hazır metal məmulatları (49.8%), maşın və avadanlıqlar (80.3%), neft-ayırma məhsulları (100%), sair nəqliyyat vasitələri (99.3%) və elektrik enerjisi istehsalı (98.9%) sahələrində hələ də dövlət sektoru öz üstünlüyünü qoruyub saxlaya bilib (Cədvəl 2.5).

Cədvəl 2.5

Sənaye məhsullarının mülkiyyət formaları üzrə bölgüsü, milyon manat





2000

2005

2010

2012

2013

2014

Bütün mülkiyyət növləri üzrə cəmi sənaye məhsulları

3639.0

9309.0

22564.0

27978.0

35027.0

34565.0

Dövlət mülkiyyətli müəssisələrdə istehsal olunan sənaye məhsulları

1879.0

2737.0

5036.0

5575.0

6817.0

6875.0

Qeyri-dövlət mülkiyyətli müəssi-sələrdə istehsal olunan sənaye məhsulları

1760.0

6572.0

17528.0

22403.0

28210.0

27690.0

- xüsusi mülkiyyət

765.0

1400.0

1999.0

2638.0

2969.0

3690.0

- xarici mülkiyyətli

860.0

4872.0

15045.0

19113.0

24717.0

23407.0



Mənbə: DSK məlumatları əsasında müəllifin hesablamaları

Məhz rəqabət hesabına sahə daxilində perspektiv və rəqabəqabiliyyətli mü­əssisələrin seçimi aparılır. Deməli, rəqabət müəssisələrin özünəməxsus çıxdaşının səmərəli aləti hesab olunur. Lakin potensial imkanlardan istifadə, daxili baza­rın qorunması və iqtisadi təhlükəsizlik baxımından sənayedə sahibkarlığın inki­şaf səviyyəsi qənaətbəxş deyildir.

Lakin, bununla belə, qeyd etmək lazımdır ki, respublikanın sənaye müəs-sisə­lərinin texniki inkişaf səviyyəsinin dünya standartlarından kəskin şəkildə geri qalması ucbatından sənaye məhsullarının istehsal həcmi hələ də zəruri səviyyəyə çatdırılmamış, o, keyfiyyət baxımından beynəlxalq standartlara cavab vermir və bu səbəbdən də onun rəqabət qabiliyyətliliyi aşağı, maya dəyəri isə yüksəkdir.

2014-cü ildə sənaye həm iqtisadiyyatın sahələri üzrə fəaliyyət göstərən xarici investisiyalı müəssisə­lərin sayına, həm də bu müəssisələrdə çalışan işçilərin sayı-na görə ticarət və xidmət sferasından sonra gəlir. Rəsmi statistik məlumatar-dan göründüyü kimi, xarici amillərin rolu bu sahələrin formalaşmasında və ölkənin sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyətə malikdir.Lakin uzun-müddətli dövrdə situasiyanın dəyişməsi ilə xarici investisiyalı müəssisələrin ölkə-nin sosial-iqtisadi inkişafında rolu yeni amillərlə müəyyənləşə bilər.

Azərbaycanda xarici əməkdaşlıq obyekti kimi formalaşmaqda olan müəssi­sə­lərin əksəriyyətinin fəaliyyəti daxili bazara istiqamətlənmişdir. İxrac istiqa­mə­tində meydana çıxan problemlər təkcə investisiya və texnologiyalarla deyil, eyni zamada bazar axtarışı məsələsindən ibarətdir. İstehsalçı müəssisələrin regional bazarlarda və ya bazar seqmentlərində payı itirildikcə Ümümittifaq Ticarət Təş-kilatının irəli sürdüyü tələblər emaledici sənaye müəssisələrinin bu bazarlarda ixrac fəaliyyəti istiqamətində daha mürəkkəb situasiyaların əmələ gəlməsinə səbəb ola bilər.

Beləliklə, sənayenin dinamik inkişafını təmin etmək üçün dövlətin iqtisadi siyasətinin tərkib hissəsi kimi sahibkarlıq fəaliyyətinin inkişaf strategiyası işlənib hazırlanmalıdir.

Müxtəlif səviyyəli təsərrüfat əlaqələri ilə xarakte­ri­zə olunan ölkələrarası qarşılıqlı iqtisadi fəaliyyət dünyanın əmtəə, xidmət, kapital və maliyyə resursları bazarında bu ölkələrin bazar paylarının artırılması uğrunda gedən rəqabət mübarizəsi şəraitində baş verir.

Azərbaycanda xarici ticarətin son dövrlərdəki təhlili göstərir ki, idxal və ixracın dinamikası, strukturu və coğrafiyasında əsaslı struktur dəyişiklikləri baş vermiş­dir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2014-cü ildə isə xarici ticarət dövriyyəsi 33.6 milyard dollar təşkil etmişdir ki, bunun da 23.9 milyard dolları (71.2%) ixracın, təxminən 9.7 milyard dolları isə (28.8%) idxa-laın payına düşmüş və ixrac idxalı 2.5 dəfə üstələməklə xarici ticarət balansının profi-siti 14.2 milyard dollar olmuşdur (Cədvəl 2.6):

Cədvəl 2.6

Azərbaycan Respublikasında 2000-2012-ci illər üzrə xarici ticarət dövriyyəsinin dinamikası (mlyn. ABŞ dolları)





2000

2005

2010

2011

2012

2013

2014

1.Xarici ticarət dövriy-yəsi

2971.3

8558.4

54926.0

20824.5

27960.8

36326.9

33560.9

idxal

1172.1

4211.2

7170.0

6123.1

6600.6

9756.0

9652.9

xüsusi çəkisi, %-lə

39.4

49.2

13.1

29.4

23.6

26.9

28.8

İxrac

1745.2

4347.2

47756.0

14701.4

21360.2

26570.9

23908.0

xüsusi çəkisi, %-lə

58.7

50.8

86.9

70.6

76.4

73.1

71.2

2. Saldo (+; -)

573.1

136.0

40586.0

8578.3

14759.6

16814.9

14255.1

3. Adambaşına düşən

xarici ticarət dövriyyəsi

cəmi


0.369

1013

6255.8

2340.6

3107.5

3933.5

3586.9

İdxal

0.145

0.498

816.6

688.2

733.5

1056.4

1031.6

İxrac

0.217

0.515

5439.2

1652.2

2373.9

2877.2

2552.2

4.Əvvəlki ilə nisbətən faktiki qyimətlərlə,faizlə

148.5

120

466.6

37.9

120.0

103.9

89.3

İdxal

113.1

119.8

125.5

85.4

105.0

145.3

96.9

İxrac

187.8

120.2

788.3

30.8

125.3

88.7

86.2


Mənbə: DSK məlumatları əsasında müəllifin hesablamaları

Təhlil aparılan dövr ərzində xarici ticarət dövriyyəsində 2005-ci illə nisbətdə 3.9 dəfə artım müşahidə edilsə də 2014-cü illə müqayisədə ixrac 10%, idxal isə xam neft, neft məhsulların və təbii qazın 11% azalması ilə əlaqədar olaraq 1.0% azalmışdır. Təbii ki, bu azalma meylləri xarici ticarət dövriyyəsinin ölkənin ÜDM-da xüsusi çəkisinə də mənfi təsir göstərərək (ötən ilə nisbətən 6.2% azal-mış) 48.8% səviyyəsində qərarlaşmışdır.

Statistik rəqəmlərə əsaslanaraq aparılan təhlil bir daha göstərir ki, ayrı-ayrılıqda həm idxalın (34.8%), həm də ixracın (14.0%) ÜDM-də mövcud paylarında da müvafiq olaraq 5.4% və 14.8% azalmalar müşahidə olunmuşdur. Qeyd edilən dövr ərzində respublikamızda xarici ticarətin əmtəə strukturu, eləcə də ölkəyə valyuta axınını təmin edən əmtəələrin siyahısı da demək olar ki, dəyişməz qalmışdır.

Bütövlükdə ixracın tərkibinə Azərbaycan Respublikasının statistik hesabat-larına uyğun olaraq təxminən 97 adda ölkə məhsulları daxil edilir. Lakin ölkəyə valyuta axını təmin edən məhsulların siyahısı 5-6 mövqeyə malik neft və neft məhsulları, qaz və metallardan ibarətdir (Cədvəl 2.7):

Cədvəl 2.7

2015-ci ildə mal qrupları üzrə xarici icarət dövriyyəsi



Qrupların adı

İdxal, min ABŞ dolları

İdxalda xüsusi çəkisi, %-lə

İxrac, min ABŞ dolları

İxracda xüsusi çəkisi, %-lə

Cəmi

9652870.6

100

23907983.7

100,0

Mineral məhsullar

307686.3

3.2

22281145.2

93.2

Az qiymətli metallar

1467525.8

15.2

218426.3

0.9

Maşınlar, mexanizmlər, elektrotex-

niki avadanlıqlar



2629257.3

27.2

53946.2

0.2

Quru və üzən nəqliyyat vasitələri

1414854.2

14.6

42380.6

0.2

Kimya sənayesi məhsulları

662506.0

6,7

174585.0

0.7

Plastik kütlələr və onlardan hazırlanan məhsullar

427263.5

4.4

108989.0

0.5

Toxuculuq materialları

80093.4

0.8

52573.6

0.2

Daş, gips, sement, asbest, keramika

və şüşə məmulatları



235902.2

2.4

2691.1

0.01

Kağız və karton məmulatları

114063.0

1,2

12264.1

0.05


Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəllifin hesablamaları

Cədvəldən göründüyü kimi, ölkədə xarici iqtisadi fəaliyyətin liberallaş­dı­rılması nəticəsində xarici ticarətdə mal dövriyyəsi xeyli artmışdır. Əgər 2000-ci il ərzində ölkənin dövlət və qeyri-dövlət qurumları tərəfindən 103 ölkə ilə ticarət əməliyyatları aparılmışdırsa, 2015-ci ildə Azərbaycanın 143 ölkə ilə ticarət əmə­liyyatlarının həcmi 33560.9 mlyn.dollara çatmış, 2012-cu ildə idxalın 27.2%-i maşın və mexanizmlərin, 15.2%-i az qiymətli metalların, 14.6%-ni isə quru hava və su nəqliyyatı vasitələrinin payına düşmüşdür. Ayrı-ayrılıqda isə son üç ildə idxalda üstünlük təşkil edən maşın və mexanizmlər 1,4% bənd, quru hava və su nəqliyyatı vasitələri 3,4% bənd azalmış;az qiymətli metallar isə 1,7% bənd artmışdır.

Dünya təcrübəsi göstərir ki, xarici ticarətin strukturunun əsasən bir və ya bir neçə məhsuldan ibarət olması, ölkənin xarici ticarətini dünya bazarındakı konyunktur vəziyyətdən asılı edirBununla əlaqədar olaraq res­publikanın xarici ticarətinin inkişafı ilə bağlı proqramlarda əsas məqsəd ixra­catda hazır, o cümlədən ənənəvi məhsulların xüsusi çəkisinin artırılması prioritet is­ti­qamət götürülməlidir. Bunun üçün isə ölkədə fəaliyyət göstərən fiziki və hüquqi şəxs-ləri, eləcə də əcnəbi vətəndaşları bu istiqamətə investisiya qoymaq məq­sədi daşıyan stimullaşdırıcı tədbirlər paketi işlənib hazırlanmalı, gömrük-vergi güzəştləri həyata keçirilməli, pul-kredit və valyuta siyasəti inkişaf etdi­rilməlidir.

2.2.Əmtəə bazarında rəqabət mühitinin formalaşmasına qiymətin təsir imkan-larının dəyərləndirilməsi
Əvvəlki fəsildə marketinq sistemində qiymətin əmələ gəlməsi konsepsiyası şərh edildi. Bu konsepsiya çərçivəsində qiymətqoymaya təsir edən amillər, qiymətqoyma metodların, qiymət strategiyaların, bir sözlə bütöıvlükdə qiymətin əmələ gəlməsi mexanizmi nəzərdən keçirildi.Bütün bu sadaladıqlarımız qiymətin əmələ gəlməsinini nəzəri məsələlərini əhatə etməklə real həyatda çox vaxt nəzəriyyədən fərqlənir. Belə fərqlər qiymətin əmələ gəlməsinin bütün mərhələlə-rində və istiqamətlərində özünü təzahür etdirir.

Marketinq sistemində qiymətin əmələ gəlməsini bir proses kimi öyrənmək baxımından ən yaxşı üsul onun marketinq nöqteyi – nəzərindən təhlilidir. Əgər qiymətin əmələ gəlməsinin marketinq təhlili konkret müəssisə və ya əmtəə nümunəsində aparılarsa nətijələrin reallığı əks etdirməsi imkanları yüksəlir. Biz də məsələyə bu aspektdən yanaşaraq qiymətin əmələ gəlməsinin marketinq təhlilini tədqiqat obyekti kimi «Bakı Çinar Soyuducuları ASC»nin timsalında aparmaq qərarına gəldik.

Bu müəssisənin tədqiqat obyekti kimi seçilməsi aşağıdakı səbəblərlə əlaqədardır:


  • müəssisənin istehsal etdiyi soyuducular uzun müddət istifadə oluna bilən mədəni məişət malları qrupuna daxildir. Belə məhsullar nisbətən baha olduğundan onlar üçün tətbiq olunan qiymətqoyma metodlarını və strate-giyalarını çox da tez-tez dəyişmək lazım gəlməyəjəkdir. Çünki bazarın özünün buna tələbi o qədər də yüksək formada deyil.

  • müəssisə son illərdə istehsal etdiyi müxtəlif nomenklaturalı məhsulla-rın ("Çinar-111", "Çinar-7MS", "Çinar-425", "Çinar-427", "Çinar-520") keyfiy-yətini yüksəltməyə başlamışdır. Artıq zavodun istehsal etdiyi əksər soyuducular bəzi analoci məhsullarla çətinliklə də olsa rəqabət apara bilmək qabiliyyətinə malikdir və s.

Qiymətin əmələ gəlməsinin marketinq təhlilini aparmaq üçün ilk növbədə:

a) müəssisə öz məhsullarına qiymət müəyyən edərkən hansı məqsədləri güdür?

b) müəssisədə qiymətlər necə əmələ gəlir (konkret model timsalında)?

v) müəssisədə qiymətqoymanın hansı metodlarından istifadə edilir?

q) hansı qiymət strategiyaları tətbiq olunur?

d) rəqiblərlə rəqabət hansı amillər (qiymət, yoxsa qeyri-qiymət) əsasıeda aparılır?

e) rəqiblər kimlərdir? Satış bazarı müəssisə və rəqiblər arsında necə bölüşdürülmüşdür və s. suallara cavab vermək lazımdır.

«Bakı Çinar Soyuducuları ASC» 1959-cu ildə «Çinar İB» adı altında yaradılmışdır. 85000 m2 ümumi sahəyə malikdir. Bunun da 27728 m2-i əsas istehsal sahəsinin payına düşür. İstehsal gücü ildə 200000 ədəd soyuducu olan müəssisə 1996-cı ildə fəaliyyətini dayandırmaq məcburiyyətində qalsa da, 1997-ci ildə fəaliyyətini bərpa edə bildi. Zavodda 2000-ci ildə bəzi rekonstruksiya işlərinə başlanıldı. Bu gün zavodun onun tam gücü ilə müasir standartlara cavab verən səviyyədə işləməsi üçün 12000000$ investisiya qoyuluşu tələb olunur [29].

Müəssisə 2000-cu ildə səhmdar cəmiyyətə çevrilərək özəlləşdirilməyə çıxa-rılmışdır. Təlimata görə müəssisənin səhmlərinin 15%-i əmək kollektivinə satmalı, 85%-i isə investisiya proqramları çərçivəsində özəlləşdirilməli idi. Lakin əmək kollektivi müəssisənin səhmlərinin yalnız 5,27%-ni ala bildi. Qalan hissə isə investisiya proqramları çərçivəsində özəlləşdiriləcək 85%-lik paya əlavə olundu. Beləliklə, bu pay 94,73%-ə yüksəldi. Lakin investor tapılmadığından bu hissə hələlik dövlətin əlindədir.

Müəssisənin təşkilati idarəetmə strukturu şəkil 2.1-də verilmişdir. Bu, mövcud təşkilati-idarəetmə strukturu bəzi çatışmamazlıqlara malikdir:



  1. Müəssisədə marketinq xidməti kifayət qədər yaxşı təşkil olunma-dığından marketinq şöbəsi o qədər də səlahiyyətə malik deyildir. Müəssisənin marketinq şöbəsi yalnız satış və satış üzrə servis xidmətlərinin göstərilməsi məsələləri ilə məşğul olur, müəssisədə marketiqin vəzifə və funksiyalarının, prinsip və metodlarının tətbiqi sahəsində heç bir məsuliyyət daşımır.

  2. Təminatlı (zəmanətli) təmir sahəsi zəmanətli təmirlə bağlı servis xidmət-ləri göstərir. Bu sahə baş mühəndisin tabeçiliyindədir. Bu tamamilə qanuna-uyğundur. Ancaq servis xidmətlərinin marketinqin tərkib hissəsi olmasına (servis xidmətləri bir qayda olaraq satış zamanı və satışdan sonra göstərildi-yindən marketinqin tərkib hissəsi hesab olunur) baxmayaraq, bu sahə marketinq şöbəsi ilə heç bir şəkildə əlaqələndirilməmişdir. Bu çatışmamazlığı aradan qaldırmaq üçün təminatlı təmir sahəsinin marketinq şöbəsi ilə funksi-onal şəkildə əlaqələndirilməsi məqsədəuyğundur.

Müəssisə





  1. Müəssisədə maddi-texniki təchizatın təşkili və müqavilələrin bağlan- ması məsələləri ilə bir qayda olaraq marketinq şöbəsi məşğul olmalıdır. Lakin müəssisədə bu işlər tamamilə ayrı-ayrı struktur bölmələrin səlahiyyətlərinə daxildir. Müəssisələr arasında əməkdaşlıq müqavilələrinin bağlanması isə bir-başa səhmdar cəmiyyətin idarə heyətinin sədrinin səlahiyyətlərinə daxil oldu-ğundan müqavilələrin rəsmiləşdirilməsi ilə məşğul olan müqavilə-hüquq şöbəsi müvafiq məsələlər üzrə birbaşa sədrin tabeçiliyinə verilməlidir.

  2. Maddi-texniki təchizat, satış, müqavilələrin bağlanması kimi məsələlər də marketinq fəaliyyətinin tərkib hissələri olduğundan müvafiq işlərlə məşğul olan şöbələri kommersiya-marketinq şöbəsi adı altında birləşdirmək, bu şöbənin tərkibində satış, marketinq, maddi-texniki təchizat və müqavilə-hüquq xidmət-ləri yaratmaq məqsədə uyğundur. Kommersiya-marketinq şöbəsini inzibati-təsərrüfat işləri üzrə sədr müavininin tabeçiliyinə verməklə digər sədr müavini postunu ixtisar etmək olar. Bu zaman inzibati-təsərrüfat işləri üzrə sədr müavini kommersiya və inzibati-təsərrüfat işləri üzrə sədr müavini adlanmalıdır.

  3. Müəssisədə idarəetmə xərclərinin azaldılması baxımından mühasibat şöbəsi ilə plan-iqtisad və əməyin təşkili şöbəsini maliyyə şöbəsi adı altında birləşdirilərək birbaşa sədrin tabeçiliyinə verilməsini məqsədəuyğun hesab edirik.

  4. Müəssisənin idarəetmə strukturundakı həddən artıq xətti asılılıq isteh-sal-kommersiya fəaliyyəti üzrə bəzi işlərin operativ həllinə maneçiliklər törədə bilər.Buna görə də bəzi struktur bölmələri arasında funksional əlaqələrin olması, habelə sədr müavinləri arasında qarşılıqlı funksional əlaqələrin mövcud-luğu təşkilati-idarəetmə strukturunun operativliyini xeyli artıra bilər.

Müəssisə 2012-ci təsərrüfat ilini ziyanla başa vurmuşdur. Belə ki, zavodda aparılan əsaslı işlərə baxmayaraq sonrakı illərdə iqtisadi fəaliyyət öz nəticəsini vermədi. Lakin 2012-ci ildən etibarən zərərin həcmi planlaşdırılan bazar mənfə-ətinə qarşı azalmağa başlamışdır. Zərərin həcmi 2010-cu ildə 614186 min manat, 2011-ci ildə 364554 min manat, 2012-ci ildə 574070 min manat, 2013-cü ildə 560240 min manat, 2014-cü ildə 456934 min manat, 2015-ci ildə isə 315805 min manat təşkil etmişdir. 2016-cı ildə bu həcmin daha da azalaraq 135325 min manata qədər enməsi nəzərdə tutulmuşdu. Zərərin azalması dinamikası sübut edir ki, müəssisənin 2016-cı ildən etibarən mənfəətlə işləməsi üçün maddi baza yaradılır.

Zərərin dinamikasına diqqət yetirdikdə görürük ki, 2015-ci ildə zərər 2014-cü illə müqayisədə 141129 min manat və ya 0,7 dəfə azalmışdır. Bunun da əsas səbəbi 2014-cu ildə müəssisənin kredit götürməsi və bunun hesabına istehsalı genişləndirməsi olmuşdur. Məhz buna görə də 1997-2001-ci illər ərzində 1998-ci il müəssisənin bütün göstəricilərinin ən yüksək olduğu il kimi səciyyələnir. Hazırda müəssisədə beş çeşid üzrə soyuduju istehsalı həyata keçirilir (cədvəl 2.8).

Cədvəl 2.8

«Çinar» soyuducularının texniki-iqtisadi parametrləri haqqında əsas məlumatlar






Modelin

adı


tutumu

(litr)


təyi

natı


Kamera

Sayı


İstehsal həcmi (ədəd)

2010

2011

2012

2013

2014

2015

1.

«Çinar-111»

300

məişət

2

1855

536

198





2120

2.

«Çinar-7MS»

280

məişət

2

509

3

101





300

3.

«Çinar-425»

160

məişət

1

*

*

16





105

4.

«Çinar-427»

240

məişət

1

956

70

339





2633

5.

«Çinar-112»



məişət

1

2003-dən istehsal olunur.

142

6.

«Çinar-3»



məişət

1



«Çinar-427» ilə əvəzlənib

7.

«Çinar-19/25»



məişət

1



*

1

İstehsaldan çıxarılb

8.

«Çinar-240»



vitrin

1

*

*

*

93



*

9.

«Çinar-500»



vitrin

1

*

*

*

44



*

10.

«Çinar-520»

310

vitrin

1

*

*

*





1000

C Ə M İ

3320

610

791

2103

3898

6300

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə