Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Abdullayeva Səyyarə Nicat qızı



Yüklə 1,17 Mb.
səhifə6/8
tarix13.11.2017
ölçüsü1,17 Mb.
#10139
1   2   3   4   5   6   7   8

- məlumat yoxdur.



* - istehsal olunmamışdır

Cədvəldən də göründüyü kimi müəssisə 1997-ci ildən 2003-cu ilədək olan dövr ərzində bir modeli istehsaldan çıxarıb, digərini təkimlləşdirərək başqası ilə əvəz edib, tamamilə yeni bir modelin isə istehsalına başlayıb.

Müəssisə 2000-ci ildən etibarən vitrin soyudujularının da istehsalına başlayıb və bu da ümumi məhsul istehsalının 1/4-ni təşkil edir.

Müəssisənin istehsal etdiyi məişət soyuducuları içərisində ən çox satılan modellər «Çinar-111» və «Çinar-427» modelləridir.

Müəssisədə istehsal edilən bütün soyuducular əsasən respublikanın ayrı-ayrı rayon və şəhərlərində satış şəbəkələri vasitəsilə reallaşır.

Beynəlxalq bazarlardakı analoci məhsullarla müqayisədə keyfiyyətin aşağı olması müəssisənin məhsullarının ixrajatını əngəlləyir. Burada nəzərə alınan məqam ondan ibarətdir ki, zavod ölkəmizdə soyuducu istehsal edən yeganə müəssisə olmasına baxmayaraq daxili bazardakı rəqabət mübarizəsində öz xarici rəqiblərinə uduzur. Lakin son illərdə müəssisədə aparılmış rekon-

struksiya işləri və əsas yarımfabrikatların xaricdən alınması hesabına məhsulun keyfiyyəti xeyli dərəcədə yüksəldilmişdir. Bu da onun ildən-ilə daha çox məhsul istehsal etməsinə şərait yaradır. Lakin əsas məsələ məhsulu istehsal etmək yox, onun satışını təşkil etməkdir. Müəssisə bu sahədə də öz göstəricilə-rini getdikcə yaxşılaşdırır. Belə ki, əgər 2015-ci ildə müəssisə istehsal etdiyi ümumi əmtəəlik məhsulun 90,7%-ni sata bilmişdirsə, 2014-cu ildə bu göstərici 94% olmuşdur. Bunun da əsas səbəbi məhsulun keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olması, qiymətinin isə demək olar ki, dəyişməməsidir.

Azərbaycan bazarında «Çinar» soyuducularından başqa Türkiyə, Rusiya, Ukrayna,İran, Belorusiya, Litva, J.Koreya, Yaponiya, Malayziya, AFR, İtaliya və s. ölkələrin istehsal etdiyi soyuducular da satılır.

Almaniyanın «Siemens», «Bosh», Yaponiyanın «Sharp», «Ranasonik», İtaliyanın «Zanussi», Malayziyanın «Sanyo», J.Koreyanın «Samsung», «Hyun-dai», Türkiyənin «İndesit» və s. kimi soyuducuları özündə yüksək keyfiyyət və yüksək qiyməti (400-2500$) əks etdirdiyindən belə soyuducuları almaq ölkə əhalisinin əksəriyyətinin imkanı xaricindədir. Yəni, bu soyuducular Azərbaycan bazarı üçün nüfuzlu əmtəələr hesab olunur. Deməli, onlar "Çinar" soyuducula-rının əsas rəqibləri deyildirlər.

Türkiyənin «Beko» (200-400$),«Vestel» (200-450$), Belorusiyanın «Atlant» (250-500$), Rusiyanın «Stinol» (250-400$), «Saratov» (200-400$), Litvanın «Altus» (300$), Ukraynanın «Dnepr» (190-260$), «Nord» (235-260$) soyuducuları qiymət və keyfiyyətcə "Çinar" soyuducularına daha yaxın oldu-ğundan onun əsas rəqibləri hesab oluna bilər. Hazırda Azərbaycan bazarında ən yaxşı satılan soyuducular «Nord», «Dnepr», «Beko», «Vestel» və «Atlant»-dır. "Çinar" soyuducularının qiyməti (140-200$) daxili bazarda satılan istənilən soyuducu markasının qiymətindən aşağıdır. Qiymətinin belə aşağı olması və motorunun «Atlant» motoru olması "Çinar" soyuducularına rəqabət mübarizə-sində əlavə üstünlük verir. Keyfiyyətin aşağı olması isə onun rəqabət mübarizə-sində geri qalması ilə nəticələnir. Lakin, "Çinar" soyuducularının keyfiyyətinin getdikcə artması, servis xidmətlərinin səviyyəsinin yüksəlməsi gələcəkdə müəssi-sənin daxili bazardakı rəqiblərini sıxışdırması üçün perspektiv imkanlar açır.

Onu da deyək ki, müəssisə soyuduculara 3 il zəmanət verir və müəssisənin satış məntəqəsindən alınan soyuducuların müştərilərə çatdırılmasını təmin edir.

Son illərdə müəssisənin istehsal etdiyi məhsulların rəqabət qabiliyyətliliyi getdikcə artmaqdadır. Bu aşağıdakı səbəblərlə əlaqədardır.



  • Məhsulun qiymətinin bazardakı bütün analoci məhsulların qiymət-lərindən ucuz olması.

  • Məhsulun istehsalı zamanı yüksək keyfiyyətli xammal, material və yarımfabrikatlardan istifadə olunması.

  • Servis xidmətlərinin səviyyəsinin getdikcə artması.

  • Aparılmış rekonstruksiya işləri zavoda daha keyfiyyətli məhsul istehsal etmək imkanları vermişdir. Müəssisə bu imkanlardan yararlanaraq öz məhsu-lunun keyfiyyətini daim yaxşılaşdırır.

Beləliklə, müəssisə öz rəqibləri ilə əsasən qiymət və keyfiyyət göstəriciləri üzrə rəqabət aparır.

Əgər firma öz məhsullarının rəqabət qabiliyyətliliyini artıra bilmişdirsə, deməli, öz bazar payını da artırmış, ən azından sabit saxlamışdır. Qarşıda duran əsas məsələ "Çinar" soyuducularının timsalında bu problemi araşdır-maqdır. Bununçün ilk növbədə bazarın tutumunu müəyyən etmək lazımdır. Bazarın tutumunu müxtəlif üsullarla müəyyən etmək olar. Bu üsullardan ən sadəsi aşağıdakı kimidir: il ərzində ölkədə istehsal edilmiş məhsulun həcmi + idxal-ixrac.Bu üsuldan istifadə edərək 2010-2015-ci illər üzrə soyuducu bazarı-nın tutumunu Dövlət Statistika Komitəsinin məlumatları əsasında aşağıdakı kimi müəyyənləşdirmək mümkündür:

Bazarın tutumu(2010)= 610+3273* - 0=3883 ədəd

Bazarın tutumu(2013)= 791+12364* – 0 =13155 ədəd

Bazarın tutumu(2015)= 2103 + 10458* – 0 =12561 ədəd

Beləliklə, məlum olur ki, soyuducu bazarının tutumu 2010-cu ildə 3883, 2013-cü ildə 13155, 2015-ci ildə 12561 ədəd soyuducu olmuşdur. Lakin, statistik verdiyi məlumatlara görə satışın bütün kanalları vasitəsilə 2010-cu ildə 15100, 2013-cü ildə 16100, 2015-ci ildə 16900 ədəd soyuducu satılmışdır. Bu heç də istisadi reallığı əks etdirmir. Çünki, ölkəyə gətirilən soyuducuların böyük bir hissəsinin gömrükdən yayınması nəticəsində statistik məlumatlar təhrif edilmiş-dir. Nəticədə bazarın tutumunu müəyyənləşdirən zaman real-lıqdan xeyli uzaq olan rəqəmlər əldə edilir.

Gömrükdən yayınaraq ölkəyə gətirilən məhsullar bazarın tutumunun müəyyənləşdirilməsində çətinlik yaratdığı kimi yerli istehsalçılara da böyük iqtisadi ziyan vurur. Çünki belə məhsullar üçün gömrük rüsumları ödənilmə-diyindən onların qiyməti satış bazarındakı real analoji məhsulların real qiymət-lərindən xeyli aşağı olur. Bu da yerli məhsulların rəqabət qabiliyyət-liliyini azaldır. Dövlət yerli istehsalçıları stimullaşdırmaq və qorumaq üçün xarici soyuduculara (xüsusilə də "Çinar"ın ən ciddi rəqiblərinə) yüksək gömrük rüsumu müəyyənləşdirməli və gömrük sistemini şəffaflaşdırmalıdır.

Yuxarıda göstəilən üsulla bazarın tutumunu müəyyən etmək Azərbaycan reallığında qeyri mümkün olduğundan bazarın tutumunu daha real şəkildə aşağıdakı kimi müəyyən edə bilərik:

Azərbaycanın əhalisi 10 milyona yaxndır. Hər ailədə 4 nəfər olması hesabı ilə ölkəmizdə 2035350 ailə vardır. Hər bir ailəyə soyuducu lazımdır. Lakin soyuducunun orta istismar müddəti 5 il olduğundan hər il 407070 ailə soyuducuya ehtiyac duya bilər. Lakin, əhalinin 92,5%-inin gəlirləri yaşayış minimumundan aşağı səviyyədədir. Deməli, əhalinin 7,5%-i (30530 ailə) soyu-ducuya potensial tələb yarada bilər. Bu da ən azından 30530 soyuducu deməkdir.

Lakin, məişət soyuducuları bazarının tutumunun müəyyənləşdirilməsi ilə yanaşı vitrin soyuducuları bazarının tutumunu da müəyyənləşdirmək lazımdır: Azərbaycanda fəaliyyət göstərən müəssisələrin sayı 2015-ci ildə 33700 olmuşdur. Onların da əksəriyyətində (sənaye, kənd təsərrüfatı, ticarət, ictimai iaşə və s.) vitrin soyuducularına ehtiyac vardır. Bu sahələrə daxil olan müəssisələrin təqribi sayı 18000-dir. Soyudujunun orta istismar müddəti 5 il olduğundan bu müəssisələrin vitrin soyuducularına olan potensial tələbi 3600 ədəd olacaqdır. Beləliklə, 2015-ci ildə bütövlükdə soyuducu bazarının tutumu təqribən 34500 (30500+3600=34100) ədəd soyuducu olmuşdur.

"Çinar" soyuducularının bazar payının da müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir (cədvəl 2.9).

Cədvəl 2.9

"Çinar" soyuducularının bazar payı


İllər

İstesal həcmi (ədəd)

Bazarın tutumu (ədəd)

"Çinar" soyuducularının bazar payı (%)

A

B

V

Q

2010

610

33200

1,84%

2012

791

33600

2,35%

2014

2103

34500

6,1%

2015

3898

36000

10,83%

Cədvəldən göründüyü kimi müəssisənin bazar payı 2010-cu ildə çox cüzi, 1,84% olmuşdur. Bu, ölkədə yeganə olan yerli istehsalçı üçün çox aşağı göstə-ricidir. Lakin keyfiyyətin aşağı olması bundan artığına da imkan vermirdi. 2000-cu ildə müəssisədə həyata keçirilən texniki-iqtisadi tədbirlər nəticəsində onun həm istehsal həcmi, həm də bazar payı artmağa başladı. Əgər 2010-cu ildə anbar qalığı 10% idisə, 2012-cu ildə bu 6% təşkil etdi. Artıq 2013-cü ildə müəssisənin bazar payı 6,1%, 2014-cu ildə 10,83% təşkil etmişdir. 2015-ci ildə isə bazar payının artaraq 15%-ə çatması ehtimal olunur. Müəssisənin əsas rəqib-lərini müəyyən edən zaman məlum oldu ki, müəssisə öz rəqibləri ilə əsasən qiymət və keyfiyyət göstəriciləri üzrə rəqabət aparır. Bazarın tutumu və müəssisənin bazar payı ildən-ilə artmaqdadır.

Konkret olaraq müəssisədə qiymətin əmələ gəlməsi mexanizmini təhlil etmək üçün aşağıdakı cədvəl məlumatlarından istifadə edilməsi məqsədə uyğun-dur.

Cədvəl 2.10

"Çinar-7MS" modelli soyuducunun istehsalı üçün zəruri olan əsas növ xammal və materiallar


Xammal və materiallar

Məsrəf norması

Orta qiyməti (manat)

Məbləği (manat)

A

B

V

Q

1.

2.

3.



4.

5.

6.



7.

8.

9.



10.

11.


12.

13.


14.

15.


16.

17.


18.

19.


20.

21.


22.

23.


24.

25.


26.

27.


28.

Qara metal

Polad lent

Trubka (burulmuş boru)

Polad məftil

Alüminium pəstah

Buxarlandırıjı pəstah

Alüminium lent A5H

Alüminium lent D/H

Profil press pəstahı AD-31

Trubka(boru) AD,MKP. 0,8x1,5

Kapilyar boru

Vərəq I PQ

Polistirol (dənəvər)

Polietilen

Plastik DBS PAM 3

Polietilen plyonka

Maqnit lövhə

Şüşələr ədəd/m2

Amartizator

Penopoliuretan (PPU)

Qızdırıjı jihaz

Naqillər


Arqon (qaz halında)

Rəng


Xladon

Azot turşusu

Polistirol (vərəq)

Digər xammal və materiallar



21,7 kq

0,226 kq


0,889 kq

4,38 kq


1 ədəd

1ədəd


0,0065 kq

1,018 kq


0,229 kq

0,228 kq


0,110 kq

8,74 kq


4,785 kq

0,255 kq


1 ədəd

1,724 metr

4,8 metr

1/0,141 m2

4 ədəd

4,487 kq


1 ədəd
0,085 m3

683 qram


0,135 kq

0,172 kq


6 kq


1703

1930


601

1730


24000

9000


5000

10000


9000

14239


23600

8142,5


4163

9000


6165

2200


2500

15358


1555

10516


3298
19195

14489,4


17961

10000


7410

36955

436,2


7638

7579


24000

9000


32,5

10180


2061

3247


2360

71166


19919,96

2295


6165

3793


12000

2165,6


6220

47190


3298

3562


1632

9895


2425

1720


44460

20000


Jəmi xammal və materiallar

361395

Müəssisədə qiymətin əmələ gəlməsinin marketinq təhlilini "Çinar-7MS" modeli üzrə aparaq. Çünki bu model həm qiymətinə, həm də tutumuna görə ən orta səviyyəli model hesab oluna bilər.

Marketinq təhlilini apararkən ilk növbədə "Çinar-7MS" modelinin isteh-sa-lına xammal, material və yarımfabrikat sərfini, onların nəqliyyat və saxlama xərclərini müəyyənləşdirmək lazımdır. Bizim nümunə olaraq götürdüyümüz "Çinar-7MS" modelinin istehsalına 100-dən artıq xammal, material və yarım-fabrikatlar sərf olunur. Onlardan ən vacibləri cədvəl 2.4-də göstərilmişdir.

Bütün bu xammal, material və yarımfabrikatların əksəriyyəti üçün tədarü-kat bazarı xarici ölkələr hesab olunur. Digər bir qismi ölkəmizdə istehsal olunsa da keyfiyyəti çox aşağı olduğu üçün müəssisə onları almır. Məsələn, ölkəmizdə istehsal olunan kompressor təqribən 70000 manata başa gəlsə də müəssisə kompressorları Belorusiyadan 2 dəfə baha qiymətə (131000 manat) almağa üstünlük verir. Çünki Sumqayıtda istehsal olunan belə kompressorların keyfiy-yətinin çox aşağı olması nəticəsində zavod böyük çətinliklərlə üzləşir.

Cədvəl 2.11

"Çinar-7MS" modelli soyuducunun istehsalı üçün zəruri olan əsas növ yarımfabrikatlar



Yarımfabrikatlar

Məsrəf norması

Orta qiyməti (manat)

Məbləği (manat)

1.

2.
3.

4.

5.

6.



7.

8.

9.



10.

11.


Termostat

Buxarlandırıcı M260M (kiçik)

M15B (böyük)

Rele TAM 133 – 133

Lampa 220 – 230 V

Patron E – 14

Açar BOK

Filtr


Kompressor KBK + rele

Emblem «Çinar»

Emblem «ulduzcuq»

Qablaşdırma üçün karton qutu



1 ədəd

1 ədəd


1 ədəd

1 ədəd


1 ədəd

1 ədəd


1 ədəd

1 ədəd


1 ədəd

1 ədəd


1 ədəd

1 ədəd


11100

10674


27760

12061


1000

1000


1033

2000


131254

1645


705

16238


11100

10674


27760

12061


1000

1000


1033

2000


131254

1645


705

16238


Cəmi yarımfabrikatlar

216470

Xarici ölkələrdən alınan əsas xammal, material və yarımfabrikatlar cədvəl 2.12-də göstərilmişdir.

Cədvəl 2.12

Xaric ölkələrdən alınan ən mühüm xammal, material və yarımfabrikatlar



Xammal və materiallar

Alındığı ölkə

Başa gəldiyi qiymət (zavodun anbarna daxil olarkən) manatla

A

B

V

1.

2.

3.



Poistirol (vərəq halında)

(dənəvər)

Penopoliuretan (PPU)

Qara metal



Türkiyə

Litva


Rusiya

İsveçrə


Rusiya

7410

8333


4163

10516


1703

A

B

V

Yarımfabrikatlar

1.

2.

3.



4.


Termostat

Kompressor KBK + rele

Qablaşdırma üçün karton qutu

Buxarlandırıcı

İkikameralı üçün (M260M) kiçik

İkikameralı üçün (M15B) böyük

Təkkameralı üçün


Rusiya

Belorusiya

Belorusiya
Fransa

Fransa


Fransa

11100

131254


16238
10674

27760


28686

Xarici ölkələrdən alınan bütün xammal, material və yarımfabrikatlar bir qayda olaraq DAF (delivery at frontier-sərhədə qədər göndərmə) bazis şərti əsasında göndərilir.

Tədqiq edilən modelin hazırlanması zamanı qiymətin əmələ gəlməsinə təsir göstərən əsas xərc maddələri və onların məhsulun tam maya dəyərində xüsusi çəkisi üzrə iqtisadi göstəricilər cədvəl 2.13-də əks etdirilmişdir.

Cədvəl 2.13

«Çinar-7MS» modelli soyuducunun qiymətinin kalkuliyasiyası




Xərc maddələri

Məbləği (manat)

Xərc maddələrinin tam maya dəyərində xüsusi çəkisi (%)

1.

2.


Xammal və materiallar

Alınma yarımfabrikatlar



361395

216470


50,45

30,2


CƏMİ

577865

80,65

3.

4.


İşçilərin əsas əmək haqqı

Əlavə əmək haqqı (əsas əmək haqının 8%-i)



50000

4000


7

0,56


Cəmi əmək haqqı fondu

54000

7,56

5.
6.

7.


Sosial sığorta ayırmaları (əmək haqqı fondunun 27%-i).

Ümumi istehsalat xərcləri

Ümumi təsərrüfat xərcləri

14580


35000

23000

2

4,89


3,2

Zavod maya dəyəri

704487

98,3

8.

Əlavə xərclər

12000

1,7

Tam maya dəyəri

716487

100

9.

Nəzərdə tutulan mənfəət (topdansatış qiymətində 10%)

41649





Topdansatış qiyməti

788136




10.

ƏDV (topdansatış qiymətinin 18%-i)

141864




Zavod buraxılış qiyməti

930000



Cədvəl məlumatlarına əsasən belə qənaətə gəlmək olar ki, xammal, material və yarımfabrikatlar məhsulun tam maya dəyərinin 80,65%-ini təşkil edir. Digər irihəcmli xərc maddəsi isə işçilərin əsas və əlavə əmək haqqı fondu ilə bağlıdır.Cədvəldən də göründüyü kimi, bütövlükdə əmək haqqı fondu məhsulun tam maya dəyərinin 7,56%-ni təşkil edir. Halbuki bu rəqəm 1998-cu ildə 11% idi. 2013-cu ildə istehsal edilmiş məhsulun həcminin artması nəticə-sində vahid məhsula düşən əmək haqqı xərcləri də 11%-dən 7,56%-ə qədər azalmışdır.

Sosial sığorta ayırmaları əmək haqqı fondunun 27%-i həcmində müəyyən edilir və məhsulun qiymətinə ayrıca bir xərc maddəsi kimi daxil olur. Sosial sığorta ayırmaları məhsulun tam maya dəyərinin 2%-ni, ümumi istehsalat və ümumi təsərrüfat xərcləri 8,09%-ni, əlavə xərclər isə 1,7%-ni təşkil edir. Əlavə xərclər özündə ezamiyyət, mühafizə, poçt-teleqraf və zəmanətli xidmətlə bağlı xərcləri birləşdirir. Məhsulun tam maya dəyəri onun müəssisəyə neçəyə başa gəldiyini əks etdirir. Tam maya dəyəri müəyyən olunduqdan sonra müəssisə məhsulun zavod buraxılış qiymətini müəyyən etməlidir. Bununçün isə ilk növbədə tam maya dəyərinin üzərinə müəssisənin özünün müəyyən etdiyi mənfəət normasını (mənfəət norması tez-tez dəyişikliklərə məruz qalır. Belə ki, bazarda tələb-təklif nisbətindən və rəqabətin səviyyəsindən asılı olaraq mənfəət norması artır və ya azalır) əlavə etmək lazımdır. Alınan qiymət «müəssisə topdansatış qiyməti» adlanır. Müəssisənin topdansatış qiyməti ilə məhsul satmaq mümkün deyildir. Çünki dövlətə ödənməli olan ən vacib vegilərdən biri olan ƏDV hələ də məhsulun qiymətinə daxil edilməmişdir. Buna görə də onu məhsulun qiymətinə daxil etmək lazımdır.

ƏDV müəssisə topdansatış qiymətinin 18%-i həcmində hesablanır və müəssisə topdansatış qiymətinin üzərinə əlavə edilir. Nəticədə məhsulun müəs-sisədə əmələ gələn son qiyməti, zavod buraxılış qiyməti formalaşır.

Müəssisədə qiymətin əmələ gəlməsi prosesi «orta xərclər + mənfəət » metodu ilə müəyyən edir. Lakin bazardakı tələb-təklif nisbətindən asılı olaraq bu qiymət vaxtaşırı dəyişikliyə uğrayır. Yəni, müəssisə eyni zamanda məhsulun qiymətinin «cari bazar qiymətləri səviyyəsində müəyyən edilməsi» metodundan da istifadəyə üstünlük verir.

Beləliklə, qiymətin əmələ gəlməsinin marketinq təhlilini aşağıdakı nəticə-lərə gəlməyə əsas verir:

- qiymətin əmələ gəlməsi olduqca mürəkkəb prosesdir və bu zaman qiymətə təsir edən çoxlu sayda amilləri nəzərə almaq lazımdır;

-hər bir müəssisədə qiymətin əmələ gəlməsi metodlarının və qiymət strate-giyalarının öz tətbiqi xüsusiyyətləri vardır;

-Azərbaycanın əksər sənaye müəssisələrinin əsas məqsədi öz mövcudluq-larını qoruyub saxlamaqdır. Buna görə də qiymət rəqabəti onlar üçün həyati əhəmiyyət kəsb edir.

Tədqiqat obyektimiz olan müəssisənin təşkilati idarəetmə strukturunda bəzi çatışmamazlıqlar vardır və bu çatışmamazlıqlar müəssisənin təşkilati-idarəetmə strukturunun operativliyini azaldır. Buna görə də təşkilati-idarətemə strukturu müasir tələblər baxımından təkmilləşdirilməlidir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə