Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Abdullayeva Səyyarə Nicat qızı



Yüklə 1,17 Mb.
səhifə4/8
tarix13.11.2017
ölçüsü1,17 Mb.
#10139
1   2   3   4   5   6   7   8

Mənbə: DSK məlumatları əsasında müəllifin hesablamaları

Sərmayə qoyuluşunda daxili investisiyaların payının 60%-ə çatması və artım tempinin çox yüksək olması yeni bir mərhələnin daha bir xüsusiyyətini-2008-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatında daxili investisiyaların təkcə dina­mik­liyinə görə yox, həm də dəyər ifadəsində üstələməsi faktını ortaya qoydu.

Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ondan ibarətdir ki, əgər üçüncü mərhələyədək təkcə xarici deyil, daxili investisi-yaların da xeyli hissəsi neft sektoruna yönəldilirdisə, son illər daxili investi-siyaların 95%-dən çoxu qeyri-neft sektoruna yönəldilib. Qeyr-neft sektoruna qoyulan investisiyalar son beş ildə 6.2 dəfə artmışdır. Bu sektora investisiyaların cəlb edil-məsi məqsədilə kapitalı 100 mlyn.dolları həcmində olan Respublika Dövlət İnvestisiya Şirkəti yara­dılmış və fəaliyyəti dövründə bu şirkət qeyri-neft sektoruna 55 milyon manat məbləğində investisiya qoyuluşu həyata keçirmiş-dir. Bütün bunlar onu göstərir ki, hökümət ölkə iqtisadiyyatının hərtərəfli şaxə-ləndirilmiş inkişafının daha bir göstəricisi hesab edilən qeyri-neft sektorunun inkişafı istiqa-mətində əməli tədbirlər həyata keçirməkdədir. Ölkə başçısının müəyyən etdiyi davamlı inkişaf strategiyasının başlıca istiqamətlə-rindən olan qeyri-neft sektoru-nun inkişafı ilə bağlı məqsədyönlü tədbirlərin aparılması nəticəsində bu sektorda ÜDM-in 2009-cu il ərzində real artımı ümum-dünya maliyyə-iqtisadi böhran şəra-itində 3.2%, 2014-cü ildə isə 2.8% çatmışdır.

Qeyd olunan bu meyllərin müqayisəli təhlili elə bir fikir yürütməyə əsas ve­rir ki, son illər Azərbaycanda müşahidə olunan yüksək dinamizm və neft gəlir­lərinin iqtisadiyyatın həzm edə bilmədiyi ölçüdə və inten­sivliklə ölkəyə daxil olması milli valyutanın sürətlə möhkəmlənməsinin, yüksək in­flyasiyanın, emal sənayesinin, eləcə də iqtisadiyyatın yüksək texnologiyalı sahə­lə­rinin inkişafının ləngiməsi səbəbi kimi çıxış edir.Həmin amillərin təsiri ilə həm makroiqtisadi, struktur, həm də regional xarakterli tədbirlər görülmə­dik­də həmin risklərin törədəcəyi fəsadlar daha da güclənir. Bunu gözləmədən neft amilinin üstün roluna əsaslanan inkişaf modelinin müsbət məqamlarından faydalanmaqla optimal inkişaf modelinə keçidi asanlaşdıran tədbirlər həyata keçirilməlidir.

Azərbaycan Respublikasının yeni iqtisadi sistemə keçidi ilə bağlı ölkənin ma­liyyə bazarı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Maliyyə münasibətlə­ri­nin mühüm bir hissəsini də təsərrüfat subyektləri ilə banklar (banklar iqtisa­diy­yatda olduqca mürəkkəb vəzifələr toplusunu yerinə yetirən böyük və mürək-kəb bir müəssisədir. Cəmiyyətin normal iqtisadi inkişafı onsuz sadəcə olaraq qeyri-müm­kündür və o, müasir cəmiyyətin iqtisadi həyatına çoxsaylı yeniliklər gətirir) arasında münasibətlər təşkil edir. Lakin bankların bəzən özləri də fərqinə var­madan yerinə yetirdikləri başlıca makroiqtisadi funksiya - kapitalı iqtisadiy­ya­tın müxtəlif sektorları və sahələri arasında bölüşdürmək və yenidən bölüşdür­məkdən ibarətdir. Şübhəsiz ki, ölkədaxili «kapital qaçışını», yəni hansı sahənin daha yüksək sürətlə inkişaf etməli olduğunu, hansının isə hələ gözləmə mövqeyində dayanmasını məhz banklar se­çirlər. Təbii ki, bu proses bazar vasitəsi ilə tənzimlənir. Daha yüksək mənfəət norması vəd edən sahələrə sahib-karların meyl göstərmələri, bankların isə sahib­kar­ların arzu və istəklərinin reallaşması üçün onlara məqsədli kredit resursları ayıraraq maliyyələşdirməsi birbaşa bununla bağlıdır. Banklar kapitalı nəzərdə tutulan səviyyədən aşağı mənfəət gətirən sahələrdən çıxararaq, orada təklifi müvəqqəti də olsa səngidir, həmin dövr üçün daha yüksək mənfəətlik norması vəd edən sahələrə yönəldərək orada istehsal-kommersiya fəaliyyətini aktivləş­di­rirlər.

Milli iqtisadiyyatın təkrar istehsalı prosesinə xidmət etməkdə daha təkmil olmalı və kifayət qədər resurs potensialını özündə cəmləşdirməli olan bankların kapitallaşma səviyyəsi hələ də aşağıdır və iqtisadi inkişafın müasir tələblərinə tam cavab vermir. Maliyyə siyasəti vasitəsilə maliyyə resursları səfərbərliyə alınıb iqtisadiyyatın sahələri arasında qanunauyğun şəkildə bölüşdürülərək maddi istehsalın inkişafı təmin edilir. Təbii ki, bu prosesin normal gedişinə büdcə sistemindəki vəsaitlər və onların səmərəli istifadə istiqamətləri əhəmiy-yətli dərəcədə təsir göstərir. Maliyyə siyasətinin mühüm alətləri kimi büdcə, vergi və pul-kredit vasitəsilə artım amilləri istehsala cəlb edilərək iqtisadi artımın fasiləsizliyinə təminat yaradılır.

Neft hasilatı və ixracının, buna müvafiq olaraq neft gəlirlərinin və onun ölkəyə daxil olan hissəsinin atması son illər pula olan tələbatı kəskin sürətdə artırıb. Pul kütləsinin orta illik artım sürətinin nəticəsi olaraq iqtisadiyyatın neft-dənkənar sahələrinin monetarlaşma-pulla təc­hiz olunma səviyyəsi 13.3%-lik həddi aşaraq 24.8%-ə çatmışdır.

«Makroiqtisadi bufer» kimi çıxış edən ölkənin strateji valyuta ehtiyatları (18 mlyrd. dolları Dövlət Neft Fondunda cəmləşmişdir) 2014-ci ildə 14% artaraq 46.0 mlyrd.dolları ötmüşdür ki, bu da başqa müqayisəli yanaşmada qeyr-neft sektorunun əmtəə və xidmət idxalını təqribən 3 il ərzində (gəlirli ölkələrin yalnız 20%-də kifayətlilik səviyyəsi 11aya qədərdir) maliyyələşdirmək üçün yetərli hesab oluna bilər. Bu bir daha onu göstərir ki, ölkə, toplanmış cari ehtiyatlar hesabına özünün beynəlxalq iqtisadi reytinqinin daha da yaxşılaş-dırmaqla bərabər ən kritik qlobal şəraitdə belə yaxın illər ərzində öz maliyyə ehtiyaclarını fasiləsiz qarşılamaq gücündədir. Bunun nəticəsi olaraq ölkənin Xalis Beynəlxalq İnvestisiya mövqeyi əlverişli hesab olunur. Hal-hazırda xarici dövlət borclarından 8 dəfə yüksək olan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti təxminən 70%-ə yaxındır və bu göstəriciyə görə ölkəmiz dünyada ilk 15-liyə daxildir.










Dünya iqtisadiyyatının tənəzzülü, qlobal likvidlik sıxıntısı və inflyasiyanın azalması şəraitində iqtisadiyyatda llikvidlik mənbələrini dəstəkləmək üçün demək olar ki, bütün ölkələrin mərkəzi bankları apardıqları pul siyasətinə adekvat düzəlişlər etmişlər.

Pul-kredit sferasının dövlət tərəfindən tənzimlənməsi o halda müsbət səmərə verir ki, dövlət Mərkəzi Bank vasitəsilə xüsusi sektorun fəaliyyətinə təsir etmək imkanına malik olsun.Onu da qeyd etmək lazımdır ki, bu prinsip inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində pul-kredit sisteminin əsasını təşkil edir. Bu tənzimləmə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə istiqamətdə həyata keçirilir.

Dövlətin maliyyə siyasətində əsas məsələlərdən bir də dövlət büdcəsinin ma­liy­yə resuslarının idarəedilməsində mühüm rol oynamasıdır. Büdcə vəsaitlərin-dən istifadə üzərində nəzarət və bu məqsədlə xəzinədarlıq orqanının yaradılması və ondan istifadə maliyyə sisteminin fəaliyyətinin əsasını təşkil edir. Məhz ÜDM-in əksər hissəsi büdcə vasitəsi ilə bölüşdürülür. İstehsal vasitələri istehsal edən təsərrüfat subyektlərinin böyük bir qismi dövlət büdcəsindən maliyyələş-diyindən büdcə bu bazarın subyektlərinin maliyyə planı ilə qarşılıqlı əlaqəlidir. Bu da, öz növbəsində, istehsal vasitələri istehsal edən təsərrüfat subyektlərinin büdcə vəsaitlərindən istifadə üçün hüquqi əsas və informasiya bazası rolunu oynayır.

Bazar münasibətləri sistemində struktur siyasəti əgər bir tərəfdən iqtisadi agentlərin həyat fəaliyyətinin hüquqi və institusional əsaslarının formalaşma-sını və uzunmüddətli iqtisadi artım üçün optimal şəraitin yaradılmasını nəzərdə tutursa, digər tərəfdən istehsal amillərindən əlverişli istifadə etmək məqsədi ilə onların rəqabət aparan tətbiq sahələri arasında səmərəli bölüşdürmək və isteh-salın cari həcminin artırılmasına istiqamətləndirilmiş tədbirləri özündə birləş-dirir.

Azərbaycanın müstəqil dövlətə çevrilməsi, iqtisadiyyatın bazar pinsipləri əsasında qurulması struktur probleminin özünün qoyuluşunu, onun meyarlarını və göstəricilərini əsaslı dəyişikliklərə uğratmışdır. Ölkəmizin dünya təsərrüfat sisteminə sərbəst qoşulması, daxili və xarici ticarətdə liberal prinsiplərə üstünlük verdiyi indiki şəraitdə struktur probleminin xarakteri daha çox qloballaşan dünya iqtisadiyyatında baş verən proseslərlə, milli iqtisadiyyatın rəqabət üstün-lüklərinin reallaşdırılması imkanları və s. ilə müəyyən olunur. Başqa sözlə, struktur siyasəti çoxşaxəli, mürəkkəb bir problem olmaqla respublikamızda formala-şan milli iqtisadiyyatın bütün sahə və sferalarını əhatə edir.

Azərbaycan Respublikasının idxaldan asılılığının minimuma endirilməsi, daxili bazarın mövcud tələbatının maksimum dərəcədə yerli istehsal hesabına ödənilməsini təmin etmək üçün dövlət səviyyəsində milli iqtisadiyyat və eləcə də onun ayrı-ayrı sahələrində müvafiq xüsusi proqramlar əsasında struktur islahatlarının aparılması zəruridir. Təbii ki, bu tip proqramlar iqtisadi siyasətin tərkib hissəsi olmaqla ölkənin ümumi iqtisadi inkişaf strategiyasının reallaşdırıl-masına xidmət göstərməlidir.

Buda bir həqiqətdir ki, daha çox cari ictimai iqtisadi və siyasi problemlərin təsiri altında formalaşan struktur investisiya siyasəti məhz son istehlakçıya məh-sul istehsal edən sahələr üçün istehsal vasitələri istehsalına və onun inkişaf etdiril-məsinə yönəldilir. Nəticə ehtibarı ilə bazar konyunkturası əsasında istehsal sahə-lərinin formalaşması, eləcə də sənaye sahələrinin ixtisaslaşması əmtəə bazarının özündə də pozitiv istiqamətdə müvafiq dəyişiklik­lərə gətirib çıxarır. Təbii ki, bu proses qarşılıqlı xarakter daşıyır. Daha doğ­ru­su, struktur amili əmtəə bazarının formalaşmasına ikili təsir göstərir. Bir tərəfdən, iqtisadi inteqrasiya əlaqələrinin güclənməsi ilə idxal və ixracın maddi-əşya tərkibi, digər tərəfdən isə ölkədə aparılan iqtisadi islahat­ların nəticəsi olaraq istehsalın sahə quruluşu dəyişir.

İqtisadiyyatın bazar modelinə keçidin ilk 1991-1996-cı illərində sənaye müəs-sisələrinin böyük əksəriyyəti öz fəaliyyətlərini dayandırmış, qalan hissəsi isə mövcud istehsal güclərinin cəmi 15-20%-dən istifadə etdiklərindən sənaye məhsu-lunun istehsalı hər il orta hesabla 20-24% azalmışdır.

Milli iqtisadiyyatın güclü industrial bazasının mövcud olmasına baxmaya-raq Azərbaycan Respublikasının sənaye sahələrinin dərin böhran vəziyyətindən çıxarılması və gələcək inkişafının optimal strategiyasının seçilməsi ölkədə həyata keçirilən iqtisadi islahatlarin, ilk növbədə sənayenin restruktu-rizasiyasının istiqaməti, sürəti və nəticələri ilə bilavasitə əlaqədardır.

Deməli, müasir bazar iqtisadiyyatının tələblərinə uyğun yeni iqtisadi siste­min formalaşdırılması, hər şeydən əvvəl, ölkədə düşünülmüş, düzgün və səmərəli struktur siyasətinin həyata keçirilməsini tələb edir. Strateji fokusda keyfiyyətcə yeni məcmu tələbin formalaşması dayandığından struktur dəyişikliyi hər şeydən əvvəl bu tələbin və istehsalın potensial həcminin artırılmasına yönəldilməlidir. Məhz buna görə də, bazar iqtisadiyyatına keçidin ən qlobal və mürəkkəb prob-lemlərindən biri ardıcıl, səmərəli struktur irəliləyişlərinə nail olmaqdan ibarət-dir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilmiş olsa da, ümumilik-də iqtisadiyyatın strukturunda keyfiyyət baxımından vəziyyət heç də bazar münasibətlərinin tələblərinə cavab vermir və bunun nəticəsi olaraq sənaye istehsalının sahə strukturu əsaslı dərəcədə pisləşmişdir. Bu sahədə aparılan təhlil göstərir ki, müvafiq dövrün faktiki qiymətləri ilə 2005-ci ildə ümumi yekuna görə 67.4% xüsusi çəkiyə malik olan mədənçıxarma sənayesi sonrakı illərdə də özünün dinamik inkişaf tempini saxlamaqla 2014-cü ildə 11.4% bənd yüksələrək 78.8%-ə çatmış və məhsul həcminə (cari qiymətlərlə) görə emal sənayesini 3.6 dəfə üstələmişdir. Təbii ki, bu artım əsasən xam nef və təbii qaz hasilatının artırılması hesabına baş vermişdir. Çünki, təkcə xam neft və təbii qaz hasilatının mədənçıxarma sənayesində xüsusi çəkisi 2005-ci illə müqayisədə 12.4% bənd artaraq 76.2% çatmışdır.

Bütünlükdə ölkənin emal sənayesinin sənaye istehsalının sahə strukturunda malik olduğu xüsusi çəkisinin 2005-ci ildə 25.9% olmasına baxmayaraq 2014-cü ildə 10.6% bəndlə azalmağa doğru meyl etmişdir. Maşın və avadanlıqlar, eləcə də elektrik avadanlıqları istehsalı sahəsində baş verən 0.1 və 0.4% bənd nisbi artım-lar nəzərə alınmazsa, digər növ məhsulların istehsalında əsasən azalmalar baş vermişdir. Respublikanın emal sənaye sahələrinin belə zəif inkişaf tempinə malik olması bir daha sübut edir ki, keçmiş Sovetlər birliyində neft maşın-qayırma məhsullarının 70-80%-ni verən Azərbaycan hal-hazırda xammal istehsal edən dövlətə çevrilmişdir.

Emal sənayesinin inkişaf etməməsinin digər mühüm cəhətlərindən biri də bü sahə məhsullarının bazar həlli tapması imkanlarının məhdudluğu ilə izah edilir. Belə ki, 2010-cu ilin yanvar ayının birinə emal sənayesinin anbarlarında hazır məhsul ehtiyatı mədənçıxarma sənaye sahələrinin anbarlarındakı hazır məhsul ehtiyatından 6.9 dəfə çox, yəni 186.4 mlyn. manat olmuş, bu nisbət 2013-cu ilin yanvar ayının birinə 3.1 dəfə artaraq 237.7 mlyn. manat təşkil etmişdir. Daha doğrusu, son üç ildə istər mədənçıxarma, istərsə də emal səna-yesində istehsal edilən məhsulların həcminin 1.2 dəfə artması müqabilində ehtiyatların həcmi də müvafiq olaraq 2.8 və 1.3 dəfə artmışdır. Lakin, 2010-cu ildə bütün sənaye məhsullarının 0.76%, 2012-ci ildə isə 0.9%-nin təşkil edən ehtiyatların hesabat dövründə mədənçıxarma və emal sənayesində istehsal edilən məhsullarda xüsusi çəkisi 0.3 və 3.3%-dən yuxarı olmamışdır.

Yüksək texnologiyaların tətbiq edildiyi neft hasilatı və xidmət sferasından (rabitə, informasiya texnologiyaları sahələri) fərqli olaraq, beynəlxalq istehsal əməkdaşlıq sahəsi kimi emaledici sənaye sahələrində çətin iqtisadi vəziyyət davam etməkdədir. Rə­qa­bətə davamlı sənaye məhsulları istehsalının təmin edil-məməsinin başlıca səbəblərindən biri də əsasən bu sektora yönəldilən inves-tisiyaların həcminin az olmasıdır.2012-ci ildə bütün mənbələr üzrə iqtisadiyyata qoyu-lan investisiyaların 23.4%-i sənaye sektoruna yönəldilmişdir və bu da 2010-cu illə müqayisədə 14.1% bənd azlıq təşkil edir (Cədvəl 2.4):

Cədvəl 2.4



Sənaye sektorlarına yönəldilən investisiyalar (faktiki qiymətlə, mlyn.manat)




2000

2005

2010

2011

2012

2013

2014

Bütün sənaye

659.6

4176.0

4276.0

5370.0

6040.0

7500

7640

Xarici sərmayələr

463.0

3350.0

1917.0

2125.0

2668.0

3996

4269

Daxili sərmayələr

196.6

826.0

2359.0

3245.0

3372.0

3504

3371

Mədənçıxarma sənayesi

481.1

3730.6

2952.0

3244.0

3857.0

5095

5948

- xarici sərmayələr

335.7

3210.0

1883.0

1894.0

2493.0

3866

4145

- daxili sərmayələr

145.4

520.6

1069.0

1350.0

1364.0

1229

1763

yekuna görə faizlə

72.9

89.3

69.0

60.4

63.8

67.9

77.9

Emaledici sənaye

80.1

115.8

510.2

847.9

861.2

888.9

644.6

- xarici sərmayələr

40.5

35.9

1.1

0.2

0.1

0.2

0.9

- daxili sərmayələr

39.6

79.9

509.1

847.7

861.1

888.7

643.7

yekuna görə faizlə

12.1

2.8

11.9

15.8

14.2

11.9

8.4

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə