Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Abdullayeva Səyyarə Nicat qızı


Tamamlayıcı əmtəələrə qiymət qoyulması strategiyası



Yüklə 1,17 Mb.
səhifə3/8
tarix13.11.2017
ölçüsü1,17 Mb.
#10139
1   2   3   4   5   6   7   8

Tamamlayıcı əmtəələrə qiymət qoyulması strategiyası


Firmaların çoxu əsas əmtəə ilə yanaşı, əlavə və ya yardımçı məmulatlar da təklif edirlər. Avtomobil alıcısı elektrik öturucusu olan şuşəqaldıran, şuşələrin tərləməsinin qarşısını alan və faraların işıq gücünü tənzimləyən qurğular sifariş edə bilər. Lakin bu tamamlayıcı əmtəələrə qiymət müəyyənləşdirilməsi mürək-kəb problemdir. Avtomobil firmaları nəyi standart avadanlıq kimi avtomo-bilin ilkin qiymətinə daxil etmək, nəyi isə tamamlayıcı məmulat kimi təklif etmək məsələsini aydınlaşdırmalıdırlar. Fərdi kompyuterlər üçün printerlər, skanerlər, UPJ cihazları da belə əmtəələrə nümunə ola bilər.

Məcburi ləvazimatlara qiymət qoyulması strategiyası

Sənayenin bir sıra sahələrində əsas əmtəə ilə birlikdə istifadə olunmalı olan məcburi ləvazimatlar buraxılır. Belə məcburi ləvazimatlara üzqırxanlar üçün ülgüclər və fotoplyonkalar nümunə ola bilər. Əsas əmtəələrin (üzqırxanlar və fotokameralar) istehsalçıları çox vaxt onlara aşağı qiymət müəyyənləşdirir, məcburi ləvazimatlara isə yüksək qiymət qoyurlar. Əsas əmtəələrlə birlikdə məcburi ləvazimatlar təklif edə bilməyən digər firmalar isə öz əmtəələrinə nisbətən yüksək qiymət qoymağa məcburdurlar ki, nəzərdə tutduqları mənfəəti təmin edə bilsinlər.



İstehsalın əlavə məhsullarına qiymət qoyulması strategiyas.

Bəzi istehsalat sahələrində (kimya, neft-kimya və s.) əsas məhsullarla birlikdə müxtəlif növ əlavə məhsullar da meydana gəlir. Əgər bu məhsullar dəyər əhəmiyyətinə malik deyillərsə, onlardan can qurtarmaq baha başa gəlir və bu əsas məhsulun qiymət səviyyəsində öz əksini tapır. İstehsalçı bu əlavə məhsullar üçün bazar tapmağa çalışır və çox vaxt onların saxlanması və daşın-ması xərclərini ödəyən istənilən qiyməti qəbul etməyə hazırdır. Bu, əsas məhsulun qiymətini aşağı salmaqla onun rəqabət qabiliyyətini artırmağa imkan verəcəkdir.



  1. Coğrafi prinsip üzrə qiymətqoyma strategiyası

Qiymətin əmələ gəlməsinə coğrafi yanaşma firmanın ölkənin müxtəlif yerlərində olan istehlakçılar üçün müxtəlif qiymətlər müəyyənləşdirilməsi haqqında qərar qəbul etməsini nəzərdə tutur. Coğrafi prinsip üzrə qiymət-qoyma məhsulgöndərmənin bazis şərtlərində (İNKOTERMS) öz əksini tapmışdır.

  1. Güzəştlər və hesablaşma prinsipi üzrə qiymətqoyma strategiyaları

İstehlakçıları bəzi hərəkətlərinə, məsələn, borclarının tezliklə ödənilməsi, böyük həcmdə və ya mövsümdənkənar bazarlığa görə mükafatlandırmaq üçün firmaların çoxu öz ilkin qiymətlərini dəyişməyə hazırdır. Bu öz əksini aşağıdakı strategiyalarda tapır:

Nəqd hesablaşmalara görə güzəştlər strategiyası - hesabları tezliklə ödəyən alıcılar üçün qiymətin aşağı salınmasını nəzərdə tutur.

Alınan əmtəənin miqdarına görə güzəştlər strategiyası - çoxlu sayda əmtəə alan alıcı üçün qiymətin aşağı salınmasını nəzərdə tutur.

Funksional güzəştlər strategiyası - malların satılması, saxlanılması,qeydiy-yatının aparılması üzrə müəyyən funksiyaları yerinə yetirən alıcılara bəzi güzəştlərin verilməsini nəzərdə tutur.

Mövsümi güzəştlər strategiyası - mövsümdənkənar əmtəə və ya xidmət bazarlığı edən alıcılar üçün qiymətin aşağı salınmasını nəzərdə tutur.

Hesabaalmalar zamanı güzəştlər strategiyası - köhnə əmtəənin qaytarıl-ması hesabına yeni əmtəənin qiymətinin azaldılmasını nəzərdə tutur.

  1. Satışın stimullaşdırılması məqsədi daşıyan qiymətqoyma strategiyası

Bu aşağıdakı formalarda baş verir:

    • Müştərilərin əlavə əmtəələri alacağına ümid edərək onları dükanlara cəlb etmək məqsədilə əsas əmtəələrə həddən aşağı qiymət qoyulması.

    • Bayramlar və digər əlamətdar hadisələrdən öncə qiymət endirimlərinin həyata keçirilməsi.

    • Mövsümi endirim kampaniyalarının həyata keçirilməsi və s.

  1. Fərqli xüsusiyyətlər nəzərə alınmaqla qiymətqoyma strategiyası.

Firmalar çox vaxt istehlakçıları, əmtəələri əraziləri və s. fərqləri nəzərə almaqla öz qiymətlərinə düzəlişlər edirlər. Fərqli xüsusiyyətlər nəzərə alınmaqla qiymətləri qoyarkən, firma, əmtəəni və ya xidməti xərclərdə olan fərqləri nəzərə almadan iki və ya daha çox müxtəlif qiymətlərlə satır. Fərqli xüsusiyyətləri nəzərə almaqla qiymətlərin qoyulması müxtəlif formalarda baş verir:

  • Müxtəlif alıcılara müxtəlif qiymətlər təklif edilir.

  • Müxtəlif əmtəələrə müxətəlif qiymətlər qoyulur.

  • Eyni əmtəə müxtəlif bazar və ya bazar seqmentlərində müxtəlif qiymətlərə satılır.

  • Eyni əmtəə müxtəlif vaxtlarda müxtəlif qiymətlərə satılır. Çünki qiymət-lər mövsümdən, həftənin günü və hətta sutkanın saatından asılı olaraq dəyişir.

Qiymət ayrı-seçkiliyi aşağıdakı şərtlər daxilində tətbiq oluna bilər:

-bazar bu və ya digər əlamətlərinə görə seqmentləşdirilən olmalı, seçilmiş seqmentlər isə bir-birindən tələbin intensivliyinə görə fərqlənməlidir;

-əmtəənin aşağı qiymətə satıldığı seqmentin iştirakçılarına firmanın əmtəəni yüksək qiymətlə təklif etdiyi seqmentlərdə onu yenidən satmaq imkanı verilməməlidir;

-firmanın əmtəəni yüksək qiymətlə təklif etdiyi seqmentlərdə rəqiblərin öz malını ucuz qiymətə satmaq imkanı olmamalıdır;

-fərqli xüsusiyyətlər nəzərə alınmaqla qiymətlərin qoyulması istehlak-çılarda injiklik və ədavət hissi yaratmamalıdır;

-bazarın seqmentləşdirilməsi və ona nəzarət ilə əlaqədar olan xərjlər qiymət ayrı-seçkiliyi nətijəsində yaranan əlavə gəlirlərdən çox olmamalıdır;

-firmanın tətbiq etdiyi konkret qiymət ayrı-seçkiliyi forması hüquq nöqteyi-nəzərindən qeyri-qanuni olmamalıdır.

Qiymət strategiyasının müəyyən olunması və buna uyğun olaraq ilkin qiymətin səviyyəsində müəyyən dəyişikliklər aparılması nətijəsində son qiymət müəyyən olunur. Bu, qiymətin əmələ gəlməsi prosesinin son həlqəsi olmaqla, özündə qiymətin istehlakçılara təqdim olunan son səviyyəsinin formalaşmasını əks etdirir.

Fəsil II: Əmtəə bazarında qiymət üzrə rəqabətin idarəedilməsinin marketinq problemləri
2.1.Respublikaının əmtəə bazarının mövcud vəziyyətinin iqtisadi qiymətlən-dirilməsi

Postkommunist məkanına aid edilən ölkələrdə olduğu kimi, Azərbaycanda da mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid qiymət­lə­rin liberallaşdırılması, büdcənin tarazlaşdırılması, sərt pul-kredit siyasəti, dövlət əmlakının özəlləşdirilməsi, aqrar islahatlar və s. istiqamətdə tədbirlərin köməkliyi ilə həyata keçirilmişdir.Həmin islahat modelinə əsaslanan tədbirlər bazar mü­na-sibətlərinə keçid üçün zəruri olsa da, çox böyük miqyaslı böhran və trans­forma-siya itkiləri ilə müşayiət olundu. Daha doğrusu, ənənəvi təsərrüfat əlaqələrinin qırılması, tədiyə intizamının aşağı düşməsi, texniki-iqtisadi geriləmələr və digər bu kimi problemlər iqtisadiyyatın istehsal aparatına əsaslı surətdə mənfi təsir göstərdiyindən Azərbaycanda transformasiya itkilərinin həcmi (ÜDM-in 2.5 dəfə azalması) daha böyük oldu. Belə ki, 1990-cı illə müqayisədə 1995-ci ildə sənaye istehsalı 3,3 dəfə, kənd təsərrüfatı istehsalı isə 2 dəfə aşağı düşdü ki, bu da MDB-nin müvafiq orta transformasiya itkilərindən 1.2-1.4 dəfə çox idi. Transforma-siyadan doğan böhranlı mərhələ postsosialist məkanına aid edilən ölkələrin bəzi-ləri üçün nisbətən qısamüd­dətli xarakter daşısada, əksər ölkələrdə 1995-ci ilədək davam etmiş və orta he­sabla iqtisadi potensialın 30%-ə, əhalinin real gəlirlərinin isə 2 dəfəyə qədər aşa­ğı düşməsi ilə nəticələnmişdi. Macarıstan, Polşa, Çexiya, Xorvatiya, Estoniya, Belorus, Qazaxıstan, Özbəkistan və s.ölkələr böhran mərhə-ləsində daha az itkilərə məruz qaldıqlarından, böhran-durğunluq-sabitləşmə-yük-səliş mərhələlərini keçməklə yeni əsrin başlanğıcından etibarən ÜDM-in 1989- 1990-cı il səviyyəsinə çata bildilər.

İqtisadiyyat çoxəlamətli, hər bir təsirə məruz qalan, şaxəli nəticələrin əmələ gəlməsinə səbəb olan, inkişaf edən bioloji orqanizmdir. Onu təkamül yolu ilə də­yişdirmək və radikal məqsədlər üçün yeniləşdirmək metodoloji nöqteyi-nəzərdən vacibdir.

İqtisadiyyatda dönüş ili kimi qeyd olunan 1996-cı ildən etibarən ölkə iqti­sa-diyyatının inkişafını səciyyələndirən xüsusiyyətlərdən biri ondan ibarətdir ki, bu inkişaf islahatların aparıldığı ilk dövrlərdə olduğu kimi ətalətlə deyil, məhz tədiyə qabiliyyətli tələb kimi bazar tənzimləyicisinin təsiri altında həyata keçiril­məyə başlandı. Bununla əlaqədar olaraq, qeyd etməliyik ki, istehsalın həcmində kəmiyyət parametrləri baxımından dəyişikliklərlə yanaşı mahiyyətcə nə lazım-dırsa (nə mümkündürsə yox), onun istehsalına start verildi.

Azərbaycan iqtisadiyyatına yüksək templə sərmayə axını, dünya neft ba­za-rındakı əlverişli konyunktur üstünlüklərinə nail olunması, islahatların multipli­kativ effektinin artması, regionlarda iqtisadi fəallığın və sahibkarlığın inkişaf etməyə başlaması və s. bu kimi amillərin təsiri altında 2005-ci ildən Azərbaycan iqtisadi inkişafın yeni-daha sürətli artım mərhələsinə keçdi. 2010-cu ildə ÜDM-də 5.0 faiz artım müşahidə edilsədə, 2005-2010-cu illərdə Azərbaycan iqtisadiy-yatının inkişaf sürəti müasir dünyada ən yüksək səviyyəyə qalxmış və bu illər ərzində ÜDM-in orta artımı 18.5% təşkil etmişdir. Son beş ildə ümumi daxili məhsulun orta illik artım tempi 2000-2005-ci illərin orta göstəricisini 4.2 dəfə üstələməklə MDB-nin orta illik di­namikasından da 2 dəfə sürətli olmuşdur. Bü sürətli artım hesabına ilk dəfə 2012-ci ildə adambaşına düşən ÜDM istehsalı 5884.5, orta aylıq əmək haqqı isə 398.4 manat təşkil etmişdir ki, bu da 2005-ci illin müvafiq göstəriciləri ilə müqayisədə 4.3 və 3.2 dəfə çoxdur. Nəticədə Azərbaycan adambaşına ÜDM istehsalına görə MDB ölkələri arasında 2004-cü ildəki 8-ci yerdən 2012-ci ildə 4-cü yerə qalxmışdır. Nəzərə alsaq ki, son 20 il ərzində dünyanın inkişaf etmiş dövlətləri adam­başına düşən ÜDM-in həcmini ikiqat artırmaq üçün təqribən 35-37 il vaxt sərf etməli olmuşlar, onda son illər-də ölkəmizdə baş verən iqtisadi artımın dünyada anoloqu olmadığını sübut etmə-yə ehtiyac yoxdur (Cədvəl 2.1).

ÜDM-in istehsal struk­turunun 1/5 hissəsini təşkil edən sənaye məhsulları istehsalı sahəsində 2000-2005-ci illərdə müvafiq olaraq 6.9 və 33.5 faiz, 2010-cu ildə qlobal iqtisadi böhranın təsiri nəticəsində bir qədər az-2.2% artım olsada, 2012-ci ildə isə bu sahədə 2.3% geriləmə müşahidə olunmuşdur. Sənaye məhsul-larının ÜDM-də xüsusi çəkisi 2005-ci ilə nisbətən 10.3% bənd azalmış, 2010-cu illə müqayisədə isə 10.9% bənd artaraq 64.0% təşkil etmişdir. İstehsal təyinatlı tədbirlərin aparılmasının nəticəsi olaraq 2014-cü ildə 64.3% xüsusi çəkiyə malik istehsal sahələrinin ÜDM-də payı artmış, qeyri-istehsal sahələrinin payı isə bir qədər azalmışdır.

Cədvəl 2.1



Azərbaycanın əsas iqtisadi və sosial göstəricilərinin dinamikası

İllər

ÜDM

(mlyn. AZM)

ÜDM-in illik artımı, %



Adamba-şına düşən ÜDM-in

həcmi, AZM


Bütün maliyyə mənbələri hesabına investisiyalar, mlyn. AZM

İnvestisiyaların illik artımı,%

İnvestisiyaların ÜDM-ə nisbəti,%

Orta aylıq nominal əmək haqqı


2000

4718.1

111,1

593.2

1289,8

99,7

27,3

120.2

2005

12522.5

126.4

1494.3

6733,4

115,7

53,8

123.6

2008

40137.2

110.8

4603.7

13328,0

128,7

33,2

274.4

2009

35601.5

109.3

4033.2

10475,0

78,6

29,4

298.0

2010

42465.0

105.0

4753.0

14118.9

134.8

33,2

331.5

2011

52082.0

100.1

5752.9

17048.8

120.7

32.7

364.2

2012

53995.0

102.2

5884.5

20251.1

118.8

37.5

398.4

2013

58182.0

105.8

6258.3

21448.2

105.9

36.9

425.1

2014

58977.8

102.8

6264.1

21756.0

101.4

36.9

444.3


Mənbə: DSK məlumatları əsasında müəllifin hesablamaları

Təbii ki, respublikanın ümumdövlət tələbatının ödənilməsi üçün mərkəz-ləşdirilmiş pul vəsaiti fondunun formalaşması və istifadəsi istiqamətlərini müəyyənləşdirən maliyyə sektorunun səmərəli fəaliyyəti ölkə iqtisadiyyatının stabil inkişafının təminatçıdır.Aparılan təhlil göstərir ki, 2005-2014-cü illərdə dövlət büdcəsinin gəlir və xərc hissəsi 8 dəfə və müvafiq olaraq 2012-cı ilin yekunlarına görə büdcənin gəlirləri əvvəlki ilə nisbətən 10.1%, xərcləri isə 13.1% artmış, 135.0 milyon manat profisitli dövlət büdcəsi ÜDM-də 0.3% paya malik olmuşdur. İstər ÜDM-nin ümumi dinamik artımı, istərsə də büdcə gəlirləri (32.0%) və xərclərinin (32.3%) bu makroiqtisadi göstəriciyə olan nisbəti optimal vəziyyətdə-dir. Cari ilin sonuna Dövlət Neft Fondunda cəmləşən 34.2 mlyrd. dollar vəsaitin böyük bir hissəsi ölkənin dövlət büdcəsinin maliyyələş-dirilməsinə yönəldilmişdir (Cədvəl 2.2).

2012-ci ildə dünya iqtisadiyyatında inflyasiya proseslərinin güclənməsi və məcmu tələbin canlanması fonunda ölkədə makroiqtisadi sabitliyin qorunması təmin edilmişdir. Fəaliyyətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, manatın məzənnəsinin və maliyyə sabitliyinin möhkəmləndirilməsi kimi strateji hədəflərə yönəldən Azərbaycan Mərkəzi Bankının apardığı ekonometrik hesab-lamalar əsasında müəyyən edilmişdir ki, hesabat ilində illik inflyasiyanın 47%-i monetar, 53%-i isə qeyri-monetar faktorların təsiri altında formalaş-mışdır.

Cədvəl 2.2

Azərbaycan Respublikasının Dövlət Büdcəsinin əsas göstəriciləri



İllər

Büdcənin gəlirləri,

mln.manat



Büdcə gəlirlər-in illik artımı,

%


ÜDM-də xüsusi çəkisi, %

Büdcənin xərcləri, mln. manat

Büdcə xərclə-in illik artımı,

%


ÜDM-də xüsusi çəkisi, %

Büdcə kəsiri, mln manat

ÜDM-də xüsusi çəkisi, %

2005

2055.2

136.2

17.3

2140.7

142,5

18.1

-85.5

0.7

2008

10762.7

179.2

26.8

10680.0

176.2

26.6

82.0

0.2

2009

10325.9

95.9

29.9

10567.9

98.9

30.6

-242.0

0.7

2010

11402.5

110.4

27.7

11766.0

111.3

28.3

-363.5

0.9

2011

15700.7

137.7

30.1

15397.5

130.9

29.6

-303.2

0.6

2012

17281.5

110.1

32.0

17416.5

113.1

32.3

135.0

0.3

2013

19496.3

112.8

33.5

19143.5

109.9

32.9

352.8

0.2

2014

18400.6

94.4

31.2

18699.3

97.7

31.7

-298.7

0.2


Mənbə: Azərbaycan Respubikası MB və DSK məlumatları əsasında müəllifin hesablamaları

Dövlət tərəfindən tənzimlənən malların və mövsümü volatilliyə malik məhsulların qiymət dəyişmələrindən təmizlənərək hesablanan orta illik baza inflyasiyası 1.6% təşkil etmişdir.Bütövlükdə, son 3 il ərzində Azərbaycanda orta illik inflya-siya MDB va neft ixrac edən inkişaf etmiş ölkələrə (İEOÖ) nisbətən aşağı olmuş-dur. 2012-ci ildə ölkənin ticarət əməkdaşlığına daxil olan inkişaf etmiş ölkələrdə 1.6%, inkişaf etməkdə olan ölkələrdə 6.6%, neft ixrac edən ölkələrdə 8.8% və ümumilikdə isə ticarət əməkdaşlarında 4.8% inflyasiya qeydə alınmışdır ki, bu da Azərbaycandakı inflyasiyadan 5.1% bəndi çoxdur.

Pul siyasətinin həyata keçirilməsi və transmissiya mexanizminin formalaş-masında əsas ünsürlərdən hesab edilən inflyasiya gözləntilərinə görə ölkəmizdə 2013-cü il üçün orta illik inflyasiya həddi Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankının son hesabatlarına əsasən 6% proqnozlaşdırılır ki, bu da MDB ölkələri ilə müqayisədə 1.7% bəndi aşağıdır.

Ölkə iqtisadiyyatının möhkəmləndirilməsinin mühüm istiqamətlərindən biri də ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin (xüsusilə investisiya) maliyyələşdirilməsini həyata keçirən dövət borcu ilə bağlıdır. Dövlət mütəmadi olaraq borc bazarında çıxış edir. 2015-ci ilin 1 iyul tarixə beynəlxalq maliyyə qrumları və digər kredit təşkilatları ilə 10.3 milyard dollar məbləğində kredit sazişləri imzalanmışdır. Qeyd etmək lazımdır ki, xarici borcun qiymətləndirilməsi zamanı əsasən üç: xarici borcun ÜDM-ə, ixrac edilən məhsul və xidmətlərə, eləcə də dövlət borcuna və öhdəlik-lərinə xidmət edilməsi ilə bağlı xərclərin ixrac edilən məhsul və xidmətlərə nisbəti kimi mühüm göstəricilərdən istifadə olunur. Dünya təcrübəsi göstərir ki, Maastrixt standartlarına görə xarici borcun ÜDM-də xüsusi çəkisi 60%-lik həddi keçdikdə ölkənin iqtisadi təhlükəsizliyi şübhə altına alınır. Ölkənin xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumata görə 2016-cı ilin əvvəlinə yol verilən həddən 7.0 dəfə az-5.7 milyard dollar olmuşdur ki, bu da ÜDM-in 8.3%-ə bərabərdir. Xarici dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərin həcmi 427.7 mlyn.dollar olmaqla ixrac edilən məhsul və xidmətlərə nisbəti 1.8%, yəni yol verilən həddən 11 dəfə aşağıdır. İstər ÜDM-də, istərsə də ixrac edilən məhsul və xidmətlərə nisbətdə (23.8%) xarici dövlət borcunun dinamikasının təhlili bu göstəricinin kifayət qədər sabit olmasını göstərir. Adambaşına düşən xarici borcun xüsusi çəkisinə gəldikdə isə Azərbaycan MDB ölkələri içərisində Özbəkistan istisna olmaqla, digər ölkələrdən xeyli aşağıdır və bu məbləğ 2014-cü il üçün 610.1 dollar səviyyəsində qərarlaşmışdır. Nəzərə almaq lazımdır ki, xarici borclar uzrə kreditlərin silinməsi üçün ayrılmış müddət uzandıqca ödəniləcək faiz dərəcələri də mütənasib olaraq artır (5 ildən 10 ilədək 6.8%, 10 ildən 20 ilədək 46.3%; 20 ildən çox olduqda 46.9%).

Azərbaycanın malik olduğu zəngin təbii sərvətlərindən və böyük sənaye potensialından səmərəli istifadə etmək üçün investisiya prosesinin canlandırıl-ması son dərəcədə aktual problemdir. Xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi milli iqtisadiyyatın formalaşması və inkişafında xüsusi rol oynayır. Ölkənin son illərdəki sabit inkişaf tempi investisiya axınlarının artmasına (ikinci və üçüncü mər­hə­lə­də sərmayə qoyuluşlarının orta illik artım templəri 31 və 34%) səbəb olmuşdur. 2014-cü ildə iqtisadiyyata bütün mənbələr üzrə 21756.0 mlyn.dollar həcmində sərmayə qoyulmuşdur ki, onun da 25.3%-i xarici, 74.6%-ə yaxınını isə daxili sərmayələr təşkil etmişdir. Xarici sərmayələrin 41.6%-i neft sənayesinə, 58.4%-i isə qeyri-neft sektorunun inkişafına yönəldilmişdir:

Cədvəl 2.3

İqtisadiyyata yönədilmiş investisiyaların strukturu



(mlyn. dollarla)

İllər

Bütün mənbələr üzrə iqtisadiyyata yönəldilən investisiyalar

Xarici sərmayələr

Daxili sərmayələr

Maliyyə kreditləri

Neft sənayesi

Birgə və xarici investisiyalı müəssisələr

2000

1441.4

927.0

514.4

262.9

546.1

118.0

2003

4326.3

3371.0

955.3

238.3

2972.4

45.4

2005

7118.5

4893.2

2225.3

698.4

3799.9

230.5

2008

16222.0

6847.4

9374.6

2357.9

3350.7

494.1

2009

13033.5

5468.6

7564.9

1438.3

2412.7

624.4

2010

17591.4

8247.8

9343.6

3405.9

2955.3

659.6

2011

21588.9

8673.9

12915.0

3692.5

3407.8

886.0

2012

25777.8

10314.0

15463.8

3135.5

4287.8

1094.5

2013

21448.2

10540.9

16799.1

2655.8

4935.2

1041.0

2014

21756.0

11500.0

16235.8

2162.8

6500.4

1119.9

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə