Azərbaycan demokratik respublikasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix21.07.2018
ölçüsü0,85 Mb.
#57610
1   ...   24   25   26   27   28   29   30   31   32

79 

 

etdiyi ikinci kabinədə ( 22. 12. 1919) əmək və torpaq naziri təyin olunmuşdur.  



 

Azərbaycanda  ilk  ali  məktəb  olan  Bakı  Dövlət  Universitetinin  təşkil 

edilməsində  (1919)  Ə.Pepinovun  müəyyən  xidmətləri  vardır.  Parlamentdən 

Universitetin  təşkili  məsələsinin  müzakirəsinin  sürətləndirilməsində  və  bu 

məqsədlə pul vəsaiti ayrılmasında Ə.Pepinovun böyük əməyi vardır.    

 

1918-  1920-ci illərdə Bakıda təntənəli  ―Azərbaycan gecələri‖ konsertinin 



və bir çox müsamirələrin təşkili də onun adı ilə bağlıdır.  

 

 



 

1920-ci  il  martın  30-da  N.  Yusifbəylinin  hökümət  kabinəsinin  istefaya 

çıxması ilə əlaqədar Ə.Pepinov tutduğu vəzifəni tərk etmişdir. O, həmin il aprelin 

əvvəllərində  Azərbaycan  parlamentinin  üzvü  Rəhimbəy  Vəkilovla  birlikdə  Sovet 

Rusiyası  höküməti  ilə  danışıqlar  aparmaq  üçün  Qroznı  şəhərinə  getmişdir. 

Azərbaycan  parlamentinin  təşəbbüsü  ilə  görülmüş  bu  tədbirdən  məqsəd  Samur 

körpüsünün  şimal  tərəfində  dayanmış  11  Qızıl  Ordunun  Bakı  üzərinə  gözlənilən 

yürüşünü ləngitmək və nizami Azərbaycan ordusu hisssələrini Dağlıq Qarabağdan 

təcili  Bakıya  qaytarmaq  idi.  Məlum  olduğu  kimi,  beynəlxalq  imperalizmin 

göstərişi  ilə  həmin  ilin  martında  Daqlıq  Qarabağda  Azərbaycan  əleyhinə  böyük 

üsyan  qaldırılmışdı.  Bu  avantürüst  plandan  məqsəd  nizami  Azərbaycan  ordusu 

hissələrini Bakıdan çıxartmaq idi. Həmin ilin martında qanlı Əsgəran döyüşündən 

sonra  daşnak  qoşunlarının  tamamilə  darmadağın  edildiyinə  baxmayaraq, 

Azərbaycan  ordusu  hissələrini  Bakıya  qayıtmağa  macal  tapmamışdı.  Bu  vaxt 

Bakıda  cəmisi  iki  minə  yaxın  əsgər  qalmışdı.  Onlar  da  dövlət  idarələrini 

qoruyurdular. ADR –in paytaxtı Bakı tam müdafiəsiz idi...    

 

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisədən  sonra  Bakıya  qayıdan 



Əhmədbəy Pepinov Azərbaycanda mədəni – maarif və nəşriyyat işlərinə rəhbərlik 

etmişdir.  20-ci  illərdə  onun  ―Maarif  və  mədəniyyət‖,  ―Bakinski  raboçi‖    və  .s 

mətbuat  orqanlarında  xeyli  məqaləsi  dərc  olunmuşdur.  Həmin  illərdə  təqiblərə 

məruz  qalan  Əhmədbəy  Pepinov  1930-cu  ildə  Ulyanovsk  şəhərinə  köçmüş  və 

orada yaşamışdır. 1934-cü ildən o, Alma – Atada Qazaxıstan SSR maarif nazirinin 

müavini  vəzifəsində  işləmişdir. Öz  dövrünün tanınmış şəxsiyyətlərindən biri olan 

Ə.Pepinov 1938-ci ildə Stalin represiyası nəticəsində həlak olmuşdur.   

 

    



Mövsüm Əliyev  

   


  

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali 

məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



80 

 

 



 

 

HƏMĠDBƏY ġAHTAXTĠNSKĠ 

Odlar yurdu, № 16, (447) avqust 1989. 

 

Həmidbəy  Ağa  Xəlil  oğlu  Şahtaxtinski  1880-ci  il  mart  ayının  12-də 



Azərbaycanın  Naxçıvan  qəzasının  Şahtaxtı  kəndində  anadan  olmuşdur.  Orta 

təhsilini  Naxçıvan  gimnaziyasında  başa  vurduqdan  sonra  o,  İrəvan  müəllimlər 

seminariyasında  oxumuş,  orada  ―Müsəlman  xeyriyyə  cəmiyyəti‖  nin  üzvü 

seçilmişdir. Sonra H. Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil 

olmuşdur.  Odessa  həyatı  onun  bir  siyasi  və  ictimai  xadim  kimi  formalaşmasında 

dərin  iz  buraxmışdır. 

Həmidbəy  Şahtaxtinski  Universitetdə  yaradılmış 

―Azərbaycan  həmyerlilər  təşkilatı‖nın  başçılarından  və  fəal  üzvlərindən  biri  idi.

 

H. Şahtaxtinski 1912-ci ildə ali təhsilini başa vurub Gəncəyə gəlir, şəhərin 



ictimai  –  siyasi  həyatında  yaxından  iştirak  edir.  O  Yelizavetpol  (Gəncə)  dairə 

məhkəməsində  andçı  –  müvəkkilin  köməkçisi  vəzifəsində  iki  ilə  yaxın  işlədikdən 

sonra Bakıya köçərək burada dairə məhkəməsində eyni vəzifədə işə başlayır.  

 

1917-ci ildə Rusiyada fevral  – burjua inqilabı baş verdi. Həmin ilin  mart 



ayından  bütün  partiyalar  açıq  fəaliyyətə  keçdilər.  Yeni  partiyalar  da  təşkil 

olunmağa  başladı.  Rusiyanın  müstəmləkə  xalqları  öz  müstəqil  dövlətlərini 

yatarmaq  və  azad  yaşamaq  uğrunda  mübarizəyə  başladılar.  Məhz  belə  bir  dövrdə 

H.  Şahtaxtinski  siyasi  fəaliyyətə  başlamışdı.  Bildiyimiz  kimi,  keçmiş  Rusiya 

imperiyasına  daxil  olan  və  çarizmin  milli  –  müstəmləkə  zülmünə  məruz  qalan 

xalqların  böyük  əksəriyyəti  dil,  adət,  ənənə  cəhətcə  bir  –  birinə  yaxın  olan 

müsəlmanlardan ibarət idi.  Buna  görə  də  bu xalqlar imperializmə  və  müstəmləkə 

zülmünə qarşı mübarizədə islam dini bayrağı altında birləşirdilər. Fevral – burjua 

inqilabından  sonra  təsis  edilən  ―Rusiyada  müsəlmanlıq  partiyası‖  1917-ci  il 

noyabrın  axırlarından  etibarən  özünü  ―İttihad‖  partiyaası  adlandırdı,  siyasət 

meydanına  bu  adla  qədəm  basdı.  Partiyanın  proqram  və  əməli  fəaliyyətinə  sırf 

islam  ideologiyası  və  siyasəti  hakim  kəsilmişdi.  Qarabəy  Qarabəyovun  (1874  - 

1953) sədr olduğu bu partiya M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi ―Türk  ədəmi – 

mərkəziyyət  partiyası‖  ―Müsavata‖  qarşı  zidd  cəbhə  tuturdu.  ―Müsavat‖  partiyası 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




81 

 

Rusiyanı  Federativ  şəkildə  qurmaqla  onun  tərkibində  Azərbaycana  muxtariyyət 



tələb edirdisə, ―İttihad‖ partiyası hər şeyi islam ideologiyasında görürdü və xalqın 

milli dirçəlişinə zidd çıxırdı.  

 

 

 



 

 

 



H. Şahtaxtinski Azərbaycan milli şurasının üzvü idi.   

 

 



1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 

H. Şahtaxtinski bitərəf  F.  Xoyskinin  təşkil etdiyi  ikinci (17. 6. 1918) və  üçüncü 

(26.  12.  1918)  hökümət  kabinələrində  maarif  nazirinin  müavini  vəzifəsini  icra 

etmişdir.  O,  1918-ci  il  dekabrın  7-  də  təntənəli  sürətdə  açılmış  Azərbaycan 

parlamentinə  üzv  seçilmiş,  nazirlər  şurasının  sədri  Nəsibbəy  Yusifbəylinin  təşkil 

etdiyi birinci hökümət kabinəsində də (14. 4. 1919) həmin vəzifədə işləmişdir. H. 

Şahtaxtinski  o  dövrdə  Azərbaycan  Respublikasının  şəhər  və  kəndlərində  ana 

dilində məktəb və seminariyaların açılmasına və digər mütərəqqi tədbirlərin həyata 

keçirilməsinə  böyük  əmək  sərf  etmişdir.  Azərbaycanın  ilk  ali  məktəbi  olan  Bakı 

Dövlət Universitetinin təşkilində onun xidmətini qeyd etmək lazımdır.  

 

H.  Şahtaxtinski  nazirlər  şurasının  sədri  N.  Yusifbəylinin  1919-cu  il 



dekabrın 22-də təşkil etdiyi ikinci hökümət kabinəsində maarif və dini etiqad naziri 

təyin olunmuşdur. Bir müddət sonra, 1920-ci il martın 5-də istefaya çıxmışdır.  

 

Həmidbəy Şahtaxtinski o dövrdə Bakıda mövcud olmuş bir çox mədəni və 



maarif cəmiyyətlərinin rəhbərliyinə daxil idi.  

 

 



 

 

1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra H. Şahtaxtinski Bakı 



Dövlət  Universitetində  dərs  deyən  ilk  azərbaycanlı  kadrlardan  və  ana  dilində  ilk 

mühazirə  oxuyan  müəllimlərdən  biri  idi.  1930-cu  ildə  ona  professor  adı 

verilmişdir. H. Şahtaxtinski universitetdə dərs deməklə yanaşı 1926-cı ildə burada 

tibb fakültəsini də bitirmişdir.  

 

 

 



 

 

 



H.  Şahtaxtinski  Stalin  repressiyası  nəticəsində  1941-ci  ildə  həbs  edilmiş 

və 1943-cü il fevralın 3-də Arxangelsk vilayətində həlak olmuşdur.       

 

 

Mövsüm Əliyev. 



 

 

 



 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali 

məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə