Azərbaycan demokratik respublikasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix21.07.2018
ölçüsü0,85 Mb.
#57610
1   ...   24   25   26   27   28   29   30   31   32

73 

 

H.Şahtaxtinskinin (1880- 1943) yerinə maarif və dini etiqad naziri təyin olunmuş, 



25 gün sonra – martın 30-da bütün kabinə ilə birlikdə istefaya çıxmışdır.  

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  N.Şahsuvarov 



Azərbaycan SSR xalq maarif komissiyasının müavini təyin olunmuşdur. O, həmin 

dövrlərdə  Bakıda  pedaqoji,  S.Ağamalıoğlu  adına  torpaq  və  geodeziya 

texnikumlarında  rus  dilindən  dərs  demişdir.  Sonralar  isə  Bakı  Dövlət 

Universitetində  rus  dili  kafedrasının  müdiri,  Azərbaycan  neft  institutunda  isə  rus 

dili müəllimi vəzifəsində işləmişdir.  

 

 



 

 

 



1940-ci  ildə  həbs  olunan  və  Krasnodar  diyarına  sürgünə  göndərilən 

Nurməmməd  Şahsuvarov  orada  da  öz  ixtisası  üzrə  dərs  demişdir.  Üç  il  sonra  – 

1943-cü  ildə  sürgündən  Bakıya  qayıdan  N.  Şahsuvarov  Azərbaycan  Tibb 

İnstitutunda rus dili kafedrasının müdiri və müəllimi işləmişdir. O, Azərbaycanda 

rus dili sahəsində bir mütəxəssis kimi məşhur idi.  

 

 



 

 

Öz  dövrünün  tanınmış  şəxsiyyətlərindən  biri  olan  Nurməmməd 



Şahsuvarov 1958-ci il avqustun 11-də Bakıda  vəfat etmişdir. Onu da qeyd etmək 

lazımdır  ki,  o,  öz  vətənində  Azərbaycan  İstiqlal  dövrünün  həyatdan  gedən  son 

naziri idi.      

Mövsüm Əliyev.

  

 

 



 

 

 



 

 

 



 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 



hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları


74 

 

 



 

 

ƏBDÜLƏLĠ  BƏY ƏMĠRCANOV  

Odlar yurdu, № 24, dekabr 1989.  

 

 



Dövrünün tanınmış siyasi və ictimai xadimi olan Əbdüləli bəy Əmircanov 

Şirəli  bəy  oğlu  1870-ci  ildə  Şəkidə  anadan  olmuşdur.  O,  1876    -  1883-cü  illərdə 

Şəki  şəhər  məktəbində  oxumuş,  sonra  Tiflisdə  Aleksandrovski  Müəllimlər 

İnstitutuna  daxil  olmuşdur.  Əbdüləli  bəy  sonralar  Azərbaycanın  məşhur  maarif 

xadimləri  kimi  tanınmış  S.M.Qənizadə  (1866-1924),  H.Mahmudbəyov  (1864-

1928)  və  S.Əbrührəhmanbəyovla  (1860  -  1922)  birlikdə  oxumuş  və  yaxındam 

dostluq etmişdir.   

 

 



 

 

 



 

 

1888-ci  ildə  təhsilini  başa  vuran  Əbdüləli  bəy  Əmircanov  Şəki  şəhər 



məktəbinə müəllim təyin olunmuşdur. Məktəbdə azərbaycanca dərs keçilməsi, rus 

dilinin öyrədilməsi, tarix, coğrafiya, təbiətşünaslıq və riyaziyyatın tədrisi sahəsində 

onun xidmətləri böyükdür.  

 

 



 

 

 



 

Ə. Əmircanov XIX əsrin sonlarında Lənkərana köçmüş, müəllim işləmiş, 

görkəmli  maarifçi  Teymur  bəy  Bayraməlibəyovla  (1862  -  1937)  birlikdə  bir  çox 

mədəni  –  maarif  tədbirlərini  həyata  keçirmişdir.  O,  həmin  şəhərdə  də  ailə 

qurmuşdur.  

 

 



 

 

 



 

 

 



XX əsrin əvvəllərində Bakıya köçən Əmircanov şəhərin rus – azərbaycan 

məktəblərində  dərs  deməklə  yanaşı,  dövlət  idarələrində  və  müxtəlif  şirkətlərdə 

mühasib  vəzifələrində  də  işləmişdir.  O,  Bakıda  bir  sıra  mədəni  –  maarif 

cəmiyyətlərinin  I  (1906-cı  il)  və  II  (1907-ci  il)  qurultaylarında  yaxından  iştirak 

etmişdir.  

 

 



 

 

 



 

 

 



1917-ci  ildə  Rusiyada  fevral  –  burjua  inqilabı  baş  verdi.  Ə.  Əmircanov 

siyasi  hadisələrə  qoşuldu.  1918-ci  il  martın  18-dən  22-dək  Bakıda  cəbhədən 

qayıdan nizami erməni əsgəri birlikləri 30 minə  yaxın azərbaycanlını qırdı. Onlar 

S.  Şaumyanın    göstərişi  ilə  Bakı  Sovetinin  qoşunu  tərkibinə  daxil  edilmişdilər. 

Şəhərdə  bu  qırğının  qarşısını  almağa  çalışanlardan  biri  də  Ə.Əmircanov  idi.  O, 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə 

hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



75 

 

martın  27-də  yaranmış  Milli  müsəlman  Şurası  Müvəqqəti  İcraiyyə  Komitəsinin 



üzvü idi.  

 

 



 

 

 



 

 

 



1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 

Bitərəf  Ə.Əmircanov  Azərbaycan  Respublikası  nazirlər  şurasının  sədri  Fətəlixan 

Xoyskinin  (1875  -  1920)  təşkil  etdiyi  II  hökümət  kabinəsində  (17.  VII.  1918) 

maliyyə  naziri  təyin  olundu.  Onun  rəhbərliyi  altında  Azərbaycan  hökümət  bankı 

fəaliyyətə başlamışdır.  

 

 



 

 

 



 

 

Bakı 15. IX. 1918-ci  ildə  oyuncaq Sentrokaspi diktaturası qüvvələrindən 



təmizləndikdən  sonra,  Azərbaycan  respublikası  höküməti  Gəncədən  Bakıya 

köçmüş və Ə. Əmircanov öz vəzifəsini burada icra etmişdir. Həmin il oktyabrın 6-

da  hökümət  kabinəsində  bəzi  dəyişikliklərlə  əlaqədar  Ə.  Əmircanov  öz 

vəzifəsindən azad olunmuş, həmin gündən dövlət nəzarətçisi vəzifəsini tutmuşdur. 

 

Ə.  Əmircanov  1918-ci  il  dekabrın  7-də  Bakıda  təntənəli  sürətdə  açılmış 



Azərbaycan parlamentinə üzv seçilmişdir. O, parlamentdə bitərəflər qrupuna daxil 

idi.  


 

 

 



 

 

 



 

 

 



1918-ci  ilin  dekabrında  F.Xoyskinin  kabinəsi  istefaya  çıxdığı  üçün  Ə. 

Əmircanov tutduğu vəzifəni tərk etmişdir.    

 

 

 



 

1919-cu ilin ortalarında xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Ə. 

Əmircanovun yaxından iştirakı ilə Bakıda ―Dəyanət‖ şirkəti yaradılmışdır. Həmin 

dövrdə  Bakıda  həyata  keçirilən  bir  sıra  mədəni  –  maarif  tədbirlərinin 

təşkilatçılarından biri də Ə. Əmircanov idi.   

 

 



 

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisələrdən  sonra  Ə.  Əmircanov 



Azərbaycanı tərk edərək İstanbula köçmüş və 1948-ci ildə orada vəfat etmişdir.  

Mövsüm Əliyev.  

  

 

 



 

 

 



www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali 

məktəblərə hazırlıq, Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə