Azərbayca respublikasinin insa a (ombudsman)



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə24/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

44
İnsan hüquqlarının beynəlxalq hüququ baxımından CEDAW Komitəsinin və UDİ üzrə İşçi Qrupunun tövsiyələrində 
öz əksini tapmamış bəzi məqamlar mövcuddur:

 2010-cu ildə İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin  yayılmasının qarşısının alınması haqqında 
Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilmişdir.  Bu  Qanun  İİV-lə  yaşayan  Azərbaycan  Respublikası 
vətəndaşlarının,  Azərbaycan  Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxslərin  və  Azərbaycan 
Respublikası  tərəfindən  qaçqın  statusu  verilmiş  şəxslərin  dövlət  tibb  müəssisələrində  tibbi  yardımla  (o 
cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) və dərman vasitələri ilə pulsuz təmin edilməsini təsbit edir.
150
 Qanun 
öz növbəsində İİV-ə dair tibbi müayinənin dövlət tibb müəssisələrində pulsuz həyata keçirilməsinə təminat verir 
(Maddə 4.0.6). Ancaq İİV-in qarşısının alınması sahəsində çalışan QHT-lər bildirir ki, müalicə imkanları məhdud 
olduğu üçün İİV daşıyıcısı olan şəxslər müalicələri üçün ödəniş etməli olurlar.

 İİV əsasında ayrı-seçkiliyə yol verilməsini qadağan edən bir sıra hüquqi müddəaların olmasına baxmayaraq İİV/
QİÇS ərafında qınaq hələ də geniş yayılıb;
151

Anadan uşağa ötürmənin qarşısının alınması hələ də bütün ölkəni əhatə etmir;

Hamilə  qadınların  və  cinsi  xidmət  işçiləri  kimi  yüksək  risk  altında  olan  əhali  qruplarının  məcburi  müayinəyə 
məruz qalması geniş yayılıb;

Cinsi xidmət işçiləri, iynə vuran narkotik istifadəçiləri və homoseksual kişilər kimi təcrid olunmuş qruplar arasında 
İİV haqqında məlumat məhdud səviyyədədir;

İnzibati  Xətalar  Məcəlləsinin  38-3,  38-4  və  38-5-ci  maddələrində  aşağıdakı  inzibati  xətalar  öz  əksini  tapıb: 
zöhrəvi  xəstəliklərə  yoluxmuş  şəxslərin  müalicədən  boyun  qaçırması;  zöhrəvi  xəstəliklərə  və  ya  insanın 
immun çatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun qaçırması; zöhrəvi 
xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi;

Qadınlar, yeniyetmələr, cinsi xidmət işçiləri, iynə vuran narkotik istifadəçiləri və homoseksual kişilər kimi təcrid 
olunmuş qrupların İİV-in qarşısının alınması və müalicəsi siyasətlərinin hazırlanmasında və implementasiyasında 
iştirakını göstərən məlumat yoxdur.
Tövsiyələr
Aşağıdakı tövsiyələr UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin tövsiyələri ilə Azərbaycanda hazırkı vəziyyət 
arasındakı uyğunsuzluqlara cavab verəcək qanun, siyasət və digər tədbirlərə dair məlumatı əks etdirir. Bəzi əlavə 
tövsiyələr də irəli sürülmüşdür:

  Dövlət  İİV-lə  bağlı  ictimai  qınağın  aradan  qaldırılmasını  təmin  etmək  üçün  maarifləndirmə  kampaniyaları 
hazırlamalı və həyata keçirməlidir. 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 33(h));

Dövlət xüsusilə kənd yerlərində AUÖQA (anadan uşağa ötürülmənin qarşısının alınması) proqramı və xidmətlərin 
geniş əhatəsini təmin etmək üçün tədbirlər görməlidir. 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 33(g));

Dövlət  yeniyetmələr,  gənclər,  qadınlar  və  təcrid  olunmuş  qruplar  arasında  İİV-in  qarşısının  alınması  və 
müalicəsinə  dair  maarifləndirmə  proqramlarını  təşviq  etmək  üçün  tədbirlər  görməlidir 
(CEDAW  Komitəsinin 
Yekun müşahidələri  (2009), bənd 34);

Dövlət, hamilə qadınlar, cinsi xidmət işçiləri, iynə vuran narkotik istifadəçiləri və homoseksual kişilər də daxil 
olmaqla  təcrid  olunmuş  əhalinin  məcburi  İİV  müayinəsinə  məruz  qalmasının,  eləcə  də  İİV-in  müayinəsi, 
qarşısının alınması və ya müalicəsi proqramlarında məcburi və ya cəzalandırıcı tədbirlərin aradan qaldırılması 
üçün tədbirlər görməlidir. 
(əlavə tövsiyə);

Dövlət  İİV  üçün  könüllü  müayinəni  təmin  etmək  üçün  İnzibati  Xətalar  Məcəlləsinə  dəyişiklik  etməlidir 
(əlavə 
tövsiyə);

Dövlət İİV-in aradan qaldırlmasına, müalicəsinə və nəzarətinə yönəlmiş milli strategiya və ya plan hazırlamalı və 
icra etməlidir; həmin proqrama aşağıdakılar daxil olmalıdır: preventiv və müalicə proqramlarının müyəssərliyi 
(anadan uşağa ötürülmənin azaldılması proqramları da daxil olmaqla); pulsuz antiretrovirusların müyəssərliyinin 
150
  İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin  yayılmasının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu (2010), 
maddə 4.0.13.
151
    Məsələn,  Azərbaycan  Respubliaksının  Əmək  Məcəlləsinin  16.1-ci  maddəsi  İİV-lə  yaşayan  şəxsləri  insanın  immunçatışmazlığı  virusuna  yoluxması 
səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etməyi  qadağan edir. İnzibati Xətalar Məcəlləsinin 49-2-ci 
maddəsinə əsasən insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə təhsil hüququnun pozulması, eləcə də 49-3-cü maddəyə əsasən 
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən 
imtina edilməsi inzibati xəta sayılır.


45
təmin  edilməsi;  İİV  kontekstində  təcrid  olunmuş  qrupların  xüsusi  hüquq  və  ehtiyaclarının  müvafiq  şəkildə 
cavablandırılması. 
(Əlavə tövsiyə; CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), para. 33(h));

Dövlət  qadınlar,  yeniyetmələr,  cinsi  xidmət  işçiləri,  iynə  vuran  narkotik  istifadəçiləri  və  homoseksual  kişilər 
də daxil olmaqla təcrid olunmuş qrupların İİV-in qarşısının alınması və müalicəsi siyasətinin hazırlanması və 
implementasiyasında iştirak edə bilmək imkanını təmin etməlidir 
(əlavə tövsiyə).
İrəliləyişə nəzarət etmək üçün indikatorlar

 İİV/QİÇS daşıyan şəxslər, qadınlar və hamilə qadınların sayı 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2015), 
bənd 33(h));

Uşağa anadan İİV-in ötürülməsi hallarının sayı 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2015),bənd 33);

Reproduktiv  yaşda  olan  qadınların  neçə  faizi  İİV/QİÇS  haqqında  məlumatlıdır?  (yaş,  region,  təhsil  səviyyəsi,  rifah 
göstəricisi, şəhər/kənd qeydiyyatı bölgüsü aparılmaqla) 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2015), bənd 33(h));

Reproduktiv yaşda olan qadınların neçə faizi İİV-ə yoluxma və qarşısının alınmasına dair hərtərəfli məlumata 
malikdir? (yaş, region, təhsil səviyyəsi, rifah göstəricisi, şəhər/kənd qeydiyyatı bölgüsü aparılmaqla) 
(CEDAW 
Komitəsinin Yekun müşahidələri  (2015), bənd 33(h));

Dövlət təcrid olunmuş qrupların ehtiyac və hüquqlarını cavablandırmaq,  İİV/QİÇS daşıyıcısı olan şəxslərin üzləşdiyi 
qınaq və ayrıseçkiliyi aradan qaldırmaq və İİV-dən qorunmaq üçün ictimai məlumatlandırma kampaniyalarının 
keçirilməsi üçün hansı tədbirləri görmüşdür? 
(CEDAW Komitəsinin Yekun müşahidələri (2015),bənd 33(h));

Dövlət  İİV  daşıyan  şəxslərə  qarşı  ayrı-seçkiliyin  aradan  qaldırılması  üçün  hansı  tədbirləri  görmüşdür? 
(Əlavə tövsiyə);

Dövlət, hamilə qadınlar, cinsi xidmət işçiləri, iynə vuran narkotik istifadəçiləri və homoseksual kişilər də daxil 
olmaqla təcrid olunmuş əhalinin məcburi İİV müayinəsinə məruz qalmasının, eləcə də İİV-in müayinəsi, qarşısının 
alınması və ya müalicəsi proqramlarında məcburi və ya cəzalandırıcı tədbirlərin aradan qaldırılması üçün hansı 
tədbirləri görmüşdür? 
(Əlavə tövsiyə);

Dövlət  İİV-in  aradan  qaldırlmasına,  müalicəsinə  və  nəzarətinə  yönəlmiş  hansı  milli  strategiya  və  ya  planları 
hazırlamış və həyata keçirmişdir? Həmin proqram aşağıdakıları da əhatə edirmi? Bura: preventiv və müalicə 
proqramlarının  müyəssərliyi(anadan  uşağa  ötürülmənin  azaldılması  proqramları  da  daxil  olmaqla);  pulsuz 
antiretrovirusların müyəssərliyinintəmin edilməsi; İİV kontekstində təcrid olunmuş qrupların xüsusi hüquq və 
ehtiyaclarının cavablandırılması 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 33(h));

Dövlət qadınlar, yeniyetmələr, cinsi xidmət işçiləri, iynə vuran narkotik istifadəçiləri və homoseksual kişilər də 
daxil  olmaqla  təcrid  olunmuş  qrupların  İİV-in  qarşısının  alınması  və  müalicəsi  siyasətlərinin  hazırlanması  və 
implementasiyasında iştirak edə bilmək imkanını təmin etmək üçün hansı tədbirləri görmüşdür? 
(Əlavə tövsiyə).


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə