Azərbayca respublikasinin insa a (ombudsman)


f: İİv/QİÇs Sağlamlıq və insan hüquqları çərçivəsi



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə23/56
tarix20.10.2017
ölçüsü5,07 Kb.
#5787
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

42
f: İİv/QİÇs
Sağlamlıq və insan hüquqları çərçivəsi
Müvafiq  səhiyyə  xidmətlərinin  müəssərliyi  İİV/QİÇS-lə  yaşayan  fərdlər  üçün  zəruridir.  Yoluxmanın  qarşısının 
alınmasına dair məlumatlandırma  infeksiyaya tutulma riskini azaldır. İİV-ə dair cəmiyyətdə olan münasibət və ayrı-
seçkiliyin aradan qaldırılmasına yönəlmiş tədbirlər İİV/QİÇS-lə yaşayan insanların hüquqlarının müdafiəsinə yardım 
edir, eləcə də bu virusun qarşısının alınmasını və müalicəsini gücləndirir.  
Dövlətlər  İİV/QİÇS-lə  yaşayan  şəxslərin  müalicəsini  təmin  edəcək  qanunlar,  siyasətlər  və  proqramlar  qəbul 
etməli, həmin şəxslərin öz insan hüquqlarını hamı ilə bərabər şəkildə reallaşdıra bilmək imkanını təmin etməlidirlər.
Səhiyyə kontekstində İİV/QİÇS daşıyıcıları üçün nəzərdə tutulmuş antiretrovirus müalicəsi mövcud, müyəssər və 
münasib olmalıdır.
138
 Dövlətlər ödəniş qiyməti də daxil olmaqla antiretrovirus müalicəsinin müyəssərliyi baxımından 
maneələri aradan qaldırmaq üçün tədbirlər görməlidirlər. Dövlətlər İİV/QİÇS haqqında, bu infeksiyaya yoluxma, onun 
qarşısının alınması və müalicəsi də daxil olmaqla elmi cəhətdən etibarlı məlumatların təmin olunması üçün tədbirlər 
görməlidirlər. Dövlətlər kondomlardan istifadəni və onların (qadınlar üçün kondomlar da daxil olmaqla) əlçatanlığını 
təşviq edəcək preventiv strategiyalar həyata keçirməli və etibarlı informasiyanı təmin edən ictimai məlumatlandırma 
kampaniyaları keçirməlidirlər. Eləcə də, dövlətlər İİV/QİÇS proqrmlarına yetərli vəsaitin ayrılmasını təmin etməli və 
həyata keçirilən proqramların səmərəliliyi monitorinq olunmalı və qiymətləndirilməlidir. Müayinə və müalicə könüllülük 
əsasda, ləyaqət, müstəqillik, şəxsi həyat və konfidensiallıq hüquqlarına hörmət çərçivəsində həyata keçirilməlidir.
139
Səhiyyə xidmətlərindən başqa İİV/QİÇS-lə yaşayan insanlara qarşı stiqma və ayrı-seçkiliyin qarşısının alınması 
üçün hüquqi və ictimai məlumatlandırma kampaniyaları kimi digər tədbirlərin həyata keçirilməsi lazımdır.
Azərbaycanda vəziyyət
2013-cü  ildə  müalicə  müəssisələrində  4149  İİV  ilə  yaşayan  fərd  qeydiyyata  alınmışdır.
140
    2011-ci  ildə 
Azərbaycanda 15 və daha yuxarı yaşda 1000 qadın İİV daşıyıcısı kimi qeydə alınmışdır. 2010-2011-ci illərdə 48 
hamilə qadında İİV aşkar edilmişdir.
141
 1 yanvar 2011-ci il tarixi üçün anadan yoluxmuş uşaqların sayı 32 olmuşdur.
142
 
Halbuki son illərdə hamiləlik zamanı İİV doğuş vaxtı və ya daha sonra ilə müqayisədə daha çox aşkar edilmişdir. 
Hamiləlik zamanı İİV aşkar edilən qadınların nisbəti 2008-ci ildə 62.1 faizdən 2011-ci ildə  81.2 faizə yüksəlmişdir. 
Bu AUÖQA (anadan uşağa ötürülmənin qarşısının alınması)proqramının geniş əhatəsinin nəticəsidir.
143
 2011-ci ildə 
İİV ilə yaşayan hamilə qadınların 74.2 faizi antiretrovirus müalicə almışdır və onların uşaqlarının 88.5 faizi doğuşdan 
sonra 2 ay ərzində müayinə edilmişdir.
144 
İİV-in aşkara çıxarılması və müalicəsi istiqamətində göstərilən səylərə 
baxmayaraq həmin qadınların üzləşdiyi ağır sosial qınaq qalmaqda davam edir.
Azərbaycanda yalnız beş qadından biri İİV/QİÇS-dən qorunma və ötürülmə yolları haqqında hərtərəfli məlumata 
malikdir.
145 
15-49 yaşlı qadınların 71 faizi, 15-19 yaşlılarınsa yalnız 50.1 faizi QİÇS haqqında eşidib (DSS, 2011). 
Şəhərdə yaşayan qadınların (78%) kənddə yaşayan qadınlarla müqayisədə (60.3%) QİÇS barədə eşitmək ehtimalı 
daha çoxdur. Təhsil və rifah səviyyəsi yüksəlməklə əhalinin QİÇS-lə bağlı məlumatlılığı da müntəzəm olaraq artır və 
regionlar üzrə də nəticələr müxtəlifdir (DSS, 2011). Qadınların 35.9 faizi İİV-in müəyyən olunması üçün harada analiz 
verə biləcəyini bilir (DSS, 2011).
DSS sorğusu İİV/QİÇS-lə əlaqədar stiqma və ayrı-seçkiliyin olduğunu müəyyənləşdirmişdir: “Qadınların 59.2 faizi 
onların ailə üzvlərindən birinin İİV-ə yoluxması halında bunu sirr kimi saxlamaq istəmədiklərini bildirib, eləcə də 
qadınların 44.6 faizi onların ailə üzvlərindən birində QİÇS olarsa, onun qayğısını çəkəcəklərini bildirib. Bundan fərqli 
138
  CESCR, General Comment 14, para. 12. 
139
  Statement on HIV testing and counseling: WHO, UNAIDS reaffirm opposition to mandatory HIV testing, 28 November 2012. 
Available at: http://www.who.int/hiv/events/2012/world_aids_day/hiv_testing_counselling/en/
140
  Statistika Komitəsi tərəfindən verilmiş məlumat. 
141
  UNAIDS Azerbaijan, Report on the progress regarding global measures to address AIDS: Azerbaijan Republic (2012) available at: http://www.
unaids.org/en/dataanalysis/knowyourresponse/countryprogressreports/2012countries/ce_AZ_Narrative_ Report per cent5B1 per cent5D.pdf
142
  Donna F. Stroup, Estimating the Sizes of Populations at Risk for HIV and AIDS (Baku, Azerbaijan, 2011)  p. 9.
143
  UNAIDS Azerbaijan Report on the progress regarding global measures to address AIDS: Azerbaijan Republic (2012) available at: http://www.
unaids.org/en/dataanalysis/knowyourresponse/countryprogressreports/2012countries/ce_AZ_Narrative_ Report per cent5B1 per cent5D.pdf
144
  Yenə orada.
145
  DSS 2011, səh. 168


43
olaraq qadınların yalnız 21.8 faizi İİV daşıyıcısı olan müəllimin öz fəaliyyətini davam etdirməsinə icazə verilməsini 
məqbul sayıb və yalnız 21.3 faiz qadın İİV daşıyıcısı olan satıcıdan ərzaq məhsullarını ala biləcəyini bildirib.”
146
İİV-in  aşkarlanması  üçün  analizlər  çox  vaxt  hamilə  qadınların  razılığı  olmadan  keçirilir.  Cinsi  xidmət  işçiləri, 
narkotik istifadəçiləri və homoseksual kişilər kimi təcrid olunmuş əhali qrupları arasında hüquq-mühafizə orqanları 
tərəfindən  müvafiq  analizləri  verməyə  məcbur  edilmə  halları  geniş  yayılıb.  İnzibati  Xətalar  Məcəlləsinin  38-4-cü 
maddəsinə əsasən, zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş 
və  müayinəyə  ehtiyacı  olan  şəxslərin  müayinədən  səhiyyə  orqanları  tərəfindən  xəbərdarlıq  edildikdən  sonra  da 
boyun qaçırmasına görə - 80 manatdan 120 manatadək miqdarda cərimə edilir. 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, insanın immun çatışmazlığı virusu 
ilə yaşayan şəxslərə qarşı işə qəbul edilərkən, işdə irəli çəkilərkən və ya işdən azad edərkən hər hansı bir ayrı-seçkilik 
qadağandır. İnzibati Xətalar Məcəlləsinin 49-2-ci maddəsinə əsasən İnsanın immun çatışmazlığı virusuna yoluxması 
səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər hansı formada məhdudlaşdırılması, 
o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina olunması və ya onların istənilən tədbirlərdə iştirakına 
məhdudiyyətlər qoyulması, eləcə də təhsil müəssisəsindən xaric edilməsi inzibati xətadır.
UDİ üzrə İşçi Qrupunun və CEDAW Komitəsinin 
Azərbaycana tövsiyələri
UDİ üzrə İşçi Qrupunun üzv dövlətləri tərəfindən İİV /QİÇS-lə bağlı hər hansı tövsiyə irəli sürülməmişdir.
2009-cu ildə verilmiş CEDAW Komitəsinin Yekun müşahidələri  tövsiyə edir ki:

 Ailə planlaşdırılması və reproduktiv tibbi maarifləndirmə qızlar və oğlanlar arasında geniş təşviq olunsun, cinsi 
yolla keçən İİV və QİCS xəstəliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirilsin (2009, bənd 34)
2015-ci ildə verilmiş CEDAW Komitəsinin Yekun müşahidələri  dövlətə aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə 
etmişdir:

 Xüsusilə kənd yerlərində AUÖQA (anadan uşağa ötürülmənin qarşısının alınması) proqram və xidmətlərinin 
daha geniş əhatəsi təmin edilsin (CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 33(g));

  İİV  ilə  bağlı  ictimai  qınağın  aradan  qaldırılmasını  təmin  etmək  üçün  maarifləndirmə  kampaniyaları  aparılsın 
(CEDAW Komitəsinin Yekun müşahidələri  (2015), bənd 33(h)).
Dövlətin həyata keçirdiyi tədbirlər
Səhiyyə Nazirliyi 2010-2015-ci illər üçün nəzərdə tutulmuş “Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin 
gücləndirilməsi” adlı layihəni həyata keçirmək üçün İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fonddan 
10,000,000 ABŞ dolları həcmində qrant almışdır.
147
 Proqram 2005-ci ildə başlamışdır.
Səhiyyə Nazirliyi Bakıda və regionlarda bir sıra ictimai informasiya kampaniyaları keçirmişdir. Səhiyyə Nazirliyinin 
yanında İİV ilə bağlı məlumatlar təmin edən qaynar xətt mövcuddur.
148  
Hökumət, eləcə də həssas qruplar arasında 
İİV-in qarşısının alınmasına dair bəzi informasiya sessiyalarının keçirildiyini bildirir.
Uyğunsuzluqlar
İİV İnfeksiyasının qarşısının alınmasına dair Milli Strategiya Planı və İİV/QİÇS-in qarşısının alınması və nəzarətə 
dair 2008-2011-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı hələ də qəbul edilməmişdir. Hal-hazırda bu sənədlərə 
Nazirlər Kabinetində baxılır.
149
146
  DSS 2011, səh. 170
147
  Eləcə də bax: http:// www.gfatm.az/index.php/az/hagg-m-zda/elanlar/115-s%C9%99hiyy%C9%99-nazirliyinin-layih%C9%99-%C9%99laq%C9%
99l%C9%99ndirm%C9%99-b%C3%BCrosu-2013-%E2%80%93-2015-ci-ill%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-qi%C3%A7s-l%C9%99-m%C3%B-
Cbariz%C9%99-%C3%BCzr%C9%99-qrant-m%C3%BCsabiq%C9%99si-elan-edir.html
148
  http://www.sehiyye.gov.az/
149
  Reproduktiv Sağlamlığa dair Milli Strategiya 2008-2015, Bakı, 2008, səh. 27. 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə