Az broshur indd



Yüklə 243,52 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix11.04.2018
ölçüsü243,52 Kb.
#37877
1   2   3   4   5   6   7   8   9   10

10

Əqli mülkiyyət hüquqlarının obyektlərinin mühafi zə müddəti 

məhduddur. Qorunma müddəti başa çatmış əsərlər və əlaqəli 

hüquqların obyektləri ictimai varidata keçir. Lakin əmtəə 

nişanları bu baxımdan istisna sayılır: onlar Azərbaycanda 

məhdudiyyətsiz olaraq yenilənə bilər.



Əqli mülkiyyət hüquqları hər bir ölkə üçün spesifi k sayılır 

(ərazi bütövlüyü prinsipinə müvafi q olaraq): Azərbaycanda qey-

diyyata alınan əmtəə nişanı yalnız Azərbaycanın hüdudlarında 

qorunur. Başqa ölkələrdə qorunma əldə etmək üçün, həmin 

nişan təkrar qeydiyyata alınmalıdır. 

Bilməlisiniz ki:

Özəl  şirkətlər və qeyri-hökumət təşkilatları  tərəfi ndən 

aparılan əqli mülkiyyət hüquqlarının reyestrinin və və bununla 

əlaqədar məlumat bazalarının hüquqi qüvvəsi yoxdur!

İnformasiya reyestrləri və ya kommersiya əmtəə 

nişanlarının, indeks və ya internet məlumat bazalarında 

sənaye mülkiyyəti hüquqlarının qeydiyyatını  təklif edən 

bəzi özəl  şirkətlər mövcuddur. Lakin Azərbaycanda  əqli 

mülkiyyət hüquqlarının rəsmi qeydiyyatı  və dövlət reyestri 

yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 

Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfi ndən aparılır. Özəl 

reyestrlərdə və məlumat bazalarındakı qeydiyyat heç bir halda 

hüquqi qorunma və müdafi ə üçün əsas sayılmır.



11

Müəllifl ik hüququ

Müəllifl ik hüququ nədir?

“Müəllifl ik  hüquqları” dedikdə  əqli yaradıcılıq fəaliyyətinin 

nəticəsi olan elm, ədəbiyyat və incəsənət  əsərlərinə olan 

hüquqlar başa düşülür. 

Müəllifl ik hüququ obyektiv mənada əsərlərin yaradılması 

və istifadəsi ilə bağlı münasibətləri tənzimləyən hüquqi 

normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, 

subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına 

məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) 

hüquqlardır. Bu hüquqlar müstəsna xarakter daşıyır. 

Müəllifl ik  hüququ  əsərin formasını qoruyur. Qorunmanın 

əsas obyekti əsərin özü olduğuna görə onun məzmunu formaya 

daxil olduğu şəkildə qorunur. Əsər vasitəsi ilə ifadə edilən ideya 

və ya konsepsiya qorunmur. 

Əsər yarandığı andan qorunur və bu, qorunan əsərin 

təkrarlana bilməməsinin sübutudur və  əsərin qorunması 

qeydiyyatdan asılı deyil. Bununla belə, müəllifl ik  hüququnun 

pozulduğu halda onun qorunması  və müdafi əsi arasında 

“körpü” yaratmaq məqsədilə qanunvericilik əsərin qeydiyyatdan 

keçirilməsinə imkan yaradır.



Müəllifl ik hüququnun əhəmiyyəti nədən ibarətdir?

Müəllifl ik hüququnun böyük mədəni-humanitar əhəmiyyəti 

vardır, çünki cəmiyyətin götürdüyü xeyir və fayda bu hüquqların 

tanınmasının başlıca səbəbidir. Müəllif hüquqlarının qorunması 

mədəni irsin qorunub saxlanmasına, mədəni dəyərlərin 

cəmiyyətdə geniş yayılmasına və yeni yaradıcılıq nəticələrinin 

meydana çıxmasına  şərait yaradır. Bununla yanaşı, müəllifl ik 

hüququ son illər iqtisadi inkişafın vacib aləti kimi, digər  əqli 

mülkiyyət hüquqları ilə birgə “biliklərə əsaslanan iqtisadiyyatın” 

amilinə, tərkib hissəsinə  və  ən vacib qeyri-maddi aktivlərinə 

çevrilmişdir. Yalnız müəllifl ik  hüququna  əsaslanan sənayenin 

payı dünya iqtisadiyyatında 7,3 faiz (5 faiz illik artımla) təşkil 

edir.



12

Əsərdən istifadəyə müstəsna hüquqlar kimə məxsusdur?

Əsərdən hər hansı formada və üsulla istifadəyə müstəsna 

hüquqlar müəllifə (yəni əsərin yaradıcısına) və ya qanunvericiliyə 

uyğun olaraq digər hüquq sahibinə (məsələn,  əsər xidməti 

tapşırıq  əsasında yaradılmışdırsa və  işəgötürənlə müəllif 

arasındakı müqavilədə başqa hal nəzərdə tutlmamışdırsa 

işəgötürənə, müəllif vəfat etdikdə onun qanuni vərəsəsinə 

(vərəsələrinə) və ya qanunvericıliklə müəyyən edilmiş qaydada 

hüquqların verildiyi şəxsə) məxsusdur. 

“Əsərdən istifadəyə müstəsna hüquqlar” dedikdə müəllif və 

ya əsərə müəllifl ik hüququnun digər sahibi tərəfi ndən aşağıda 

göstərilən hərəkətlərin həyata keçirilməsi, həyata keçirilməsinə 

icazə verilməsi, yaxud bu cür hərəkətlərə qadağa qoyulması 

başa düşülür:

 Sürətçıxarma hüququ: orijinal (ilkin) işin 

dəyişməsindən asılı olmayaraq işi hər hansı formada 

reproduksiya etmək (işin surətlərini istehsal etmək) hüququ 

deməkdir (məs. internet vasitəsi ilə musiqinin MP3 formatında 

yüklənilmələri kimi).

 

Yaymaq hüququ: işin surətlərini təklif etmək, yaymaq 



və ya hər hansı yolla bazara çıxarmaq hüququ deməkdir.

 Kütləvi nümayiş hüququ: internet kimi kommunikasiya 

şəbəkəsi vasitəsi ilə ekrandan (monitordan) baxmaq, çap 

etmək, yükləmək və s. kimi məqsədlər üçün işin ictimaiyyət 

üçün təqdim etmək hüququ deməkdir.

 Kütləvi ifa: ictimaiyyət qarşısında təqdim etmək, 

istehsal etmək, yerinə yetirmək (işə salmaq) və ya istənilən 

digər yolla işin nəzərə çarpan etmək hüququ deməkdir.

 Kütləyə çatdırmaq üçün kabellə kütləvi bildiriş 

hüququ: radio, televiziya və ya oxşar cihaz tipi vasitəsi ilə  işi 

yayımlamaq hüququ

 

Təkrar yayımlamaq hüququ: artıq yayımlanmış 



işin sonradan, yayım təşkilatının orijinal (ilkin) məlumat 

daşıyıcısından fərqli olan texniki cihazların (məsələn, kabel 

televiziyası) köməkliyi ilə ötürülməsi deməkdir.



13

 Yenidən işləmək hüququ: işin nə vaxt və necə 

uyğunlaşdırılacağı, habelə onun yeni işin (yəni tərcümələr 

kimi törəmə işlər) yaradılmasında üçün əsas kimi istifadə edilə 

bilməsinə dair qərar vermək hüququ deməkdir.

 

Tərcümə etmək hüququ: istənilən dilə tərcümə etmək 



hüququ deməkdir. 

 Müstəsna hüquq sahibləri onlara məxsus olan 

əsərdən qeyri-qanuni istifadə hallarının, o cümlədən  əsərin 

icazəsiz surətinin çıxarılmasının qarşısının alınması üçün 

texniki müdafi ə vasitələrindən istifadə edə bilərlər. 

Müəllifl ik hüququnun obyekti olan əsərlər hansılardır?

 Müəllif hüquqları baxımından “işlər” fərdi təbiətə 

malik olan əsərlər, xüsusən də aşağıdakılardır: 

 

İstənilən növ ədəbi  əsərlər, o cümlədən romanlar, 



elmi traktatlar, jurnal məqalələri və marketinq kitabçaları.

 Musiqili 

əsərlər və digər akustik əsərlər.

 

Təsviri incəsənətin (rəssamlıq, heykəltəraşlıq, qrafi ka 



sənəti) və  tətbiqi layihələr (istifadə edilən bədii incəsənət 

obyektləri). 

 

Texniki çertyoj planları, xəritələr və ya üçölçülü 



modellər kimi elmi və ya texniki məzmunlu işlər.

 Arxitektura 

işləri.

 Fotoşəkillər və plyonkalar kimi vizual və audiovizual 



işlər. 

 

Rəqs quruluşları və pantomima işləri.



 Törəmə 

işlər (tərcümələr, uyğunlaşdırmalar, 

annotasiyalar, analizlər, xülasələr, icmallar və s.).

 

Toplular (ensiklopediyalar, ontologiyalar, məlumat  



bazaları)

Proqram təminatının qorunması

Kompyuter proqramları ədəbi əsərlər kimi qorunur. Buna 

baxmayaraq, perfokart sistemləri və uçot sistemləri, proqram 

təminatının  əsasını formalaşdıran alqoritmlər kimi proqram 

dilləri və ya problemin həlli prinsipləri müdafi ə olunmur.



Yüklə 243,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə