Az broshur indd



Yüklə 243,52 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix11.04.2018
ölçüsü243,52 Kb.
#37877
1   2   3   4   5   6   7   8   9   10

36

Nə qorunmalıdır?



Əmtəə nişanı

Üçüncü tərəfl ərin qanunsuz 

istifadəsinin qarşısını almaq üçün 

qeydiyyata alınmış işarələr



Hansı yolla 

qorunmalıdır?

Əmtəə nişanlarının reyestrində qeydi-

yyata alınmalıdır

Minimum tələblər

● Digər hüquqlara müdaxilə 

etməməlidir

● Fərqli olmalıdır

● Təsviri olmamalıdır

● Dövlət siyasətinə və ya mənəviyyata 

zidd olmamalıdır

Heç bir qorunma 

yoxdur

● İxtisarlar 

● Obyekt adları

● Orden və medallar və s.



Sənaye mülkiyyəti hüquqlarına baxış


37

İxtira

İxtiralar, məs. 

texniki problemlər 

üçün yeni texniki 

həll variantları

Faydalı Model

Məişət 


avadanlıqları, 

cihazlar, məs. 

cihaz ilə əlaqəli 

olan texniki həll 

variantları

Sənaye 

nümunəsi

Zahiri görkəmi 

məs. məhsulun 

xarici görünüşü

Patentin təqdim 

olunması tələbləri

Patentin təqdim 

olunması tələbləri

Sənaye 

nümunələrinin 



reyestrində qey-

diyyat


● Yenilik 

● Sənayedə tətbiq 

olunması

● İxtiraçılıq 

səviyyəsi İxtiranın 

mahiyyətinin 

açıqlanması

● Yenilik 

● Sənayedə tətbiq 

olunması


● Yeni 

● Orijinal 

olunması

● Sənayedə tətbiq 

edilən

● Dövlət 



siyasətinə və ya 

mənəviyyata zidd 

olmamalıdır

Elmi nəzəriyyələr

● Riyazi  metodlar

● Bədii kon-

struktorluq işinin 

nəticəsi 

● Təsərrüfatın və 

əqli fəaliyyətin 

təşkili

● Oyunların 



qaydaları və 

metodları

● Kompüter 

alqoritmləri və 

proqramları

● Proseslərə

● Maddələrə 

(cisimlər)

● Mikroorqanizm 

ştammları

Bitki kulturaları 

və ya heyvan 

hüceyrələri, 

onların yeni 

məqsədlər 

üçün istifadə 

edilməsinə

● Sırf texniki 

funksiyalara

● İdeya və kon-

sepsiyalara

● Mövcud 

qanunvericiliyə və 

razılaşmalara zidd 

olanlara



38

Nə qorunmalıdır?



Əmtəə nişanı

İstisnalar 

hansılardır?

Yalnız fərdi istifadə üçün



Qorunmanın 

həcmi

İşarə, habelə əmtəə və xidmətlərin 

sinifl əri ilə müəyyən edilir



39

İxtira

Faydalı Model

Sənaye Nümunəsi

● İnformasiyanın 

təqdimi üsullar

● Şərti işarələr, 

cədvəllər və 

qaydalar


● Qurğu, bina, 

ərazi  layihələri 

və planlaşdırma 

sxemləri


● İnteqral 

mikrosxemlərin 

topologiyası 

● Heyvan cinsləri, 

bitki müxtəlifl iyi

● Diaqno-

tika prosedurları, 

insanlar və 

ya heyvanlar 

üzərində terapiya 

və ya cərrahiyyə 

prosedurları

• İctimai qayda-

qanunlara və 

mənəviyyata zidd 

olanlara Müəyyən 

biotexnoloji ixti-

ralara


Fərdi istifadə, 

elmi tədqiqat, 

maarifl əndirmə

Fərdi istifadə

Fərdi istifadə

Patent 


formullarında 

müəyyən edilir

Patent 

formullarında 



müəyyən edilir

Mühüm 


əlamətlərin 

məcmusu ilə 

müəyyən edilir



40

Nə qorunmalıdır?



Əmtəə nişanı

Qorunmanın 

müddəti

10 il


(hər biri üçün növbəti 10 ilə yenilənə 

bilər)


Qorunmanın 

göstəriciləri

• ® qeydiyyata alınmış əmtəə nişanı

İstifadə mütləq deyil

Pozuntu qanunla cəzalandırılır



Qeydiyyat 

rüsumları*

(AZN)

Qeydiyyat – 10 AZN (ilkin 

ekspertiza)+50 AZN (ətrafl ı 

ekspertizası)



Yenilənmə /

xidmət haqları *

(AZN)

Yenilənmə

95 AZN 10 illik

Yalnız 

Azərbaycan üçün

Axtarış tövsiyə edilir




41

İxtira

Faydalı Model

Sənaye Nümunəsi

20 il


10 il

10 il


İlkin ödəniş 10 

AZN


İlkin ödəniş 10 

AZN


İlkin ödəniş 10 AZN

İxtira üçün pat-

ent ərizəsinin 

qeydiyyatından 

başlayaraq 

ikinci il keçdikdən 

sonra, ərizəçi illik 

xidmət haqqını 

üçün ödəməyə 

məcburdur: 3-dən 

10 ilə qədər 5 

AZN, hər sonrakı 

il üçün eskalasiya 

(yüksəlmə) haqqı  

3 AZN;

10-dan 20 ilə 



qədər, 40 AZN, 

hər sonrakı il 

üçün eskalasiya 

(yüksəlmə) haqqı  

4 AZN.

Faydalı 


model üçün 

patent ərizəsinin 

qeydiyyatından 

başlayaraq ik-

inci il keçdikdən 

sonra, 


ərizəçi illik 

xidmət haqqını 

üçün ödəməyə 

məcburdur: 

3-dən 10 ilə 

qədər 5 AZN, 

hər sonrakı il 

üçün eskala-

siya (yüksəlmə) 

haqqı  3 AZN.

Sənaye nümunəsi 

üçün pat-

ent ərizəsinin 

qeydiyyatından 

başlayaraq 

ikinci il keçdikdən 

sonra, ərizəçi illik 

xidmət haqqını 

üçün ödəməyə 

məcburdur:

3-dən 10 ilə qədər 5 

manat, hər sonrakı 

il üçün eskalasiya 

(yüksəlmə) haqqı  3 

manat.

Axtarış tövsiyə 



edilir

Axtarış tövsiyə 

edilir

Publikasiya dövrü- 



6 ay ərzində

* Bu məbləğə  hər hansı patent müvəkkilin xidmətlərinə görə 

ödənilməli qonorar daxil deyil.



42

Qeyri-ənənəvi əqli mülkiyyət

“Qeyri-ənənəvi əqli mülkiyyət” dedikdə xüsusi qorunma 

hüquqları ilə qorunan inteqral sxem topologiyaları, xüsusi 

qorunma hüququ ilə qorunan məlumat toplusu və folklor 

nümunələri başa düşülür. Azərbaycanda  əqli mülkiyyətin bu 

sahəsi üzrə qanunvericiliyin inzibati idarəçiliyi  Müəllif  Hüquqları 

Agentliyi tərəfi ndən həyata keçirilir.



Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusu

 “Məlumat toplusu” anlayışına nə daxildir? 

 “Məlumat toplularının hüquqi qorunması haqqında” 

Qanunun 1-ci maddəsinə uyğun olaraq, “məlumat toplusu” 

dedikdə sistemli və ya metodik qaydada tərtib edilmiş  və 

elektron, yaxud digər vasitələrlə  əldə oluna bilən  əsərlərin, 

verilənlərin və digər materialların təqdiminin obyektiv forması  

başa düşülür.

İnteqral sxem topologiyaları

“İnteqral sxem” dedikdə altlığın səthində  və (və ya) 

həcmində bir-birindən ayrılmaz şəkildə hazırlanmış elementlər 

və elementlərarası  əlaqələrdən ibarət olub müəyyən 

elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən 

elektron məmulat başa düşülür. Inteqral sxem elementlərinin 

və elementlərarası  əlaqələr məcmusunun altlıqda  əks 

olunmuş  fəzavi-həndəsi yerləşdirilməsi isə  inteqral sxemin 



topologiyası adlandırılır. 

Hüquqi qorunma yalnız orijinal topologiyalara şamil olunur.     

Topologiyadan istifadəyə müstəsna hüquqlar 10 il 

müddətində qüvvədə qalır və onun müəllifi , yaxud hüquq 

sahibi qorunma müddəti bitməmiş topologiyanı Azərbaycan 

Respublikasının Müəllif Hüquqları Agentliyində könüllü olaraq 

dövlət qeydiyyatından keçirə bilərlər. 

Azərbaycanda “İnteqral sxem topologiyasının hüquqi 

qorunması haqqında” Qanun 31 may 2002-ci ildə  qəbul 

edilmişdir




43

 

Məlumat toplusunun ikili qorunması mövcuddur: 



məlumatların seçilməsinə və düzülməsinə görə yaradıcılıq 

fəaliyyətinin nəticəsi olan məlumat toplusu müəllifl ik 

hüququ ilə qorunur. Yaradıcılıq  əlaməti olmayan və 

məzmununun hazırlanması, yoxlanması və tərtib edilməsi 

böyük sərmayə qoyuluşu tələb edən məlumat toplusu 

xüsusi qorunma hüququ ilə qorunur. Başqa sözlə, məlumat 

toplusunun xüsusi qorunma hüququ ilə qorunma meyarı 

kimi maliyyə  vəsaitləri, vaxt və enerji məsrəfl əri  şəklində 

əhəmiyyətli sərmayə qoyuluşu nəzərdə tutulur. Bu zaman 

toplunun yeniliyi mütləq deyildir.

Xidməti məlumat toplusundan istifadəyə müstəsna 

hüquq, aralarındakı müqavilədə başqa hal nəzərdə 

tutulmayıbsa, müəllifi n  əmək münasibətlərində olduğu 

şəxsə (işəgötürənə) məxsusdur. 

Müəllifl ik hüququnun obyekti olan məlumat toplusuna 

əmlak hüquqlarının kimə məxsus olmasından asılı olmayaraq 

şəxsi (qeyri-əmlak) hüquqlar yalnız müəllifə məxsusdur. 

Məlumat toplusuna, o cümlədən xüsusi qorunma hüququ ilə 

qorunan məlumat toplusuna müstəsna hüquq sahibi (sahibləri) 

və ya istehsalçısı (istehsalçıları) hüquqların qüvvədə olduğu 

müddətdə onu (tərkibində dövlət sirrinə aid informasiyalar 

saxlayan məlumat toplusu istisna olmaqla) Müəllif Hüquqları  

Agentliyində  rəsmi qeydiyyatdan keçirə bilərlər. Rəsmi 

qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və 

ya qismən verilməsi haqqında müqavilə müvafi q icra hakimiyyəti 

orqanı  tərəfi ndən müəyyən edilmiş qaydada, müvafi q  icra 

hakimiyyəti orqanında qeydiyyatdan keçirilməlidir. 



Azərbaycan folkloru nümunələri

Söz sənəti nümunələri, xalq musiqisi, xalq oyunları  və 

rəqsləri, xalq sənətkarlığı  və  tətbiqi sənət nümunələri (maddi 

formada olan və olmayanlar), eləcə də digər xalq yaradıcılığı 

nümunələri folklor nümunələri sayılır. Folklor nümunələri 

ənənəyə  əsaslanan   əqli yaradıcılıq fəaliyyətinin nəticəsidir 




44

və  nəsildən-nəsilə ötürülərək qorunub saxlanılan yaradıcılıq 

nümunələri kimi qorunub saxlanılır.  Folklor nümunələrindən 

istifadə sərbəstdir, lakin istifadə zamanı onların təbii mahiyyəti 

dəyişdirilməməli və məzmununa xələl gətirilməməlidir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və YUNESKO 

uzun müddətdir ki, folklorun qorunub saxlanması  məsələləri 

ilə bağlı müzakirələr aparır, milli təcrübələri ümumiləşdirir və 

folklor nümunələrinin qorunmasını  təmin edəcək beynəlxalq 

alətin yaradılmasına çalışırlar. YUNESKO diqqəti folklorun 

müəyyən edilməsinə, eyniləşdirilməsinə, sənədləşdirilməsinə, 

yayılmasına və s. məsələlərə yönəldir. 1989-cu ildə YUNESKO-

nun qəbul etdiyi «Folklorun qorunmasına aid tövsiyələr»də 

folklorun təsnifatı və qorunub saxlanmasının əsas istiqamətləri 

göstərilmiş  və bu sənəddə yuxarıda göstərdiyimiz məsələlər 

əsas yeri tutmuşdur.

ÜƏMT isə  mədəni irsin obyektlərinə  əqli mülkiyyət növü 

kimi status verilməklə hüquqi qorunmasının təmin edilməsi 

üçün hüquqi məkanın və mexanizmin (hüquqi qorunma aləti) 

yaradılmasını  rəhbər tutur. ÜƏMT hələ Stokholmda keçirilən 

Diplomatik Konfransda «Ədəbi və  bədii  əsərlərin qorunması 

haqqında» Bern Konvensiyasının 15(4) maddəsində dəyişiklik 

apararaq, müəllif  əsərləri ilə  bərabər folklor əsərlərinin 

qorunması üçün müəyyən  şərait yaratmışdı. 1982-ci ildə ildə 

ÜƏMT-nin təklif etdiyi «Folklorun qeyri-qanuni istifadəsi ilə 

bağlı» nümunəvi model və 1985-ci ildə YUNESKO ilə birgə 

hazırladığı «Folklorun qeyri-qanuni istifadədən və digər zərərli 

hərəkətlərdən qorunması»na dair milli qanunvericiliklər üçün 

nümunəvi müddəaları bu sahədə irəliyə doğru atılmış mühüm 

addımlar kimi qiymətləndirmək olar.

1992-ci ildən etibarən mütəxəssislər belə qənaətə gəldilər 

ki, müəllifl ik hüququ ilə folklorun hüquqi qorunmasını  təmin 

etmək mümkün olmur və xüsusi qorunmaya («sui-generis») 

ehtiyac vardır. Bu mövqe YUNESKO və  ÜƏMT tərəfi ndən 

müdafi ə olundu. Hətta ÜƏMT-nin genetik resurslar, ənənəvi 

biliklər və folklor üzrə xüsusi daimi Hökumətlərarası Komitəsi 




45

yaradıldı. 2001-2009-cu illərdə folklorun hüquqi qorunması 

ilə bağlı bir sıra xüsusi ekspert iclasları keçirildi və  nəticədə 

«Folklorun hüquqi qorunması haqqında» təkmilləşdirilmiş 

milli qanunvericilik modeli hazırlandı, yeni Beynəlxalq 

Konvensiyanın mətni müzakirəyə  çıxarıldı. Bununla yanaşı, 

YUNESKO-nun son illərdə qeyri maddi mədəni irsin qorunub 

saxlanması üzrə (folklor nümunələri daxil olmaqla) keçirdiyi 

müzakirələrdə verilən tövsiyələr də milli və beynəlxalq 

səviyyədə qanunvericiliyə öz təsirini göstərmişdir. Aparılan 

müzakirələrin nəticələri zəngin folklor ənənələrinə malik olan 

Azərbaycan üçün də  dərin  əhəmiyyətə malikdir. Bununla 

yanaşı qeyd etməliyik ki, 2003-cü ildə  Şərqi Avropa və MDB 

məkanında ilk dəfə olaraq Azərbaycanda Folklor nümunələrinin 

hüquqi qorunması haqqında Qanun qəbul edilmişdir. 

Azərbaycan folklor nümunələrindən istifadə qaydaları 

pozulduqda Müəllif Hüquqları Agentliyi tərəfi ndən iddia qaldırıla 

bilər.



46

Azərbaycan Respublikasının Standartlaşdırma, 

Metrologiya, Patent üzrə Dövlət Komitəsi

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya 

və Patent üzrə Dövlət Komitəsi Azərbaycanda bütün sənaye 

mülkiyyəti hüquqları üçün, habelə prosedurdan asılı olaraq, 

beynəlxalq qeydiyyatlar üçün də  mərkəzi qurum sayılır. 

Sözügedən qurum milli ərizələri nəzərdən keçirir, hüquqlarını 

qeydiyyata alır və müxtəlif reyestrlərin idarə olunmasını həyata 

keçirir. 



Telefon: (+99412) 4499959

          

(+99412) 4498489

Faks:       (+99412) 4405224

Ünvan:   Bakı AZ1147, Mərdanov qardasları kuc., 124

Elektron poçt: AZS@azstand.gov.az

Vebsayt: http://www.azstand.gov.az

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycanda müəllifl ik hüququ, əlaqəli hüquqlar, inteqral 

sxem topologiyaları, məlumat topluları və folklor nümunələrinə 

olan  əqli mülkiyyət hüquqları ilə bağlı istənilən suala cavab 

almaq üçün Azərbaycan Respublikası Müəllif Hüquqları 

Agentliyinə müraciət edə bilərsiniz. Agentlik qeyd edilən 

sahələr üzrə dövlət  siyasətini həyata keçirir, normativ-hüquqi 

tənzimlənməni təmin edir və fəaliyyəti əlaqələndirir.



Tel:    

(+99412) 4981029

 (+99412) 

4933944


 (+99412) 

4982232


Faks:  

(+99412) 4981028



Ünvan:   Bakı AZ1000, Ü. Hacıbəyov küçəsi, 40. Hökumət 

Evi, 5-ci giriş, 1-ci mərtəbə



Elektron poçt: copag@copag. qov.az 

Vebsayt:  http://www.copag.gov.az

Əlaqə


47

İsveçrənin Iqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO)

Iqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) İşveçrə 

İqtisadiyyat Nazirliyinin bir hissəsidir. Onun Xarici İqtisadi 

Direktorluğu  İşveçrə dövlətinin iştirak etdiyi əməkdaşlıq 

layihələrinin icrası  və  əlaqədələndirilməsi baxımından SDC-

in tərəfdaşıdır. Onu səlahiyyət çərçivəsinə bazar iqtisadiyyatı 

əsaslı dövlətlərə, icra yönümlü tənzimləyici və iqtisadi 

siyasətə  dəstək verməklə, keçid dövrü yaşayan və inkişaf 

etməkdə olan dövlətlərin dünya iqtisadiyyatına inteqrasiyasını 

surətləndirməklə davamlı iqtisadi inkişafa və yoxsulluğun 

azadılmasına dəstək verilməsi daxildir.

Bretton Vuds İnstitutunda İsveçrə İcmasının bir üzvü kimi 

Azərbaycan SECO-nun maliyyə  əməkdaşlığı layihələri üçün 

çox vacib bir ölkədir. 



Tel:  

(+994 12) 4373855



Fax:  

(+994 12) 4373856



Ünvan: Bakı AZ 1004, İçəri Şəhər, 9 Böyük Qala küç.

Elektron poçt: baku@sdc.net  Vebsayt: www.swisscoop.org

 

İsveçrənin Əqli Mülkiyyət Hüquqları üzrə Federal İnstitut 

Bern-dəki Əqli Mülkiyyət üzrə Federal İnstitut əqli mülkiyyət 

hüquqları üzrə bütün məsələlərlə  əlaqədar federal orqandır. 

Bu orqan eyni zamanda İsveçrədə bütün sənaye mülkiyyəti 

hüquqları üçün, proseduradan asılı olaraq eyni zamanda 

beynəlxalq qeydiyyatlar üçün də  mərkəzdir (həmçinin 

Lixtenşteyndə patent üçün). İnstitut müvafi q  dövlətlərdən 

göndərilən ərizələri nəzərdən keçirir, müdafi ə hüquqlarını təyin 

edir və müxtəlif reyestrləri idarə edir. Əqli mülkiyyət hüquqları 

üzrə məlumat almaq üçün aşağıda qeyd edilən əlaqə vasitələri 

ilə müraciət edə bilərsiz: 



Tel:    

+ 41 (0) 31 3777777 



Fax:  

+ 41 (0) 31 3777778



Ünvan:  Stauffachestrestrasse 65/59 g CH-3003 Bern

Elektron poçt: info@ipi.ch  Vebsayt: www.ipi.ch 


48

Yüklə 243,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə