Az broshur indd


Əqli mülkiyyət hüquqları nə deməkdir



Yüklə 243,52 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix11.04.2018
ölçüsü243,52 Kb.
#37877
1   2   3   4   5   6   7   8   9   10

7

Əqli mülkiyyət hüquqları nə deməkdir

Ümumi mənada əqli mülkiyyət hüquqları obyektiv formada 

əks olunmuş əqli fəaliyyət nəticələrinə olan hüquqlardır.

“Əqli mülkiyyət hüquqları” dedikdə müəllifl ik hüququ və 

əlaqəli hüquqların obyektlərinə,  audiovizual əsərlərə, fono-

qramlara, ifalara, yayım təşkilatlarının verilişlərinə, inteqral 

sxem topologiyalarına və məlumat toplularına, ixtiralara, faydalı 

modellərə, sənaye nümunələrinə,  əmtəə nişanlarına, coğrafi  

göstəricilərə, fi rma adlarına, əqli fəaliyyətin nəticəsi kimi kom-

mersiya sirrinə aid edilən nou-haulara, həmçinin istehsalat, 

elmi və ədəbi-bədii sahədə əqli fəaliyyət nəticəsində yaradılan 

digər obyektlərə olan hüquqlar başa düşülür. 

 

Əsas məqsədlər aşağıdakılardır:

ƏM hüququnun sahibini qorunan əqli mülkiyyətdən və 

ya tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan 

digər şəxs, o cümlədən rəqib tərəfi ndən qeyri-qanuni yolla iqti-

sadi səmərə əldə edilməsinin qarşısını qanunvericilikdə təsbit 

olunmuş qaydada və vasitələrlə almaq. Bura ƏM hüquqları 

obyektlərinin istehsalı (hazırlanması) və ya xidmətlərin 

göstərilməsi, istifadəsi, satışı, ümumi istifadəyə verilməsi 

(hədiyyə kimi bağışlamaq da daxil olmaqla) və reklam edilməsi 

daxildir. Hüquq sahibi ona məxsus olan əqli mülkiyyətdən 

qanunvericiliklə qadağan edilən hallar istisna olmaqla istənilən 

üsulla və formada istifadə etmək hüququna malikdir. 

Yeni ideyaların yaradılması ilə  məşğul olan şirkətlər, 

tədqiqatçılar, ixtiraçılar və digər şəxslər üçün zəruri informasiya 

mənbəyi yaratmaq. 

Əmtəə və ya xidmətin peşəkar marketinq işinin həyata 

keçirilməsi, habelə nüfuzun yüksəldilməsi üçün zəruri hüquqi 

bazanın olmasını təmin etmək.

Qorunmanın strategiyası

Əgər Siz hər hansı  məhsula və ya xidmətə münasibətdə 

öz ideyalarınızı qorumaq istəyirsinizsə, bu zaman qorunmanın 

strategiyasını müəyyən etməlisiniz. Bunun üçün siz bəzi funda-




8

mental suallara cavab verməlisiniz:

İxtiralar üçün müdafi ə, yoxsa hücum strategiyası 

seçilməlidir? Nou-haular (texnoloji sirləri) məxfi   saxlanılmalı, 

yoxsa patentləşdirilməlidirmi (bununla da ictimaiyyətə 

açıqlanmalıdır)?

Qorunma zəruridirmi?  Əqli mülkiyyətin qeyri-qanuni 

istifadəsi faktiki olaraq qaçılmaz sayılırmı? Bunlardan hansını 

qorumaq vacibdir? İxtira?  Əmtəə nişanı? Sənaye nümunəsi? 

Yoxsa hamısını birlikdə? Onların qorunma yolları hansılardır? 

Butulkanın unikal forması  sənaye nümunəsi və ya irihəcmli 

(və ya plastik, üçölçülü, məkanı)  əmtəə nişanı kimi qoruna 

bilərmi?

Hüquqların mühafi zəsi və müdafi əsi necə müəyyən 

edilməlidir? Məsələn, hansı növ məhsul və ya xidmət üçün 

əmtəə nişanı qeydə alınmalıdır?

Hansı ölkələrdə hüquqi qorunmanın və müdafi ənin olması 

zəruri sayılır? Bu, satış və digər üsullarla yayım kanalları, re-

gional və yerli nümayəndələr və ya müəyyən ölkədə hər hansı 

hüququn üzərində təkidlə durmaq arzusu kimi bir sıra müxtəlif 

amillərdən asılıdır.

Səmərəli  ƏM strategiyasının yaradılması müxtəlif  əqli 

mülkiyyət hüquqlarının kəsişmə nöqtələri haqqında geniş 

biliklər tələb edir. 




9

Unutmayın ki:

 

Əsər və  əlaqəli hüqüqların obyektləri (ifalar, fonoqramlar və 



yayım təşkilatlarının verilişləri) yarandığı andan qorunur. Buna görə 

də onların qeydiyyatı məcburi deyil. Lakin qorunmanın və hüquqi 

müdafi ənin daha etibarlı olmasını təmin etmək məqsədilə əsərlərin 

və  əlaqəli hüquqların obyektlərinin  Azərbaycan Respublikasının 

Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilməsi tövsiyə 

olunur. 


Əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirildikdə 

müəllifə (hüquq sahibinə) əsərin və əlaqəli hüquqların obyektlərinin 

qeydiyyatı haqqında şəhadətnamə verilir. Mübahisə yaranan hal-

larda digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə 

hüququn prezumpsiyası kimi çıxış edir.

İxtira, sənaye nümunələri və  əmtəə nişanlarına hüquqların 

rəsmiləşdirilməsi zəruridir. Bunun üçün Azərbaycan Respublikasının 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə 

müraciət olunmalıdır. 

“Birinci gəl və birinci sənə xidmət göstərilsin”prinsipi - müdafi ə 

hüquqları  əmtəə nişanını, ixtiranı  və ya sənaye nümunəsini ilk 

olaraq qeydiyyatdan keçirən şəxsə məxsus olur.

Ödənişlər, patentin alınması üçün ərizələr, mühafi zə müddəti 

və s. üçün yekun müddətlər ilk ərizənin qeydiyyata alındığı 

tarixdən başlayır. “İlkinlik tarixi” adlandırılan dövr də məhz bu za-

man başlayır. Bu müddət  ərzində,  ərizəçi digər  şəxsin ona qarşı 

yeniliyin edilməsinə (yerli proseduralara uyğunlaşmaq üçün) dair 

iddiası olmadan da xarici ölkələrdə əmtəə nişanı, patent, eləcə də 

sənaye nümunələrinin mühafi zəsi üçün ərizə ilə müraciət edə bilər.

Əqli mülkiyyət hüquqlarının müdafi əsi ilə bağlı  hər hansı 

mülki məhkəmə  çəkişməsində mütəxəssislə  məsləhətləşmək 

zəruridir. Ümumiyyətlə, ilkinlik hüququn mövcudluğunu təsdiq 

etmək məsələsi işə  sədrlik edən hakimin ixtiyarına verilir. Əmtəə 

nişanları və patentlərə qarşı etiraz bildirmək üçün müəyyən formal 

prosedur mövcuddur. Əmtəə nişanları üçün daha ilkin əmtəə nişanı 

hüquqlarının sahibi müəyyən hallarda, xüsusən də biotexnoloji 

ixtiraların patentləşdirilməsi mümkünlüyünün olub-olmamağı 

məsələsinə gəldikdə, patentin alınmasından sonra altı ay ərzində 

öz etirazını bildirmək hüququna malikdir.



Yüklə 243,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə