Az broshur indd



Yüklə 243,52 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix11.04.2018
ölçüsü243,52 Kb.
#37877
1   2   3   4   5   6   7   8   9   10

30

Faydalı model

Faydalı model nədir?

“Faydalı model”in hüquqi tərifi  istehsal vasitələri, istehlak 

malları və ya onların komponentlərinin (əgər onların funksional 

xüsusiyyətləri faydalıdırsa və ya praktik üstünlükləri vermək 

üçün nəzərdə tutulmuşdursa) konstruktiv həll variantı mənasını 

kəsb edir. Faydalı model ixtiraya bənzərdir, lakin faydalı modelə 

qoyulan tələblər ixtiraya münasibətdə daha yumşaqdır. Bu 

səbəbdən faydalı modelə bəzən “xırda ixtira” və ya “innovativ 

patent“ deyilir



Faydalı modelin üstünlükləri hansılardır?

Faydalı modelin praktiki üstünlüklərini  əl ilə görülən 

işlərin yüngülləşdirilməsi, sanitar-gigiyenik və ya psixofi ziki  iş 

şəraitlərinin yaxşılaşdırılması, vaxta qənaət edilməsi və s. kimi 

işlərdə görmək olar.

Faydalı modelin qorunma müddəti 10 il təşkil edir, yəni 

faydalı modelin istifadəyə başlandığı tarixdən etibarən 10 il 

ərzində faydalı modeldən istifadə üçün hüquq sahibinin razılığı 

tələb olunur.  “İstifadə” dedikdə, patentləşdirilmiş faydalı 

modelin istifadə olunduğu istənilən məhsulu bazara çıxarmaq, 

habelə patent ilə qorunan tətbiqi prosesin istifadəsi başa 

düşülür.


Faydalı model nə üçün mühafi zə edilməlidir?

İxtiraçının hüquqların adına təsdiq olunması  və faydalı 

modelin digər üstünlüklərindən yararlanmaq üçün faydalı 

modelin qeydiyyata alınması zəruridir.



Heç bir müdafi ənin olmaması

Dövlətin maraqlarına, insanlığa və ya mənəviyyata 

zidd olan faydalı modellərə hüquqi qorunma şamil edilmir. 

Həmçinin birmənalı şəkildə proseslər, maddələr (cisimlər), 

mikroorqanizm ştammları (xəstələnmiş heyvan ya insan 



31

orqanizmindən saf mikroorqanizm kulturu), bitki növləri 

və ya heyvan hüceyrələri, həmçinin elmi nəzəriyyələr, 

riyazi metodlar, bədii konstruktiv əsərin (layihənin) nəticəsi

təşkilatçılıq metodları, əqli fəaliyyət və işgüzar fəaliyyət və 

müəyyən oyunları oynamaq üçün qaydalar və metodlar, 

alqoritmlər və kompyuterlər üçün proqramlar, informasiyanın 

təqdim edilməsi metodları, simvollar, cədvəllər (qrafi klər) və 

qaydalar, torpaq meliorasiyası, bitki müxtəlifl iyi və heyvan 

cinsləri, xəstəliklərin diaqnostikası üçün metodlar, insanların 

və ya heyvan orqanizmlərinin terapiya və cərrahiyyə metodları 

və s. daxil olmaqla onlarda yeni məqsədlər üçün istifadə 

edilməsi nəzərdə tutulan faydalı modellər qorunmur.



Qorunmanın tələbləri

Faydalı  modellər aşağıdakı hallarda qoruna bilər:

Faydalı model yeni olduqda. “Yeni” dedikdə, heç bir 

oxşar faydalı modelin ərizənin qeydə alınmasından əvvəl nəşr 

edilməməsi və mövcud olan məlumatda onun əhəmiyyətli 

xüsusiyyətlərinin naməlum olaraq qalması nəzərdə tutulur.

Sənayedə tətbiq oluna bilən olduqda. “Sənaye baxımından 

tətbiq edilə bilən” dedikdə, məhsulun təkrar istehsalı və onun 

sənaye, habelə iqtisadiyyatın hər hansı sahəsində istifadə 

oluna bilməsi nəzərdə tutulur. 

Beynəlxalq Qeydiyyat: Madrid Sistemi

Bu prosedur Azərbaycan Respublikasının “Əmtəə 

nişanları  və coğrafi   göstəricilər haqqında” Qanununa əsasən 

sahibkarlara Madrid Sazişi və Madrid Protokolu adlandıran 

beynəlxalq sazişlərə  tərəf olan ölkələrdə  və ya təşkilatlarda 

əmtəə nişanının qeydiyyatına imkan verir.  Mühafi zənin 

başqa ölkələrə genişləndirilməsi Azərbaycan Respublikası 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 

vasitəsilə edilə bilər.



32

Əmtəə nişanı, Texnologiya və Patent Axtarışları

ƏM Reyestrləri ilkin informasiya mənbəyi sayılır

Əqli mülkiyyət hüquqlarının reyestrləri külli miqdarda 

informasiyaların daxil edildiyi nəhəng məlumat bazaları 

sayılır. Dünyanın texniki informasiyalarının təxminən 80%-nin 

toplandığı 74 milyondan yuxarı patent sənədlərini bir araya 

gətirir və hər hansı informasiya məlumat axtarış sistemlərindən 

istifadə etməklə  çıxarıla və  tərcümə edilə bilər, bu isə onu 

kommersiya, marketinq və hüquqi məsələlərdə strateji qərarın 

qəbul edilməsi üçün qiyməti olmayan və çox dəyərli bir resursa 

çevirir.


Azərbaycanda  əmtəə nişanı  və patent axtarışları 

qeydiyyata alına obyektlərə dair hüquqların pozulması faktını 

müəyyən edə bilər. Azərbaycanda həmçinin patent ərizələrini 

yoxlamaq (qabaqçıl texnika səviyyəsinin məcburi olmayaraq 

tədqiq edilməsi tələbinə baxmayaraq) və ya əmtəə nişanını 

qeydiyyatdan keçirmək üçün prosedurlar mövcuddur.

Məhdud (dar) təyinatlı axtarışlar (məs. müəyyən məhsul 

istehsalı sektorunda qeydə alınmış  əmtəə nişanlarının cari 

vəziyyətinin öyrənilməsi üçün) çıxılmaz vəziyyətə salmadan 

və yüksək keyfi yyətli məmulatın saxtalaşdırılmasından 

uzaqlaşdırmaqla elmi tədqiqat, layihə-tikinti işləri və ya dizayn 

yaradıcılığındakı iş proseslərini yüngülləşdirə bilər.

Axtarışlar həmçinin rəqabətə  və ya müəyyən sektora 

nəzarət və ya onun analiz edilməsi, habelə tendensiyaların 

müəyyən edilməsində özünü göstərir.

Əmtəə nişanları və coğrafi  göstəricilər

Əmtəə nişanları nə üçün qorunmalıdır?

Hər hansı əmtəə nişanı əmtəə və ya xidmətin identifi kasiya 

olunmasında bilavasitə rol oynayan əsas elementdir. Bu 

səbəbdən, əmtəə nişanı qiymətli kapital sayılır və onun bazarda 




Yüklə 243,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə