Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 286,91 Kb.
səhifə1/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
  1   2   3   4   5   6   7   8   9   ...   152
844-2015


MətnŞəkilRekvizitlərVersiyalarƏlaqəli Sənədlər

Qüvvədədir

YÜKLƏ

AZƏRBAYCAN RESPUBLİKASININ

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ

DÖVLƏT KOMİTƏSİNİN KOLLEGİYASI

 

QƏRAR № 150111500005

 

Bakı şəhəri                                                                                          “ 01” sentyabr 2015-ci il

 

Dövlət standartlarının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydaları”nın 2, 3, 6 və 7-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq qərara alınır



1. Beynəlxalq, Avropa və Rusiya Federasiyasının milli standartları əsasında hazırlanmış aşağıdakı dövlət standartları təsdiq edilsin.

1.1. AZS 810-2015 (CODEX STAN 310-2013) “Nar” (1 nömrəli əlavə).

1.2. AZS 837-2015 (CODEX STAN 152-1985) “Buğda unu”(2 nömrəli əlavə).

1.3. AZS 838-2015 (CODEX STAN 33-1981) “Zeytun yağları və cecələrdən sıxılmış zeytun yağları” (3 nömrəli əlavə).

1.4. AZS 839-2015 (CODEX STAN 87-1981) “Şokolad və şokolad məhsulları” (4 nömrəli əlavə).

1.5. AZS 840-2015 (CODEX STAN 279-1981) “Kərə yağı” (5 nömrəli əlavə).

1.6. AZS 841-2015 (CAC/MRL-2-2015) “Yeyinti məhsullarında baytarlıq preparatlarının qalıqlarına dair yol verilən maksimum konsentrasiyalar (YKM) və risklərin idarəedilməsi üzrə tövsiyyələr” (6 nömrəli əlavə).

1.7. AZS 842-2015 (CAC/RCP1-2015) “Qida gigiyenasının ümumi prinsipləri-tövsiyyə edilən beynəlxalq təcrübə kodeksi” (7 nömrəli əlavə).

1.8. AZS 843-2015 (ГОСТ Р 51074-2003 ) “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər” (8 nömrəli əlavə). [1]

1.9. AZS 844-2015 (ГОСТ Р 52844-2007) “Alkoqolsuz tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər” (9 nömrəli əlavə).

1.10. AZS 845-2015 (ГОСТ Р 52845-2007) “Az alkoqollu tonuslandırıcı içkilər. Ümumi texniki şərtlər” (10 nömrəli əlavə).

1.11. AZS 846-2015 (EN 494:2012) “Profillənmiş fibrosement lövhələr və fitinqlər-Məhsulun spesifikasiyası və sınaq metodları” (11 nömrəli əlavə).

1.12. AZS 847-2015 (EN 12467: 2012) “Düz fibrosement lövhələr-Məhsulun spesifikasiyası və sınaq metodları” (12 nömrəli əlavə).

2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (R.Vəliyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Texniki tənzimləmə və standartlaşdırma şöbəsinə (N. Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının qeydiyyata alınmasını təmin etsin.

4. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (S.Abdullayev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət standartının texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.

5. Ümumi şöbəyə (X.Həsənovaya) tapşırılsın ki, aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 



Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə