Az broshur indd



Yüklə 243,52 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix11.04.2018
ölçüsü243,52 Kb.
#37877
1   2   3   4   5   6   7   8   9   10

33

tanınmasının formalaşdırılması  və daha sonra onun qorunub 

saxlanılması üçün külli miqdarda pul və vaxt sərf olunur.

Praktik üstünlüklər hansılardır?

Əmtəə nişanının mühafi zəsi  əmtəə nişanının sahibinə 

əmtəə  və ya xidmətləri identifi kasiya  etmək üçün xüsusi 

nişandan istifadə etmək və başqalarının ixtiyarına vermək 

(misal üçün lisenziya vermək yolu) kimi müstəsna hüquq verir. 

Əmtəə nişanının sahibi öz məhsulunun qarışıq düşmə ehtimalı 

olduğundan digər şəxslərə eyni və oxşar əçtəə və ya xidmətlərə 

eyni və ya oxşar nişanların verilməsini qadağan edə bilər.



Əmtəə nişanı nədir?

Hüquqi dildə desək, sahibkarın  əmtəələrini və ya 

xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən 

fərqləndirən və qrafi k  təsvir edilən nişan və ya nişanların hər 

hansı bir uzlaşması əmtəə nişanı sayılır. Əmtəə nişanları çox 

geniş və müxtəlif ola bilər.



Əmtəə nişanlarının formaları

Əmtəə nişanları söz (məs. “Kral”), şəxsi ad (məs. “Jalə”), 

hərf (məs. “Ya” (Я) ), rəqəm (məs. “33”), təsviri elementlər, 

məhsulların və ya onların qablaşdırmalarının formasında 

qeydiyyata alına bilər, həmçinin, rənglərin kombinasiyası  və 

ya belə  işarələrin (məs. “7 gözəl”) istənilən kombinasiyası 

mühafi zə oluna bilər.

Əmtəə nişanlarının növləri

Ayrı-ayrı şirkətlərin bir əmtəə və ya xidmətinə fərdi əmtəə 

nişanı şamil edilir.

Şirkətin (və ya onun əmtəə  və ya xidmətlərinin) hüquqi 

aidiyyatının digər təşkilatda olduğunu göstərən kollektiv əmtəə 

nişanları (məs. Əczaçılar Assosiasiyası).




34

Heç bir müdafi ənin olmaması

 

İctimai mülkiyyətə 



mənsub olan işarələr 

inhisarlaşdırıla bilməz; misal üçün, əlifbanın və ya rəqəmlərin 

bir simvoldan ibarət hərfl əri kimi işarələr onlar kütlə tərəfi ndən 

əmtəə nişanları, hər hansı bir mənanı kəsb edən  ixtisarlar və 

təsviri loqotiplər (məs. “4x4”, “AGS”) kimi fərqlənmək üçün 

xüsusi üstünlük əldə etməmişdirlər.

 Milli 

və beynəlxalq orden və medallardan yalnız 



bu orden və medallardan identifi kasiya  məqsədi ilə istifadə 

edən hökumət orqanı ilə bilavasitə bağlılığı olan müəssisələr 

tərəfi ndən əmtəə nişanları kimi istifadə edə bilər.

Bir qayda olaraq, ayrı-ayrı  rənglər müdafi ə oluna bilməz. 

İstisnalar tələb olunan məhsul və ya xidmətlər üçün əmtəə 

nişanı kimi qəbul edilmiş rənglərdir 



Əmtəə nişanlarının xüsusi növləri

Tanınmış  əmtəə nişanları: Təsviri  əlamətlər kütlə  tərəfi ndən 

müəyyən şirkətin (məsələn, “AZEL”) məhsul və ya xidmətləri ümumilikdə 

əmtəə nişanı kimi qəbul edildiyi zaman qoruna bilər.

İctimai mülkiyyət:  Əmtəə nişanları illərlə bazarda mövcud olması 

səbəbindən öz adını mühafi zə olunmayan (hamının adi qaydada istifadə 

etdiyi) ümumi ada dəyişə bilər və bu nişanın öz mühafi zə  səviyyəsini  

itirməsi ilə nəticələnə bilər (buna misal olaraq fotosurəti çıxarmaq üçün 

cihazın adının - “xerox” sözünün Azərbaycan dilində “kseroks” adını 

almasını göstərmək olar).

Geniş tanınmış  əmtəə nişanları: “Ferrari”, “Coca-Cola” və ya 

“Cartier” kimi tanınmış  əmtəə nişanları, hətta onlar üçün qeydiyyata 

alınmamış  əmtəə  və xidmətlərin sinifl ərinin belə üçüncü şəxslər 

tərəfi ndən istismar edilməsinə qarşı müdafi ə olunur ki, sözügedən 

şirkətlər Azərbaycanda geniş tanınmış əmtəə nişanları kimi qəbul edilir.

İnternet domen adları: Azərbaycanda “.az” kodları üçün domen 

adlarının təyin edilməsi və qeydə alınması ilə Network Technologies 

(www.nt.az) və Extra Web (www.extraweb.az) məşğul olur. Domen 

adları həmçinin adi şərtlər altında əmtəə nişanları kimi qeydə alına bilər.

Məhsulun mənşəyinin göstərilməsi: Müəyyən məhsul və ya 

xidmətləri başqalarından istehsalçı ilə deyil, coğrafi   mənşə ilə  də 

fərqləndirilirlər. Birbaşa mənşə (məsələn, “Azərbaycan xalçası”), dolayı 

mənşə (məsələn, “Azərilmə”) və coğrafi  adlar mənşəyi (məs. “Badamlı” 

mineral suyu) arasında fərq var.




35

Coğrafi  göstəricilər  nədir?     

Əmtəənin mənşəcə dövlətin və ya bölgənin  ərazisi ilə, 

yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi 

keyfi yyətini,  şöhrətini və başqa xüsusiyyətlərini  əks etdirməsi 

coğrafi  göstərici sayılır.   

Mühafi zənin müddəti

Əmtəə nişanı  və coğrafi   göstərici  ərizə verildiyi tarixdən 

etibarən 10 il ərzində qorunur və bu müddət  ərzində sonsuz 

olaraq eyni zamanda ayrı-ayrı on illik müddətlərə yenilənə 

bilər.

Azərbaycan Respublikasında əmtəə nişanlarının qeydiyyatı

Əmtəə nişanının və coğrafi   göstəricinin mühafi zəsi və 

qeydiyyatı üçün müraciət edilməlidir. Doldurulmuş  ərizə, 

müdafi ə üçün tələb edilən malların və xidmətlərin təsnifatları 

və əmtəə nişanının keyfi yyətli nümunəsi ilə birlikdə Azərbaycan 

Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə 

Dövlət Komitəsinə təqdim edilməlidir. Ərizələri www.azstand.

gov.az vebsaytından yükləmək mümkündür.

Mühafi zə üçün tələblər

Ümumiyyətlə, qanuna müvafi q olaraq istənilən qrafi k şəkildə 

təmsil edilən simvol və ya işarə    fərqlındirmə qabiliyyətinə 

malikdirsə, əmtəə nişanı sayıla bilər.  

Əmtəə nişanı  təsviri olmamalıdır: yəni materialın növü, 

keyfi yyəti, tipi, istehsal olunduğu yeri və ya onun məqsədi və 

ya qiyməti barədə heç bir əlamətləri özündə əks etdirməməlidir. 

(Nümunə: “NAR” adı telekommunikasiya vasitələri biznesi üçün 

əmtəə nişanı kimi qeydə alına bilindiyi halda nar və ya hər hansı 

meyvə üçün əmtəə nişanı kimi istifadə edilə bilməz).

Əmtəə nişanı dövlət siyasətinə  və ya mənəviyyata zidd 

olmamalıdır. Başqa sözlə,  əmtəə nişanı adət və  ənənələri, 

mənəviyyatı, dini dəyərləri və ya milli azlıqların mədəni hisslərini 

təhqir etməməli və diplomatik və ya beynəlxalq əlaqələrə təsir 

göstərməməlidir.



Yüklə 243,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə