Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 
132 
kimi  tanıyır.  ġərq  (ortodoks,  və  ya  pravoslav)  kilsəsi  isə,  onu  Ümumdünya 
Kilsə  Məclisi  kimi  tanımır.  Məclisin  qərarı  ilə,  Fotius  kəskin  surətdə 
pislənib,  vəzifəsindən  azad  edilmiĢdi.  Onun  yerinə  Konstantinopolis 
patriarxı  vəzifəsinə  Ġqnatius  bərpa  edildi.  Buna  baxmayaraq,  Fotius  
Konstantinopolisdə  böyük  nüfuza  malik  idi.  877-ci  ildə,  Ġqnatiusun 
ölümündən  sonra, o yenidən patriarx oldu.   
Bundan  sonra,  879  -  880-ci  illərdə  daha  bir  Kilsə  Məclisi  yığıldı.  Bu 
məclisdə  papaz  Nikolasın  nümayəndələri,  onun  taxtdan  salınmasına  görə 
Fotiusdan üzr istəməsini  tələb etdilər. Lakin Fotius üzr istəmədi. Bu 
 
Konstantinopolis.  
Müqəddəs Sofiya məbədi
 
Məclisdə  ġərq  kilsəsinin  nü-
mayəndələri  Qərbdə  yayıl-
mıĢ  bəzi  inancları  və  ayinlə-
ri  də  pisləmiĢdirlər.  ―Filio-
que‖  adlanan  inanc  xüsusilə  
pislənmiĢdi.  Məsələ  bunda-
dır  ki,  ġərqdə  və  Qərbdə 
Kilsə  ənənələri,  bəzi  ayinlər, 
bir-birindən  fərqlənirdi.  Bu 
amil  də  Kilsənin  parçalan-
masında  müəyyən  rol  oyna-
mıĢdı. 
Bu  Kilsə  Məclisi  Qərbdə  əvvəlcə  Ümumdünya  Kilsə  Məclisi  elan 
olunmuĢdur.  Lakin  sonra,  bu  keyfiyyətdə,  Fotiusun  əvəzinə  Ġqnatiusu 
patriarx  kimi  yenidən  tanıyan,  869  -  870-  ci  illərdə  keçirilən,  Məclis 
tanınmıĢdı. 
Eyni zamanda,  yuxarıda qeyd olunduğu kimi, Xristianlığın ehkamları 
və  inanclarının  əsasları  da  Qərb  və  ġərq  Kilsələrinin  mübahisə  obyektinə 
çevrilmiĢdir.  Məlum  olduğu  kimi,  xristianlar  Tanrının  üç  sifətdən  ibarət 
olduğunu  iddia  edirlər.  Bu  sifətlərin  üçüncüsü  olan  Müqəddəs  Ruh, 
həyatverici keyfiyyətlərinə malik olan sifətdir. Onun Atadan və ya Oğuldan 
çıxması  haqqında  gərgin  mübahisələr,  Kilsənin  əqidə  nöqteyi-nəzərindən 
parçalanmasına  gətirib  çıxarmıĢdı.  Qərbdə  Ambrosius,  Hiyeronimus, 
Avqustinus kimi kilsə ataları, Müqəddəs Ruhun təkcə Atadan deyil, həm də 
Oğuldan  çıxmasını  (latınca  filioque)  iddia  edirdilər.  VII  əsrdə  Ġspaniyanın 
Toledo  Ģəhərində  keçirilən  Kilsə  Məclisində  filioque  xristian  əqidəsinin 
əsaslarına  (simvoluna)  daxil  edilmiĢdir.  Buna  dələl  olaraq  Ġsanın  sözləri 
gətirilirdi: «Bunu  dediyi  zaman, onlara üfürdü  və: «―Müqəddəs ruhu  qəbul 


 
133 
edin‖,  –  dedi»
269
.  Lakin  Ģərq  Kilsəsi  filioqueni  qəbul  etməmiĢdi.  Onların 
fikrincə  Müqəddəs  Ruh  yalnız  Atadan  çıxır,  Oğuldan  çıxmaz.  Qərb 
atalarının  filioque  haqqında  dediklərini  isə,  Kilsənin  deyil,  onların  Ģəxsi 
fikirləri olduğunu deyirdilər.  
Bu  mübahisələrin  sonu  olaraq  Qüdsdə  807-ci  ildə  ġərqi  və  Qərbi 
təmsil  edən  keĢiĢlərin  arasında  ixtilaf  baĢ  vermiĢdi.  Buna  cavab  olaraq, 
Qərbi Roma imperatoru Böyük Karl (Carolus Magnus) 809-cu  ildə daha bir 
Kilsə  Məclisini  çağıraraq  filioqueni  bir  daha  təsdiq  etdirdi  və  Ģərqlilərin 
ifadəsini  (yəni  Müqəddəs  Ruhun  Oğuldan  deyil,  yalnız  Atadan  çıxmasını) 
rədd etmiĢdi. Kilsə Məclisinin  qərarları, öz növbəsində, ġərqlilər tərəfindən 
rədd edilmiĢdi. Patriarx Fotiusun fikrincə filioquenin simvola əlavə edilməsi 
xristian  dinini  məzmunca  dəyiĢmək  deməkdir
270
.  Fotiusa  görə  Oğlunun 
Atadan  doğulması  kimi,  Müqəddəs  Ruh  da  Atadan  çıxır.  Əgər  Ata  Ruhu 
harasa yönəltmək istəsə, Ona Oğul lazım deyil. Daha sonra Fotius yazırdı ki, 
Ġsanın  Əhdi-Cədiddəki  sözləri  yalnız  onun  dünyada  yaĢadığı  dövrə  aiddir, 
əbədiyyata yox. Yəni, Ġsa dünyada yaĢayarkən, Ata, Müqəddəs Ruhu  onun 
vasitəsi  ilə  dünyaya  endirirdi.  Ġsa  dünyadan  gedəndən  sonra  isə,  Ata, 
Müqəddəs Ruhu dünyaya vasitəsiz endirir.  
Bolqarıstan  üzərində  Qərb  və  ġərq  Kilsələri  arasında  gedən 
mübahisələr  isə,  sonda,  ġərq  Kilsəsinin  xeyrinə  həll  olundu.  Bolqarıstan 
kilsəsi Konstantinopolisin nəzarəti altına keçdi.  
X  əsrdə  də  Qərb  və  ġərq  Kilsələri  arasında  sülh  əldə  edilməmiĢdi. 
Konstantinopolis  keĢiĢləri  Roma  papazına  yalnız  müstəsna  hallarda  
müraciətlər  edirdilər.  Bu  amil  isə  Kilsələri  biri-birindən  daha  da 
uzaqlaĢdırırdı. 
XI  əsrdə  Qərb  və  ġərq  kilsələri  arasında  münasibətlər  bir  qədər 
fəallaĢdırmıĢdır,  lakin  bu  fəallaĢma  sonda  onların  parçalanması  ilə 
nəticələnmiĢdir.  O  dövrdə  Roma  papazı  olan  IX  Leo  Cənubi  Ġtaliyada 
Konstantinopolis  patriarxının  tabeçiliyində  olan  kilsələrdə  Qərb  (latın) 
ayinlərinin  icra  olunmasını  tələb  etmiĢdir  (qeyd  olunduğu  kimi  Qərb 
kilsələrin  bəzi  dini  ayinləri  ġərq  ortodoks  ayinlərindən  fərqlənirdi).  Öz 
növbəsində  Konstantinopolis  patriarxı  Mixael  Kelluarios  (Michael 
Cerullarios)      Konstantinopolisdə  papazın  tabeliyində  olan  kilsə  və 
monastırların bağlanması haqqında sərancam vermiĢdir. 
                                                 
269
 Yəhya Ġncili 20:22. 
270
 Иоанн Мейендорф. Введе ние в святоотеческое богословие. Вильнюс -
Москва, ―Весть‖, 1992, Часть 3, глава 7. 
http://www.krotov.info/library/ m/ meyendrf/patr_28.html  


 
134 
Vəziyyətin  gərginləĢməsini  görən  Bizans  imperatoru  Konstantine 
Monomaxus  (Constantine  Monomachus)  Qərblə  münasibətlərini  pozmaq 
istəmirdi.  O,  papaz  ilə  danıĢıqlar  apararaq,  Konstantinopolisə  papaz 
tərəfindən  göndərilmiĢ  nümayəndələri  qəbul  etməyə  hazır  olduğunu 
bildirmiĢdi.  Lakin  nümayəndələrin  gəliĢindən  sonra,  onların  ġərq  (yunan) 
keĢiĢləri  ilə  Ģiddətli  ixtilafı  baĢ  vermiĢdir.  Bu  ixtilaf  nəticəsində  papazın 
nümayəndələri  Konstantinopolis  patriarxını  və  ona  tabe  olan  bütün  ġərq 
Kilsələrini heresdə və dinsizlikdə ittiham edərək, onların xristian kilsəsindən 
xaric  edilməsi  haqqında  məktub  yazaraq  onu  rəsmi  ibadət  zamanı 
Konstantinopolisin  Müqəddəs  Sofiya  (Aya  Sofya)  kilsəsində  yunan 
keĢiĢlərinə təqdim etdilər. 
Öz növbəsində patriarx Mixael Kelluarios 1054-cü ildə Kilsə Məclisi 
yığaraq  papazın  nümayəndələrini  lənətləmiĢ,  Roma  kilsəsi  ilə  bütün 
əlaqələrin kəsilməsi haqqında sərəncam vermiĢdir. 
Bu  hadisələrdən  sonra  Xristian  kilsəsi  parçalanmıĢdır.  ġərq  (yunan) 
kilsəsi ortodoks (pravoslav), Qərb (latın) kilsəsi isə katolik adlandırılmıĢdır. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə