Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

 
129 
Qreqorios Palamas ilə Varlaamın arasında gedən mübahisələr getdikcə 
dərinləĢirdi.  Öz  fikirlərini  əsaslandırmaq  üçün,  həm  Varlaam,  həm  də 
Qreqorios  «Korpus  Areopagitikuma»  istinad  edirdilər.  Qreqorios  Palamas 
―sükutda‖ olan rahibləri müdafiə etmək üçün «Sükutda olan  müqəddəslərin 
müdafiəsinə dair» adlı silsilə risalələr yazmıĢdır. 
Nəhayət  bu  məsələyə  1341-ci  ildə  Konstantinopolisdə  (Ġstanbulda) 
yığılan  Kilsə  Məclisində  baxılmıĢdır.  Burada  Varlaamın  fikirləri 
pislənmiĢdir.  O  tövbə  etməyə  məcbur  olmuĢ,  sonra  isə  Ġtaliyaya  getmiĢdir. 
Qreqorios Palamasın Tanrı haqqında birbaĢa bilik əldə etməyin mümkünlüyü 
haqqında fikirləri isə o Kilsə Məclisi tərəfindən dəstəklənmiĢdir. 
Qreqorios Palamas hesab edirdi  ki, Tanrı tərəfindən yaradılmıĢ təbiət 
məxluqdur.  Təbiətdə  (fisisdə)  Tanrının  dünya  və  insan  haqqında  niyyətləri 
öz əksini tapmıĢdır. Buna görə də təbiət yalnız Tanrı  ilə ünsiyyətdə özünün 
əsl mahiyyətini göstərir. Bu kamillik, yerə enmiĢ Tanrı-insan Ġsada nümayiĢ 
olunmuĢdur.  Ġnsan  ruhunun  düĢkünlük  halında  olmasına  baxmayaraq,  o 
Tanrıya yönələ bilər. Ġnsan Ģüuru Tanrını birbaĢa duya bilməz. Bunu yalnız 
bənzətmə (analogiya) və ya Tanrı olmayan hər Ģeyi inkar yolu ilə əldə etmək 
mümkündür.  Eyni  zamanda  Palamas,  əĢyalar  vasitəsi  ilə  Tanrının  intuitiv 
duyulmasının  mümkünlüyünü  iddia  edirdi.  Çünki  hər  Ģeydə  Tanrının 
enerjiləri və  ideyaları vardır. Yunan fəlsəfəsinə mənfi münasibətini  bildirən 
Palamas deyirdi ki, filosoflar onlara verilən müdriklikdən  layiqincə  istifadə 
edə  bilmədilər,  Tanrıya  doğru  yönəlmədilər.  Bunu  yalnız  hesixazmda  olan 
rahiblər edə bilmiĢdirlər. 
Daha  sonra  Palamas  hesab  edirdi  ki,  insan  bədənin,  ruhun  və 
mənəviyyatın  vəhdətindən  ibarətdir.  Ġnsan  mənəviyyatı  Tanrının  tərkib 
hissəsi  hesab  edilən  Müqəddəs  Ruhla  vəhdətdədir.  Əgər  insan  bu  təbii 
vəhdətdən  imtina  edərsə,  o  zaman  insaniyyətini  itirir  və  özünü  ölümə 
məhkum  edir.  Beləliklə,  insanda  Tanrının  obrazı  vardır.  Bu  obraz  təkcə 
mənəviyyatla  məhdudlaĢmır.  Tanrının  daha  bir  tərkib  hissəsi  olan  Ġsa,  özu 
dünyaya gəlib insan bədəninə daxil olaraq, onu müqəddəsləĢdirmiĢdir. Buna 
görə  də  insan  ruhu  üçün,  bədən  zindan  deyil.  Əksinə  ruh  bədəni  sevir  və 
onunla  vəhdətdədir. Ġnsan həyatında günahdan baĢqa heç bir pislik yoxdur. 
Ġsanın gəliĢindən sonra isə, hətta ölüm belə dəhĢətli və mənasız bir Ģey deyil. 
O yalnız müqəddəs ―sükuta‖ çevrilmiĢdir. 
Ġnsanı bədən və ruhun vəhdətində görən hesixazm ardıcılları, dualarda 
hər  ikisinin  iĢtirakını  vacib  hesab  edirdilər.  Hətta  kilsədə  icra  edilən 
                                                                                                                   
http://www.wco.ru/biblio/books/horuzhy1/Main.htm 


 
130 
ibadətlərdə,  ruhla  birlikdə  bədən  də  iĢtirak  edir.  Bədəni,  yalnız  onun  ruha 
qarĢı üsyan etdiyi təqdirdə məhdudlaĢdırmaq lazımdır. 
Ġnsan  həyatının  mərkəzi  onun  qəlbində  yerləĢir.  Buna  görə  də  dua 
qəlbdədir. Ġbadət edən rahib düĢüncəsini qəlbinə salaraq özündə Ġlahi həyatı 
açır. Bu cür fikirlər də Palamasın təlimində əhəmiyyətli yer tutur. 
Məhəbbətlə  dolu  Tanrının  oğlu  Ġsa,  öz  Ġlahi  mahiyyətini  insan  təbiəti  ilə 
birləĢdirmiĢdir,  yerə  enib  insan  həyatını  yaĢamıĢdır.  Eyni  zamanda  o,  daim 
kilsə  ayinlərini  icra  edən  hər  bir  xristianla  eyniləĢir,  onunla  bir  bədən  təĢkil 
edir.  Bu  vəhdətin  nəticəsində  o,  insan  ruhunu  nurla  doldurur,  ona  Ġlahi 
biliklər  verir.  Beləliklə  Ġlahini  insan  xaricdə  deyil,  öz  daxilində  axtarıb 
tapmalıdır. Palamasın  daxili  nur  haqqında  baxıĢları  yeni  platoçu  mistikasında 
olan məqamları təkrarlayır.
267
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
267
 Qreqorios Palamasın  dünyagörüĢü ilə daha da ətraflı tanıĢ olmaq üçün, bax:    
1)  Св.  Григорий  Палама.  Триады  в  защиту  священно -безмолвствующих.  М.: 
Канон, 1995,  с. 5-344.  http://www.orthlib.ru/Palamas/triad_cont.html 
2)  Св.  Григорий  Палама.  Святогорский  томос.  //  Альфа  и  Ом ега.  №3(6),  М., 
1995  с.69-76.  http://www.hesychasm.ru/library/palamas/tomos.htm 


 
131 
 
VIII FƏSĠL 
 
 SONLUQ ƏVƏZĠ 
 
 
Qərb və ġərq arasında ixtilaflar və xristian kilsəsinin 
parçalanması 
 
858-ci  ildə  Konstantinopolis  kilsəsinin  patriarxı
268
  vəzifəsinə  Fotius 
(Photius) adlı dünyavi bir adam təyin olunmuĢdu. Patriarx olması üçün onu, 
altı  günün  ərzində  qiraətçidən  yepiskopa  qədər  bütün  kilsə  rütbələrindən 
keçirmiĢdilər.  Ondan  öncəki  patriarx  Ġqnatius  (Ignatius)  isə,  imperator  III 
Mixaellə  birlikdə  imperiyanı  idarə  edən,  dayısı  Varda  ilə  olan  ixtilafdan 
sonra    vəzifəsindən  getmiĢdi.  Lakin  onun  tərəfdarları  buna  qarĢı  etiraz 
edərək,  Fotiusu  qəsbkar  elan  etmiĢdilər.  Bundan  sonra  kilsədə  parçalanma 
baĢ  vermiĢdi.  859-cu  ildə  Konstantinopolisdə  (Ġstanbulda)  yığılan  Kilsə 
Məclisi  Ġqnatiusun  tərəfdarlarını  pisləmiĢdir.  Lakin,  onlar  Roma  papazına 
müraciət  edərək,  861-cı  ildə  daha  bir  Kilsə  Məclisinin  yığılmasına  nail 
oldular.  Bu  dəfə  də  onların  mövqeyi  pislənmiĢdi.  Lakin  Roma  papazı 
Nikolas 863-cü ildə hər iki Kilsə Məclislərinin qərarlarını etibarsız elan etdi. 
Bundan  sonra  Qərb  və  ġərq  Kilsələri  arasında  ilk  dəfə  olaraq,  və  sonda  
kilsənin  parçalanmasına  gətirən,  bir  ixtilaf  baĢ  vermiĢ  oldu.  Papaz  Nikolas 
bu  addımı  Bolqarıstan  Kilsəsinin  üzərində  hakimiyyəti  əldə  etmək  və  bu 
Kilsəni  bizans patriarxlarının  hakmiyyətindən almaq üçün atmıĢdı. Əslində 
isə,  xristian  Kilsəsinin  bölünməsi  artıq  bir  zərurətə  çevrilmiĢdi.  Məsələ 
bundadır  ki,  həm  Roma  papazları,  həm  də  Konstantinopolis  patriarxları 
bütün  xristian  dünyası  üzərində  baĢçılıq  etmək  istəyirdilər  və  onların 
arasındakı rəqabət getdikcə dərinləĢirdi.  
Papaz  Nikolas  (Nicolas)  hərəkətinə  cavab  olaraq,  patriarx  Fotiusun 
tərəfdarları  867-ci  ildə  Konstantinopolisdə  daha  bir  Kilsə  Məclisi  çağırdılar. 
Orada  papaz  Nikolasın  vəzifəsindən  azad  olunması  haqqında  qərar  qəbul 
edildi.  Lakin,  bundan  sonra,  Bizansda  saray  çevriliĢi  baĢ  verdi  və  bunun 
nəticəsində  Fotiusun  özü  vəzifəsindən  devrildi.  Bundan  sonra  869  -  870-ci 
illərdə  Romanın  təkidi  ilə  Konstantinopolisdə  daha  bir  Kilsə  Məclisi 
yığılmıĢdı.  Bu  məclisi  Qərb  (katolik)  kilsəsi  VIII  Ümumdünya  Kilsə  Məclisi 
                                                 
268
 Patriarx (yunanca ―patriarches‖ - ulubaba demə kdir) - xristian kilsəsində ən 
yüksək ruhani rütbə; ortodoks (pravoslav) kilsənin baĢçısı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə