Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 
126 
Misirin  ən  məĢhur  rahiblərindən  biri  Misirli  Makarius  (Macarius) 
olmuĢdur.  O  təxminən  295-ci  ildə  anadan  olmuĢdur.  30  yaĢında  olarkən  o 
tərkidünya  olaraq  səhralara  getmiĢ  və  60  il  ərzində  orada  rahib  həyatını 
yaĢamıĢdı və 390-cı ildə vəfat etmiĢdir. Makarius tərəfindən bir sıra kitablar 
yazılmıĢdır.  Lakin  bu  gün,  onların  bir  çoxunun  həqiqətən  ona  aid  olub-
olmaması  haqqında  tədqiqatçılar  arasında  böyük  Ģübhələr  vardır
259
.  Bu 
kitabların  ən  tanınmıĢı  «Mənəvi  söhbətlər»
260
  adlanır.  Bu  əsərdə  müəllif, 
Bibliya  rəvayətlərini  alleqorik  tərzdə  yozmalara  məruz  qoyurdu.  Tanrı  ilə 
ünsiyyətə çatma məqamı Makarius üçün əqlin vasitəsi  ilə baĢ verməməlidir, 
qəlblə duyulmalıdır. Ümumiyyətlə qəlb, onun fikrincə, Ģəxsiyyətin ağasıdır. 
Orada insana xas olan hər bir  yaxĢı cəhət yerləĢir.  Xristian dininin həqiqət 
olduğunu  da  əqllə  deyil,  qəlblə  duymaq  lazımdır.  Beləliklə,  Makariusun 
―qəlblə ibadət‖ etməsi prinsipi də Evaqriosun ―ağıl  ilə ibadət‖ prinsipi kimi 
rahiblər  tərəfindən  qəbul  edilmiĢdir.  Gələcəkdə  bu  iki  prinsip 
birləĢdirilmiĢdir. Həm qəlb, həm də ağıl vahid bir Ģey kimi anlaĢılmıĢdır. 
 
ġərq xristianlığında mistisizm. Hesixazm 
 
ġərq  Xristianlığında  Tanrının  mistik  cəhətdən  duyulması  hissi 
ilahiyyatla sıx münasibətlərdə idi və onlar bir-birini inkar etmirdi. Buna görə  
də,  Qərb  ilahiyyatından  fərqli  olaraq,  ilahiyyat  sxolastik  elmə 
çevrilməmiĢdir.  Qərbdə  Aristotel  təlimi  ilə  tanıĢ  olmayan  mistikləri  ciddi 
qəbul etmirdilər və onlara münasibət heç də bir mənalı deyil idi. XIII əsrdən 
sonra Müqəddəs Kitabların  məntiq nöqteyi-nəzərindən təhlil edilməsi, Qərb 
ilahiyyatının prioritet istiqamətinə çevrilmiĢdir. 
ġərq  kilsə  ataları  da  Müqəddəs  Kitabların  yozulmasında  düĢüncənin 
rolunu  inkar  etmirdilər.  Lakin,  buna  əlavə  olaraq,  onlar  hesab  edirdilər  ki, 
Tanrı səmimi  ibadət edən bəndəsinə özü-özünü açır və Onun haqqında bilik 
təkcə ağılla əldə edilmir. Tanrı haqqında mistik biliyi əldə etmək üçün, rahib 
həyatını  yaĢamaq,  daim  özünü  mənəvi  cəhətdən  təmizləmək  lazımdır. 
Müqəddəslərin  mistik  təcrübələrinə  inanmaq  ənənəsi  də  bundan  irəli 
gəlmiĢdir. 
Təbiidir  ki,  bəzi  hallarda,  ġərq  Xristianlığında  bəzən  mistiklərlə 
ilahiyyatçılarnın  arasında  qütbləĢmə  baĢ  verirdi,  lakin  bu  qütbləĢmə  ciddi 
                                                 
259
  Киприан  Керн.  Золотой  век  святоотеческой  письменности:  Макарий 
Египетский.  http://anthropology.rchgi.spb.ru/makary/ makary_kern.htm 
260
  Bax:  Преподобный  Макарий  Египетский.  Духовные  беседы.  М.,  Свято -
Троицкая Сергиева Лавра, 1994.   
http://lib.eparhia-saratov.ru/books/12m/makarii_eg/spirittalks/contents.html 


 
127 
ixtilafa  çevrilmirdi.  Hətta  ―həqiqətin‖  açılmasında  kilsə  məclislərinin  və 
yepiskopların  rəylərinin  böyük  nüfuza  malik  olmalarına  baxmayaraq,  ġərq 
kilsəsi ―həqiqətin‖ hər bir insana fərdi Ģəkildə açıla bilməsini inkar etmirdi. 
ġərq Xristianlığında mistik ənənəsinin görkəmli nümayəndəsi Simeon 
(Symeon)  (946-1021)  olmuĢdur.  Onun  üçün  xristian  imanı  Tanrı  ilə  görüĢ 
kimi səciyyələn dirilirdi. Tanrını ağılla deyil, Ģəxsi təcrübə ilə  
 
duymaq  olar.  Ata  Tanrı  ilə 
ünsiyyət,  onun  oğlu  Ġsa  və 
Müqəddəs  Ruh  vasitəsi  ilə 
qurulur.  Bu  cür  mistik  ünsiy-
yəti  inkar  edənlər  dinsiz  və 
imansız  adamlardır.  Əsl  xris-
tian  həyatı  ölümdən  sonra  nə-
lərin  baĢ  verəcəyi  haqqında 
düĢüncələrə  qapılmaqdan  iba-
rət  deyil.  Xristian  həyat  tərzi, 
insanın  hər  an  Ġsanı  özündə 
duymasından 
ibarətdir
261

Həyatı 
ibadətlərlə 
keçirən 
insanın bədənində Ġsa yaĢayır. 
O,  insanın  mahiyyəti  ilə  qarıĢmadan,  insanı  ilahiləĢdirir,  Tanrının  bir 
parçasına çevirir. Simeonun mistikasında Ġsa ilə birliyə nail olmaq, ona olan 
sonsuz məhəbbət hissi vasitəsi ilə mümkündür.
262
 
Günahların  bağıĢlanması  mərasimini  hər  bir  keĢiĢ  apara  bilməz
263

Bunu yalnız Tanrını görmə qabiliyyəti olan rahiblər edə bilərlər. Ġsadan Ġlahi 
bərəkət  yepiskoplara  verilmiĢdi,  lakin  onlar  onu  saxlaya  bilmədilər.  Bu 
səbəbdən  də  bərəkət  keĢiĢlər  və,  nəhayət,  rahiblərə  keçmiĢdir.  Buna  görə 
                                                 
261
 Прп.  Симеон Новый  Богослов. Гимн  27.  Каким должен  быть монах  и  какое 
его  делание,какое  преуспеяние  и  восхождение.  [Перевод  игумена  Илариона 
(Алфеева)]. http://www.hesychasm.ru/library/stsymeon/symeon_27.htm 
262
  Simeonun  rahiblik  nəzəriyyəsinin  və  praktikanın  müxtəlif  aspektləri  ilə  yazından 
tanıĢ  olmaq  üçün  bax:  Прп.  Симеон  Новый  Богослов.  Сто  глав  богословских  и 
практических. 
[Перевод 
игумена 
Илариона 
(Алфеева)]. 
http://www.hesychasm.ru/library/stsymeon/glav_101.h tm 
263
  Simeonun  günahları  bağıĢlanması  mərasimini  haqqında  fikirləri  ilə  daha  ətraflı 
tanıĢ  olmaq  üçün  bax:  Преподобный  Симеон  Новый  Богослов.  Послание  об 
исповеди. [Перевод игумена Илариона (Алфеева)].   
http://www.hesychasm.ru/library/palamas/tomos.htm 


 
128 
günahların  bağıĢlanma  mərasimini  yalnız  rahiblər  həyata  keçirməlidirlər
264

Simeonun  bu  cür  fikirləri  rəsmi  kilsə  xadimlərinin  etirazlarına  səbəb 
olmuĢdur. 
O  dövrün  mistiklərinin  ən  baĢlıca  problemi  insanın  fiziki  cəhətdən 
Tanrıya doğru yuksəlməsi məsələsi  idi. Simeondan baĢqa bu məsələni Nilus 
adında bir rahib ortaya atmıĢdır. O hesab edirdi  ki, Ġsa Tanrıya hal nöqteyi-
nəzərindən  çatmıĢdır.  Lakin  rəsmi  kilsəyə  görə  Ġsanın  insan  təbiətinin 
tanrılaĢması üçlüyün daxilində düĢünülə bilər. 
XIII-XIV əsrlərdə ġərq Xristianlığında rahiblərin arasında “hesixazm” 
adlanan mistik təlim yayılmıĢdı. Yunan dilində ―hesychia‖ - sükut deməkdir. 
Bu  mistik  cərəyanın  ardıcılları  günlərini  Ġsaya  ―ağıllı‖  dua  etməklə  
keçirirdilər.  Bu  cür  dualar  sonradan  adi  xristianlar  tərəfindən  də  kilsələrdə 
yerinə  yetirilirdi.  Onları  icra  etmək  üçün  müəyyən  hala  daxil  olmaq  lazım 
idi. Duada diqqətin yalnız Ġsaya yönəldilməsi nəfəsin tənzimlənməsi yolu ilə 
əldə  olunurdu.  Nəfəsin  tənzimlənməsinin  müxtəlif  metodları  var  idi. 
Onlardan ən çox istifadə olunanlar Simeon və Nikiforus (XIII əsr) tərəfindən 
tətbiq edilmiĢdi. Nikifora görə,  insan daim  dua halında olmalıdır. Lakin bu 
―təbii‖  hal  insanı  əhatə  edən  dünyavi  Ģeylərə  bağlılıq  ucbatından  pozulur. 
Tanrıya  ibadət  etmək  əvəzinə  insanlar  onlara  fikir  verirlər.  Buna  görə  də 
Tanrı  ilə  daim  əlaqə  saxlayan  adam,  öz  ağlını  səfərbər  etməli,  ―Mən‖ini 
məhdudlaĢdırmalıdırlar. Buna nail olmaq üçün,  nəfəsin tənzimlənməsi yolu 
ilə müəyyən psixiki hala daxil olmaq lazımdır. 
Hesixazmın  ən  görkəmli  nümuyəndələrindən  biri  Qreqorios 
(Greqorios)  Palamas  olmuĢdur  (1296-1359).  O  hesixazmı  Barlaam  adlı 
keĢiĢin  tənqidlərindən  müdafiə  edirdi
265
.  Barlaam  yazırdı  ki,  hesixazmla 
məĢğul  olan  rahiblərin  təcrübəsi  cəfəngiyyatdır  və  təhlükəli  heresdir.  Bu 
fikri  davam  edərək  o  yazırdı  ki,  onlar  ağıl  ilə  ruhun,  ruhun  isə  mifik 
varlıqlarla  vəhdətdə  olmasını,  eyni  zamanda  ruhun  Tanrını  görmək 
iqtidarında  olmasını  iddia  edirlər.  Bu  cür  hallara  daxil  olmaq  üçün  onlar, 
psixikaya təsir edən vasitələrə əl atırlar. Bu vasitələrdən ən baĢlıcası nəfəsin 
tənzimlənməsidir. Barlaama görə isixazm heresdir
266

                                                 
264
  Günahların  bağıĢlanması  mərasimi  ortodoksal  Xristianlığının  ən  vacib 
əməllərindən  biridir.  Ġnsanların  günahlarını  bağıĢlayan  keĢiĢ,  xristian  təliminə  görə, 
bu iĢi Müqəddəs Ruhun vasitəsi ilə edir. 
265
 Протоиерей Иоанн Мейендорф. Православие и совреме нный мир (лекции и 
статьи).  Минск, "Лучи Софии", 1995.   
http://lib.eparhia-saratov.ru/books/12m/meendorf/orthodoxy/9.html 
266
 Хоружий  С. С.  Антропология  Православия //  Православная  аскеза  -  ключ  к 
новому видению человека. Вэб-Центр  "Омега", М., 2000.   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə