Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

 
122 
Flaviusa görə, əgər ruh  yalnız əql vasitəsi ilə  dərk olunan əbədi və  dəyiĢməz 
anlayıĢlar  haqqında  biliklərə  malikdirsə,  deməli  o  özü  də  onlara  bənzər 
cinsdən  olmalıdır.  Buna  görə  də  o,  ölməzdir  və  cisim  ola  bilməz.  Eyni 
zamanda,  ruh  Tanrı  tərəfindən  yaradılıb,  məxluqdur.  Buna  görə  də  o, 
dəyiĢikliklərə  məruz  qalır  və  onun  sonu  vardır.  Flaviusa  görə  ruh  Tanrı 
tərəfindən  yaradılmıĢ,  cisim  olmayan  substansiyadır.  O  bədənə  can  verir, 
ölməzdir,  xeyir  və  Ģər  ola  bilər.  Ruhun  necə  yaradılması  məlum  deyil.  O 
bədənin hər nöqtəsində tam olaraq mövcuddur.
249
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
249
  James  J.  O'Donnell.  Cassiodorus.  Copyright  and  published  1979  (University  of 
California  Press) "Postprint", 1995,  Chapter 6.   
http://ccat.sas.upenn.edu/jod/texts /cassbook/chap6.html 


 
123 
 
VII FƏSĠL 
 
XRĠSTĠANLIQDA MĠSTĠSĠZM 
 
 
Rahibliyin qısa tarixi 
 
Xristian rahibliyinin vətəni Misir  hesab olunur. Rahibliyin yaradıcısı 
Böyük Antonius (251-356)  olmuĢdur. Onun həyatı haqqında Ġsgəndəriyyəli 
Atanasios məlumat vermiĢdir
250
. Antonius Misirdə, xristian ailəsində anadan 
olmuĢdu.  Ġyirmi  yaĢında  olarkən,  onun  valideynləri  vəfat  etmiĢdirlər.  Bu 
itkidən  kədərlənən  Antonius  kilsədə  olarkən,  bir  keĢiĢin  ―hər  Ģeyi  buraxıb 
Ġsanın ardınca getmək‖ çağırıĢını eĢitmiĢdi. Bu çağırıĢa səs verən Antonius 
öz əmlakını  kasıblara paylayıb, rahib həyatına qədəm qoymuĢdur. Əvvəlcə 
o,  bir  rahibin  tələbəsi  olmuĢdu,  sonra  isə  onu  buraxıb,  səhrada  həyatını 
davam etmiĢdi. Orada o təklikdə, düĢüncələrə qapılaraq, 26 il ərzində, yalnız 
dostları  tərəfindən  gətirilən  quru  çörəklə  qidalanaraq,  ibadətlə  məĢğul 
olmuĢdur. 
  306-cı  ildən  baĢlayaraq,  Antonius,  öz  ətrafına  tələbələri  yığmağa  
baĢlamıĢdır.  Tədricən  o,  məĢhur  bir  insan  kimi  tanınmıĢdır.  Antoniusun 
xeyir-duasını  almaq  üçün  Misirin  müxtəlif  məntəqələrindən  onun  yanına  
adamlar gəlirdilər. Daha sonra Antoniusun məĢhurluğu daha da artmıĢdır və 
imperator Konstantinus ona ehtiramla dolu məktub yazmıĢdı. Antonius 356-
cı ildə 105 yaĢında vəfat etmiĢdi.  
Antoniusdan sonra Misir səhralarına çoxlu rahiblər gəlmiĢdirlər. Onlar 
orada ―monasterion‖ adlanan koloniyalar yaratmıĢdılar. Bu koloniyaların öz 
adətləri,  qayda-qanunları  var  idi.  Monasterionlar  ən  məĢhur  rahibləri 
tərəfindən  idarə  olunurdular.  Antoniusun  dövründə  daha  bir  tanınmıĢ  rahib 
yaĢamıĢdı. Onun adı Ammonius  idi. O da Misir səhrasında öz  koloniyasını 
yaratmıĢdır. Burada onlar gündəlik əmək və ibadətlərlə məĢğul olmuĢdurlar. 
                                                 
250
  Bax:  Житие  преподобного  отца  нашего  Антония,  описанное  святым 
Афанасием в  послании  к инокам,  пребывающим  в чужих странах.  //  Святитель 
Афанасий  Великий.  Творения  в  4-х  томах.  Том  III.—  М.:  Спасо-
Преображенский  Валаамский  монастырь,  1994.—  С.  178–251.  Репринтное 
воспроизведение  издания:  Свято-Троицкая  Сергиева  Лавра,  1902–1903,  из 
фондов Государственной Исторической библиотеки.   
http://www.orthlib.ru/Athanasius/ant.html 


 
124 
  Səhralarda  abid  həyatın  sürülməsi  təsadüfi  hal  deyil  idi.  Xristian 
rahiblərindən  öncə  yəhudilərin  də  bəzi  təriqətləri  (kumran  icması  kimi) 
səhralarda  məskunlaĢıb,  dünyadan  uzaqlaĢırdılar
251
.  Eyni  zamanda  səhra 
qədim yəhudilər üçün  yad bir yerin rəmzi olmuĢdur. ―Ġom Kippur‖ adlanan 
gündə onlar səhraya «bütün Ġsrailin  günahlarını   öz  üstündə aparan» keçini 
səhraya  buraxıb,  özlərini  günahlardan  təmizlənmiĢ  hesab  edirdilər
252

Beləliklə  səhra  həm  də  günahların  toplandığı  bir  yer  kimi  düĢünülürdü  və 
orada  rahib  həyatı  keçirmək  Tanrının  nurunu  zülmətə  gətirmək  rəmzi 
daĢıyırdı. 
  Bu  inanclar  sonralar  Xristianlıqda  da  öz  əksini  tapmıĢdır.  Məhz 
səhrada Ģeytan Ġsanı sınağa çəkmiĢdi. Səhrada Ģeytan hökm sürür, Tanrının 
nuru ora çatmır. Buna görə də xristian rahibləri  öz  həyat tərzi  və ibadətləri 
ilə, oranı zülmətdən qurtarıb Ġlahi nurla doldururdular
253

  Qadın  monastırları  da  IV  əsrin  əvvəllərində  təsis  olunmuĢdur. 
Burada qadınlar ərə getməmək və bakirə qalmaq andını verirdilər. Misirdən 
sonra  rahiblik  Fələstində,  Suriyada,  Anadoluda  da  yayılmağa  baĢlamıĢdı. 
Səhralara  çəkilən  rahiblər,  eyni  zamanda,  bununla  kilsədə  hökm  sürən 
mənəviyyatsızlıqlara,  ədalətsizliklərə,  Kilsə  hiyerarxiyasına  qarĢı  etiraz 
edirdilər. Lakin sonra Kilsə rahiblik hərəkatını öz təsiri altına ala bilmiĢdi. 
 
Müqəddəs Yekaterina monasterionu, VI əsr. 
                                                 
251
  Амусин  И.  Д.  Рукописи  Мертвого  моря.  М.,  Издательство  Академии  наук 
СССР,  1960,  с. 135-197. 
252
  Levitilər  16:  21-22.  Bax:  Фрэзер  Д.  Д.  Золотая  ветвь:  исследование  магии  и 
религии. М., Политиздат,  1983,  стр. 533. 
253
 Матта 8:  29,  Лукас 8:  29. 


 
125 
Sinay yarımadası, Misir. 
Ən  tanınmıĢ  Misir  rahiblərindən  biri  Pontlu  Evaqrios  (Euagrios 
Pontikos)  (346-399)  olmuĢdur.  O  kappadokiyalı  atalarla  bir  dövrdə  
yaĢamıĢdır  və  onlarla  tanıĢ  idi.  Nazianzlı  Qreqorios  onu  diakon  vəzifəsinə 
təyin  etmiĢdir.  Lakin  sonra,  Evaqrios  rahiblik  həyatına  üstünlük  verərək, 
Misir səhrasına getmiĢ və orada digər rahiblərlə birlikdə yaĢamıĢdır. Bundan 
baĢqa,  Evaqrios  yunan  fəlsəfəsini,  xüsusilə  Plato  irsini  yaxĢı  bilirdi  və 
Origenusun dünyagörüĢünə hörmətlə yanaĢırdı. Plato, sonra  isə Origenusun 
ardıcılı olaraq, Evaqrios insanın bədənini onun ruhunun zindanı hesab edirdi 
və onun azadlığı üçün, ömrü ibadətlə keçirməyin tərəfdarı idi. Daha doğrusu, 
mənəvi  fəaliyyət  nəticəsində  bədəndən  azad  olmaq  olar  və  bu  kamilliyə 
gətirən  ən  qısa  yoldur.  Evaqrios  bir  sıra  kitab  müəllifi  olmuĢdur.  Onun 
«Praktikos»
254
 əsəri rahib həyatına praktiki giriĢdir. Bu kitabda müəllif, rahib 
həyatının xüsusiyyətlərindən, bu həyatın daim Ģeytanlar tərəfindən törədilən 
Ģəhvəti  hisslərlə  mübarizələrdən  ibarət  olduğu  haqqında  yazmıĢdır.  Bu 
kitabın ardı olaraq Evaqrios «Gnostikos»
255
 (Qnostikos) adlanan kitabını da 
yazmıĢdır. Bu kitabda  isə, rahibin Tanrının ən yüksək biliyinə (qnosisə) can 
atdığını təsvir etmiĢdir. «De oratione»
256
 (Dua haqqında) kitabında Evaqrios 
ibadət  və  anlamaq  anlayıĢları  arasında  bağlılıqdan  yazmıĢdır.  Bu  əsərdə  o, 
rahib  həyatının  əsasını  ibadətlərin  təĢkil  etməsi  haqqında  söhbət  açmıĢdı. 
Ġsanın  arxasınca  getmək,  Evaqriosun  fikrincə,  ardı  kəsilməyən  ibadətlərlə 
məĢğul  olmaq  deməkdir.  Lakin  bu  ibadətlər  və  dualar  ağılla  edilməlidir. 
Yəni,  ibadət  edilən  zaman  insanın  əqli  daim  Tanrı  ilə  ünsiyyətdə 
olmalıdır
257
. Evaqriosun fikrincə, rahib dünyadan aralanmalı, lakin hər Ģeylə 
ahəngdə  olmalıdır
258
.  Origenusun  ardıcılı  olduğuna  görə,  Evaqrios  rəsmi 
kilsə tərəfindən pislənmiĢdi, lakin onun rahiblik haqqında fikirləri gələcəkdə 
Kilsənin mənəvi həyatında çox böyük rol oynamıĢdır. 
                                                 
254
  Evagrius  and  John  Eudes  Bamberger.  The  Praktikos  and  Chapters  on  Prayer. 
Cistercian  Studies  Series,  4.  Spencer,  Mass:  Cistercian  Publications,  1970. 
http://www.ldysinger.com/Evagrius/01_Prak/00a_start.htm 
255
  Theophanes  (Constantine),  Fr.  The  Evagrian  Ascetical  Sy stem,  vol.  2  of  The 
Psychological  Basis  of  Mental  Prayer  in  the  Heart.  Mount  Athos:  Timios 
Prodromos, 2006.  http://www.ldysinger.com  /Evagrius/02_Gno -Keph/00a_start.htm 
256
  Творения  аввы  Евагрия.  Аскетические  и  Богословские  трактаты.  -  М., 
"Мартис", 1994,  с.76-93.   http://abovo.net.ru /book/82370 
Ġngilis dilində:  http://www.ldysinger.com/Evagrius/03_Prayer/  00a_start.htm 
257
 De oratione 3. 
258
 De oratione 124. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə