Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

130                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
2.  İslam hər hansı coğrafi  sərhədin  əleyhinədir. O, 
bütün insanları həmkarlığa dəvət edərək daim təfriqə 
və ayrılığın zərərləri haqda misallar çəkir. Məsələn, biz 
bunu Qurani-Kərimin bir çox ibarələrində görə bilərik:
a)  Qurani-Kərimin  əksər xitabları (möminlərə xas 
xitabları müstəsna etməklə) geniş  və ümumi olub, 
bütün dünya xalqlarına aiddir. Buna bir çox ayələrdə 
qeyd olunan “ya əyyuhən-nas”  (ey insanlar), “ya 
ibadi”  (ey mənim bəndələrim), “ya bəni-Adəm”  (ey 
Adəm övladları), “ya əyyuhəl-insan”  (ey insan) kimi 
təbirləri misal göstərmək olar.
1
 Bu ümumi xitablarda 
bütün dünya ölkələri və xalqları  nəzərdə tutulur və 
onları kiməsə aid etmək olmaz.
b) Qurani-Kərimdə bütün yer üzü Allahın geniş 
yurdu kimi göstərilərək belə buyurulur:
{نوُﺪُﺒْﻋﺎَﻓ َيﺎﱠﻳِﺈَﻓ ٌﺔَﻌِﺳاَو  ِﴈْرَأ ﱠنِإ اﻮُﻨَﻣآ َﻦﻳِﺬﱠﻟا َيِدﺎَﺒِﻋ ﺎَﻳ}
“Ey mənim iman gətirən bəndələrim! Həqiqətən, 
mənim torpağım genişdir. Belə isə yalnız Mənə ibadət 
edin (və düşmənlərə təslim olmayın).”
2
Başqa bir ayədə göstəriş verilir ki, məhv olan 
keçmiş xalqların  əsər-əlamətlərini görmək, onların 
zülm və günahlarına görə başlarına gəldiyi bəlalardan 
1 . Məsələn: “Ya Əyyuhən-nasu, inni Rəsulullahi iləykum cəmiən!” 
(Ey insanlar! Mən Allah tərəfindən sizin hamınıza göndərilmişəm!) 
(“Əraf” surəsi, ayə 158.)
“Ya ibadi fəttəqun!”  (Ey mənim bəndələrim! Təqvalı olun (əmrimə 
qarşı çıxmaqdan çəkinin!) (”Zümər” surəsi, ayə 16.)
“Ya əyyuhəl-insanu, innəkə kadihun ila Rəbbikə kədhən!” (Ey insan, 
sən səy və zəhmətinlə Rəbbinə doğru gedirsən!) (“İnşiqaq” surəsi, ayə 
6.)
2 . “Ənkəbut” surəsi, ayə 56.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   131
ibrət dərsi almaq üçün yer üzünü gəzib dolansınlar. 
Məsələn, aşağıdakı ayədə belə buyurulur:
{َينِﺑﱢﺬَﻜُﻤْﻟا ُﺔَﺒِﻗﺎَﻋ َنﺎَﻛ َﻒْﻴَﻛ ْاوُﺮُﻈﻧﺎَﻓ  ِضْرَﻷا  ِﰲ ْاوُير ِﺴَﻓ}
“Belə isə yer üzünü seyr edin (gəzib dolanın) və 
görün ki, yalançıların aqibəti necə oldu!”
1
Həmçinin bir ayədə onlar yer üzündə islahat aparıb, 
fitnə-fəsaddan çəkinməyə dəvət olunaraq buyurulur:
{ﺎَﻬِﺣَﻼ ْﺻِإ َﺪْﻌَﺑ  ِضْرَﻷا  ِﰲ ْاوُﺪ ِﺴْﻔُﺗ َﻻَو}
“Yer üzündə onu islah etdikdən sonra fitnə-fəsad 
törətməyin.”
2
Başqa bir ayədə isə layiqli, əməlisaleh  şəxslər 
yer üzünün varisləri və  nəhayət, onun hakimləri 
tanıtdırılaraq buyurulur:
{َنﻮُﺤِﻟﺎ ﱠﺼﻟا َيِدﺎَﺒِﻋ ﺎَﻬُﺛِﺮَﻳ  َضْرَ ْﻷا ﱠنَأ}
“Mənim layiqli və  əməlisaleh bəndələrim yer 
üzünün varisləri olacaq!”
3
c) Müsəlmanlar müəyyən məntəqədə dini 
vəzifələrini yerinə yetirməyə çətinlik çəkdikləri zaman 
yer üzünün başqa bir məntəqəsinə hicrət və köç edə 
bilərlər. Bu işdən boyun qaçıranlar isə  məzəmmət 
olunaraq onlara belə buyurulur:
{ﺎَﻬﻴِﻓ ْاوُﺮِﺟﺎَﻬُﺘَﻓ ًﺔَﻌِﺳاَو ِﻪّﻠﻟا  ُضْرَأ ْﻦُﻜَﺗ ْﻢَﻟَأ ْاَﻮْﻟﺎَﻗ}
“(Mələklər) dedilər: “Allahın torpağı geniş deyilmidi 
1 . “Nəhl” surəsi, ayə 36.
2 . “Əraf” surəsi, ayə 56.
3 . “Ənbiya” surəsi, ayə 105.


132                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
ki, siz də hicrət edəydiniz?”
1
ç) Qurani-Kərimdə əhkama, maarifə və əxlaqa dair 
ayələrin heç biri bölgə və məntəqələrə ayrılan ictimai 
vahidlərə görə ölçüb-biçilmir. Bu isə İslamın o zamandan 
vahid dünya ictiması, başqa sözlə, beynəlmiləlçiliyin 
müdafiəsi uğrunda atdığı addımlardır və əsl mənada 
insan hüquqları üzərində möhkəmlənən məsləkdən 
başqa bir təvəqqe də yoxdur.
Diqqət: İslamda cihada dair məsələlərdə “mürabitə” 
(sərhədlərin müdafiəsi və düşmənlərin hücumlarına 
qarşı hazırlıq)
2
 adlı taktika gözə  dəyir ki, bəziləri 
bunu  İslamın “coğrafi  sərhədlər”ə  əhəmiyyət verdiyi 
kimi qələmə alırlar. Amma, məlum olduğu kimi, bu 
məsələ  İslam və müsəlmanların yadlar tərəfindən 
hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub və 
İslam dini bütün dünyanı fəth etdikdən sonra bu da öz-
özünə  ləğv olacaq. Ümumiyyətlə,  İslam sərhədlərini 
coğrafi hüdudlar üzərində deyil, fikri-ideoloji ölçülər 
əsasında qurub. Bir sözlə, İslam daxilində coğrafi bölgü 
yoxdur və onu başqalarından ayıran dünyagörüşüdür.
3.  İslamın  şəriət və maarifində bütün insanların 
ideoloji vəhdət və birliyi üçün geniş imkanlar görünür. 
İslamın təqdim etdiyi fikri-ideoloji birlik bugünkü 
dünya siyasətinə  və son əsrlərdə baş qaldıran insan 
hüquqları normalarına xas müəyyən bir təbəqə  və 
cəmiyyət, millət və irqin mənafeyinə xidmət etmir. Bu, 
İslam üçün böyük imtiyaz sayılır və onda məntəqə və 
sinfi təbəqə deyilən şey yoxdur.
Hazırda dünyanın  əksər siyasi blokları  və onlara 
1 . “Nisa” surəsi, ayə 97.
2 . “Cəvahirül-kəlam”, “cihad” bölümü.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   133
bağlı  fəlsəfi  məktəblər zahirdə beynəlxalq hüquqlar 
çərçivəsində birləşsələr də, onların əsl simaları məram 
və ideyalarında xarakterizə olunur və bu da həqiqi 
mənada vəhdəti ifadə etməyə qadir deyildir. Hətta o 
zaman “faşizm”, yaxud indi təhlükəli “beynəlxalq 
sionizm” təşkilatı zahirdə özünü insan hüquqlarının 
müdafiəçisi göstərsə  də, həqiqətdə  şəxsi mənafedən 
başqa məqsəd güdmür. İstər “nasizm”in, istərsə  də 
“sionizm”in  əsasını nasionalizm təşkil edir. Hətta 
sovetlər ittifaqı dünyamiqyaslı beynəlmiləlçilikdən 
dəm vursa da, hal-hazırda hansı bir məntəqə  və 
ölkənin mənafeyini qoruduqlarını gizlətmir. Bütün 
bunlar sovetyönlü ölkələrin hər birində aydın 
müşahidə olunur. Təbiidir ki, onların da ümumbəşəri 
ideyalarında müəyyən qrup nəzərdə tutulur. Onlar 
iddia edirlər ki, bütün təbəqə və sərhədlər götürülməli 
və yekdil dünya icması yaranmalıdır. Lakin bu tədbir 
gerçəkləşməyincə (indiyə  qədər mümkün olmayıb və 
mövcud vəziyyət göstərir ki, gələcəyə də ümid yoxdur), 
həqiqətdə “müəyyən xalq”ın mənafeyini qoruyacaq.
Bizim hal-hazırda hər hansı məktəb və beynəlxalq 
təşkilatın  əsasları ilə  işimiz yoxdur. Məqsəd budur 
ki, onların hamısındakı müəyyən ciddi qüsurlara 
görə, hələ də millətlər və irqlər arasında ümumbəşəri 
fikri-ideoloji yekdillik yaranmayıb. Lakin İslam irəli 
sürdüyü fikri-ideoloji birliyin çevrəsində ardıcılları ilə 
bərabər bütün millət və kütlələri toplamağa qadirdir. 
Bununla belə,  İslam daxilində azlıq təşkil edən ilahi 
məzhəb ardıcıllarının hüquq və mənafelərini müdafiə 
edən hüdudlar vardır ki, dini mənbələrimizdə bu 
haqda geniş məlumat verilib.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə