Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə30/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   121
Bu məsələ Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan 
rəvayətlərə nəzər saldıqdan sonra diqqəti bir az da cəlb 
edir. Məsələn, bir gün o həzrət  İbn Məsuda buyurur: 
“Bilirsənmi, rahiblik nə vaxtdan yaranıb?” İbn Məsud 
cavab verir: “Düzünü Allah və Peyğəmbəri bilir!” 
Həzrət buyurur: “İsanın (ə) dövründən bir müddət sonra 
zülmkar hökmdarlarla iman əhli arasında üç dəfə döyüş 
baş verir. Amma onlar məğlub olduqdan sonra dağlara 
və  səhralara sığınaraq  İsanın (ə) vəd etdiyi peyğəmbərin 
(Həzrət özünü nəzərdə tutur) zühurunun intizarı ümidilə 
ibadətə qapılırlar.”
1
Məşhur xristian tarixçisi Vil Dürant “Tarix” kitabının 
31-ci cildində rahibliklə bağlı geniş  məlumat verərək 
yazır ki, rahibə qadınların rahib kişilərə qoşulması 
miladi tarixi ilə 4-cü əsrə  təsadüf edir və sonralar bu 
fikrə qoşulanların sayı artaraq, nəhayət, 10-cu əsrdə 
artıq geniş miqyas alır.
Tarixçi hətta onların yaşadığı komalar, qayda-
qanunlar, evlənməmələri, eləcə  də rahibə qadınların 
əl işləri, əkin sahələrini abad etmələri, əkinçilikləri və 
digər əyləncələri ilə bağlı qısa izah da verir.
Rahibliyin  ən mühüm şərtlərindən biri evlənməyi 
tamamilə tərk etməkdir. Fərid Vəcdi “Dairətül-məarif” 
kitabında yazır: “Bəzi rahiblər qadına baxmağı 
şeytan  əməli bildiklərindən, hətta dişi heyvanı belə 
evlərinə buraxmazdılar və bunu şeytanın ruhunun 
onların mənəviyyatına zərər yetirə biləcəyi ilə 
əlaqələndirirdilər!”
Bununla belə, onların komalarında baş verən bir 
1 . Bax: “Məcməül-bəyan”, “Hədid” surəsi, 27-ci ayənin təfsiri; 
“Biharul-ənvar”, 70-ci cild, “ən-nəhy ənir-rəhbaniyyət” bölümü.


122                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
çox faciələr tarixdə qeydə alınıb və  hətta üçüncü 
papa  İnsanın ibadətgahların birini “fahişəxana” 
adlandırması belə qələmdən yayınmayıb.
1
 
1 . “İnkişaf tarixi”, Vil Dürant, 13-cü cild, səh.443.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   123
İCTİMAİ VAHİD VƏ QURUMLAR
Böyük və qüdrətli cəmiyyətin təşkili
İnsan yarandığı ilk zamanlardan onunla birgə icma 
quruluşu da formalaşmışdır. Onun icmalara və ayrı-
ayrı qruplara bölünməsinə səbəb aşağıdakılardır:
1. Tayfa:  Məlum olduğu kimi, ailə  və  nəsil artımı 
ibtidai icma quruluşlarının ilkin amillərindən sayılır 
və ilk ictimai qruplar özünü qəbilə  şəklində büruzə 
verməyə başlayır. Elə müasir dövrdə  də köçərilərdə 
şəhər və  kənd mühitindən kənar ucqar bölgələrdə 
bu proses müşahidə olunur. Bəzən onlara hakim olan 
adət-ənənələrin sərtliyindən, hətta iki tayfa arasında 
qohumluq əlaqələrini belə bərqərar etmək olmur.
2. Coğrafi  məntəqələr: Zaman keçdikcə  qəbilələr 
irqi ixtilaflarını kənara qoyaraq, yavaş-yavaş bir-birinə 
qoşulmağa başlayır və daha böyük icmalar təşkil 
edərək coğrafi  məntəqələrlə bir-birindən ayrılırlar. 
İlkin coğrafi sərhədlər təbii obyektlərlə, məsələn, dərə, 
çay və yaxud uca bir dağla müəyyən edilirdi. Amma 
sonralar bunu müqavilələrlə  əvəz etməyə başladılar. 
Hərçənd, hələ  də  təbii hədlər dünyanın bir çox 
məntəqələrində coğrafi sərhədliyini ifa edir. Məsələn, 


124                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
İngiltərəni Fransadan, Çini Yaponiyadan və s. ölkələri 
bir-birindən ayıran təbii hədlər hələ  də  əhəmiyyətini 
itirməyib. Amma, şübhəsiz, hər bir ölkənin sərhəd və 
ərazilərini təbii hədlər müəyyənləşdirmir.
3. İdeoloji səbəblər: İnsanı icmalar ətrafında toplayan 
baxış, nəhayət, onun üzünə daha geniş üfüqlər açaraq 
əqidə, təfəkkür tərzi və ideoloji əsasların çevrəsində 
birləşməyə  gətirib çıxartdı. Qərinələr sovuşduqca o, 
başa düşdü ki, irq, tayfa və s. onların arasında ixtilaf və 
ayrılıq salmamalıdır. Qanı, kökü və dini bir olanlar bir-
birlərinə daha tez uyğunlaşsalar da, bu, heç vaxt onların 
digər xalqların kənarında yaşamasına mane olmamalı, 
coğrafi məntəqələr sərhədlər yaratmamalı və əlaqələrin 
genişlənməsi ilə coğrafi hüdudlar da tam şərti xarakter 
daşımalıdır.
Bu minvalla irqi-milli vahidlər həddi aşaraq yavaş-
yavaş ideoloji vahidlərdə birləşməyə başlayır və 
iyirminci  əsrdə, demək olar, dünyanı iki yerə ayıran 
kommunist və kapitalist dünyagörüşləri bunun ən real 
nümunələrindəndir.  İlk baxışda bu bölgü və ixtilafın 
qətiliyi və daimiliyi təsəvvür olunsa da, get-gedə 
məlum oldu ki, onların da saxta qarşıdurmaları az 
deyildir. Çünki millətlərin bəzən yaranan fikri-ideoloji 
ixtilafları onların çoxsaylı müştərək cəhətlərini qıra 
bilməz və onları  həmişə birgə  mənafenin  ətrafında 
birləşməyə çağırır. Beləliklə, “birgə yaşama” hissi 
millətlər arasında ideologiyalarından asılı olmayaraq 
formalaşmağa başladı  və hal-hazırda hamı bunun 
canlı  şahididir. Bununla belə, bəzən bir dövlətin 
şəxsi mənafeyi və ya onun inkişaf və  tərəqqidən geri 
qalması  hələ  də bir çox üfüqlərdə onları bir-birindən 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   125
ayırır. Lakin bir çox təfriqə və ayrılıq salan amillər tam 
həqiqi şüura arxalanmır və gələcək nəsillərin dərketmə 
qabiliyyəti bunları da işıqlandıracaqdır. Məlum 
fərziyyələr də göstərir ki, bəşəriyyətin vahid icmada 
birləşməsi ağıldan uzaq deyildir.
Ən güclü ictimai ittifaq
Dünya səviyyəsində böyük beynəlxalq vahid 
icmanın təşkili bir sıra məsələləri tələb edir:
1.  Əlaqələrin asanlaşdırılması:  Artıq müasir 
dövrdə bu məsələ öz əksini tapmaq üzrədir. Şübhəsiz, 
elmi-texnoloji tərəqqi gələcəkdə lazımı üsulları daha 
da genişlən dirəcəkdir.
2.  İdeoloji vəhdət və birlik: Hər hansı bir ideyaya 
yekdil etiqadlı olmadan əsl mənada vəhdətdən söz gedə 
bilməz. “Müştərək cəhətlər” və “birgə  mənfəət hissi” 
müəyyən ortaq fikirlər yaratsa da, şübhəsiz, tərəddüd və 
şəkk-şübhələri tamamilə aradan qaldırmayacaq və  hər 
hansı həmkarlıq əlaqələri məhdud şəraitdə olacaqdır. Bu 
da ki, vahid və ideal ittifaq üçün zəmin yaratmır. Amma 
zehinləri bir yerə toplaya bilən kamil dünyagörüşünə 
rəğbət yaratmaqla ümumdünyəvi ittifaqa ümid gözü ilə 
baxmaq olar.
3. Fikri-əxlaqi tərəqqi: Əldə olan nəticələr göstərir 
ki, kütlələr arasında kifayət qədər  fikri tərəqqi 
yaranmadan daha böyük miqyasda, yəni ümumi 
bəşəri mənafedən söz açmaq çətindir. Hələ hamının 
razılaşdığı müştərək hədəf və orta məxrəcdən sonra 
qarşıya çıxan sinfi, milli, coğrafi  və s. fərqləri nəzərə 
almalı, onlara uyğun təfavüt və  tələblərə boyun 
əyməyimiz üçün əxlaqi tərəqqiyə hazır olmalıyıq. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə