Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə33/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

134                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Vəhdət yaradan baxış
Biz bu böyük hədəf üçün İslam maarifi  və 
təlimlərində aşılanan yollara nəzər salmaq istəyirik:
İslamın əsasını təşkil edən “tövhid” prinsipi fikir və 
ideyaları bir-birinə qarşı qoyan, daim kütlələr arasında 
təfriqə salan “ərbabun mütəfərriqun” (çoxsaylı tanrılar) 
nəzərini tamamilə  məhkum edir və öz ardıcıllarına 
hətta Allahın zat və sifətlərində belə sayın mümkün 
olmadığını öyrədir. Onun zatı  bəsit, sifətləri də bir-
birinin eynidir.
Bildiyimiz kimi, tanrılara etiqad məsələsi qədim 
zamanlardan belə qövmlər arasında ixtilaf və  təfriqə 
yaradan amillərdən biri olmuşdur. Hər qövm, millət 
və tayfanın, bəzən də  hər bir şəhərin öz “tanrı”sı, 
yaxud “tanrılar”ı var imiş ki, bir tayfanın başqa bir 
tayfaya qalib gəlməsi ilə onların tanrıları da ucalır, 
rəsmiləşir, məğlub olduqda isə unudulurmuş! Alber 
Male “xaldeyalı”ların dini-məzhəbi əqidələri ilə bağlı 
bir fəsildə yazır: “Əvvəllər “xald” xalqı arasında 
da Misir kimi hər  şəhərin özünəməxsus tanrısı var 
idi. Böyük dövlətlər qurulduqdan sonra şəhərlərdə 
tanrılara pərəstiş ümumiləşərək, paytaxtın tanrısı 
“rəbbül-ərbab” (tanrılar tanrısı) adlanır. Məsələn, 
Homorabinin
1
 dövründə Babil Xaldeyanın paytaxtı 
olduğundan “marduk” oranın “tanrılar tanrı”sı kimi 
tanınır. Yaxud Aşur dövlətinin paytaxtı əvvəllər Aşur 
şəhəri olduğu üçün oranın tanrısı “Aşur” da əhali üçün 
“tanrılar tanrısı”na çevrilir.”
2
1 . Homorabi – böyük fəthlər və ondan yadigar qalan qəribə qanunlara 
görə məşhur bir padşahdır.
2 . “Şərq millətlərinin tarixi”, 1-ci cild, səh.81.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   135
Misirlilərin etiqadları haqda belə yazılır: “...Bütün 
Misirdə  əhali yalnız neçə tanrıya pərəstiş etmirdi. 
Əksinə, hər  şəhərin ayrıca tanrıları var idi. Bununla 
belə, bir vaxt gəlib çatdı ki, bəzi tanrılara pərəstiş 
Misirin hər yerində  (əlbəttə, yalnız Misirdə) yayılır. 
Hətta şəhərlərin böyüməsi və əhəmiyyəti ilə əlaqədar 
tanrılarının məqam və şəni də artır, ucalırmış.”
1
İslamın işıq saçdığı  məntəqə – Hicaz vilayəti, 
xüsusilə Məkkə şəhəri tanrıların sayına görə seçilirmiş 
və bu da bütün ictimai-ideoloji ixtilaf və  təfriqələrin 
qaynağı idi. İslam isə parlaq təlimləri və dolğun 
maarifi ilə buna son qoyaraq bütün müsəlmanların 
dilinə “tövhid” və “la ilahə illəllah”  şüarını saldı  və 
onların diqqətini tək Allaha yönəltdi. Qurani-Kərimə 
görə, Allah-Taala nəinki yer kürəsində, həm də bütün 
yaradılış  və varlıq aləminin yeganə  məbududur. 
Aşağıdakı ayədə belə buyurulur:
 {ٌﻪَﻟِإ  ِضْرَ ْﻷا  ِﰲَو ٌﻪَﻟِإ ء َما ﱠﺴﻟا  ِﰲ يِﺬﱠﻟا َﻮُﻫَو}
“Göydə də Allah, yerdə də Allah Odur!”
2
Başqa bir ayədə belə buyurulur:
{اًﺪْﺒَﻋ ِﻦَﻤْﺣﱠﺮﻟا  ِتيآ  ﱠﻻِإ  ِضْرَ ْﻷاَو  ِتاَو َما ﱠﺴﻟا  ِﰲ ﻦَﻣ  ﱡﻞُﻛ نِإ}
“Göylərdə  və yerdə olanların hər biri hökmən 
Allahın hüzuruna bir bəndə gələcək.”
3
İslam öz təlimlərində “tövhid”in bütün yaradılış 
aləminə hakim kəsildiyi göstərilərək, kainatın yeganə 
varlıqdan qaynaqlandığı  fikri irəli sürülür. Qurani-
1 . Yenə orada, səh.41.
2 . “Zuxruf” surəsi, ayə 84.
3 . “Məryəm” surəsi, ayə 93.


136                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
Kərimdə bu haqda belə buyurulur:
  ٍتُوﺎَﻔَﺗ ﻦِﻣ ِﻦَﻤْﺣﱠﺮﻟا  ِﻖْﻠَﺧ  ِﰲ ىَﺮَﺗ ﺎﱠﻣ ﺎًﻗﺎَﺒِﻃ  ٍتاَو َماَﺳ َﻊْﺒَﺳ  َﻖَﻠَﺧ يِﺬﱠﻟا}
{ٍرﻮُﻄُﻓ ﻦِﻣ ىَﺮَﺗ  ْﻞَﻫ َ َﴫَﺒْﻟا ِﻊِﺟْرﺎَﻓ
“Sən Rəhmanın yaratdığında heç bir eyib və təzad 
görməzsən (bütünlüklə vahid nizam və sabit qayda-
qanunlardan ibarətdir). Yenidən gözünü qaldırıb bax 
(bütün mövcudat və məxluqatı diqqətlə ara), heç orada 
bir yarıq, çatdaq görə bilərsənmi?”
1
Həmçinin bütün canlı varlıqların bir qaynaqdan baş 
qaldırdığı haqda belə buyurulur:
{ ﱟﻲَﺣ ٍءْ َﳾ  ﱠﻞُﻛ ء َماْﻟا َﻦِﻣ}
“Hər bir diri şeyi (canlını) sudan yaratdıq.”
2
İslam burada şirkin və müxtəlif tanrılara etiqadın 
köklərindən başqa birisini də  qırır. Çünki bu etiqada 
görə, varlıqlar arasında növlər bir-birindən tam 
ayrı  və onları yaradan qüvvələr müstəqil xaliq və 
“müdəbbir”lərə bölünürdü. İslama  əsasən, dünyanın 
yaradanı və rəbbi də ondan ayrı deyil; yəni xilqətdən 
ayrı olmadığı halda, onlarla eyniyyət təşkil etmir. 
Qurani-Kərimdə bu haqda belə buyurulur:
{َنوُ ِﴫْﺒُﺗ  ﱠﻻ ﻦِﻜَﻟَو ْﻢُﻜﻨِﻣ ِﻪْﻴَﻟِإ  ُبَﺮْﻗَأ ُﻦْﺤَﻧَو}
“Biz sizə ondan daha yaxınıq, lakin siz bunu 
görmürsünüz!”
3
Başqa bir ayədə buyurulur:
1 . “Mülk” surəsi, ayə 3.
2 . “Ənbiya” surəsi, ayə 30.
3 . “Vaqiə” surəsi, ayə 85.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   137
{ِﺪﻳِرَﻮْﻟا ِﻞْﺒَﺣ ْﻦِﻣ ِﻪْﻴَﻟِإ  ُبَﺮْﻗَأ ُﻦْﺤَﻧَو}
“Biz ona ürəyinin damarından daha yaxınıq.”
1
İmam Əli (ə) “Nəhcül-bəlağə”də belə buyurur:
ٍﺔَﻠَﻳاﺰُ ِبم ﻻ ٍءْيَش  ﱢﻞُﻛ ُ ْيرَﻏَو ٍﺔَﻧَرﺎﻘُ ِبم ﻻ ٍءْ َﳾ  ﱢﻞُﻛ َﻊَﻣ
“O, hər şeylə birgədir, lakin yaxınlıq və məsafə ilə yox, 
hər şeydən fərqlidir, lakin ayrı deyildir.” (Yaxud: “Hər şeyə 
məsafəsiz yaxındır, hər şeydən ayrılmadan ayrıdır!”)
2
İslamda birliyin rəmzi
İslam təlimlərində  vəhdət və birlik ideyası onun 
əsasını  təşkil edən yalnız “tövhid” prinsipindən 
qaynaqlanmır. Bunu biz bütün peyğəmbərlərin və 
səmavi kitabların çağırışında müşahidə edə bilərik. 
Məsələn, İslamın qanun və hökmlərindəki obyektivlik 
və onun müraciətlərindəki qeyd-şərtsiz insan 
obrazı tamamilə  bəhsimizə aydınlıq gətirir. Hətta 
ibadətlərdəki formulu araşdıranda görürük ki, onlar 
yalnız insanı oyadır, təfəkkürə çağırır. Onun inzibat 
və  tərbiyəsində, sadəliyə sövqü və  nəfsi istəklərini 
cilovlamasında mühüm rol oynayır. Demək,  İslamın 
ibadətlər bölümü də vahid məqsədə qulluq edir və 
onların bir dildə (ərəbcə) yerinə yetirilməsi də vəhdət və 
birliyin nişanəsidir. Burada ərəb dili elə də əhəmiyyət 
daşımır və birbaşa deməliyik ki, bu dil “vəhy” dilidir. 
(Ərəb dilinin vəhy üçün seçilməsinin onun inkişafı, 
potensiallığı və s. səbəbləri ola bilər.)
İslamda birliyi nümayiş etdirən nümunələr çoxdur. 
Bunu biz camaatla birgə yerinə yetirilən ibadətlərdə, 
1 . “Qaf” surəsi, ayə 16.
2 . “Nəhcül-bəlağə”, xütbə: 1.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə