Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

142                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
və intiqamın insana müvəqqəti təskinlik və  xəyali 
qürurdan başqa heç bir müsbət təsiri yoxdur. İnsan 
həmişə qarşı tərəfin qisasının intizarını çəkdiyi halda, 
“güzəşt”in bəxş etdiyi rahatlıq qat-qat çox, ruhi və 
ictimai təsiri olduqca əhəmiyyətlidir.
İslam mənbələrində bu məsələ çox zərif ibarələrlə 
ən mühüm dini vəzifə kimi tanıtdırılır. Aşağıdakı 
nümunələr bu müddəaya şahiddir:
{ْﻢُﻜَﻟ ُﻪﱠﻠﻟا َﺮِﻔْﻐَﻳ نَأ َنﻮﱡﺒِﺤُﺗ  َﻻَأ اﻮُﺤَﻔ ْﺼَﻴْﻟَو اﻮُﻔْﻌَﻴْﻟَو}
1.  “Onları  əfv edib, göz yumsunlar. Məgər siz 
Allahdan bağışlamağınızı istəmirsinizmi?”
1
Bu ayədən məlum olur ki, heç kəs təqsirsiz 
deyil.  Əgər Allahdan günahlarınızın bağışlamasını 
istəyirsinizsə, din qardaşlarınızla yaranan ixtilaf 
və  çəkişmələrdə haqqınızdan keçib, güzəştə gedin. 
Diqqəti cəlb edən budur ki, ayədə qeyd olunan “əfv” 
və “səfh” (göz yummaq) sözləri lüğəvi baxımdan 
fərqlənir. “Səfh”, “əfv”dən daha dərin məna kəsb edir, 
yəni məzəmmət və  qınaqsız güzəştə deyilir.
2
 Amma 
qisası sinəsində boğub, lakin dili, yaxud küsülü qalması 
ilə qarşı tərəfin təqsirini daim xatırladan kəs həqiqətdə 
onu bağışlamamışdır.  Əslində, həqiqi  əfv və güzəşt 
hadisəni tamamilə unutmaq, öz dilimizlə desək, ona 
göz yummaqdır.
{ﻮْﻔَﻌْﻟا ِﻞُﻗ َنﻮُﻘِﻔﻨُﻳ اَذﺎَﻣ َﻚَﻧﻮُﻟَﺄ ْﺴَﻳَو}
2.  “(Ya Peyğəmbər!) Səndən infaq barəsində 
1 . “Nur” surəsi, ayə 22.
2 .“Müfrədat”, Rağib İsfahani.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   143
soruşanlara de: “Əfv (etsinlər)!”
1
Təfsir alimləri arasında məşhur nəzərə görə, qeyd 
olunan “əfv” sözündə  məqsəd ailənin ehtiyacından 
əlavə, illik gəlirdən artıq qalan malın zahirən Allah 
yolunda xərclənməsi olsa da (lüğəvi kökünə  əsasən), 
heç də demək olmaz ki, onun digər işlək mənası (güzəşt) 
nəzərə alınmamışdır. Maddi infaq barədə verilən sualın 
cavabının əxlaqi infaqa – əfv və güzəştə yönəldilməsi 
diqqəti cəlb edən zərif məsələdir. Odur ki, infaq yalnız 
mal-dövlət və  əmlakla bitmir və  bəlkə  də bu qədər 
sorğu-suala ehtiyac yoxdur. Əksinə, insanın başqası ilə 
əlaqədar öz hüquqlarından keçməsi və güzəşti daha 
mühüm məsələdir. Doğrusu, bu güzəşt çoxlarının qisas 
ruhiyyəsilə zidd olduğundan, onunla razılaşmaq daha 
çətin olur. Amma ictimai nizam-intizamın,  ədalətin 
bərqərarı baxımından isə onun təsiri olduqca çoxdur.
Yeri gəlmişkən, Qurani-Kərimdə bir sualın 
cavabının başqa bir mətləblə verilməsi az müşahidə 
olunmur. Bu özü də Quranın bir çox məsələlərə 
diqqət yetirməsindən irəli gəlir. Belə ki, bəzən, verilən 
sualların cavablarından kənar çıxaraq qarşı  tərəfin 
mövqeyini nəzərə alır, onun zəruri ehtiyaclarını 
xatırladaraq  əsaslı cavablarla yola salır. Məsələn, bir 
zaman günlər keçdikcə ayın  şəklinin dəyişilməsinin 
səbəbi ilə əlaqədar verilən sualın cavabını onun fayda 
və nəticələrilə ifadə edir:
{ﱢﺞَﺤْﻟاَو  ِسﺎﱠﻨﻠِﻟ  ُﺖﻴِﻗاَﻮَﻣ  َﻲِﻫ  ْﻞُﻗ ِﺔﱠﻠِﻫﻷا ِﻦَﻋ َﻚَﻧﻮُﻟَﺄ ْﺴَﻳ}
(Ya Peyğəmbər!) Səndən yeni doğan aylar (hilal) 
barəsində sual edənlərə de ki, bunlar insanların 
1 . “Bəqərə” surəsi, ayə 219.


144                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
həyatında vaxtların və həccin təyini üçün ölçülərdir.”
1
3. İslam Peyğəmbəri (s) buyurur:
  ٌلﺎﻣ  َﺺَﻘَﻧ ﺎﻣ :ﱠﻦِﻬْﻴَﻠَﻋ  ُﺖْﻔَﻠَﺤَﻟ ًﺎﻓّﻼَﺣ  ُﺖْﻨُﻛ ْﻮَﻟ  ِﻩِﺪَﻴِﺑ  ِﴘْﻔَﻧ يﺬّﻟاَو  ٌثﻼَﺛ
  ُﻩَداز  ّﻻِا ِﻪﻠﻟا َﻪْﺟَو ﺎﻬِﺑ ﻲِﻐَﺘْﺒَﻳ ًﺔَﻤَﻠْﻈَﻣ  ٌﻞُﺟَر ﺎﻔَﻋ ﻻ َو ؛اﻮُﻗﱠﺪ َﺼَﺘَﻓ ٍﺔَﻗَﺪ َﺻ ْﻦِﻣ
 َﺢَﺘَﻓ  ّﻻِا ٍﺔَﻟﺄ ْﺴَﻣ  َبﺎﺑ ِﻪ ِﺴْﻔَﻧ ﲆَﻋ  ٌﻞُﺟَر َﺢَﺘَﻓ ﻻ َو ؛ِﺔَﻣﺎﻴِﻘْﻟا َمْﻮَﻳ ًاّﺰِﻋ ﺎﻬِﺑ ُﻪﻠﻟا
ٍﺮْﻘَﻓ  َبﺎﺑ ِﻪْﻴَﻠَﻋ ُﻪﻠﻟا
“Canım  əlində olan Allaha and olsun! Üç şey vardır 
ki, əgər and içməli olsaydım, onlara and içərdim: 1. Sədəqə 
verməklə heç vaxt mal-dövlət azalmaz, belə isə sədəqə verin
2. Allahın razılığını qazanmaq üçün hər hansı zülm və cəfanı 
bağışlayanın Allah-Taala qiyamət günü izzətini artırar; 3. 
Hər kəsə əl açanın da üzünə Allah yoxsulluq qapısını açar!”
2
4. İslam Peyğəmbəri (s) buyurur:
ُﻪﻠﻟا ُﻢُﻛﱡﺰِﻌُﻳ اْﻮَﻓﺎﻌَﺘَﻓ ًاّﺰِﻋ  ّﻻِا َﺪْﺒَﻌْﻟا ُﺪﻳِﺰَﻳ ﻻ َﻮْﻔَﻌْﻟا ﱠنِﺎَﻓ ِﻮْﻔَﻌْﻟﺎِﺑ ْﻢُﻜْﻴَﻠَﻋ
“Əfv və bağışlamağı unutmayın ki, əfv insanı ucaldar. 
Belə isə bir-dirinizi bağışlayın ki, Allah da sizə izzət və ucalıq 
bəxş etsin.”
3
5. İmam Baqir (ə) buyurur:
ِﺔَﺑﻮُﻘُﻌْﻟا  َﲆَﻋ ِﺔَﻣاﺪﱠﻨﻟا َﻦِﻣ ُ َﴪْﻳَا َو  ُﻞ َﻀْﻓَا ِﻮْﻔَﻌْﻟا  َﲆَﻋ ُﺔَﻣاﺪﱠﻨﻟَا
“Əfv və güzəştə (onu yerinə yetirməməzliyə) görə 
peşmançılıq qisas almamazlığa görə peşmançılıqdan daha 
1 . “Bəqərə” surəsi, ayə 189.
2 . “Ehyaül-ülum”, Qəzali, 3-cü cild, səh.182. Bu hədisi sünnilərin altı 
“Səhih” kitablarının müəlliflərindən bəzisi də nəql etmişlər.
3 . “Kafi”, 2-ci cild, səh.108.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   145
üstün, daha asandır.”
1
6. İmam Rza (ə) buyurur:
ًاﻮْﻔَﻋ ماُﻬُﻤَﻈْﻋَا َ ِﴫُﻧ  ّﻻِا ﱡﻂَﻗ ِنﺎﺘَﺌِﻓ  ْﺖَﻘَﺘْﻟا ﺎَﻣ
“Bir-birinə qarşı duran hər hansı iki dəstədən  ən çox 
güzəştə gedənə hökmən (Allah tərəfindən) yardım olunar.”
2
Göründüyü kimi, bu hədislərdə “qələbə”  əfv və 
güzəştin qəti təsirlərindən biri kimi tanıtdırılır. Bu 
ona görədir ki, adətən, qisas və sair əvəzçıxma halları 
instinktiv hisslərdən qaynaqlanır. Məhz onun qatı 
surəti heyvanlarda daha çox görünür. Lakin əfv və 
güzəşt isə  şəxsiyyət nişanəsi, bir növ nəfsə hakimlik 
və ruhi ucalıqdır və bu xassə  qəzəb və qisas kimi 
hisslərin yandırıcı  şöləsini öz şüaları altına ala bilir. 
Demək,  əfv və güzəşt artdıqca, insanların da dəyər-
qiyməti yüksəlir, başı ucalır. Birdə ki, hər zaman 
əvəz çıxmaqla camaat arasında hörmət qazanmaq
ürəklərdə yer salmaq mümkün deyildir. Halbuki əfv 
və güzəştin xalqın rəğbətini, hiss və duyğularını  cəlb 
etməkdə  dərin təsiri vardır. Bunların isə  qələbə amili 
kimi göstərilməsi təsadüfi deyil.
3. Pisliyi yaxşılıqla ödəmək
İslam mənbələrində – Qurani-Kərimdə 
və 
hədislərdə  əfv və güzəştin  ən yüksək həddi olan 
“pisliyi yaxşılıqla cavablandırmaq” məsələsi diqqəti 
cəlb edir. Şübhəsiz, bu, insanlığın ən uca zirvəsi olub, 
əxlaqi inkişafsız mümkün deyildir. Eləcə  də,  ədavət 
və kin-küdurətlə dolu qəlbləri yumşaltmaqda təsiri 
1 . Yenə orada.
2 . Yenə orada.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə