Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

 
32 
 
Şək.6.6. «D-Jetronic» benzin püskürmə sisteminin sxemi: 
1-soyuducu  mayenin  temperatur  sensoru;  2-işəsalma  injektorunun  temperatur  relesi;  3-injektor; 
4-işəsalma injektoru;  5-yanacaq tənzimləyicisinin tənzimləyicisi;  6-akkumulyator batareyası; 7-
alışdırma sisteminin qırıcı-paylayıcısında yanacaq püskürülməsinin sinxronlaşdırma kontaktları; 
8-yanacaq çəni; 9-elektrik mühərriki ilə birlikdə yanacaq nasosu; 10-yanacaq süzgəci; 11-sorma 
borusundakı təzyiq sensoru; 12-əlavə hava klapanı; 13-drossel qapağının dönmə bucağı sensoru; 
14-elektron idarəetmə bloku; 15-hava temperaturu sensoru. 
 
 
Şək.6.7. «K-Jetronic» benzin püskürmə sistemi: 
1-yanacaq  çəni;  2-elektrik  mühərrikili  benzin  nasosu;  3-yanacaq  akkumulyatoru;  4-yanacaq 
süzgəci;  5-yanıcı  qarışıq  tərkibinin  zənginləşdiricisi;  6-injektor;  7-sorma  borusu;  8-işəsalma 
injektoru;  9-yanacaq  dozatoru;  10-hava  sərfölçəni;  11-tezlik  tənzimləyicisi;  12-  lambda-zond; 
13-termorele;  14-alışdırma  sisteminin  paylayıcısı;  15-əlavə  hava  vermə  qurğusu;  16-drossel 
qapağı  vəziyyətinin  sensoru;  17-elektron  idarəetmə  bloku  (lambda  tənzimləməli  variant  üçün); 
18-alışdırma açarı; 19-akkumulyator batareyası.  


 
33 
L-Jetronic  sisteminin  LE-Jetronic  adlanan  modifikasiyası  da  istifadə  edilir.  Buradakı  «E» 
hərfi xaric qazların zəhərliliyinə qoyulan Avropa normalarına cavab verməsini işarə edir («E»-
Evrope).  LE-Jetronic  sistemi  əvvəlki  sistemlərdən  elektrik  dövrəsində  bəzi  dəyişikliklərin 
edilməsi  və  injektorların  elektromaqnit  dolaqlarının  elektrik  müqavimətinin  2.5  Om-dan  16.2 
Om-a qədər artırılması ilə fərqlənir. 
Şək.6.10-da  «LH-Jetronic»  benzin  püskürmə  sisteminin    sxemi  verilmişdir.  Sistemin 
adındakı  «LH»  hərfləri  alman  dilində  Luftmasse-Hitzdraht  (hava  kütləsi-termoanemometr) 
sözlərindən  götürülmüşdür.  «LH-Jetronic»  sisteminin  «LE-Jetronic»  sistemindən  əsas  fərqi  də 
havanın saniyəlik kütlə sərfinin daha dəqiq termoanemometrik üsulla ölçülməsidir. 
 
 
 
Şək.6.8. «KE-Jetronic» benzin püskürmə sisteminin sxemi: 
1-yanacaq  çəni;  2-elektrik  mühərrikli  benzin  nasosu;  3-yanacaq  akkumulyatoru;  4-yanacaq 
süzgəci; 5-nasosun çıxışındakı yanacaq təzyiqinin tənzimləyicisi; 6-injektor; 7-sorma borusu; 8-
işəsalma  injektoru;  9-yanacaq  dozatoru;  10-hava  sərfölçəni;  11-elektrohidravlik  tezlik 
tənzimləyicisi;  12-lambda-zond;  13-termorele;  14-mühərrikin  temperatur  sensoru;  15-alışdırma 
sisteminin paylayıcısı; 16-əlavə hava vermə qurğusu; 17-drossel qapağı vəziyyətinin sensoru; 18-
elektron idarəetmə bloku; 19-alışdırma açarı; 20-akkumulyator batareyası; 21-rele. 


 
34 
 
    
Şək.6.9. L-Jetronic benzin püskürmə sisteminin sxemi: 
1-yanacaq  çəni;  2-elektrik  mühərrikli  benzin  nasosu;  3-yanacaq  süzgəci;  4-elektron  idarəetmə 
bloku; 5-injektor; 6-təzyiq tənzimləyicisi; 7-sorma borusu; 8-işəsalma injektoru; 9-drossel qapağı 
vəziyyətinin  sensoru;  10-hava  sərfölçəni;  11-lambda-zond;  12-termorele;  13-mühərrikin 
temperatur  sensoru;  14-alışdırma  sisteminin  paylayıcısı;  15-əlavə  hava  vermə  qurğusu;  16- 
akkumulyator batareyası; 17-alışdırma açarı; 18-rele; 19-dövrlər sayını ölçən sensor. 
 
 
Şək.6.10. LH-Jetronic benzin püskürmə sistemi: 
1-yanacaq  çəni;  2-elektrik  mühərrikli  benzin  nasosu;  3-yanacaq  süzgəci;  4-elektron  idarəetmə 
bloku;  5-injektor;  6-paylayıcı  kamer;  7-təzyiq  tənzimləyicisi;  8-sorma  borusu;  9-drossel  qapağı 
vəziyyətinin  sensoru;  10-termoanemometrik  hava  sərfölçəni;  11-lambda-zond;  12-mühərrikin 
temperatur  sensoru;  13-alışdırma  sisteminin  paylayıcısı;  14-əlavə  hava  vermə  qurğusu;  15- 
akkumulyator batareyası; 16-alışdırma açarı. 


 
35 
Sorma borusuna benzin püskürməli mühərriklərdə yanacaqla qidalanma sisteminin müxtəlif 
sxemləri tətbiq edilə bilər: sirkulyasiyalı, sirkulyasiyasız və məhsuldarlığı tənzimlənən sxem. 
Yanacağın  sirkulyasiyası  sistemdə  yüksək  temperatur  şəraitində  benzinin  buxarlanaraq, 
buxar  tıxacları  əmələ  gəlməsinin  qarşısını  alır  (şək.6.11,a).  Nəticədə,  çəndə  yanacağın 
temperaturu tədricən yüksəlir və çəndəki maye benzinin səthindən buxarlanmanın miqdarı artır. 
Buna  görə  də  belə  sistemlərdə  yanacaq  buxarlarının  atmosferə  çıxaraq,  ətraf  mühiti 
zəhərləməsinin qarşısını almaq üçün çənin kömür adsorberli ventilyasiya sistemi tətbiq edilir.  
Sirkulyasiyasız  sistemdə  yanacağın  artıq  hissəsi  yanacaq  magistralına  verilmədən,  dərhal 
geriyə — çənə qaytarılır (şək.6.11, b). Bunun nəticəsində, çəndə yanacağın temperaturu 10°C-yə 
qədər azalır. Bu da maye benzinin səthindən buxarlanmanı azaldır. Bu halda benzin buxarlarının 
absorberlə təmizlənməsi tətbiq edilməyə də bilər. 
Məhsuldarlığı  tənzimlənən  qidalanma  sistemində  benzin  çəninin  daxilində  yanacaq 
nasosunun da daxil olduğu yanacaq vuran modulda yerləşən tənzimləyici klapanın elektron blok 
vasitəsi ilə dəqiq idarə olunması modulun məhsuldarlığını elə tənzimləyir ki, onun məhsuldarlığı 
mühərrikin yanacaq sərfinə uyğunlaşır. Bu zaman modulun çıxışında təzyiq sabit qalır. Bu proses 
çəndə yanacağın temperaturunu daha da aşağı salmağa imkan verir (şək.6.12).  
    
 
Şək.6.11. Sorma borusuna benzin püskürməli mühərriklərin qidalanma sistemlərinin 
sxemləri: 
a-sirkulyasiyalı sxem; b-sirkulyasiyasız sxem; 1-yanacaq çəni; 2-elektrik mühərriki ilə 
birlikdə yanacaq nasosu; 3-yanacaq süzgəci; 4-vurma borusu; 5-təzyiq tənzimləyicisi; 
6-injektorlar; 7, 9-yanacaq magistralı; 8-sirkulyasiya borusu.  
 
 
 
Şək.6.12.  Məhsuldarlığı  tənzimlənən 
qidalanma sisteminin sxemi: 
1-elektrik 
mühərriki 
ilə 
birlikdə 
yanacaq  nasosu;  2-təzyiq  sensoru  və 
yüksüzləşdirici 
klapan; 
3-tənzimləyici 
modul; 4-injektorlar; 5-yanacaq magistralı. 
 
 
 
    
 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə