“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   26   27   28   29   30   31   32   33   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

69



 

Likvidlik riski 

 

Likvidlik riski Qrupun maliyyə öhdəliklərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində 

Qrupun çətinliklərlə üzləşəcəyi riskdir. Buraya depozitlərin geri götürülməsi tələblərinə cavab 

vermək və faktiki olaraq ödəmə vaxtı çatmış maliyyə alətləri üzrə digər maliyyə öhdəliklərini yerinə 

yetirmək üçün kifayət qədər vəsaitlərin mövcud olması aiddir. Likvidlik riski aktivlər üzrə 

əməliyyatların yerinə yetirilmə müddətinin öhdəliklər üzrə  əməliyyatların ödəmə müddətləri ilə 

uzlaşmadığı hallarda ortaya çıxır. Qrupun rəhbərliyinin fikrincə, aktiv və öhdəliklərin ödəmə 

müddətlərinin və faiz dərəcələrinin uyğunluğu və ya nəzarət olunan uyğunsuzluğu maliyyə 

təşkilatlarının idarə olunması üçün əsas amillərdir. 

 

Likvidlik risklərinin idarə edilməsi məqsədilə, Qrup aktiv və öhdəliklərin idarə edilməsi prosesinin 



bir hissəsi kimi müştərilərin və bankların  əməliyyatları üzrə gözlənilən gələcək pul vəsaitlərinin 

hərəkətinə hər gün nəzarət edir. Depozitlərin geri götürülməsi tələblərinə cavab vermək və həmçinin 

normal və gərgin vəziyyətdə depozitlərin ödənilməsini təmin etmək üçün İdarə Heyəti və Müşahidə 

Şurası banklararası  və digər borc vəsaitlərinin minimum səviyyəsi üzrə  və ödəmə müddəti başa 

çatan vəsaitlərin minimum səviyyəsi üzrə limitlər müəyyən edir. Onlar həmçinin öhdəlik bazasının 

diversifikasiya riski üzrə parametrlər müəyyən edirlər. 

 

Azərbaycan Respublikası Milli Bankı minimum likvidlik səviyyəsini müəyyən etmişdir. Bundan 



əlavə, beynəlxalq maliyyə  təşkilatları ilə Qrup arasında bağlanmış kredit sazişlərində minimum 

likvidlik tələbləri nəzərdə tutulur. 31 dekabr 2007-ci il tarixinə  qədər Qrup bu tələblərə riayət 

etmişdir. 

 

Qrupun likvidlik siyasəti aşağıdakılardan ibarətdir: 



 

•  Pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması  və müxtəlif vaxt çərçivələrində likvidliyin təmin 

edilməsi üçün lazımi likvid aktivlərin səviyyəsinin saxlanması; 

•  Qrupun strateji məqsədlərinə uyğun maliyyə planının hazırlanması; 

•  Müxtəlif maliyyələşdirmə  mənbələrinin saxlanması  və beləliklə, Qrupun ölkədaxili və xarici 

mənbələrdən borc almaq imkanlarının artırılması; 

•  Yüksək likvidlikli və yüksək keyfiyyətli aktivlərin saxlanması; 

•  Məhsul bazasının vaxt çərçivələrində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması; 

•  Yerli qanunvericilik tələblərinə uyğun olaraq likvidlik əmsallarına gündəlik monitorinq; və 

•  Aktiv və öhdəliklər strukturunun vaxt çərçivələrinədək daimi monitorinqi. 

 

Qrupun Xəzinədarlıq Departamentinin funksiyaları aşağıdakılardır: 



 

•  Azərbaycan Milli Bankının likvidlik tələbləri və həmçinin xarici maliyyələşdirmə mənbələri ilə 

sazişlərdəki likvidlik ilə bağlı xüsusi şərtlərə uyğunluq; 

•  Rəhbərliyə gündəlik hesabatlar, o cümlədən  əsas valyutalarda (AZN, ABŞ dolları, Avro) pul 

vəsaitlərinin hərəkəti ilə bağlı proqnozların səviyyəsi, pul vəsaitlərinin mövqeləri, balansdakı 

dəyişikliklər haqqında rəhbərliyə hesabatların hazırlanması; 

•  Likvid aktivlərin səviyyəsinə daimi nəzarət/monitorinq; 

•  Depozit və digər öhdəliklərin konsentrasiyaları üzrə monitorinq; və 

•  Gərgin vəziyyətlərdə likvidliyin təmin edilməsi üçün pul vəsaitlərinin ani artımı üzrə planın tərtib 

edilməsi. 

 

APİK Qrupun likvidlik mövqeyinin Xəzinədarlıq Departamenti tərəfindən düzgün şəkildə idarə 



edilməsini təmin edir. Bu fəaliyyət üzrə  nəzarətə görə Risklərin  İdarə Edilməsi Departamenti 

məsuliyyət daşıyır. Likvidlik mövqeləri və onların idarə edilməsi ilə bağlı  qərarlar  İdarə Heyəti 

tərəfindən qəbul olunur. Maliyyələşdirmə Planları Müşahidə Şurası tərəfindən təsdiq edilir. 



“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

70



 

31 dekabr 2007-ci il tarixinə, maliyyə öhdəliklərinin diskont edilməmiş ödəmə müddətlərinə görə 

təhlili aşağıda göstərilir: 

 

Azərbaycan Manatı ilə 



Tələb 

edilənədək 

və 1 aydan 

az 

1-3 ay 

3-12 ay 

12 ay- 5 il    5 ildən 

artıq 

Cəmi 

31 dekabr 

2007-ci il 

 

   


Öhdəliklər  

 

Banklara ödəniləcək 

vəsaitlər 

11,243


4,667

202,022


 

-



217,932

Müştəri hesabları 31,024,098

6,929,554

42,811,215

7,181,863 

 -

87,946,730



 

Maliyyə öhdəlikləri 

üzrə gələcək 

potensial cəmi 

ödənişlər 31,035,341

6,934,221

43,013,237

7,181,863 

 

-

88,164,662

 

 



31 dekabr 2006-cı il tarixinə, maliyyə öhdəliklərinin diskont edilməmiş ödəmə müddətlərinə görə 

təhlili aşağıda göstərilir: 

 

Azərbaycan Manatı ilə 

Tələb 

edilənədək 

və 1 aydan 

az 

1-3 ay 

3-12 ay 

12 ay- 5 il    5 ildən 

artıq 

Cəmi 

31 dekabr 

2006-cı il 

 

   


Öhdəliklər  

 

Banklara ödəniləcək 

vəsaitlər 1,355,415

2,111,035

2,680,509

 



-

6,146,959

Müştəri hesabları 14,635,435

3,248,485

21,861,845

2,342,470 

 -

42,088,235



 

Maliyyə öhdəlikləri 

üzrə gələcək 

potensial cəmi 

ödənişlər 15,990,850

5,359,520

24,542,354

2,342,470 

 

-

48,235,194

 

 



Qrup likvidliyin idarə edilməsi üçün yuxarıda göstərilən diskont edilməmiş ödəmə müddətləri üzrə 

təhlildən istifadə etmir. Bunun əvəzində Qrup gözlənilən ödəmə müddətlərinə nəzarət edir. 

 

Aşağıdakı iki cədvəldə Qrupun aktiv və öhdəliklərinin balans dəyəri balans tarixindən müqavilədə 



nəzərdə tutulan ödəmə tarixinədək qalan müddət üzrə qruplaşdırılır.  İstisna hal olaraq dövlət 

qiymətli kağızları  rəhbərliyin hesab etdiyi kimi fəaliyyətin adi gedişində bir həftə  ərzində satıla 

bilməsinə görə “Tələb edilənədək və 1 aydan az” kateqoriyasına daxil edilir. 

 

Rəhbərlik hesab edir ki, müştəri hesablarının böyük hissəsinin “tələb edilənədək” statusuna malik 



olmasına baxmayaraq, həmin vəsaitlərin  əmanətçilərin sayına və növünə görə diversifikasiyası, 

eləcə də Qrupun keçmiş təcrübəsi göstərir ki, bu cür vəsaitlər Qrupun fəaliyyəti üçün uzunmüddətli 

və sabit maliyyə  mənbəyi yaradır. Yuxarıdakı  təhlildə müştəri hesabları müqavilə müddətinə 

istinadən təsnifatlaşdırılır. Lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada, 

fiziki  şəxslər faizin müəyyən hissəsindən imtina edərək,  əmanətlərini vaxtından  əvvəl götürmək 

hüququna malikdirlər. 




Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə