“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

61



 

Kredit Departamenti monitorinq nəticələri üzrə planın hazırlanması, onun yerinə yetirilməsi və 

monitorinq nəticələrinin qənaətbəxş olmadığı  təqdirdə müvafiq tərəflərin məlumatlandırılması  və 

tədbirlər planı ilə bağlı tövsiyələrin verilməsinə görə  məsuliyyət daşıyır. Kredit Departamenti 

müəyyən edilmiş məbləğdən yuxarı olan bütün əməliyyatların monitorinqini aparır və bu məbləğdən 

aşağı olan əməliyyatları seçmə üsulu ilə yoxlayır. Müəyyən edilmiş  məbləğdən yuxarı olan bütün 

əməliyyatlar üzrə monitorinq ilk olaraq kreditin ödənildiyi aydan əvvəl və ya ən azı bir ay 

müddətində aparılır. Müvafiq olaraq, monitorinq cədvəlinə uyğun olaraq risklərə nəzarət olunur. 

 

Kredit Departamenti qarşı tərəflərin kredit riskləri üzrə bütün məsələlər, o cümlədən bütün limitlərə 



uyğunluq, risklər üzrə konsentrasiyalar, portfel üzrə tendensiyalar, vaxtı keçmiş kreditlər və defolt 

statistikası, kreditlər üzrə ehtiyatlar və girov statistikasına dair məlumatların toplanması və təqdim 

edilməsinə görə cavabdehdir. Müntəzəm aylıq hesabatlardan başqa, həmin departament seçilmiş 

kredit prosedurlarına riayət edilməsinə dair hesabatlar tərtib edir. 

 

Əlaqəli tərəflərə verilmiş kreditlər 

 

Azərbaycan Respublikası Milli Bankı  “əlaqəli tərəflər” kateqoriyası ilə bağlı  dəqiq anlayışlar 

müəyyən etmişdir. Bu kateqoriyaya əsasən Səhmdarlar və ya fiziki şəxslər və yaxud onların yaxın 

ailə üzvlərinin mülkiyyətində olan/nəzarət etdiyi hüquqi şəxslər daxildir. Buraya həmçinin Qrupda 

səlahiyyətli vəzifələrdə çalışan fiziki şəxslər daxildir. Fiziki şəxs olan əlaqəli tərəfə verilən ən böyük 

kreditlər Qrupun konsolidasiya edilmiş kapitalının 3%-dən artıq ola bilməz. Müvafiq hüquqi şəxslər 

üzrə isə bu limit 10% təşkil edir. Əlaqəli tərəflərə verilmiş kreditlər üzrə risklər üçün ümumi limit 

20%-dir. Qiymətləndirmə  və digər  şərtlər tərəflərin müstəqilliyi prinsipi əsasında müəyyən 

edilməlidir. Bəzən Bank əlaqəli tərəflər üçün verilmiş kreditlərə  dair  ARMB  tərəfindən müəyyən 

edilmiş prudensial normativləri poza bilər. 

 

Vaxtı keçmiş, qeyri-işlək kreditlər 

 

Qrup vaxtı keçmiş  və qeyri-işlək kreditləri onların ödəmə müddətinin başa çatdığı ilk gündən 

müəyyən etmək və hesabatlarda əks etdirmək üçün prosedurları tətbiq edir. 60 günədək vaxtı keçmiş 

kreditlər  əvvəlcədən hər hansı problemin müəyyən edilmədiyi təqdirdə, müvafiq biznes vahidləri 

tərəfindən nəzərdən keçirilir. Fiziki şəxslərə verilmiş  və 60 gündən çox vaxtı keçmiş  təminatsız 

kreditlər avtomatik olaraq Problemli Kreditlər  Şöbəsinə ötürülür. Hüquqi şəxslərə verilmiş  və 90 

gündən çox vaxtı keçmiş kreditlərdə eyni departamentə ötürülür. 90 gündən çox vaxtı keçmiş 

kreditlər faizləri hesablanmayan kreditlər statusuna aid edilir. Problemli Kreditlər  Şöbəsi bu 

öhdəlikləri toplaya bilmədikdə hüquqi prosedurlar həyata keçirilir. Kredit geri qaytarıla bilmədikdə, 

müvafiq məbləğlərin silinməsinə dair təkliflər Kredit Komitəsinə  və  İdarə Heyətinə  təqdim edilir. 

Silinmə ilə bağlı son qərarı Müşahidə Şurası qəbul edir. 

 

Bütün vaxtı keçmiş kreditlər haqqında məlumat  ən azı ayda bir dəfə Kredit Komitəsinə  təqdim 



edilir. Hüquqi şəxslərə verilmiş vaxtı keçmiş kreditlər üzrə bütün məsələlər barədə bilavasitə Kredit 

Komitəsinə hesabat verilir. 

 

Kreditlər üzrə ehtiyat – ehtiyat siyasəti 

 

Qrup məruz qaldığı risk dərəcəsinin yarada biləcəyi zərərləri təmin edərək kreditlər üzrə ehtiyat 

yaradır. 

 

BMHS-na uyğun hesabatların hazırlanması məqsədilə, Qrup 39 saylı BMUS-da (Maliyə Alətləri – 



Uçot və Qiymətləndirmə) əks etdirilən metodologiyadan istifadə edir. 


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

62



 

Kredit riskinin maksimum səviyyəsi 

 

Qrupun balans üzrə məruz qaldığı kredit riskinin maksimum səviyyəsi, adətən, balans hesabatında 

maliyyə aktivlərinin qalıq dəyərində əks etdirilir. Potensial kredit riskinin azaldılması üçün aktiv və 

öhdəliklərin əvəzləşdirilməsi imkanı böyük əhəmiyyət kəsb etmir. 

 

Balansdankənar maddələr, xüsusilə akkreditivlər və  zəmanətlər üzrə kredit riskinin maksimum 



səviyyəsi öhdəliyin ümumi məbləğini əks etdirir. Qrupun balansdankənar maddələr üzrə kredit riski 

30 saylı “Təəhhüdlər və Şərti Öhdəliklər” Qeydində açıqlanır. 

 

Balansdankənar maliyyə alətləri üzrə kredit riski həmin maliyyə aləti üzrə  əməliyyatların digər 



iştirakçısı  tərəfindən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində  zərərin 

yaranması ehtimalı kimi müəyyən edilir. Qrup şərti öhdəlikləri və balans üzrə maliyyə alətləri ilə 

əlaqədar  əməliyyatların təsdiqlənməsi prosedurları, riskləri məhdudlaşdıran limitlərdən istifadə  və 

monitorinq prosedurlarına əsaslanan eyni kredit siyasətini tətbiq edir. 



 

Sığorta risklərinin idarə olunması 

 

Sığorta riski 

 

Hər hansı  sığorta müqaviləsi üzrə risk dedikdə, sığorta hadisəsinin baş verməsi və  nəticədə irəli 

sürülə biləcək iddianın hansı məbləğdə olacağının qeyri-müəyyən qalması nəzərdə tutulur. Sığorta 

müqaviləsinin bilavasitə mahiyyəti üzrə, risk müxtəlif vaxtlara təsadüf edə bilər və bu səbəbdən hər 

bir ayrıca sığorta müqaviləsi üçün proqnozlaşdırıla bilməyən bir hadisə olur. 

 

Qiymətləndirmə  və ehtiyatlara münasibətdə ehtimal nəzəriyyəsinin tətbiq olunduğu sığorta 



müqavilələri portfelinə münasibətdə, sığorta müqavilələri üzrə Qrupun üzləşdiyi  əsas risk sığorta 

öhdəliklərinin qalıq məbləğinin faktiki iddialar və ödənişlər məbləğindən aşağı olması ilə 

əlaqədardır. Buna səbəb iddiaların tezliyi və ya yüksək məbləği, habelə ödənişlərin qiymətləndirilən 

məbləğlərdən artıq olması  səbəb ola bilər. Sığorta hadisələri müxtəlif vaxtlarda olmaqla baş verə 

bilər və iddiaların faktiki sayı  və  məbləği ildən ilə statistik metodlar əsasında müəyyən edilmiş 

göstəricilərdən fərqlənə bilər. 

 

Qrup özünün sığorta riskini təsdiq edilmiş daxili prosedurlar vasitəsi ilə idarə edir və  həmin 



prosedurlara sığorta məbləğləri barəsində  qərarların qəbul olunması  hədlərinə  məhdudiyyətlərin 

qoyulması, qiymətləndirmə siyasəti, təsdiq edilmiş  təkrar sığortaçılar siyahısı  və mütəmadi 

monitorinq daxil olur. 

 

Sığorta zərərləri üzrə ehtiyatların təxmin edilməsi  

 

Zərər üzrə ehtiyatlar Qrupa aid tarixi məlumata istinadən hesablanır. Ödənilməmiş iddiaların 



təxmini məbləğini hesablayarkən (bu zaman həm təqdim edilmiş olan həmçinin də  təqdim 

edilməmiş iddialar nəzərə alınır), Qrupun qiymətləndirmə metodları  sırasına zərər üçün nisbətə 

əsaslanan qiymətləndirmələr məcmusu (bu zaman zərər nisbəti dedikdə, sığorta üzrə iddiaların 

yekun qiyməti ilə  həmin iddialar üçün hansısa bir maliyyə ili ərzində qazanılmış  sığorta haqqının 

nisbəti nəzərdə tutulur) və  əvvəlcədən müəyyən edilmiş düstura istinadən faktiki iddialar üzrə 

təcrübəyə  əsaslanan təxminlər istifadə olunur (sonuncuya münasibətdə, vaxt keçdikcə faktiki 

iddialar təcrübəsinə daha böyük qiymət verilir). 

 

İlkin zərər nisbəti proqnozu qiymətləndirmə  işi üzrə  əhəmiyyətli ehtimal təxminlərini təşkil edir, 



əvvəlki ilin təcrübəsinə  əsaslanır və  sığorta haqqlarındakı  dəyişikliklər, proqnozlaşdırılan bazar 

mühiti və iddialar üzrə tarixi inflyasiya kimi amillərə istinadən dəqiqləşdirilir. Cari il üçün istifadə 

olunan ilkin zərər nisbəti proqnozu (təkrar sığortadan qabaq) cari və əvvəlki il ərzində qazanılmış 

mükafata istinadən risklərin növləri üzrə təhlil olunur. 




Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə