“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   26   27   28   29   30   31   32   33   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

73



 

Qrupun Rəhbərliyinin fikrincə aktiv və öhdəliklərin ödəmə müddətlərinin və faiz dərəcələrinin 

uyğunluğu və/və ya nəzarət olunan uyğunsuzluğu Qrupun idarə olunması üçün əsas amillərdir. 

Ümumiyyətlə, banklarda bu göstəricilərə tam uyğunluq təmin edilmir. Belə ki, əməliyyatlar çox 

zaman qeyri-müəyyən müddətə aparılır və fərqli xarakter daşıyır. Bu göstəricilər üzrə uyğunsuzluq 

potensial olaraq gəlirliliyi artıra, lakin eyni zamanda zərərin baş vermə riskini yüksəldə bilər. Aktiv 

və öhdəliklərin ödəmə müddətləri, eləcə  də ödəmə müddətləri tamamlandıqdan sonra faiz 

hesablanan öhdəliklərin münasib dəyərlə  əvəz edilməsi imkanı, Qrupun likvidliyinin və faiz 

dərəcələri və mübadilə  məzənnələrinin dəyişəcəyi halda onun risklərinin qiymətləndirilməsi üçün 

əsas amillər hesab olunur. 

 

Rəhbərlik hesab edir ki, müştəri hesablarının böyük hissəsinin “tələb edilənədək” statusuna malik 



olmasına baxmayaraq, həmin vəsaitlərin  əmanətçilərin sayına və növünə görə diversifikasiyası, 

eləcə də Qrupun keçmiş təcrübəsi göstərir ki, bu cür vəsaitlər Qrupun fəaliyyəti üçün uzunmüddətli 

və sabit maliyyə mənbəyi yaradır. 

 

Zəmanətlər və akkreditivlər üzrə likvidlik tələbləri müvafiq öhdəliklərin məbləğindən çox aşağıdır. 



Belə ki, Qrup adətən müqavilələrə  əsasən vəsaitlərin üçüncü şəxslər tərəfindən tələb edilməsini 

proqnozlaşdırmır. Kreditlərin verilməsi üzrə müqavilələrdə  nəzərdə tutulan öhdəliklərin ümumi 

məbləği gələcəkdə ödənilməsi tələb olunan nağd vəsaitləri mütləq şəkildə əks etdirmir. Belə ki, bu 

cür öhdəliklərin əksər hissəsi onların ödəmə müddətlərinin başa çatmasından əvvəl ləğv oluna bilər. 

 

22 saylı Qeyddə deyildiyi kimi, ödəniş müddətlərinə dair yuxarıdakı  təhlildə, 128,990 min manat 



məbləğində  cəmi borclar müvafiq borc müqavilələri üzrə müəyyən edilmiş  bəzi öhdəliklərin 

pozulması  səbəbindən “tələb edilənə  qədər” qrupuna daxil edilmişdir.  İlin son tarixindən sonra, 

həmin borcların heç biri müvafiq borc müqaviləsində qeyd olunan son tarixə  qədər 

qaytarılmamışdır. 

 

 

37   KAPITALIN İDARƏ EDILMƏSI 



 

Qrupun kapitalının idarə olunmasında məqsəd (i) Azərbaycan Respublikası Milli Bankının 

(“ARMB”) kapitalın məbləği ilə bağlı müəyyən etdiyi tələblərə riayət edilməsini, (ii) Qrupun 

fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin və (iii) Bazel sazişinə uyğun olaraq kapitalın adekvatlığı 

əmsalının 8% həcmində saxlanılması üçün kifayət qədər kapital bazasının saxlanılmasını  təmin 

etməkdir. Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi kapital adekvatlığı  əmsallarına 

riayət edilməsinə Qrup tərkibində olan Maliyyə Direktoru, Audit Komitəsinin Sədri, İdarə Heyətinin 

Sədri və Daxili Audit Departamentinin Direktoru tərəfindən baxılır və  təsdiqlənmiş müvafiq 

hesablamalardan ibarət aylıq hesabatlar vasitəsilə  nəzarət edilir. Kapitalın idarə olunmasının digər 

məqsədləri hər il yenidən nəzərdən keçirilir. 

 

ARMB-nin kapitalın məbləği ilə bağlı mövcud tələblərinə görə banklar: (a) məcmu kapitalın 



minimum məbləğini 10,000 min manat (2006-cı il: 8,200 min manat) həcmində saxlamalı; (b) 

məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (“məcmu kapitalın adekvatlığı 

əmsalı”) minimum 12% (2006-cı il: 12%) və (c) 1-ci dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş 

aktivlərə nisbətini (“1-ci dərəcəli kapitalın adekvatlığı əmsalı”) minimum 6% (2006-cı il: 6%) və ya 

yuxarı saxlanılmasını təmin etməlidir. 

 

Rəhbərlik hesab edir ki, Qrup 31 dekabr 2007-ci və 31 dekabr 2006-cı il tarixlərində müəyyən 



vaxtlar istisna olmaqla, yerli qanunvericiliyə uyğun hesablanmış kapitalın adekvatlığı  əmsallarına 

riayət etmişdir. 




“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

74



 

Qrup eyni zamanda kredit müqavilələrində  nəzərdə tutulan kapitalın minimum məbləği ilə bağlı 

tələblərə, o cümlədən Kapitalın Qiymətləndirilməsi və Kapital Standartları haqqında Beynəlxalq 

Konvergensiya (aprel 1998-ci il tarixində yenidən işlənmişdir) və “Bazel I” adlanan bazar risklərini 

əks etdirən Kapital haqqında Bazel Sazişinə  Əlavədə (noyabr 2005-ci ildə yenidən işlənmişdir) 

müəyyən edilən Bazel sazişinin tələbləri  əsasında hesablanmış kapitalın adekvatlığı  səviyyəsinə 

riayət etməlidirlər. Qrupun Bazel Sazişi  əsasında hesablanmış kapital strukturu, Qrupun 

konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən, aşağıdakı cədvəldə təqdim edilir: 

 

Azərbaycan Manatı ilə 

31 dekabr 

2007-ci il 

 31 

dekabr 

2006-cı il 

 

 



 

 

1-ci dərəcəli kapital 

 

 

 



Nizamnamə kapitalı 47,930,236 

 

37,595,340 



Bölüşdürülməmiş mənfəət (3,357,545) 

 

(10,495,067)



Azlığın payı 2,953,405 

 

2,363,480 



Çıxılsın: əsas vəsaitlər və qeyri-maddi aktivlər (25,693,758) 

 

(24,643,209)



 

 

 



Cəmi müvafiq 1-ci dərəcəli kapital 

21,832,338 

 

4,820,544 

 

 



 

 

2-ci dərəcəli kapital 

 

 

 



Cari ilin mənfəəti 8,379,828 

 

(4,721,036)



Uzun müddətli borclar 

15,153,346 

 

10,501,262 



 

 

 



 

Cəmi müvafiq 2-ci dərəcəli kapital, 1-ci dərəcəli kapitalın 100% 

artıq olmamaqla 

45,365,512   10,600,770 

 

 



 

 

Çıxılsın: səhm alətlərinə investisiyalar 



(14,414,824) 

 

(460,000)



 

 

 

 

Cəmi məcmu kapital 

30,920,688 

 

10,140,770 

 

 



 

 

Risk dərəcəsi üzrə ölçülmüş aktivlər: 

 

 

 

Balans üzrə 153,183,598 

 

90,755,704 



Balansdan kənar - 

 



 

 

 



 

Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin cəmi 153,183,598 

 

90,755,704 

 

 



 

 

Bazel əmsalı 

20%  

11% 

 

 



Bankın kapital mövqeyinin idarə olunmasının tərkib hissəsi kimi, Maliyyə Direktoru qanunvericilik 

ilə müəyyən edilmiş kapital tələblərinə riayət edilməsinin mütəmadi monitorinqini aparır və 

monitorinq hesabatları Audit Komitəsinin Rəhbəri,  İdarə Heyətinin Sədri və Daxili Audit 

Departamentinin Rəhbəri tərəfindən yoxlanılır və  təsdiq edilir. 2007-ci il ərzində Qrup 

qanunvericilik ilə müəyyən edilmiş bütün kapital tələblərinə riayət etmişdir. 

 

 

38 TƏƏHHÜDLƏR VƏ ŞƏRTI ÖHDƏLIKLƏR 

 

Məhkəmə prosedurları 

 

Vaxtaşırı olaraq və adi fəaliyyət gedişində Qrupa qarşı irəli sürülə biləcək iddialarla əlaqədar, 

Qrupun Rəhbərliyi öz təxminlərinə, daxili peşəkarların məsləhətlərinə  əsasən hesab edir ki, bu 

iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırkı konsolidasiya 

edilmiş maliyyə hesabatlarında zərərlərin ödənilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır. 

  



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə