“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   26   27   28   29   30   31   32   33   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

75



 

Vergi qanunvericiliyi 

 

Qrupa aid olan vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən 

dəyişikliklərə  məruz qalır. Qrupun əməliyyatlarına, o cümlədən səhmlərin dəyər artımının 

yaranmasına səbəb olan səhmlərin emissiyasına və fəaliyyətinə tətbiq edilən bu cür qanunvericiliyə 

dair Rəhbərliyin şərhlərinə müvafiq vergi orqanları tərəfindən etiraz edilə bilər. 

 

Vergi orqanları qanunvericiliyi və mühakimələri şərh edərkən daha inandırıcı mövqe nümayiş etdirə 



bilər və keçmişdə  nəzərdən keçirilməyən  əməliyyat və  fəaliyyətlərə yenidən baxa bilər. Bunun 

nəticəsində Qrupa qarşı böyük məbləğdə əlavə vergilər, cərimələr və faizlər hesablana bilər. Vergi 

orqanları tərəfindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. 

Qanunvericiliklə müəyyən olunmuş xüsusi hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər. 

 

Rəhbərlik hesab edir ki, onun tərəfindən müvafiq qanunvericiliyin şərhi düzgündür və vergi, xarici 



valyuta və gömrüklə bağlı Qrupun mövqeləri qorunacaqdır. Müvafiq olaraq, 31 dekabr 2007-ci il 

tarixinə potensial vergi öhdəlikləri üzrə  hər hansı ehtiyat yaradılmamışdır (2006-cı il: ehtiyat 

yaradılmamışdır). 

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 18-ci maddəsinə müvafiq qaydada, 1 yanvar 2002-ci il 



tarixindən etibarən vergi orqanları  əlaqəli tərəflər arasında  əqdlərdə, habelə qiymətləri bazar 

qiymətlərindən 30% artıq fərqlənən hər hansı əqdlər üzrə, bazar qiymətlərinə istinadən dəyişikliklər 

edə bilər və  əlavə vergi hesablaya bilərlər. Rəhbərlik hesab edir ki, 31 dekabr 2007-ci və  

31 dekabr 2006-cı il tarixlərinə, vergi orqanları  tərəfindən Qrupa münasibətdə  hər hansı bazar 

qiymətlərinə istinadən dəyişikliklərin aparılması riski yoxdur. 

 

 




“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

76



 

Kreditlərlə bağlı öhdəliklər 

 

Bu maliyyə alətlərinin  əsas məqsədi lazım olduqda müştərilərə maliyyə  vəsaitlərinin təqdim 

edilməsini təmin etməkdir. Müştərinin üçüncü tərəflər qarşısında öz öhdəliklərini yerinə yetirə 

bilməyəcəyi halda, Qrupun ödənişlər aparması ilə bağlı mütləq öhdəlikləri əks etdirən zəmanətlər və 

zəmanət akkreditivləri kreditlərlə eyni kredit riski daşıyır. Müəyyən şərtlər çərçivəsində müştərilər 

adından nəzərdə tutulan məbləğlərdə ödənişlərin həyata keçirilməsi üzrə Qrupun yazılı öhdəliklərini 

əks etdirən sənədli və kommersiya akkreditivlərinə müvafiq mal təchizatı və ya nağd pul depozitləri 

formasında təminat alınır. Həmin sənədli və kommersiya akkreditivləri birbaşa kreditləşdirmə ilə 

müqayisədə az risk daşıyır. 

 

Kreditlərin təqdim edilməsi üzrə öhdəliklərə kreditlər, zəmanətlər və ya akkreditivlər formasında 



kreditlərin verilməsi üçün rəhbərlik tərəfindən təsdiqlənməmiş  məbləğlərin istifadə edilməyən 

hissəsi daxildir. Kreditlərin verilməsi üzrə öhdəliklər ilə  əlaqədar Qrup potensial olaraq istifadə 

edilməmiş öhdəliklərin ümumi məbləğinə bərabər məbləğdə zərərin yaranması riskinə məruz qalır. 

Lakin kreditlərin verilməsi üzrə öhdəliklərin böyük hissəsi müştərilərin ödəmə qabiliyyəti ilə bağlı 

müəyyən tələblərə əməl etməsindən asılı olduğuna görə, ehtimal edilən zərərlərin məbləği istifadə 

edilməmiş öhdəliklərin ümumi məbləğindən azdır. Adətən uzunmüddətli öhdəliklər qısamüddətli 

öhdəliklər ilə müqayisədə daha yüksək kredit riskinə malik olduğu üçün, Qrup kreditlərlə bağlı 

öhdəliklərin ödəmə müddətinə  qədər qalan müddətə  nəzarət edir. Kreditlərlə bağlı öhdəliklər 

aşağıda göstərilir: 

 

 



Nominal 

məbləğ 

Risk üzrə 

məbləğ 

 Nominal 

məbləğ 

Risk üzrə 

məbləğ 

Şərti 

öhdəlik

lər və kredit öhdəlikləri 

 

   



   

   


Təqdim edilmiş zəmanətlər və bu kimi 

öhdəliklər  

3,763,843

3,763,843  3,119,705  3,119,705

Kreditlər və istifadə edilməmiş kredit 

xəttləri üzrə öhdəliklər  

6,261,026

-  


1,396,665 

-

Akkreditivlər və digər əqdlər ilə bağlı olan 



şərti öhdəliklər  

309,325


-  

509,886 


-

Cəmi şərti 

öhdəlik

lər və kredit 

öhdəlikləri  

10,334,194

3,763,843  

5,026,256 

3,119,705

 

 



31 dekabr 2007-ci il və 2006-cı il tarixlərinə, kreditlər və  təqdim edilməmiş qalan borclar üzrə 

öhdəliklər sırasına müvafiq olaraq 6,261,026 və 1,396,665 manat daxil edilmişdir ki, bu məbləğlər 

əvvəlki istifadə olunmamış hədlər çərçivəsində kredit xətlərinin istifadə olunmamış qalan hissəsinə 

istinadən borc vəsaitlərinin təqdim edilməsi üçün Qrupun öhdəliyini əks etdirir. Borc alanın maliyyə 

durumu, öhdəliklərini yerinə yetirməsi və digər kredit riski cəhətlərinə istinadən Qrup 

maliyyələşdirmənin artırılması barəsində qərar verə bilər. 

 

 

 



39.  MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ 

 

Ədalətli dəyər, məcburi satış və ya ləğv etmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari 



əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və ən yaxşı olaraq aktiv 

bazar qiyməti ilə təsdiqlənir. 

 

Maliyyə alətlərinin təxmin edilən  ədalətli dəyəri Qrup tərəfindən mövcud bazar məlumatlarından 



(əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən 

edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh 

edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Azərbaycan Respublikasında inkişaf etməkdə 

olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır, lakin iqtisadi şərtlər maliyyə 

bazarlarında aktivliyin həcmini məhdudlaşdırmaqda davam edir. Bazar qiymətləri köhnəlmiş ola 

bilər və ya aşağı qiymətlərlə satışın dəyərini  əks etdirə bilər və bu səbəbdən maliyyə alətlərinin 

ədalətli dəyərini  əks etdirməyə bilər. Maliyyə alətlərinin  ədalətli dəyərini müəyyən edərkən 

Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir. 




Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə