Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə41/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
 
132 
    On birinci gün Stellanın ürəyi getdi. Sonra Sid başqa bir tərəf 
müqabili  ilə  rəqsi  davam  etdirirdi.  Ancaq  sonra  Sidin  xəyalına 
bir fikir gəldi. Stella ona həmişə deyirdi ki, o, kiçik suya hündür 
yerdən tullana bilir. Bu əsl möcüzə idi.  
     Bir dəfə Sid yolda benzinin alovlandığını gördü. Bu zaman o, 
əvvəlki fikrini tamamladı. Alovlu suya tullanmaq - bu adamların 
xoşuna gələcək yeganə möcüzədir. 
      O  bu  barədə  Stellaya  danışdı  və  Stella  da  bu  fikri  bəyəndi. 
Kotman  dostuna  ləvazimat  almaq  üçün  pul  lazım  olduğunu 
yazdı. 
      Sidin dostu Parisdə sirkdə    bir nömrə göstərmək üçün sirkin 
müdiri  ilə  onlar  arasında  bir  müqavilə  bağlayır.  Bu  nömrə  çox 
böyük  uğur  qazanır.  Sonra  onlar  dəniz  kənarındakı  bir  barla 
müqavilə  bağladılar.  Onlar  burada  yaxşı  pul  qazanırdılar. 
Əlbəttə, qara gün üçün. 
     Belə  bir  vaxtda,  şöhrətin  yüksək  zirvəsində  olarkən  Stella 
bunu birdən dayandırmaq istəyirdi. Kotman ona daha heç bir söz 
demək  istəmirdi,  çünki  onu  çox  sevirdi.  O,  Stellanı  heç  vaxt 
qəmgin görmək istəmirdi. 
  Əzizim,  bilirsən bu nə deməkdir. Bir az yığdığımız o pulu da 
xərcləsək, acından ölə bilərik. Özün bilirsən  ki, burada başqa iş 
tapmaq  mümkün deyil.   
      Stella gözlərinin yaşını sildi və Sidə baxdı. 
   Bu nədir, əzizim? 
      O, ayağa qalxdı və paltar şkafına tərəf getdi. 
-      İndi  mənim  üçün  hazırlaşmaq  vaxtıdır.  Bəli,  tamaşaçılarımı 
intizarda qoymamalıyam! 
      Stella bu sözləri çox astadan dedi. 
                                                                           
                                                                                 1982 - ci il. 
                                               
 
 
 


 
 
 
133 
 
 
                                             Cessi Stuart                                                                                                                  
                                                                                                      ----------------------------------
                                                                                               
                                                          
/ABŞ/ 
                                       
                    Məhəbbət 
 
    
Dünən  bərk    isti    olduğundan  taxıl    zəmisi    solmuş,  demək 
olar ki,   başdan-başa  yamyaşıl görünən sahə, ölgünləşmişdi.  Bu  
vaxt mən  atamla çəpərə alınmamış  zəminin kənarı ilə gedirdim. 
İnəklər  hər  dəfə  qayadakı  şabalıd  ağaclarının  arası  ilə    gəlib, 
yollarını  təzəcə  cücərmiş  taxıl  zəmisindən  salırdılar.  Onlar 
tıcğarmış  zəmini  yeyir,  köklərini  isə  kobud  ayaqları  altında 
tapdalayırdılar. 
    Atam  taxıl  zəmisinin  cərgələri  arasıyla  addımlayırdı.  Bob, 
bizim  Koli,  atamın  qabağıyca  gedirdi.  Biz  qayadakı,  başları 
qurumuş ağacların arasında bir yer dələsinin səsini eşitdik. 
-  Bob,  tut  onu,-  deyə  atam  itə  əmr  etdi.  Atam  əyilib  yerdən 
kökünü  yer  dələsinin  yediyi  taxılın  saplağı  qurumuş    zoğunu 
qaldırdı. Dələlər torpaq  nəm olanda , zəmi təzəcə cücərəndə yeri 
eşib,  özlərinə  lazım    olan  buğdanın  şirin,  yumşaq  köklərini 
yeyirdilər.  Bu əsasən yazda, buğda bir qədər böyüyəndə olurdu. 
Yer  dələləri  bunu  çox    xoşlayırdılar.  Onlar  cərgələri  qazır  və 
özlərinə  lazım  olan  yemi  tapırdılar.    Biz  məhv  edilmiş  taxılın 
yerinə yenidən buğda dənələri əkməli olurduq. 
    Mən  görürdüm  ki,  atam  Bobun  arxasınca    düşüb  yer  dələsini 
axtarır.  O,  zəmi  cərgələrinin  üzərindən  tullanaraq,  qaçmağa 
başladı. Deyəsən, atam yer dələsini görmüşdü. Mən də açıqlıqda 
hürən,  gah  irəli,  gah  da  geri  sıçrayan  Boba  tərəf  qaçmağa 
başladım.  Mən  qaçdıqca  ayağımın  altından  qopan  xırda  toz 


 
 
 
134 
zərrəcikləri xəfif küləyin təsiriylə burularaq, arxamca toz buludu 
yaradırdı.  
-  Böyük, qara, erkək bir ilandır,- deyə atam məni xəbərdar etdi.- 
Bob, öldür onu, öldür! 
   Bob  ilanın  üstünə  tullanır,  onu  dişləyir,  sonra  yenidən  yerə 
atırdı və növbəti həmləyə hazırlaşırdı. Bob bu yaz iyirmi səkkiz 
zəhərli  ilan  öldürmüşdü,  buna  görə  də  o,  ilanı  necə  öldürməyi 
bilirdi.  Bob  ilanı  buraxmaq  istəmirdi.  O,    vaxtı  uzadır,  amma 
işini çox məharətlə yerinə yetirirdi. 
- Gəli, ilanı öldürməyək,- dedim. – Qara ilan zəhərsiz ilandır. Bu  
ilanlar sahədən pişiyin tutduğu siçanlardan daha çox siçan tutur. 
Zəhərli ilanları öldürürlər. 
   Mən  görürdüm  ki,  ilan  itlə  vuruşmaq  istəmir.  O,  itin 
pəncəsindən  qurtulmaq istəyirdi. Bob isə buna imkan vermirdi. 
Mən ilanın nə üçün yaxındakı təpəyə tərəf süründüyünə təəccüb 
etdim. Nəyə görə bu ilanın şabalıd ağaclarından və oradakı qalın 
kolluqlardan  çıxıb  buraya  gəlməsini  aydınlaşdırmağa  çalışdım. 
Əlbəttə,  bu  çox  təəccüblü  idi.  İlan    Bobun  növbəti  hücumuna 
cavab olaraq başını qaldırdı. Mən bu vaxt ona diqqətlə baxdım. 
-    Bu,  erkək  ilan  deyil,  dişi  ilandır.  Bir  onun  boğazındakı  ağ 
zolağa baxın, - deyə mən əlimlə ilanın boğazına işarə etdim. 
-    İlan  mənim  düşmənimdir,  -  deyə  atam  dişini  qıcıdı.  –  Mən 
ilana  nifrət  edirəm.  Bob,  öldür  onu!  Götür,  bu  ilanı,  istədiyin 
kimi əylən! 
   Bob  atamın  əmrinə  itaət  etdi.  Mən  istəmirdim  ki,  it  ilanın  bu 
yaraşıqlı  boğazından  tutsun.  Onun  boğazı  günəş  şüası  altında 
gözəl  görünürdü.  Bob  onun  ağ  zolaqlı  boynundan  tutdu. 
Qəlbimdə Boba nifrət etdim.  
   Bob  ilanı  dişləri  arasında  sıxaraq,  onu  öküz  qamçısı  kimi 
havada  yellədi.  Bu  zaman  ilanın  burulmuş  boğazından  qan 
axmağa  başladı.  Nəsə  yumru,  şar  kim  bir  şey  ayaqlarıma 
toxundu. Bob ilanı ağzından yerə atdı. Mən ayaqlarıma toxunan 
şeyə  baxmaq  istədim.  Bu  ilanın  yumurtaları  idi.  Bob    bu 
yumurtaları ilanın bədənindən salmışdı. O, yumurtaları təpədəki 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə