Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə35/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

 
 
 
110 
istirahət  edirdi.  Rivera  hakimdən  onu  aralamağı  tələb  etdi.  Geri 
çəkilən  kimi  Denni    yıxıldı.  Ayağa  qalxanda  Rivera  onun  sağ 
çənəsindən  və  boynunun  aşağı  tərəfindən  bir-birinin  ardınca  üç 
güclü  zərbə  vurdu.  Hakim  bu  zərbələri  saymaya  bilməzdi.  Bu 
açıq-aydın ədalətsizlik olardı. 
-   Say! – deyə Rivera hakimin üstünə dəlicəsinə qışqırdı. 
    Hakim  sayıb  qurtarandan  sonra  Denninin  sekundantı  onu 
yerdən götürüb öz  küncünə apardı. 
-   Kim qalib gəlir? – deyə Rivera tələb etdi. 
    Hakim  könülsüz  halda  onun  əlindən  əlcəyi  çıxartdı  və  əlini 
göyə qaldırdı. 
   Riveranı  heç  kəs  təbrik  etmədi.  O,  heç  nəyə  əhəmiyyət 
vermədən öz küncünə tərəf addımladı. Onun sekundantı isə artıq 
çoxdan  getmişdi.  O,  əyilib  kəndirin  arasından  keçəndə,  ona 
dikilmiş minlərlə qəzəbli baxışlarla rastlaşdı. Onlar bu gəlmələrə 
o  vaxta  kimi  nifrətlə  baxacaqlar  ki,  bütün  on  min  gəlmələri 
süpürüb  atana  kimi.  Riveranın  dizləri  titrəyirdi,  həyəcandan 
hıçqırırdı. 
    Bir  azdan  isə  Riveranın  gözləri  qarşısında  qəzəbli  baxışlar 
əriyib  yox  olmuşdu.  Təngnəfəslikdən  başı  hərlənsə  də,  o,  irəli 
can  atırdı.  Bir  zaman  Rivera  onlara  silah  xatırlatmışdı.  Rivera 
onlar  üçün  qorxunc  bir  silah  idi,  çünki  inqilab  həqiqətə 
çevrilmişdi. 
   İndi  Rivera  hər  yerdə  şölənənən  inqilab  alovlarını  aydın 
görürdü...      
 
                                                                                              1985  -  ci  il.
 
 
 
                                  
 
 
 
 


 
 
 
111 
 
                                           
Ernest  Heminquey 
                                           --------------------------------                                                                                        
                                                      /Amerika/ 
      Ernest  Heminquey  1899-cu  il  iyul  ayının  21-də  Çikaqo  şəhəri 
yaxınlığındakı  Ouk-Park  şəhərciyində  dünyaya  göz  açıb.  Atası 
Klarenz  Edmont  Heminquey  həkim,  anası  Qrey  Holl  isə  evdar 
qadın  olub.  Ailədə  yeddi  uşaqdan  ən  böyüyü  olan  Ernest  uşaqlıq 
vaxtlarında  mütaliəyə  və  balıq  ovuna  xüsusi  maraq  göstərib. 
Təbiətcə  sağlam  olan  Ernest  gənclik  illərində  boks  və  futbol  ilə 
mütəmadi şəkildə məşğul olub. 
    Ədəbiyyata  olan  marağı  isə  çox  erkən,  "Trapeze"  adlı  məktəb 
qəzetində  əsasən  məktəbin  idman  yenilikləri  və  keçirilən  konsert 
proqramlarından  hazırladığı  reportajlarla  debüt  etdikdən  sonra 
yaranır.  Məhz  bu  illərdə  yazıçı  olacağını  qəti  qərarlaşdıran 
Ernestin  "Manitin  məhkəməsi"  adlı  ilk  hekayəsi  1916-cı  ildə 
"Tabula" adlı məktəb jurnalında çap olunur. Daha sonra boksun 
səhnəarxası  və  çirkin  tərəfləri  haqqında  "Məsələ  dərinin 
rəngindədir" adlı ikinci hekayəsi işıq üzü görür. 
     1916-cı  ilin  yayında  valideynlərinin  asılılığından  azad  olmaq 
üçün  dostları  ilə  Şimali  Miçiqana  yollanır.  Bu  səyahət  onda 
sonralar yaradıcılığına da ciddi təsir göstərəcək dərin təəssüratlar 
buraxır. 
     Məktəbi  bitirdikdən  sonra  valideynlərinin  universitetə  qəbul 
olma  tələblərinə  məhəl  qoymayıb  Kanzas-Sitiyə  yollanır.  Burada 
"Star"  qəzetinə  işə  düzəlir.  Məhz  bu  illərdə  Ernest  Heminqueyin 
özünəməxsus  bədii  yaradıcılıq  üslubu  və  həmişə  hadisələrin 
mərkəzində  olma  vərdişləri  formalaşır.  Sonralar  polisdə  müxbir 
işləyən Erenst dəfələrlə cinayətlər, qətllər, yanğınlar və s. bu kimi 
təhlükəli hadisələrlə üzləşməli olur. 


 
 
 
112 
     Ernest  Heminqueyin  “Yaz  selləri”  (1926),  “Günəş  də  qalxır” 
(1926),  “Silahlara  əlvida”  (1929),  “Olmaq,  ya  olmamaq”  (1937), 
“Zənglər  kimin  üçün  çalınır”  (1940),  “Çay  içrə  ağaclara  sarı” 
(1950), “Qoca və dəniz” (1952) və s. kimi əsərləri ona dünya şöhrəti 
qazandırmışdır. 
     Ernest Heminquey 2 iyul 1961- ci ildə vəfat etmişdir. 
     Onun  ölümündən  sonra  “Okeanda  adalar”  (1970),  “Cənnət 
bağları”  (1986),  “İlk  baxışdan  doğru”  (1999),  “Kilimancaro 
ətəklərində” (2005) kimi romanları çap edildi.
             
 
      
                       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
113 
                      Qatillər   
 
 
     Yeməkxananın qapısı açıldı və iki nəfər naməlum adam içəri 
daxil oldu. Onlar piştaxtanın qarşısında əyləşdilər. 
-  Nə içəcəksiniz?- Corc onlardan soruşdu. 
-  Bilmirəm,  -  onlardan  biri  cavab  verdi,-  Albert  yeməyə  nə 
istəyirsən? 
-  Bilmirəm,- Albert dilləndi. - Bilmirəm, heç, nə yeyim. 
    Bayırda hava get-gedə qaralır, pəncərədən düşən küçə işıqları 
otağı  daha  da  işıqlandırırdı.  Onlar  piştaxtanın  qarşısında  oturub 
menyunu oxuyurdular. Piştaxtanın o biri tərəfindən  Nik Adams 
onlara baxırdı. Bu, naməlum adamlar içəri girəndə Adams Corca 
nəsə deyirdi. 
-  Mən  alma  sousu  ilə  qızardılmış  donuz  əti  və    kartof  püresi 
yeyəcəyəm, - deyə birinci adam dilləndi. 
-  O, hələ hazır deyildir. 
-  Bəs nə üçün onu menyuya yazmısınız? 
-  Bu,  axşam  yeməyi  üçündür,  -  Corc  aydınlaşdırdı,-    Siz  bu 
yeməyi saat 6-da yeyə bilərsiniz. İndi isə saat 5- dir. 
-  Sizin saatda altıya iyirmi dəqiqə işləyibdir,- ikinci adam dedi. 
-  Bu saat iyrmi dəqiqə irəlidir,- deyə Corc cavab verdi. 
-  Eee... cəhənnəm olsun sənin saatın da,- deyə birinci adam əsəbi 
halda donquldandı.- Bəs indi yeməyə nəyin var? 
-  Sizə  verməyə  hər  cür  buterbrodumuz  var,-  Corc  dedi,-  Siz 
həmçinin qaxac edilmiş donuş əti, yumurta yeyə bilərsiniz. 
- Mənə göy noxud ilə qızardılmış cücə, kartof püresi və yağ gətir. 
-  Bunlar axşam yeməyidir, - Corc təkrar etdi. 
-  Deməli,  istədiyimiz  bütün  yeməklər  axşam  üçündür?  Siz  belə 
işləyirsiniz? 
-  Mən sizə dedim ki, indi yumurta, qaxac edilmiş donuz əti... 
-  Yaxşı,  mənim  üçün  yumurta  və  donuz  əti  gətir,-  deyə  Albert  
Corcun sözünü kəsdi. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə