Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə40/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
 
129 
       O,  qışqıran  kimi  əlindəki  məşəl  ilə  suyu  odladı.  Dəhşətli 
alov göyə qalxdı. Bu vaxt Stella tullandı. O, göydən sanki parlaq 
bir  ulduz  kimi  alovun  içərisinə  düşdü.  Bir  azdan  Stella  suyun 
üzündə göründü. Alqış səsləri ucaldı. Kotman xalatı dərhal onun 
çiyninə  atdı.  Stella  tamaşaçılar  qarşısında  baş  əydi.  Sonra  o, 
stolların  arasından  keçərək  paltar  geyilən  otağa  getdi.  Yenidən 
musiqi  başladı.  İşıqlar  yandı,  xidmətçilər  stollarda  əyləşənlərə 
müxtəlif cürə yeməklər gətirməyə başladılar. 
-     Əla, - deyə bir İngilis həyəcanını gizlədə bilmədi. 
-    Bu  inanılmazdır,  -  deyə  qoca  hərbçi  heç  bir  şeyə 
inanmayanlara tərəf döndü. 
      Səhnədən  sonra  Stella  öz  əri  ilə  barda  oturmuşdu.  Bu  vaxt 
baş xidmətçi Kotmana yaxınlaşdı: 
   Cənab Kotman, müdir sizi axtarır. O sizi görmək istəyir. 
-     Hardadır? 
-     Buralarda olar. 
-     Əlimdəki pivəni içib gəlirəm. 
       Sonra Kotman Stellaya tərəf döndü. 
-    Stella,  burada  qalmaq  istəyirsən,  yoxsa  otağa  keçmək 
istəyirsən? 
       Stella  cavab  vermədi.  O,  ağlayırdı.  Onun  solğun 
yanaqlarından göz yaşı axırdı. 
-     Sənə nə olub, əzizim? 
-      Sid,  bu  gecə  mən  bunu  təkrar  etməyəcəyəm,  -  deyə  Stella 
hönkürdü. 
-     Axı, niyə? 
-     Qorxuram. 
       Sid Kotman onu ovundurmaq üçün əlini öz əlinə aldı. 
    Bilirəm, sən bu dəfə əvvəlkindən daha  yaxşı tullanacaqsan. 
Sən dünyada ən cəsur qadınsan. Bir az iç, bu səninçün yaxşı olar. 
    Xeyr, bu mənim əhvalımı daha da pisləşdirir. 
-        Sən  öz  tamaşaçılarını  intizarda  qoya  bilməzsən,  bunu  özün 
yaxşı bilirsən. 


 
 
 
130 
-   Sən bunlarımı deyirsən, bu donuz əti yeyənləri. Onlar nə qədər 
istəyir  yeyir,  içir,  daha  başa  düşmürlər  ki,  mən  hər  dəfə  öz 
həyatımı təhlükəyə atıram. 
-  Əlbəttə,  onlar  səni  görmək  üçün  xeyli  pul  xərcləyirlər.  – 
Kotman  yavaşca  dedi.  –  Əgər  bu  gecə  qorxub  bunu  yenidən 
təkrar etməsən, sabah bizim üçün yaxşı olmayacaq. 
-  Xeyr,  bu  olmayacaq.  Əsas  məsələ  budur  ki,  ikinci  dəfə 
tullanmaq  mənimçün  ölüm  deməkdir.  Çox  ləngidin,  əzizim. 
Cənab  Espinelə  de  ki,  bu  axşam  tamaşa  ikinci  dəfə 
göstərilməyəcək,  çünki  nədənsə  bu  gün  əsəbilərimi  cilovlaya 
bilmirəm. 
-  O  bununla  heç  vaxt  razılaşmayacaq,  çünki  adamların 
əksəriyyəti səni görmək üçün şam yeməyinə gəlirlər. 
-    Axı, bacarmaram! 
      Kotman  bir  anlığa  susdu.  Stellanın  sifətində  yenidən  göz 
yaşları göründü. O, başa düşürdü ki, Stella onu necə sevir. 
-    İndi mən getməliyəm, əzizim. Espinel məni görmək istəyir. 
-    Nə barədə? 
-   Bilmirəm. Mən ona deyəcəyəm ki, sən hər gecə yalnız bir dəfə 
bu  səhnəni  göstərə  bilərsən.  Görək,  o  buna  nə  deyəcək.  Məni 
burada gözləyirsən? 
-    Xeyr, öz  otağıma gedirəm. 
     On  dəqiqədən  sonra  Stella  otaqda  tənha  dayanmışdı.  O,  indi 
şən görünürdü. 
-    Əzizim,  sənin  üçün  bir  şad  xəbər  gətirmişəm.  Onlar  gələn 
aydan  bizim  pulumuzu  ikiqat  artıracaqlar,  -  deyə  Kotman 
sevincək halda otağa daxil oldu. 
     O, Stellaya  yaxınlaşıb öpmək istədi, amma Stella onu kənara 
itələdi. 
-    Bu axşam yenə də tullanmalıyam? 
-  Mən də qorxuram, amma sən tullanmalısan. Bunun üçün onlar 
bizə ikiqat pul verəcəklər. 
     Stella yenidən ağlamağa başladı. 
-    Bacarmaram, Sid, bacarmaram! Mən özümü öldürəcəyəm. 


 
 
 
131 
     Bu vaxt Kotmanın da gözləri yaşla doldu. Bu göz yaşları onun 
Stellaya qarşı olan hədsiz məhəbbətinin rəmzi idi. 
-   Əzizim,  bilirsən ki, bu nə deməkdir,  yenə də köhnə həyat!  - 
Kotman Stellaya toxtaqlıq verdi. 
-    Hər şey bundan yaxşıdır. 
      Köhnə həyat! Hər ikisi bunu xatırladı. 
      Sid  on  səkkiz  yaşından  başlayaraq  rəqslə  məşğul  olurdu. 
Onun  xarici  görkəmi  gözəl  göründüyündən,  hətta  orta  və  yaşlı 
qadınlar da pul verib onunla rəqs edirdilər. O öz işindən razı idi. 
O  zaman    bu  pis  həyat  deyildi,  yaxşı  da  gəliri  olurdu. 
Mehmanxanada iki və ya üç adam bir otaqda yaşayırdılar, çünki 
o zamanlar mehmanxanalarda kirayə haqqı çox ucuz idi. 
     Onlar  istədikləri  vaxt  yerdən  dururdular.  Günorta  yeməyini 
kafedə  edirdilər.  Sonra  saat  beşə  kimi  sərbəst  vaxtları  olurdu. 
Axşam onlar restorana gedir, yaxşıca şam edirdilər. Yenidən rəqs 
başlayırdı. 
     Hər gün əlli və ya yüz frank qazanmaq olurdu. O günlərə gün 
çatmazdı,  çünki  onda  hamıda  pul  vardı.  Sonra  iqtisadi  böhran 
başladı.  Hər  şey  dəyişdi.  Mehmanxanalar  boşaldı,  müştərilər 
daha rəqs edənlərə pul vermək istəmədilər. Sidin qazandığı pullar 
günü-gündən azalır və nəhayət tükəndi. Paltarların, ayaqqabıların 
qiymətləri  artdı. 
     Belə  bir  zamanda  Sid  Kotman  Stella  ilə  Fransada,  dəniz 
sahilində rastlaşdı. O, çox gözəl üzürdü. Stella avstraliyalı idi. O, 
gözəl üzgüçü idi. Kotman hər səhər onu dəniz kənarında görürdü. 
     Bir  axşam  Stella  mehmanxanada  rəqs  edirdi.  Onların  ilk 
məhəbbət  macərası  da  buradan  başladı.  Fəslin  sonunda  onlar 
evləndilər. 
     Bu  vaxtlar  onlar  üçün  ağır  keçirdi.  Onların  hər  ikisinin 
mehmanxanada  yaşamaları  onlar  üçün  asan  olmadı.Bütün 
şeylərini satdılar. Nəhayət,  Nircaya gəlib marafon rəqsinə daxil 
olmağa məcbur oldular. Onlar iyirmi dörd saat rəqs edirdilər. Hər 
saatdan bir on beş dəqiqəlik istirahət olurdu. Bu dəhşət idi. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə