Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə37/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
 
118 
-  Yaxşı,  mən  cavan  oğlanı  bir  az  əyləndirmək  istədim,  elə 
deyilmi? 
-   Sən çox danışırsan,- Albert dedi. – Zənci ilə ağıllı oğlan özləri 
üçün necə lazımdırsa burada əylənirlər. 
    Corc divardakı saata baxdı.  
-    Kimsə  gəlib  yemək  istəsə,  deyərsən  ki,  yemək  yoxdur.  Əgər 
təkid  etsə,  deyərsən  ki,  get  özün  bişir.  Sonrası  ilə  sənin  işin 
yoxdur. Başa düşdün, cavan oğlan? 
-  Aydındır,  -  Corc  dedi.  –  Bundan  sonra  bizə  nə  etmək 
fikrindəsiniz? 
-   Bu asılıdır,- Maks dedi,- sizin ağlınızın bütövlüyündən. 
    Corc yenə də saata baxdı. Saat yeddiyə on beş dəqiqə işləyirdi. 
Bu vaxt qapı açıldı və bir taksi sürücüsü içəri girdi. 
-   Salam, Corc. – O, dedi, - Şam etməyə bir şey varmı? 
-   Səm gedibdir. – Corc dedi. – Yarım saatdan sonra qayıdacaq. 
-  Yaxşı,  mən  gedim.  –  Sürücü  məyus  halda  geri  döndü.  Saat 
yeddiyə iyirmi dəqiqə işləyirdi. 
-   Bax, belə, cavan oğlan,- deyə Maks Corcu təriflədi. – Sən indi 
əsl centlmensən. 
-  O,  bildi  ki,  mən  onun  başını  üzərdim,-  Albert  mətbəxdən 
dilləndi. 
-  Xeyr,  -  Maks  dilləndi,  -  bu  çox  yaxşı  oğlandır.  O,  mənim 
xoşuma gəldi. 
    Saat yeddiyə beş dəqiqə qalırdı. Corc dedi: 
-   O, daha gəlməyəcək. 
    Bir  azdan  iki  nəfər  də  yeməkxanaya  daxil  oldu.  Corc 
mətbəxdən  onlar  üçün  buterburod  gətirdi.  İkinci  dəfə  Corc 
mətbəxə  gedəndə  onlardan  biri  əlindəki  boşqabla  Corcun 
arxasınca  mətbəxə  girdi.  O,  mətbəxdə  Albertin  və  küncdə 
ağızlarına dəsmal tıxanmış Səmi və Niki gördü. Albertin silahını  
görəndə həmin adam susmağa məcbur oldu. Corc isə heç bir şey  
olmayıbmış  kimi  buterburodu  yağ  kağızına    büküb  onun 
zənbilinə  qoydu.    Buterburodu  alan  adam  Corcun  haqqını  verib 
səssizcə yeməkxananı tərk etdi. 


 
 
 
119 
 -   Deyəsən, cavan oğlan hər şeyi bacarır,- Maks dedi. 
 -   Bəli, - Corc dedi, - sizin dostunuz, Ol Anderson gəlmədi. 
 -   Biz, ona, on dəqiqə də vaxt verərik,- Maks dedi. 
     Maks  əvvəlcə  güzgüyə,  sonra  saata  baxdı.  Saatın  əqrəbi 
yeddinin üstündə idi. Sonra səkkizə beş dəqiqə də işlədi. 
-   Gəl gedək, Albert - Maks dedi. – O gəlməyəcək. 
-   Yaxşısı budur ki, beş dəqiqə də gözləyək,- Albert mətbəxdən 
dilləndi. 
     Bu  vaxt  bir  nəfər  də  içəri  girdi.  Corc  ona  hazır  yemək 
olmadığını bildirdi. O da çıxıb getdi. 
-   Gəl gedək, Albert - Maks yenə də Alberti səslədi. 
-    Bəs, bu iki cavan oğlan və zənci nə olsun? 
-    Onlar yaxşı oğlandır. 
-    Elə düşünürsən? 
-    Bəlkə, onlarla qurtaraq? 
-    Mən belə işi xoşlamıram, - Albert dedi. –  Bu iyrənc işdir. 
-    Cəhənnəm olsun bunlar da! – Maks qışqırdı. 
-    Deyəsən çox çərənləyəcəksən,- Albert dedi. 
      O,  mətbəxdən  çıxarkən  əlindəki  silahı  paltosunun  altındakı 
kəmərə  saldı  və  silah  görünməmək  üçün  paltosunun  düyməsini 
bağladı. 
-    Hələlik, cavan oğlan, bəxtin gətirdi, - deyə Corca tərəf  baxdı. 
-    Bu  doğrudur,  -  Maks  dedi.  –  Sən,  at  yarışlarında  iştirak 
etməlisən. 
      Onlar  yeməkxananı  tərk  etdilər.  Corc  pəncərədən  onların 
arxasınca  baxdı.  Sonra  dərhal  mətbəxə  girib,  Nikin  və  Səmin 
ağzındakı dəsmalları çıxartdı. 
-    Mən daha bunu istəmirəm, - Səm dedi. 
      Nik ayağa qalxdı. 
-     Corc, o şeytan balaları nə istəyirdilər? 
-     Onlar Ol Andersonu öldürmək istəyirdilər, - Corc təlaş içində 
dilləndi. 
-    Onlar,  Anderson  bura,  yemək  yeməyə  gələndə  güllə  ilə 
öldürmək istəyirdilər. 


 
 
 
120 
-   Ol Andersonu? 
-   Bəli, Ol Andersonu. 
-   Onlar getdilər? 
-  Getdilər.  Qulaq  as,-  Corc  Nikə  dedi,-  yaxşı  olar  ki,  sən 
Andersonu görəsən. Bu barədə onu xəbərdar etmək lazımdır. 
-   Yaxşı. 
-   Yaxşısı budur, sən burda qalasan, - Səm dedi. 
-   Əgər istəyirsən sən getmə,  - Corc dedi. 
-   Mən onu görməliyəm, - Nik Corca dedi. - Ol Anderson harada 
yaşayır? 
-   O, Hirkin evində kirayənişin qalır, - Corc Nikə dedi. 
-   Mən, bu dəqiqə ora gedirəm, - Nik dedi. 
     Bayırda  qaranlıq  olmasına  baxmayaraq,  küçə  işıqları  gediş-
gəliş  yollarını    işıqlandırmışdı.  Üç  evdən  sonra  Hirkin  evi  idi. 
Nik iki pillə yuxarı qalxdı və zəngi basdı. Yaşlı bir qadın qapını 
açdı. 
-    Ol Anderson burada olur? 
-    Onu görmək istəyirsiniz? 
-    Bəli, əgər evdədirsə. 
     Qadın  Nikə onun arxasınca gəlməsinə işarə etdi. O, dəhlizin 
qurtaracağındakı qapını döydü. 
-    Kimdir?- içəridən  Ol Andersonun  səsi eşidildi. 
-  Bir nəfər sizi görmək istəyir, cənab Anderson,- qadın dilləndi.- 
O, Nik Adamsdır. 
-    Gəlin. 
      Nik  qapını  açıb  otağa  girdi.  Ol  Anderson  paltarlı  çarpayıda 
uzanmışdı. Anderson ağır çəkili boksçu idi. O, başının altına iki 
yastıq qoymuşdu. Anderson Nikə tərəf baxmadan: 
-    Nə olub?- deyə soruşdu. 
-    İki nəfər Henrinin yeməkxanasına gəldi. Məni və zənci oğlanı 
bağlayıb, səni öldürəcəkləri haqqında danışırdılar, - Nik nəfəsini 
dərmədən, birnəfəsə fikrini bildirdi. 
      Nikin  belə  danışması  Ol  Anderson  üçün  gülməli  göründü, 
amma o dinmədi. 


 
 
 
121 
-    Onlar  səni,  yeməkxanaya  girəndə  öldürmək  fikrində  idilər,- 
Nik davam etdi. 
     Ol Anderson danışmadan divara baxırdı. 
-      Corc  səni  xəbərdar  etmək  üçün  məni  bura  göndərdi,  -  deyə 
Nik sözünü tamamlamaq istədi. 
-    Mən  onların  kimə  oxşadıqlarını  da  bilmək  istəmirəm,  -  Ol 
Anderson dedi. 
    O yenə də divara baxdı. 
-   Xəbərdarlığınıza görə təşəkkür edirəm. 
-   İstəmirsən polisə xəbər verim? 
-   Xeyr, - Ol Anderson dedi. - Bu yaxşı nəticə verməz. 
-   Bəlkə mənim sizə köməyim dəydi? - Nik soruşdu. 
-   Xeyr. Köməyə heç bir ehtiyac yoxdur. 
-   Bəlkə bu, yalandır? 
-   Xeyr. Yalan deyil. 
    Ol Anderson yenidən divara tərəf çevrildi. 
-    Ancaq  mən  bir  fikri  başımdan  çıxara  bilmirəm.  Mən  bütün 
günü burada olmuşam. 
-   Şəhərə çıxa bilmirsiniz?- Nik soruşdu. 
-   Xeyr, - Ol Anderson dedi,- mən hər şeydən qaçıram. 
     O, yenidən üzünü divara çevirdi: 
-    İndi heç bir şey etmək mümükün deyil. 
-    Siz bunu bir yolla öz qaydasına qoya bilməzsiniz? 
-  Xeyr. Mən artıq  yanılmışam.  İndi heç bir şey etmək mümkün  
deyil. 
-   Yaxşı olardı ki, mən gedib Corcu görüm,- Nik dedi. 
-    Hələlik,- Anderson dedi, - gəlişinə görə çox sağ ol. 
     Nik  qapını  arxadan  örtəndə    Anderson  hələ  də  paltarlı 
çarpayıda uzanıb divara baxırdı. 
-     O, bütün  günü  evdən bayıra   çıxmayıb,  -  deyə pilləkəndə  ev 
sahibəsi Niki qarşıladı. – Məncə o, özünü yaxşı hiss etmir. Mən 
ona  belə  payız  günündə  gəzməyi  məsləhət  gördüm,  amma 
nədənsə o, bunu istəmədi. 
-   O, bayıra çıxmaq istəmir. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə