Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə36/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

 
 
 
114 
   O,  əyninə  sinəsinə  qədər  düymələnmiş  qara  palto  və  başına 
cıdırçı  papağı  qoymuşdu.  Onun  ağ,  kiçik  sifəti  və  dartılmış 
dodaqları var idi. O, ipək şərf və əlcək geymişdi. 
-  Mənə yumurta və donuz ətir gətir,- deyə ikinci adam dilləndi. 
   Onların  ikisinin  də  boyu  eyni  idi.  Sifət  quruluşlarında 
müxtəliflik  aydınca  görünsə də, amma  geyimlərindən elə bil ki, 
əkizdilər.  Onlar  dirsəklərini  piştaxtaya  söykəyərək,  irəli 
əyilmişdilər. 
-  İçməyə bir şey varmı?- Albert  soruşdu. 
-  Gümüş pivə, cincə eyl var, -  Corc cavab verdi. 
-  Məncə içməyə bunlar yaxşıdır. 
-  İndicə sadaladığın içkidən  gətir. 
-  Necə də cansıxıcı şəhərdir, - İkinci adam dilləndi. 
-  Buranı necə adlandırırlar? 
-  Qərbi Çikaqonun Cənub  şəhəri. 
-  Belə  şəhər  haqqında  eşitmisən?-  deyə  Albert  dostundan 
soruşdu. 
-  Xeyr,- dostu dilləndi. 
-  Gecələr burada nə edirsiniz?- Albert soruşdu. 
-  Onlar  şam  edirlər,-  Albertin  dostu  dilləndi,-  Onların  hamısı 
bura şam etməyə gəlirlər. 
-   Bu doğrudur,- Corc dedi. 
-   Siz belə düşünürsünüz? - Albert Corcdan soruşdu. 
-   Əlbəttə. 
-   Siz ağıllı oğlansınız, elə deyilmi? 
-   Yəqin ki. 
-    Siz  yaxşı  oğlan  deyilsiniz.-  İkinci  adam  dedi.  –  Albert,  elə 
deyil? 
-    O,  səfehdir,-  Albert  dedi.  O,  Nikə  tərəf  döndü.  -  Sənin  adın 
nədir? 
-   Adams. 
-    Daha  bir  ağıllı  oğlan.  -  Albert  dedi.-  Maks,  bu  necə, 
ağıllıdırmı? 
-    Bu şəhər ağıllı adamlarla doludur, - Maks dedi. 


 
 
 
115 
   Corc sifariş edilmiş yeməkləri mətbəxin pəncərəsindən götürüb 
piştaxtanın  üstünə  -  Albertin  və  Maksın  qabağına  qoydu.  Sonra 
pəncərəni yenə də bağladı. 
-  Sizinki hansıdır? - Corc Albertdən soruşdu. 
-  Məgər xatırlamırsan? 
-  Qaxac edilmiş donuz əti və yumurta. 
-  Ağıllı olduğunu bir daha sübut etdin, - Maks dedi. 
    O, irəli əyilərək donz ətini və yumurtanı  götürdü. Onların hər 
ikisi  yeməklərini  əlcəklə  yeyirdilər.  Corc  onların  yeməklərinə 
fikir verirdi. 
-  Nəyə baxırsan? – Maks Corcdan soruşdu. 
-  Heç bir şeyə. 
-  Lənətə gələsən. Sən indi mənə baxırdın. 
-  Bəlkə, oğlan səninlə zarafat etmək istəyir, Maks. - Albert dedi.            
    Corc güldü. 
-  Gülmə! - Maks Corca əmr etdi. 
-  Yaxşı. - Corc bu arada susmağı üstün tutdu. 
-    O,  elə  düşünür  ki,  bu  yaxşıdır.  -  Maks  Albertə  tərəf  dönərək 
qımışdı.- O, elə bilir ki, bu yaxşıdır. Bu da bunların ağıllısı. 
-   O, alimdir, - Albert qımışdı. 
     Onlar yeməklərinə davam etdilər. 
-    Piştaxta  arxasındakı  oğlanın  adı  nədir?  –  Albert  Maksdan 
soruşdu. 
-   Ey, yaxşı oğlan, - Maks Niki səslədi,- öz dostunla piştaxtanın 
arxasından çıxıb bura gəlin. 
-   Fikriniz nədir? – Nik soruşdu. 
-   Heç bir fikrimiz yoxdur,- Albert dedi.  
     Nik onlara tərəf gəldi. 
-    Nə demək istəyirsiniz? - Corc soruşdu. 
     Bunun sənə dəxli yoxdur,- Albert dedi. – Mətbəxdə daha kim 
var? 
-   Zənci. 
-   Zənci nə edir, orada? 
-   Bu yeməkləri  o bişirir. 


 
 
 
116 
-   Ona de ki, bura gəlsin. 
-   Axı, deyin görüm, nə istəyirsiniz? 
-   Zəncini bura çağır! 
-   Harada olduğunuzu bilirsiniz?- Corc soruşdu 
-   Biz, lənətə gəlmiş harada olduğumuzu çox yaxşı bilirik,- Maks 
dedi.- Sizcə, biz axmaq adamlara oxşayırıq? 
-  Sən  çərənləyirsən,  -  Albert  ona  dedi,  -  Bununla  mübahisə 
etməyə  dəyməz.  Qulaq  asın,-  Albert  Corca  dedi.  -  Zənciyə  de, 
bura gəlsin. 
-   Siz ona nə etmək istəyirsiniz? 
-    Heç  bir  şey.    Ağıllı  oğlan,  başı  bir  az  işlətmək  lazımdır.  Biz 
zənciyə nə edə bilərik? 
    Corc mətbəxin qapısını bir balaca araladı və zəncini səslədi: 
-  Səm, bir  dəqiqəliyə bura gəlin. 
    Mətbəxin qapısı açıldı və zənci oğlan göründü. 
-   Nə olub? - O, soruşdu 
    O,  piştaxta  arxasında  oturmuş  iki  naməlum  adamın 
nəzərlərinin ona dikildiyini gördü. 
-   Yaxşı, zənci, siz orada sağ tərəfdə durun, - Albert dedi. 
     Səm əynində döşlük, piştaxta arxasında oturanlara baxdı. 
-  Bəli, cənab,- Albert oturduğu stoldan qalxdı. - Mən ağıllı oğlan 
və  zənci  ilə  mətbəxə  gedirəm.  Mətbəxə  qayıt,  -  Albert  zənciyə 
əmr etdi. 
    Albert  yeməyini  də  götürüb,  onların  arxasınca  mətbəxə  getdi 
və  onların  arxasınca  mətbəxin  qapısı  örtüldü.  Maks  isə  piştaxta 
ilə üzbəüz qoyulmuş güzgüyə baxırdı. 
-  Yaxşı,  cavan  oğlan,-  Maks  gözünü  güzgüdən  çəkmədən 
dilləndi. -  Niyə danışmırsınız? 
-   Nə barədə? 
-    Albert,  cavan  oğlan  bizə  lazım  olan  bir  şey  barəsində  bilmək 
istəyir - Maks  Alberti səslədi. 
-   Bəs ona niyə demirsən?- Albertin səsi mətbəxdən gəldi. 
-   Sən bütün bunlar haqqında nə düşünürsən? 
-   Bilmirəm. 


 
 
 
117 
-   De görüm, nə düşünürsən? 
     Maks danışanda gözünü güzgüdən çəkmirdi. 
-   Mən deyə bilmərəm, - Corc dedi. 
-   Albert, cavan oğlan səhərdən bəri düşündüyünü bizə danışmaq 
istəyir. 
-   Mən səni yaxşı eşidirəm,- Albert mətbəxdən dilləndi. 
-  Cavan oğlan, siz bir balaca dirəyə tərəf dayanın. Maks, siz isə 
bir az sola çəkilin,- deyə Albert mətbəxdən göstəriş verdi. O, elə 
bil ki, bir qrup adamın şəklini çəkəcəkdi. 
-    Deyin,  görüm,  cavan  oğlan,  -  Maks  dedi,-  sən  nə  baş 
verəcəyini düşünürsənmi? 
    Corc susurdu. 
-  İndi mən sənə deyəcəyəm,- Maks sualına özü cavab verdi.- Biz 
bir 
İsveçi  öldürmək  istəyirik.  Məhşur  Ol  Andersonu 
tanıyırsanmı? 
-  Bəli. 
-  O, hər gecə bura şam etməyə gəlir, elə deyilmi? 
-  Bəzi vaxtlarda gəlir. 
-  O, bura saat 6- da gəlir, elə deyilmi? 
-  Əgər gəlsə. 
-  Biz hər şeyi bilirik, cavan oğlan,- Maks dedi. - Əvvəllər kinoya 
gedirdiniz? 
-  Bir dəfə. 
-  Sizin kimi cavan oğlan kinoya tez-tez getməlidir. 
-  Siz  Ol  Andersonu niyə öldürmək istəyirsiniz? O, sizə bir şey 
edib? 
-  Onun bizə toxunmağa heç imkanı da olmayıb. O, bizi heç vaxt 
görməyib. 
-  O,  bizi  ancaq  bircə  dəfə  görmək  istəyir,-  Albert  mətbəxdən 
dilləndi. 
-  Axı, siz onu niyə öldürmək istəyirsiniz?- Corc təkrar soruşdu. 
-  Biz  onu  bir  dostumuzun  xatirinə  görə  öldürmək  istəyirik. 
Dostumuzun təkidinə görə, cavan oğlan. 
-  Sus!- Albert mətbəxdən qışqırdı.- Deyəsən çox çərənlədin. 


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə