Aqata Kristi Baş nazirin oğurlanması



Yüklə 97,12 Kb.
Pdf görüntüsü
səhifə34/42
tarix14.06.2018
ölçüsü97,12 Kb.
#49027
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

 
 
 
107 
qabağından  getmirdi.Onun  xəyalında  ağır  işlərdən  sonra 
otaqlarda  ölmüş  insan  başları  canlanırdı.  O,  atasının  “özünə 
qəsd” adlandırılmış ölümünü xatırladı. 
    Riveranın  xəyalında  bundan  sonra  daha  çox  versiyalar 
alovlandı:  tətil,  aclıq,  meşələrdə  axtardıqları  giləmeyvələr, 
rastlarına  nə  gəldi  yedikləri  müxtəlif  bitkilərin  kökləri, 
boğazlarının  ağrıması,  gecələr  isə  fəhlələrlə  əsgərlərin  silahlı 
toqquşmaları, günahsız axıdılmış qanlar, ölmüş insan cəsədləri, - 
bütün bunlar elə bil ki, dünən olmuşdu. 
    Birdən  Riveranın  qulaqlarına  alqış  səsləri  gəldi,  dəniz  kimi 
dalğalanan alqış səsləri! 
    Bu  alqışlar  Denni  Uordun  ünvanına  idi.  Alqış  sədaları  beş 
dəqiqə çəkdi. 
    Rivera  Denni  Uordun  belə  sürəkli  alqışlarla  qarşılanmasını 
gözləmirdi. 
    Denni  öz  rəqibini  “qardaş”  kimi  salamladı.  Onun  dodaqları 
tərpəndi. 
-  Meksikalı balaca siçovul, - deyə Denni  gülümsəyən dodaqları 
altında mızıldandı. – Mən sənə göstərəcəyəm.         
     Rivera  eşitdiyi  sözlərə  heç  bir  əhəmiyyət  vermədi,  onun 
gözlərində saysız-hasabsız silahlar göründü. O, Meksika sərhədi 
boyunca,  ucsuz-bucaqsız  quru  düzənliklərdə  istidən  əzab  çəkən 
vətənpərvərləri görürdü ki, onlar da əllərini açıb silah istəyirdilər. 
    Qonq  vuruldu,  vuruş  başlandı.  Tamaşaçılar  sevinclərini 
gizlədə bilmirdilər. Hamı Denni Uordu alqışlayırdı.  İndiyə kimi 
onlar belə heyrətləndirici açıq vuruş görməmişdilər. 
    Denni məsafənin dörddə üç hissəsini elə sürətlə irəliləyirdi, elə 
bil  ki,  bu  saat  Meksikalı  oğlanı  yeyəcəkdi.  Bununla  o,  bir  növ 
meksikalıya  məsləhət  verdiyini  nümayiş  etdirirdi.  Hər  dəfə 
hücuma  keçəndə  Denni  bir-iki  zərbəylə  kifayətlənmirdi,  ardı-
arası  kəsilməyən  zərbələr  endirirdi  Riveraya.  Riveranın  geri 
çəkilməyə yeri yox idi, yeganə imkanı zərbələrdən yayınmaq və 
müdafiə olunmaq idi. 


 
 
 
108 
    Bu boks vuruşması deyildi. Bu, elə bil bıçaqlaşma döyüşü idi, 
indicə  bir-birini  doğrayacaqdılar.  Belə  bir  vuruşma  tamaşaçıları 
heyrətləndirmişdi. Bu iki boksçu rinqdə deyil, sanki qarşı-qarşıya 
dayanmış,  bir-birlərinin  qanına  susamış  iki  cəngavər  kimi 
vuruşurdular. Rivera hələ ayaq üstə dayana bilirdi. Bundan sonra 
iki dəqiqə də keçdi.  
    Sonra  hamını  heyrətə  gətirən  hadisə  baş  verdi.  Birdən  nəsə 
qarışıqlıq oldu, oyun dayandırıldı. 
    Rivera  tək  dayanmışdı.  Denni  –  dəhşətli  dərəcədə  qorxmuş 
Denni, arxası üstə uzanmışdı. Hakim Riveranın bir əlindən tutub 
geri  çəkdi  və  iki  qladiator  arasında  dayanıb  saymağa  başladı. 
Hakim  “beş”  deyənə  kimi  Uordun  gözü  qarşısında  hər  şey 
fırlanırdı,  yeddi  saniyədə  bir  dizi  üstə  dayanaraq  dincəldi.  O, 
“doqquz”dan  sonra  “on”u  deməmiş  qalxmağa  hazırlaşdı.  Əgər 
“on” deyəndə onun dizi döşəməyə dəyməzsə, onda bu “noqdaun” 
hesab  edilir,  yaxudda  ki,  “nokaut”.  Əgər  diz  döşəməni  tərk 
edərsə,  “qalxmış”  hesab  olunur  və  bu  halda  Riveranın  onu 
yenidən  vurub  yıxmağa  icazəsi  var  idi.  Riveranın  başqa  imkanı 
yox idi. Uordun dizləri döşəmədən qalxan kimi Rivera ona zərbə 
endirəcəkdi.  O  ətrafına  baxdı,  hakim  onun  qarşısında 
dayanmışdı.  Rivera  bilirdi  ki,  hakim  çox  asta  sayır.  Hamı  ona 
qarşı idi, hətta, hakim də.   
    Hakim  “doqquz”  deyən  kimi  cəld  hərəkətlə  Riveranı  geri 
itələdi.  Əlbəttə,  bu  ədalətsizlik  idi.  Bu  vaxt  Uordun  yerdən 
qalxmasına açıq imkan yarandı. Denni gülümsədi. 
    İkinci  və  üçüncü  raund  da  keçdi.  Dördüncü  raundda  Denni 
yenidən  noqdauna  düşdü.  Zaldan  qulaqbatırıcı  müxtəlif 
qışqırtılar, söyüşlər yağırdı. 
    Vuruşma  daha  əvvəlki  kimi  sürətli  getmirdi.  Hər  iki 
boksçunun  yorğunluğu  aydınca  görünürdü.  Bu  dəfə  Rivera 
noqdauna düşdü. Zalı yenidən sevinc dolu səslər, qışqırtı bürüdü. 
Rivera  bir  dizi  üstə  duraraq  dincəldi.  O,  bilirdi  ki,  indi  hakim 
saniyələri çox tez-tez sayır. 
 Öldür onu, Denni! Öldür! – deyə hamı ayağa qalxıb qışqırırdı. 


 
 
 
109 
     Bütün bu səslər Riveraya canavarların ulaşmasını xatırladırdı. 
Rivera isə yaşayırdı, beyni daha aydın işləyirdi. 
    Riveranın  xəyalında  yenidən  düşüncələr  qanad  açdı:  -  qızmar 
səhra  boyunca  uzanan  dəmiryolu,  Meksikanın  polis  əsgərləri, 
amerikan  polisləri,  həbsxanalar,  tətildən  sonra  acından  korluq 
çəkən kasıblar. Və birdən o  gördü ki,  parlaq və  ecazkar inqilab 
şəfəqləri  bütün  bu  çirkabları  doğma  torpaqdan  silib  təmizlədi. 
Hər bir nifrətli baxış bir silah idi. O, silah üçün vuruşurdu. İndi 
Rivera  özü  silah  idi.  O,  inqilab  idi.  O,  bütün  Meksika  üçün 
mübarizə aparırdı. 
    Bu  zaman  fasilə  elan  olundu.  Rivera  dəsmal  ilə  tərini  silmək 
əvəzinə ciyər dolusu dərindən nəfəs aldı. 
    Hamı  ona  qarşı  idi.  O,  satqınlarla  əhatə  olunmuşdu.  On 
dördüncü raundda Rivera Uordu yenidən noqdauna saldı. Hakim 
yavaş-yavaş sayırdı. Rivera isə əllərini yanına salıb dincəlirdi. O 
biri küncdən isə astacadan pıçıltılar eşitdi. 
    Kelli işə qarışdı. O, irəli gəlib Rivera ilə danışdı: 
-  Yıxılın, oğlan. Mən sizə çempion olmağa kömək edəcəyəm. 
    Rivera cavab vermədi. 
    Qonq vurulanda Rivera nədənsə bir az qorxu hissi keçirtdi. 
    Denni  bütün  zərbələri  ehtiyatla  işlədirdi.  İki  raund  isə  Denni 
Riveraya  çox  da  yaxınlaşmadı,  ancaq  hərdən  sərrast  zərbələr 
işlədirdi.  Bu  raundun  sonu  Denninin  ən  yaxşı  vuruşduğu 
dəqiqələr idi. Bütün tamaşaçılar ayaq üstə durmuşdu. Vuruşun nə 
ilə nəticələnəcəyi hamı üçün maraqlı idi. 
-    Nə  üçün  vuruşmursan?  –  deyə  tamaşaçılar  Riveradan  tələb 
edirdilər. Hamı qışqırırdı: 
-    Sən  fırıldaqçısan!  Kimliyini  gizlədirsən!  Öldür  onu,  Denni! 
Öldür! 
     Bütün bu zalda yalnız Rivera soyuq adam olmuşdu onlarçün. 
     Rivera ağır zərbədən səntirlədi, aşağı oturdu və tez özünü ələ 
aldı.  O,  geri  çəkiləndə  əlləri  ixtiyarsız  yanlarına  düşmüşdü. 
Denni  düşündü  ki,  bu  onun  imkanı  idi,  ancaq  o,  oğlanın 
ürəyiyumşaqlığından  istifadə  etdi.  O,  Riveranı  qucaqlayaraq  


Yüklə 97,12 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə