Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   ...   6   7   8   9   10   11   12   13   14

D
on Bosko həmişə öz həyatında Allahın olduğunu hiss
etməyi bacarırdı. Həmişə istəyirdi ki, bütün işləri, hətta
ən xırda işi belə, Allaha həmd olsun. Ona görə də, Allah
onun vasitəsilə də maraqlı şeyləri demək olar ki, mö-
cüzələri edirdi.
Bir axşam oğlanlarına qovrulmuş şabalıdlar payladı.
Gənclər çox, şabalıd isə az idi.
– Bizə çatacaq? – sıradakı axırıncı cavanlar qorxa-qorxa
soruşdular. 
Hələ bir az var, amma hamıya çatmayacaq, – bəziləri
dedi.
Amma don Bosko paylamağa davam etdi. Qəfildən
gənclər qışqırmağa başladılar:
– Don Bosko şabalıdı çoxaldır! Möcüzə! Don Boskoya
eşq olsun!
– Yox. Allaha eşq olsun! O, möcüzələri eləyir.
103


M
argarita anaya şabalıd əhvalatı çox təsir elədi.
– Mən məəttəl qalmışam. Evdə bir neçə şabalıd var idi...
Oğlanlar nə qədər idi... iki yüz? – Margarita ana soruşdu. 
– İki yüzdən daha çox. Allah sənin işinə xeyir-dua verir.
Məncə, sən də çox yorğunsan, – sevgi ilə oğlu ona söylədi.
– Yox... Allah məni sənin yanında qoysa, heç nədən qorx-
muram. Sonra... mən gedəndə...
– Ay ana! Nə kədərli düşüncələrin var.
– Oğlum, özünə yaxşı bax. Ehtiyatlı ol! Kilsənin düşmənl-
ərinin gözü sənin üzərindədir. Onlara mane olursan. Səni
öldürmək istəyirlər.
104


M
argarita ana düz deyirdi. Bir axşam, gənclərə dərs
keçən zaman, sekta tərəfindən pul alan bir kişi ona
tüfənglə atəş açmağa çalışdı. Güllə onun qoltuğunun al-
tından keçib paltarlarında deşik açdı.
Oğlanlar, qorxmayın. Bu ancaq pis bir zarafat idi.
Düşmənləri onu bütün qüvvələri ilə susdurmaq istəyir-
dilər, çünki o vaxt don Bosko nəşr fəaliyyətinə ba-
şlamışdı və sektalara qarşı çoxlu məqalələr yazırdı. Don
Bosko Katolik kilsəsi barəsində həqiqəti yazırdı, ona
görə ki, sektalar Katolik kilsəsi haqqında yalan danışa-
raq, onu məhv etmək istəyirdilər.
105


B
ir dəfə don Boskonu can verən adamın yanına
dəvət etdilər. Dedikləri evə girəndə gördü ki,
onun köməyi heç kimə lazım deyil. Birdən-birə
otaqda işıq söndü və kişilər əllərində çubuqla
ona hücum etməyə başladılar. Ancaq don
Boskonun çox diqqətli olması və başının
üstündə tutduğu stul onu xilas etdi.
Bu əhvalatdan sonra don Bosko çox ehti-
yatlı davranırdı. Axşam evdən çıxanda,
lazım gəldikdə, özü ilə böyük oğlanları
aparırdı.
106


B
ir neçə dəfə don Boskonun həyatını böyük
it xilas etdi. Onun adı Boz idi. Heç kim onun
sahibinin kim olduğunu bilmirdi. Lazım olan
anda qəzəblə düşmənlərə hücum edirdi.
– Kömək edin! Don Bosko, onu çağırın! O,
məni parçalayacaq. Kömək edin! 
– Boz, burax onu! Bura gəl!
Boz da qulaq asırdı, hücum edəni buraxırdı,
amma o, gedənə qədər də hürürdü. Sonra
don Boskonu evə yola salırdı. Beləliklə, Boz
onu bir çox gündüzlər və gecələr qorumuşdu.
107


H
ücum edənlər çox olanda, Boz lap qəzəblənirdi. Biri-
ni dişləyir, başqasına tullanırdı... Bu, artıq it deyildi! Bu,
düşmənin üstünə atılan, quduzlaşmış vəhşi heyvan idi. 
Heç kim haradan gəldiyini bilmirdi. Oğlanlar onunla oy-
nayır, onu sığallayır və zarafatla sataşırdılar. Bozun bun-
dan çox xoşu gəlirdi. Sevinə-sevinə quyruğunu tərpədir-
di. O, oratoriyadakıları çox sevirdi.
Hərdən uzun müddət çıxıb gedirdi. Heç kim harada
yatdığını bilmirdi. Heç kim onun yemək yediyini görm-
əmişdi.
108


B
ir axşam şəhərdə don Boskonun təcili işi var idi. Evdən
çıxanda, qapının yanında oturan Boza dedi: 
– Boz, yol ver! Mənə mane olma!
Amma it tərpənmədi. Ancaq kədərli hürüb oturmağına
davam etdi. Don Bosko yenidən keçmək istədi, amma o,
möhkəm hürməyə başladı. Margarita ana bunu
görəndə, oğluna yalvardı:
– Covanni, mənə qulaq asmaq istəmirsən, heç olmasa bu
yaxşı heyvana itaət et! Bu axşam evdə qalmalısan. Yəqin
ki, sənə şəhərdə kimsə pislik etmək istəyir.
Don Bosko evdə qaldı. Ertəsi gün bildi ki, onu bir neçə
kişi əlində tapança ilə küçədə gözləyirmiş.
109


1
854-cü il iyul ayında Torinoda vəba xəstəliyi yayılmağa
başladı. Həyatda qalanların çoxu (onların arasında pad-
şahın ailəsi də var idi) qaçdı, qalanlar isə evlərində gizl-
ənirdilər. Amma bütün cəhdlər boş idi. Şəhərdə ölüm
qalib gəlmişdi. Xəstəxanalarda nə yer, nə də həkimlər
var idi. Yepiskop keşişləri, rahibləri və rahibələri öz
həyatlarını qurban verməyə və xəstələrə xidmət el-
əməyə çağırdı.
110


V
əziyyət pisləşmişdi, kömək etməyə adam olmayanda,
don Bosko öz oğlanlarına dedi:
– 
Əziz uşaqlar! Yepiskop yaxşı iradəsi olan bütün insan-
lardan xəstələrə qulluq etməyi xahiş edır. Biz də
kömək eləməliyik. Kim bu çətin, amma qəhrəman işi
edə bilər, desin! Mən inanıram ki, hər kim ki, „Bakirə
Məryəm – Məsihçilərin köməkçisi” kimi, xidmət
eləsə, vəba xəstəliyinə tutulmayacaq.
Bir neçə gənc könüllü yazıldı. Don Bosko onların bo-
yunlarına üzərində Məryəmin şəkli olan medalı asıb
xatırlatdı: 
– Allaha dua edib xidmət eləyin! Məryəm, Məsihin anası
sizinlə olacaq və Allah sizi qoruyacaq.
111


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə