Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   ...   6   7   8   9   10   11   12   13   14

D
on Bosko həm əla tərbiyəçi, həm də böyük kilsələrin
inşaatçısı idi. Bir gecə yuxuda ona bakirə Məryəm onun
evinin yanında olan geniş torpağı göstərdi. Qəflətən,
sanki qeybdən gözəl bir kilsə böyüməyə başladı. Bu ha-
disə baş verərkən parlaq qadının səsini eşitdi:
– Bu, mənim evimdir. Ordan mənim şöhrətim yayılacaq. 
Bu hadisədən sonra „Məsihçilərin Köməkçisi bakirə
Məryəm”ə yuxusundakı kilsəni tikmək don Boskonun
ən böyük arzusu oldu. Layihəni hazırladı və onu Torino
şəhərinin icra hakimiyyətinə göstərdi. 
Əvvəlcə kilsənin
adına görə inşaata icazə vermək istəmədilər.
120


Ə
lbəttə ki, don Boskonun kilsənin inşaatı ilə problemləri
var idi. 1863-cü ilin payızında inşaat üçün torpaq alıb bü-
növrə daşını qoydu. Bu mərasimi keçirərkən memar Buz-
zettiyə söylədi:
– İndi sizə bu böyük iş üçün pul vermək istəyirəm. Bəs ol-
madığını bilirəm, amma sizə bütün pulumun hamısını ve-
rirəm – və onun əlinə bir az xırda pul verdi. 
– Ay don Bosko, zarafat edirsiniz! Səkkiz manat?! – me-
mar təəccüblü dedi.
– Ancaq səbirli olmalısınız. Bu kilsə üçün pulları bakirə
Məryəm özü verəcək. Mən yalnız onun mühasibi olacam.
Hərdən tikmək üçün pul olmurdu. O vaxt bakirə Məryəm
çox kömək edirdi və don Boskonu problemdən çıxardırdı.
121


K
ilsənin inşaatını qurtarandan sonra don Bosko dedi:
– Bu kilsənin hər bir daşı Allahın yaxşılığı və bakirə
Məryəmin köməyi haqqında danışır!
Məryəm-məsihçilərin Köməkçisi kilsəsinin əsas daşının
qoyulmasından beş il keçmişdi. İndi isə bu kilsənin
təqdis edilməsinin günü – 1868-ci il iyunun doqquzu idi.
Təqdis mərasimini Torinolu yepiskop Rikkardi keçirdirdi.
Kilsə insanlarla ağızbaağız dolmuşdu. Birinci təntənəli
messanı yepiskop, ikincini isə don Bosko apardı.
Valdokkoda bütün gün musiqi və mahnı sədaları
yayılırdı. Axşam kilsə bayram işıqları ilə alışıb yanırdı və
günbəzdə Məsihçilərin köməkçisinin Məryəmin heykəli
böyük işıqlarla parıldayırdı.
122


1
872-ci ildə don Bosko Mariya Dominika Mazzarello ilə
birlikdə „Məsihçilərin köməkçisi Məryəmin qızları” təşki-
latını yaratdılar. Bu təşkilatın əsası Piemontdakı balaca
Morneze kəndində idi. Orda bir qrup qız yaşayırdı. Ma-
riya Dominika orda işləyən Pestarino adlı keşişlə birlikdə
onlara kömək edirdi. 
– Sizin təşkilatınızın adı belə olacaq: „Məsihçilərin
köməkçisi Məryəmin qızları”. Bu ad çoxdan mənim
qəlbimdədir. Bakirə Məryəm sizin vasitənizlə bütün
qızların yanında olmaq istəyir. Onunla birlikdə qızlara
Allahın yanına getməyə kömək eləyəcəksiniz. Siz
kasıbsınız və sizin sayınız azdır. Amma vaxt gələcək, sizin
qızlarınız o qədər çox olacaq ki, onlarla haraya gedəcək-
siniz... – don Bosko birinci salezyan rahibələrə dedi.
123


D
on Bosko heç vaxt dənizin o biri kənarında işləm-
əmişdi, amma bu, onun böyük arzusu idi.
1871-ci ildə salezyanlara belə bir yuxunu danışdı:
„Mən gördüm ki, böyük, geniş bir çəmənlikdəyəm.
Uzaqdan mənim yanıma hündür boylu və vəhşi baxışlı
insanlar gəlirdilər. Onların əllərində uzun nizələri və sa-
panları var idi. Bəziləri vəhşi heyvanlar ovlamışdılar,
bəziləri hindularla, ya da ki, əsgər və müstəmləkəçilərlə
amansız döyüşmüşdülər. Yerdə çoxlu ölü var idi.
124


Q
əflətən arxadan bir insan
qrupu çıxdı. Onların paltar-
larından bildim ki, keşişdirlər.
Onların üzləri gülürdü və çox
mehriban görünürdülər. Onlar
hindulara yaxınlaşa-yaxınlaşa Al-
lahın sözlərini onlara deməyə ba-
şladılar. Amma hindular onlara
vəhşicə hücum edib öldürdülər.
İsa Məsihin sözlərini yayanların öl-
dürüldüyünə görə çox pis olmuşdum.
125


B
ir az sonra başqa keşişlər gördüm. Onlar da şən idilər,
amma əvvəlcə hinduların uşaqlarının ürəklərini qazan-
mağa çalışırdılar. Bir çox gənclər keşişlərlə söhbət elədi.
Çox qorxdum... Diqqətlə baxıb gördüm ki, bu keşişlər
mənim oğullarım, salezyanlarımdır... Onları xilas etmək
üçün səsləmək istədim. Amma qeyri-adi nəsə baş verdi.
Hindular onların gəldiyini sevinclə qarşıladılar.
126


K
eşişlər gəlib hindulara dost kimi dərs verməyə başlad-
ılar. Hindular diqqətlə qulaq asırdılar və tez öyrənir-
dilər, məmnuniyyətlə onların məsləhətlərini qəbul edir-
dilər. Sanki böyük uşaq idilər. Çox keçməmişdi ki,
salezyanlar onlara dua etməyi və mahnı oxumağı öyrət-
dilər. Hindular elə həvəslə mahnı oxudular ki, hətta
məni oyandırdılar və yuxum qurtardı.
Bu yuxu mənə göstərdi ki, öz oğullarımı Məsih üçün
gənclərin qəlblərini qazanmağa göndərməliyəm”.
127


D
örd il sonra don Boskonun bu yuxusu gerçək oldu.
1875-ci il noyabrın on biri Torinodakı bakirə Məryəm ad-
ına Kilsə insanlarla dolu idi. Onlar Amerikaya ge dən -
lərlə vidalaşmağa gəlmişdilər. Don Bosko ürəkləndi. O,
on salezyana xaç nişanı verdi. Oğlanlarını ata kimi qu-
caqladı. Altı salezyan keşiş, dördü isə koadyutor adlan-
dıran rahib-tərbiyəçi oldu. Onlar Cənubi Amerikaya get-
dilər. Bu qrupun başçısı keşiş Covanni Kalyiero idi. O,
otuz il orda işlədi. Kalyiero birinci salezyan yepiskop idi.
128


D
on Bosko gedənləri Cenovadakı dəniz limanına qədər
yola saldı. Onlarla hətta Argentinaya aparan Savoie
gəmisinə çıxdı. Vidalaşarkən onlara bir neçə məsləhət
verdi:
– Qəlbləri axtarın! Pul, hörmət, idarə yox!  n çox uşaqla-
ra, xəstələrə, qocalara və kasıblara xidmət eləyin!
Qrupun başçısı olan don Kalyieroya dedi:
– 
Əlimizdən gələni eləyəcəyik! Bizim bacarmadığımızı isə
Allah eləyəcək. Hər şeydə İsa Məsihə ümid eləyin, bakirə
Məryəmlə dua eləyin, onda möcüzələri görəcəksiniz.
129


S
alezyanlar bütün İtaliyada və başqa ölkələrdə yayılan-
da, don Bosko istəyirdi ki, salezyan işində ailədə yaşay-
anlar da iştirak etsinlər. Müəllimlər, sənətkarlar, ustalar,
professorlar, ailənin ata və anaları, jurnalistlər, yazıçılar,
rəssamlar, həkimlər, bir sözlə salezyan kimi işləmək
istəyən bütün insanlar qəbul edilir. Onlar „salezyan-
əməkdaşı” adlandırılırlar. Onlar həm salezyan mər kəz -
lərində çalışır, həm də hər birinin öz iş yerləri də var. Hər
yaşadıqları yerlərdə nümunəvi məsihçilər və yaxşı və tən -
daşlar olmağı bacarırlar.
Bütün valideynlərə məsləhət verilir ki, öz övladlarına
don Bosko kimi tərbiyə versinlər, „qarşısını alan” adlan-
dıran tərbiyə sistemindən istifadə etsinlər.
130


„S
alezyan-əməkdaşı” təşkilatı ilə birlikdə işləmək
üçün don Bosko „Salezyan xəbərlər” jurnalını yaratdı.
O, ilk dəfə 1877-ci ildə İtaliyan dilində çıxdı və bu gün isə
iyirmi yeddi dildə çıxır.
Bu jurnal salezyan dünyasından xəbərlər verir. Bundan
başqa qiymətli mətnlər təklif eləyir: psixoloji dü-
şüncələr, cavanların tərbiyəsi haqqında, müxtəlif öl-
kələrdə olan salezyan işi haqqında və s. Eyni zamanda
da bu jurnalda salezyan ailəsinin həyatının müxtəlif
tərəfləri haqqında da danışılır. „Salezyan xəbərlər” jur-
nalı məsihçilərin həyatından nümunələr də gətirir.
131


D
on Boskonun işi çoxaldıqca, daha da çox pul lazım
olurdu. Amerikada salezyanların işlərinə və bir çox həbs
olunmuş gənclərə kömək etmək üçün o, İtaliyaya, Fran-
saya və İspaniyaya pul xahiş etməyə getməli idi.
1833-cü ildə Marsel, Lion, Avinyon və Parisə baş çəkdi.
Hər yerdə camaat onu vəcdlə gözləyirdi, bəziləri onun
paltarlarından parçalarını yadigar saxlamaq üçün kəsir-
dilər. 
Don Bosko hiss edirdi ki, Allah ona xeyir-dua verib, ba-
kirə Məryəm onunla birgə gedir. Don Bosko vasitəsilə
Allah bir neçə möcüzə elədi.
132


D
on Bosko Fransadan qayıdarkən don Rua onunla yol
yoldaşı oldu. Bir müddət don Bosko sakit idi. Bu öl-
kədəki səyahəti, xüsusilə Parisdəki bayram barəsində fi-
kirləşirdi. Daha sonra başını bulayıb, gülümsəyərək söyl-
ədi:
– 
Əziz don Rua! Buttilyieridən Muriyaldoya qədər olan
yol yadındadır? Yolun yanında təpə var. Onun üstündə
kasıb bir ev var. Bu evdə anadan olmuşam və onun
yanındakı çəmənlikdə inəkləri otarmışam... 
Əgər Parisd-
əki xanımlar və cənablar bilsəydilər ki, inəkləri otaran
kasıb çobanı tərifləyiblər, görəsən, nə deyərdilər?
133


B
ir neçə il idi ki, Roma papası XIII Lev, Roma şəhərində
„İsa Məsihin qəlbinə” həsr edilən kilsə tikmək istəyirdi.
İnşaat işləri artıq başlamışdı, amma pul çox tez qurtardı
və inşaat dayandı. O vaxt kimsə Roma papasına
məsləhət verdi ki, bu işi don Boskoya tapşırsın.
– Don Bosko, istəyərdim ki, siz bu kilsənin inşaatını qur-
tarasınız. Buna nə deyirsiniz?
– Müqəddəs ata, sizin istəyiniz mənim üçün əmrdir!
– Amma mən sizə pul verə bilmərəm...
– Mən pul xahiş etmirəm. Mənim istəyim budur ki, kils-
ənin yanında həbs edilmiş gənclər üçün mərkəz də ti-
kim. Sizdən xeyir-duanızı xahiş edirəm.
134


D
on Bosko yenə səyahətə getdi. İndi isə Romadakı „İsa
Məsihin qəlbi” adına kilsənin tikintisi üçün.
1887-ci ildə kilsənin inşaatı qurtardı.
Kilsənin təqdis edilməsindən sonra don Bosko yanındakı
mehrabda messanı apardı. Messanın başlanğıcında həy-
əcanla ağlamağa başladı. Onun gözlərindən sevinc ya-
şları axırdı. Ondan ağladığının səbəbini soruşanda, ca-
vab verdi:
– Doqquz yaşım olanda, bakirə Məryəm mənə dedi: „Bir
vaxt hər şeyi başa düşəcəksən”. İndi həyatım haqqında
düşünəndə, deyəsən, başa düşdüm, hər şeyi başa düş-
düm...
Torinoya qayıdarkən don Bosko xəstələndi.
135


D
on Boskonun gəncləri inanmırdı ki, o, ölə bilər. 1888-
ci ildə yanvarın əvvəllərində xəbər yayıldı ki, don Bosko
özünü çox pis hiss eləyir. Bütün dünyada salezyan
mərkəzlərindəki gəncləri acı kədər bürüdü.
1888-ci ildə yanvarın otuz biri səhər don Bosko həy-
atının axırıncı anlarını yaşadı.
Yığılmış salezyanlara sakit səslə belə dedi:
– Həmişə əlimdən gələni eləmişəm. Heç vaxt pislik et-
məyin, yaxşı əməllərinizi isə əsirgəməyin. Mənim oğlan-
larıma deyin ki, onları cənnətdə gözləyirəm!
Səhər zənginin səsi eşidiləndə, onun bütün illər ərzində
işə getdiyi vaxtda, don Bosko bu dünyadan əbədi mü-
kafatı qəbul etməyə getdi.
136


0
, 1888-ci il yanvarın otuz biri səhər, saat beşə on beş
dəqiqə qalmış vəfat etdi. Onun yetmiş iki yaşı var idi.
Amma kədərli gün deyildi.
Fevralın ikisi onun dəfn mərasimi idi. Bu, şərəfli yürüş
idi. Onun cansız bədəni Torinodakı küçələrdən Valsali-
çeyə aparıldı. Yüz minlərlə adam şəhərin yollarının
kənarında durub onunla vidalaşırdılar.
Bəziləri onun qəbrindən güllərini və bəzəklərini don Bo-
skonun yadigarı olduğuna görə götürmüşdülər. 
Valsaliçedə, Pad çayının o biri sahilində olan salezyan
mərkəzində don Boskonu pilləkənin yanındakı divarda
dəfn etdilər. Bu pilləkən gənclərin oyun oynadıqları
həyətə gedir. Beləliklə, don Bosko ölümündən sonra da
sevinclə oynayan oğlanlarının yanında oldu.
137


D
on Boskonu dəyərli qonaq sayan Roma papası XI Pius,
1929-cu il iyunun ikisi onu bütün kilsələrə örnək gətirdi.
Pasxa bayramında, 1934-cü il aprelin biri don Boskonun
müqəddəs olduğu elan olundu.
O, onun bədəninin qalıqlarını Torinodakı Məryəm –
məsihçilərin köməkçisi adına kilsəsinə təntənə ilə apardı
və onun şərəfinə tikilən xüsusi məzara qoydu. 
Hər gün bu məzara ziyarətçilər, salezyanlar və gənclər
gəlib inamla dua eləyirlər:
„Hər şeyə qadir Allah! Sən cavanlara Covanni Boskonu
mehriban ata və müəllim kimi verdin. Səndən xahiş edirik
ki, onun qəlbi məhəbbətlə alışdığı kimi bizim də qəlbimiz
də elə məhəbbətlə alışsın. Həmişə gənclərə yaxşılıq eləyək
və yalnız inadla Sənə xidmət eləyək.”
138



Nino Musio
Andrey Paulini
Bir həyatı dəyişdirən yuxu
Vydalo vydavateľstvo Don Bosco,
Miletičova 7, 821 08 Bratislava 2,
v roku 2009.
www.donbosco.sk
donbosco@donbosco.sk
Návrh obálky, grafická úprava a sadzba Juraj Martiška


141


142


143


144


145


146


147


148


149


150


151


152


153


154


155


156


157


158


159


160


161


162


163


164


165


166


167


168


169


170


171


172


173


174


175


176


177


178


179


180


181


182


183


184


185


186


187


188


189