Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   ...   6   7   8   9   10   11   12   13   14

O
ğlanlar öz balaca kilsələrini çox sevirdilər.
Hiss eləyirdilər ki, bu sadə divarların arasında
onların böyük dostunun ürəyindən başqa
ürək də var. O, Göylərdə olan Atanın ürəyidir
və onlarla birlikdə Məryəm də dua eləyir.
Torinodakı yepiskop Fransoni oraya qonaq
gələndə oğlanlar çox xoşbəxt olurdular. O,
gənclərlə dostcasına söhbət eləyirdi. Oğlanlar
ona söz vermişdilər ki, don Boskonun sözünə
baxacaqlar və böyük səylə oxuyacaqlar.
85


T
orinodakı bəzi keşişlər don Boskonun ilk müvəff-
əqiyyətləri və gələcək planları haqqında eşidəndə buna
inana bilmirdilər və başlarını bulayırdılar.
O isə cəsarətlə deyirdi:
Zaman gələcək, bizim də kilsələrimiz, mərkəzləri-
miz, məktəblərimiz, sexlərimiz, oratoriyalarımız, id-
man meydançasılarımız olacaq. Orada təmin olun-
mamış gənclər üçün çoxlu keşişlər, rahiblər,
müəllimlər, köməkçilər işləyəcək...
Ay don Bosko, sizcə, bir az şişirtmirsiniz ki? –
bəziləri ona belə deyirdilər.
– Şişirdirəm? Yox! Bir gün mərkəzlər ancaq Pie-
montda yox, bütün İtaliyada, Avropada və
hətta bütün dünyada da olacaq, – o, bir daha
dediklərinin üstündə dururdu.
86


D
on Bosko onun sözlərinə inanmadıqları üçün çox pis
olurdu. Ona gəncləri işlə təmin etməyə kömək edən To-
rinolu keşiş don Borelə öz ürəyini açdı. Don Borel onun
birinci köməkçisi idi.
Don Borel, siz də mənə inanmırsınız? Amma mən
əminəm ki, mənim söylədiklərim doğrudur. Bakirə
Məryəm mənə dedi ki, bu, Allahın sənə verdiyi tapşırıq-
dır. Yuxuda bizim mərkəzimizə və gözəl kilsəmizə
gedən sonsuz sayda gənc gördüm.
– Don Bosko, yazıq don Bosko! Amma indiyə qədər sizin
ancaq köhnə eviniz və bir çəmənliyiniz var.
87


B
ir neçə keşiş don Boskonun ruhi xəstə olduğunu fi-
kirləşməyə başladılar. Qərara gəldilər ki, onu psixiatr mü-
ayinəsinə göndərsinlər. İki keşişə – Ponzati və Nasiyə
tapşırıq verdilər ki, bir səbəb tapıb onu psixiatrik xəstəxa-
naya aparsınlar.
Keşişlər bir dəfə ona söz arası təklif etdilər:
– Don Bosko, biz bir gəzintiyə çıxmaq istəyirik.
Bizimlə getmək istəyirsinizmi? Araba evinin qa-
bağında gözləyir. Bir az təzə hava sizə də yaxşı
təsir edərdi.
Don Bosko razılaşdı, amma arabaya minəndə
hər iki keşişə hörmətlə yol verdi. Onlar arabaya
minəndə tez qapını bağladı və sürücüyə dedi ki,
onların cəld dedikləri yerə aparsın.
88


P
sixiatrik xəstəxanada artıq hazır halda onları gözləyir-
dilər. Amma çox təəccüblü idi ki, bir keşişin yerinə iki
keşiş gəlmişdi. Həkimlər onları otaqlara aparmaq
istəyəndə, onlar bir təhər zorla özlərini qorudular. 
– Bu, bir səhvdir, biz dəli deyilik! 
Hadisənin üstü ancaq bir qədər keçdikdən sonra açıldı.
Amma axşama qədər bütün şəhər bundan xəbər tutub
güldü. Bundan sonra heç kim, don Boskoya dəli demədi.
Bir çox keşiş onun gənclərlə işləməsinə, artıq fərqli
şəkildə, müsbət mənada baxmağa başladılar.
89


A
ylar keçdikcə don Boskonun adı məşhurlaşırdı. Buna
görə də o, kasıb və heç kimin qeydlərinə qalmadığ
gənclərin daha çox qayğısına qala bilirdi. Tez-tez onu
inşaatda görürdülər. O, gənclərin maaşları, iş vaxtları,
sağlamlıqları haqqında məlumat alırdı. 
Əgər nəsə düz-
gün olmayıbsa, cavanların xeyrinə çalışırdı. Buna görə
Don Bosko xüsusi bir şey elədi: o, ustaların və şagirdl-
ərin arasında əmək müqaviləsinin bağlanmasına nail
olmağa çalışan ilk insan idi.
90


B
ir dəfə o, bir inşaat ustasından şagirdinə daha çox ma-
aş versin deyə xahiş etdi.
– Bu oğlana daha çox pul verə bilmərəm. 
Əgər ona ki-
fayət etmirsə, başqa yerə işləməyə gedə bilər!
– Bilirəm ki, siz düzgün insansınız. Vaxt çətindir... pul
azdır, – don Bosko çəkinə-çəkinə söylədi. 
– Nə demək istəyirsiniz? 
Əgər istəsəm, şagirdlərimə da-
ha çox pul verə bilərəm.
– Bəs əgər sizin yaxşı qəlbinizə görə sizdən xahiş edər-
dimsə?
– Ay, don Bosko. Siz maraqlı insansınız! Yaxşı, mən ona
daha çox maaş verərəm.
91


1
846-cı il iyun ayının başlanğıcında don Bosko bərk
xəstələndi. Bazar günü axşam evə çatanda gücü tama-
milə tükəndi və özündən getdi.
Həkim ancaq başını buladı:
– Don Bosko çox zəifləyib. Onun nəbzi çox zəifdir və
qorxuram ki... Qohumlarına xəbər verin! Təəssüf
edirəm, amma bu vəziyyətdə olan insanların axırı, ad-
ətən, pis qurtarır...
Gələn bazar günü don Borel onunla birlikdə dua elədi,
onu ölümə hazırladı. Onun anası Margarita və qardaşı
Yusif də gəlmişdilər. Bekkidən onunla vidalaşmağa
gələnlər də vardı.
92


B
u günlərdə gənclər nə edirdilər!
Bəziləri gecə-gündüz onun çar-
payısının yanında xidmət eləyir, bəzil-
əri isə axşam pilləkənlərdə oturub
onun sağlamlığı ilə bağlı yeni xəbərlər
gözləyir dua edilər. Onun vəziyyəti
pisləşəndə isə daha da çox dua edir-
dilər.
„Təsəlli verən bakirə Məryəm adına
kilsə”də cavanlar qrupu don Bosko-
nun sağalması üçün dua edirdilər və
onun üçün Allahdan möcüzə xahiş
edirdilər. Bəziləri böyük dostlarının sa-
ğalması üçün özlərini qurban verdilər.
93


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə