Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   2   3   4   5   6   7   8   9   10   ...   14

K
eşişliyi qəbul etməzdən əvvəl axşam belə bir dua elədi: 
„Rəbbim İsa, sabah sənin keşişin olacam. Mənim sözl-
ərimə görə sən mehraba enəcəksən. Sənin günahsız
bədənini və günahsız qanının piyaləsini qəbul edəcəm.
Mənim vasitəmlə səninlə görüşəcək gəncləri əbədi həya-
ta qovuşdurmaq üçün, müqəddəs nişanlarla Sənin həy-
atını onlara verəcəm və Sənin sözlərini çatdıracam. Bütün
həyatımı cavanlara həsr etmək istəyirəm. Özümü hədiyyə
kimi Sənə verirəm. Bu hədiyyəni qəbul et! Sənin anan,
bakirə Məryəm, mənim müəlliməm olsun. İndi mənim
həyat tapşırığımı göstərən yuxunu başa düşməyə başlay-
ıram. Məryəm məni gənclərin yanına yola salsın və
mənim anam olsun!”
58


B
öyük gün gəldi, şənbə günü 1841-ci il iyunun beşi. To-
rinodakı yepiskop Fransoninin qabağında vaxtilə Bek-
kidən gələn kasıb balaca çoban diz üstündə durub ke-
şişlik sirrini qəbul edir. Bu, onun həyatının ən müqəddəs
anıdır. Boskonun yaddaşında bu vaxta qədər çəkdiyi əzi-
yyətləri, qurbanları, təhqirləri yoxdur, amma yepisko-
pun İncildən dediyi sözlər onun qəlbinin dərinliyinə
qədər işləyirdi: „İsa deyir: Siz məni yox, mən sizi seç-
mişəm.” Bu sözlərə görə onun başına əlini uzatması ilə
o, „ikinci Məsih” oldu.
59


E
rtəsi gün, Müqəddəs Üçlüyün bayramında, yeni keşiş
Bosko Françesko Assizi adına Kilsədə ilk dəfə olaraq
müqəddəs messanı ibadət etdi. Mehrabın yanında
onunla don Kafasso idi. O, bu Kilsədə xidmət edirdi və
Boskonun həmvətəni və dostu idi.
Sonra müqəddəs messanı ana yurdunda ibadət etdi.
Onun Kastelnuovodakı kilsəsinə çoxlu adam yığılmışdi:
Margarita ana, qohumları, ona kömək edən insanlar,
dostları, sinif yoldaşları. Heç kəs inana bilmirdi ki,
müqəddəs messanı onlarla birlikdə tarlada işləyən, ipin
üstündə gəzən, Allah haqqında danışan Covanni ibadət
edir... O, onların keşişi idi. O, çoxlu əzab çəkmişdi, am-
ma nəticədə arzu etdiyi məqsədinə çatmışdı.
60


H
əmin gün axşam Margarita ana öz oğluna çox vacib
sözlər demək üçün vaxt ayırdı:
– Covanni, indi keşişsən. Yadda saxla ki, Messanı ibadət
etməyə başlamaq əziyyət çəkməyə başlamaq deməkdir.
Sən yalnız və yalnız İsa Məsihin müqəddəs keşişi olmaq
haqqında düşünməlisən. Mənə görə narahat olma. Kasıb
doğulmuşam, kasıb da ölmək istəyirəm. Bundan sonra
ancaq insanların canlarını xilas etmək haqqında fikirləş.
– Ana, keşiş olduğuma görə sənə minnətdaram. Sənin bu
sözlərini mənim həyat programım kimi qəbul edirəm:
„Ya Rəbbim, qəlbləri mənə ver, başqa şeylər sənindir!”
61


B
u bayramdan sonra don Bosko bir neçə ay öz evində
qaldı. Cenovadakı bir varlı ailədə ona tərbiyəçi kimi iş
yeri təklif etdilər. Amma o əvvəlcə don Kafasso ilə
məsləhətləşmək üçün Torinoya yollandı.
– Don Bosko, Torinoya gəlib öz keşiş biliyini mükəm-
məlləşdir.
Don Bosko onun sözünə qulaq asdı. Bəs nə yaxşı elədi!
Oxuyanda padşahın şəhəri olan Torinonun bütün çətin-
likləri ilə, həm də ki ruhani çətinliklərlə üzləşdi. O,
küçələrdə qayğısız, boş-boş gəzən oğlan qruplarını gö-
rürdü, hətta hərdənbir ölüm cəzasına məhkum edil-
mişlərə də rast gəlirdi. Don Kafasso bu yazıqlara kömək
edərdi.
62


D
on Kafasso don Boskonu həbsxanaya apardı. Cəzalan-
dırılanlarla ilk görüş dəhşətli idi.
– Ay keşiş, sənin sözlərin mənə kömək etməyəcək. Mənə
daha təcrübəli keşiş belə kömək edə bilmədi. Güya, səndə
bir şey alınacaq? Bilirsən mənə neçə il veriblər? İyirmi!
Burda ölməliyəm! 
Əgər canım varsa, ... cəhənnəmdə ola-
cam... ata və anam ilə birlikdə... Çıx burdan!
Bu an don Boskonun doqquz yaşında gördüyü yuxusu
yadına düşdü: „Bu cavanarları quzulara çevirməlisən!” 
Amma necə, ay Rəbbim? – cavan keşiş söylədi.
63


D
on Bosko tərk edilmiş oğlanları axtarmağa başladı.
Küçədə gördükləri onun nəfəsini kəsirdi. Gənclər bir-bi-
rini döyürdülər, qışqırırdılar, pulla kart oynayırdılar. Da-
ha pis şeylər edən oğlanlar da olurdu: bəziləri qarğış və
pis sözlər işlədirdilər. Don Bosko onların yanına yaxın-
laşmaq istəsə də, bir şey alınmırdı. Bəziləri qaçır, bəzil-
əri onu ələ salır, bəziləri isə ona heç fikir də vermirdilər.
O, evə çox vaxt qəmgin gəlirdi. Bu gördüklərindən son-
ra bakirə Məryəmə dua eləməyə başladı. Xahiş etdi ki,
gənclərlə işləmək, onlara kömək etmək üçün ona bir yol
göstərsin. 
64


B
akirə Məryəm onu çox gözləməyə qoymadı. 1841-ci il
dekabrın səkkizində, bakirə Məryəmin bayramında
müqəddəs Françesko Assizi adına kilsədə messanı apar-
mağa hazırlaşarkən, qəfildən qışqırıq eşitdi: 
– Çıx buradan, avara! Messada xidmət eləməyi bacar-
mırsansa, burada nə axtarırsan? Nəsə oğurlamaq istəy-
irdin? Çıx buradan!
– Nə edirsiniz? Niyə onu vurursunuz? O, mənim do-
stumdur!
– Sizin dostunuzdur? Bunu fikirləşməmişdim...
65


D
on Bosko qorxmuş oğlana yaxınlaşıb şəvqətlə soruş-
du: 
– Qorxma! Sənə heç bir pislik eləməyəcəm. Adın nədir?
– Bartolomey Garelli.
– Haralısan?
– Astidən.
– Nə vaxtsa messada olmusan?
– Heç vaxt.
– Yaxşı. İndi mənimlə gəl, qorxma! Messadan sonra bir-
likdə söhbət edərik. Bəlkə xoşuna gəldi.
Oğlan razılaşdı.
66


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə