Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   2   3   4   5   6   7   8   9   ...   14

C
ovanni Boskonun Kastelnuovodakı keşişin kitabxana-
sından kitab seçmək imkanı var idi. O, bu yolla oxuduq-
larını öz bildiyinə əlavə edə bilərdi. O, hər axşam-üstü
evin qabağındakı çəmənliyə çıxıb orda kitab oxuyurdu. 
Bir gün yenə doqquz yaşında gördüyü yuxuya bənzər
yuxu gördü. Yuxuda gördü ki, qardaşının evinin qa-
bağındakı çəmənlik şəhərə çevrildi. Küçələrdə və mey-
danlarda heç kimin qayğısına qalmadığı çoxlu gənc var
idi. Cavanlar öz başına buraxılmışdılar, bəziləri qarğış və
pis sözlər işlədirdilər və müxtəlif dəcəlliklər edirdilər.
Bosko onlara yumruqla cavab vermək istədi, amma elə
bu an əzəmətli bir kişi və çox gözəl bir qadın gördü. On-
lar onu ürəkləndirdilər ki, o, həyatını bu cavanlara həsr
etsin.
49


B
əzi keşişlər Covanni Boskonu onların kilsələrində də gü-
nortadan sonrakı duada bir balaca nitq söylənsin deyə
dəvət etdilər.
Bir dəfə o dua haqqında elə gözəl danışdı ki, insanlar evə
gedəndə bir-birindən böyük maraqla soruşdular: 
– O, belə gözəl danışan keşiş kimdir?
– O, hələ keşiş deyil. O, hələ keşiş olmaq üçün oxuyur.
– Bilirsiniz, bütün gənclər onun ardınca necə gedirlər? O,
onlarla necə oynayır, onlara Allah haqqında necə danışır?
– Onlara Kilsənin tarixindən əhvalatlar danışarkən onun
ağzından necə asılırlar... 
50


D
əvət edən keşiş də Boskonu təriflədi:
– Çox yaxşı nitq söylədin. Çox şey bilirsən, sənin gözəl
səsin və danışmaq qabiliyyətin var.
– Çox sağ olun. 
Əlimdən gələni elədim. Amma əsas işi
insanların qəlbində Allah eləməlidir. 
– Düz deyirsən. Sənə məsləhət vermək istəyirəm. Hamı
səni başa düşsün deyə, daha asan, daha sadə danışmal-
ısan. Hərdənbir real həyatdan nümunə də de, çünki nü-
munə ilə daha çox şey öyrətmək olar.
– Çox sağ olun. Sizin dediyiniz məsləhətdən istifadə
edərəm, xüsusilə də cavanlarla danışanda.
51


T
ətilin sonu yaxınlaşırdı. Bu, ən çox
gənclərin xoşuna gəlmirdi. Bosko
gedəcək... Onlar hiss edirdilər ki, ən yaxın
dostlarını itirirlər. Bosko keşiş olsa, yepi-
skop onu hansısa bir kəndə göndərəcək
və o, onları unudacaq...
– Sizi unutmayacam. Hətta əgər istəsəm
belə, alınmayacaq. Qorxmayın! Keşiş ol-
sam belə, gənclər üçün keşiş olacam!
52


B
osko instituta qayıdarkən Torinodakı Borel adlı təcrüb-
əli bir keşiş ilə tanış oldu. O, Kieriyə nitq incəsənəti öyrət-
məyə gəlmişdi. Boskonun gənclərin ehtiyaclarını başa
düşdüyündən don Boreldən çox xoşu gəldi. 
– Tərk edilmiş gənclik üçün nəsə eləməliyik. Kaş Torinoya
gələydin! Bilirsən, orda nə qədər kasıb oğlanlar var? İn-
sanlar isə onlardan ancaq şikayət eləyirlər, ona görə də
həbsxanalar doludur.
Bir bilsən, gənclərlə işləmək üçün artıq indidən keşiş ol-
mağı necə istəyirəm! – Covanni dedi.
– Tələsmə, özünü yaxşı hazırlaşdır. Allahın səninlə bağlı
planları var.
53


1
839-cu il Boskonun yaddaşında dərin iz buraxdı. Onun
ən əziz dostu Aloyz Komollo dəhşətli xəstəliyə tutuldu.
O ölürdü. 
Komollo dindar və həmişə Allaha ümid edən bir insan
idi. Amma o, bir anlıq qorxudan qışqırmağa başladı, Al-
lahın məhkəməsində necə olacaq? Sonra isə rahatlaşdı,
özünə gəldi və Evxaristiyada İsanın bədənini əbədi
həyata çatmaq üçün qida kimi qəbul etdi. Bosko onun
baş ucunda oturmuşdu və çox kədərli idi. 
– Covanni, bir-birimizlə ayrılmaq vaxtıdır. Düşünürdük
ki, hər ikimiz də keşiş olacağıq, bir-birimizə kömək ed-
əcəyik və məsləhət verəcəyik. Allahın iradəsi isə fərqli-
dir. Söz ver ki, mənim üçün dua edəcəksən...
54


1
839-cu il aprelin ikisi, çərşənbə axşamı idi. Günəş çıxan-
da Komollo canını Allaha tapşırdi. O, bu an Covanninin
əlini tutmuşdu.
Aprelin üçündən dördünə keçən gecə, seminariyada qey-
ri-adi əhvalat baş verdi.
Don Bosko bu haqda belə yazırdı:
„Komollo dəfn olunduqdan sonrakı gecə başqa
tələbələrlə birlikdə yataq otağında idim. Gecə yarısı,
dəhlizin sonundan qəribə səs-küy eşidildi. Get-gedə səs
yaxınlaşıb, artır və əks-səda verirdi. Artıq bütün tələbələr
oyanmışdı. Qorxudan yerimdəcə donub qaldım. Qəflətən
rəngli işıq gördüm və Komollonun səsini eşitdim: „Bosko,
mən xilas edildim”. O, bu cümləni üç dəfə təkrar elədi.”
55


B
u əhvalat hamını sarıtmışdı, amma daha çox
Boskoya təsir etmişdi. O, möhkəm xəstələndi. Şəfa
alarkən yepiskop Fransoninin yanına getdi.
– Sənin rəhbərlərindən eşitmişəm ki, sən sinif yol-
daşlarından bir il daha tez həyatını keşişliyə həsr
etmək istəyirsən. 
Hörmətli yepiskopumuz, birdən Allah məni də,
Komollo kimi çağırsa... axı mən sinif yoldaşlarım-
dan daha böyüyəm. Amma başqa səbəbim də var... 
Tələbə Bosko həyatını gənclərə həsr etmək arzusu
barəsində elə həvəslə danışdı ki, Torinodakı yepiskop
onun xahişinə icazə verdi. 
56


İ
nstitutun rəhbərlərinin fikri də müsbət idi, beləliklə
1840-cı ildə sentyabrın on doqquzu Bosko keşişliyin bi-
rinci dərəcəsini qəbul etdi və Pasxadan əvvəl, 1841-ci ildə
martın on doqquzunda dyakon oldu.
O, mayın sonunda Torinoya dua etməyə yollandı. Bu,
keşişliyi qəbul etməzdən əvvəl axırıncı hazırlıq idi. Co-
vanni Bosko həyatının sonuna qədər özünə verdiyi
tapşırıqları yazdığı o balaca dəftərini saxladı. Onların bi-
ri xüsusilə maraqlıdır:
„Canları xilas etmək üçün hər əziyyətə dözəcəm,
əlimdən gələni edəcəm və itaətkar olacam.”
57


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə