Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   ...   6   7   8   9   10   11   12   13   14

B
azar günü don Boskonun gənclərini meydanda
görəndə, insanlar bir-birindən onlar haqqında soruşur-
dular.
– Onlar həmin oğlanlardır ki, o cavan keşiş onların
qayğısına qalır. 
– Bəs, yaxşı, birdən gənclər daha onun sözünü dinləm-
ədilər, bəs bu təhlükəli deyil? Onlar insanlara, mağaza-
lara hücum etməzlərmi?
– Bunlardan qorxmayın! O keşiş onların generalı kimi-
dir. Onun bir baxışı bəsdir ki, cavanlar diqqətli olsunlar.
Onları öyrədir, birlikdə kilsəyə gedirlər o, onları vicdanlı
vətəndaşlar və yaxşı məsihçilər kimi tərbiyə edir.
76


B
ir müddət sonra don Boskonun ətrafında artıq 400-
dən çox gənc toplaşmışdı. Bazar günlərində, hava yaxşı
olanda, Superga təpəsinə səyahətə gedirdilər. Orada
meşə, çəmənlik, kilsə var idi. Onlar istədikləri qədər oy-
naya bilirdilər, amma ən vacibi o idi ki, böyük dostu ilə
söhbət edə bilirdilər. 
Əgər don Bosko onlara xoş nəsə
deyirdisə, çox xoşbəxt olurdular. Onlar səbirsizliklə
gələn bazar gününü gözləyirdilər ki, təzədən onunla
görüşsünlər.
77


K
avour nazirinin qulağına xəbər çatdı ki, don Bosko
ətrafında yüzlərlə cavan toplayır. Ona görə də don Bo-
skonu yanına çağırtdırdı:
– Don Bosko, sizdən soruşmaq istərdim ki, əgər bu ca-
vanların üzərində idarə etməni əldən versəydiniz nə
olardı? Siz başa düşürsünüz ki, necə böyük bir cavabde-
hliyi öz üzərinizə götürürsünüz? Bu gün onların sayı dö-
rd yüzdür, sabah beş yüz, min olacaq... Bəs bilirsinizmi
ki, belə gənclər nə eləyə bilərlər? Yox, yox... bu cür da-
vam edə bilməz! Ümümi nizam intizama cavabdeh
mənəm. Ona görə də sizdən tələb edirəm ki, bu gəncləri
ətrafınıza toplamağı qurtarasınız. 
– Bağışlayın, cənab nazir, amma sizin istədiyiniz kimi
eləyə bilmərəm. Sizə isə söz verirəm ki, heç bir pis şey ol-
mayacaq, çünki məhəbbət və səbirlə böyük məqsədə ça-
ta bilərik.
78


D
on Bosko bir müddətlik iki fermerdən bir çəmənliyi ki-
rayə ala bildi. 
Çox keçmədi, fermerlər onu çağırdılar: 
– Don Bosko, bir baxın, sizin oğlanlarınız bu çəmənliyi
necə xarab eləyiblər. Biz onu sizə kirayə vermişik, amma
istəyirdik ki, cavanlar bizə zərər vurmasınlar. Baxın, görün
nə eləyiblər.
– Təəssüf edirəm... bilirəm ki, pis bir əməldir... çalışaram
ki... sizə söz verirəm ki, bu gündən... – don Bosko üzr
istəməyə başladı.
– Bu gündən bizim müqaviləmiz qüvvəsini itirirdi. Bizə
zərərimizi ödəməlisiniz və gənclərinizə buraya girmək qa-
dağandır!
– Bəs haraya getsinlər?
– Bu sizin probleminizdir. Zərəri ödəyib çıxın!
79


B
azar günü axşam, gəncləri buraxmaz qabaq o, kilsədə
dua elədi: „Haraya gedək? Şəhərə yox, şəhərin ətrafına
da yox, nə də çəmənliyə olmaz... Bəs haraya? Yazıq
oğlanlar. Çox dəcəldirlər, məsuliyyətsizdirlər, amma on-
lar da əylənməlidirlər. 
Ən vacibi budur ki, onların
qəlbləri təmizdir, onları tərbiyə etmək mümkündür. Al-
lahım, məni tərk etmə! Bakirə Məryəm, mənə sənin gös-
tərdiyin çəmənliyi tapmağa kömək et. Allah, yalnız sənə
ümid eləyirəm!
80


H
əftə içində cənab Soave don Boskonun yanına gəldi. 
– Bağışlayın, don Bosko sizsiniz?
– Bəli, mənəm.
– Eşitmişəm ki, siz laboratoriya üçün yer axtarırsınız.
– Laboratoriya deyil, oratoriyadır, – don Bosko onu yox-
ladı– Oratoriya, başqa sözlə, bir görüş, dərs, oyun, dua
yeri, – o, başa salmağa başladı.
– Mənim üçün fərqi yoxdur. Bir yer tanıyıram, bəlkə sizin
işinizə yaradı. Bu, cənab Pinardinin evinin arxasındakı
köhnə anbardır. Onun ətrafında çəmənliklər də var.
– Gedək, baxaq! – don Bosko səbirsizliklə dedi.
Soave don Boskonu Dora çayının qırağına apardı.
81


D
on Bosko sınmış pəncərəli köhnə evi gördükdə başa
düşdü ki, bu, yuxuda gözəl qadının göstərdiyi yerdir.
Ona görə düşünmədən cənab Pinardidən evini ətrafın-
dakı torpaqla bərabər kirayə aldı.
Gənclər bunu biləndə, çox xoşbəxt oldular. Bir yerdən
başqa yerə tükənməyən köçmələrə son verilmişdi!
Ev alçaq və sınıq-salxaq idi. Onun döşəməsi dəlmə-deşik,
qapısı isə yox idi və burada çoxlu siçanlar vardı. Başqa
birisi olsaydı, bəlkə də, cəsarətini itirərdi, amma don
Bosko yox.
82


D
on Bosko və onun oğlanları həvəslə işləməyə
başladılar. Ev oğlanların fantaziyası altında yavaş-
yavaş dəyişdikcə, hər şey daha da gözəlləşirdi.
– Belə divarı heç padşahın sarayında da tapa
bilməzlər, – inşaat şagirdlərindən biri özünü
təriflədi.
– Bu taxta o qədər yaxşı cilalanıb ki, bütün Tori-
noda bunun bənzəri tapılmaz, – dülgər şagird
olan gənc dedi.
– Ancaq sevgi ilə hər şeyi eləyin axı özünüz üçün
eləyirsiniz. Bu ev sizin eviniz olacaq, – don Bosko
onları həvəsləndirirdi.
83


B
ir neçə gündən sonra anbar tamamilə dəyişdi. Onun
yerində balaca kilsə oldu.
– Nə gözəldir! – oğlanlardan biri don Boskoya dedi.
– Bu, indi bizim kilsəmiz olacaq. Amma bir gün gələcək
burada həyətlərlə, evlərlə, məktəblərlə və sexlərlə bir-
likdə böyük bir kilsə ucalacaq.
Bunu haradan bilirsiniz, don Bosko? – oğlan hey-
ranlıqla soruşdu.
– Bilirəm. Bir gözəl yuxuda bunu görmüşəm. Mənə bu-
nu Bakirə Məryəm deyib.
84


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə