Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   ...   6   7   8   9   10   11   12   13   14

D
on Bosko da xəstələrə kömək eləyirdi. Bir
çarpayıdan başqa çarpayıya gedirdi.
– Narahat olmayın... sizin uşaqlarınıza baxa-
ram. Neçə uşağınız var? Onların neçə yaşı
var?
– Oğlumun birinin yeddi yaşı var, o birinin do-
qquz, qızımın isə beş.
– Oğlanları mənim evimə apararam, qızına ra-
hibələr kömək edəcəklər.
– Çox sağ olun, don Bosko! İndi artıq rahatlıq-
la ölə bilərəm, Allahın iradəsi sizinlə olsun.
Beləliklə, don Bosko həftələrlə işlədi.
112


O
ğlanlar xəstələrə çox yaxşı xidmət edirdilər. Onlar
həkimlər və tibb bacıları ilə birlikdə xəstəxanalarda və
təcili müalicəxanalarda da çox ciddi işləyirdilər.
– Bizcə ürəkli olun! Bu dərman sizə yaxşı kömək eləyəcək.
– Çox sağ ol, minnətdaram... Sən də don Boskonun
oğlanlarındansan?
– Bəli.
– Sənin adın nədir?
– Dominik Savio.
– Ay oğlan, necə də yaxşısan. Bizə kömək eləyən oratori-
yadakı oğlanlar neçə nəfərdir?
– Təxminən əlli.
– Mərhəmətli Allah sizə kömək olsun!
113


V
əba xəstəliyi qurtarandan sonra, şəhərə təzədən həy-
at qayıtdı və gənclər də öz kitablarına, işlərinə və oyun-
larına qayıtdılar. Don Boskonun uşaqlarından heç kim
xəstələnmədi, hamı sağ və şən idi.
– Dünən məndən şəhərdə soruşdular ki, nəyə görə
bizdən heç kim xəstələnmədi.
– Məndən də soruşublar. Dedim ki, don Bosko bizim bo-
yunlarımıza üzərində Məryəmin şəkli olan medalı asıb.
Həm də dedim ki, „Bakirə Məryəm – Məsihçilərin kö -
məkçisi” bizimlə oldu, bizim üçün Allahdan bizi qoru-
sun deyə xahiş etdi.
114


D
on Boskonun yaxşılığı, onun cavanları başa düşməsi,
həm də onun Allahla münasibəti cavanlarda ona qarşı
sonsuz etibar yaratdı. Ona görə də onun bütün dedikl-
ərini, istədiklərini və məsləhətlərini qəbul eləyirdilər. Bir
neçə həftə onunla birlikdə yaşamaq bəs idi ki, bütün pis
xasiyyətlər dəyişilsin.
Dəcəl və çox şən oğlan, Covanni Kalyiero, don Boskoya
görə özünü oda atardı. Daha sonralar da salezyançı ol-
du, Amerikada işlədi, orda yepiskop və kardinal oldu.
Mikele Magone Karmanyolada, bir küçədəki gənclər
qrupunun başçısı idi. Don Bosko onun qəlbini bir oyun
zamanı qazandı. Onu bir tərbiyəsiz və vəhşi oğlandan
müqəddəs oğlana çevirdi. Bu dəyişikliyə tövbə sirri və
evxaristiyanın qəbulu kömək elədi. Bunları Torinolu ke-
şiş iki ən yaxşı tərbiyə vasitəsi kimi sayırdı.
115


D
on Boskonun xüsusi tərbiyə sistemi var idi. O, ona
„qarşısını alan” tərbiyə sistemi adını vermişdi.
Bu sistemə görə tərbiyəçi gəncə hər ziyan verən şeyə
diqqətlə fikir verib onu gəncin özü ilə həll etməyə kömək
eləməlidir. Ona görə də onların hər ikisi də bir-birilərinə
çox etibar etməlidirlər. 
Don Bosko tərbiyəçilərə məsləhət verdi ki, tərbiyə edəndə
üç şeyə diqqət yetirsinlər: ağıl, inam və məhəbbət.
Əgər ağıl və məhəbbətin bünövrələri inamda varsa, onda
ən çətin xasiyyətli gənclərə belə tərbiyə vermək olar. 
Əgər
tərbiyəçi gənclərin onun təklif elədiklərini xoşlamalarını
istəyirsə, onda özü də onların xoşladıqları ilə də maraq-
lanmalıdır. Tərbiyədə etibar, dostluq və məhəbbət əsas
rol oynamalıdır.
116


İ
ndi isə don Boskonun həyatından bir neçə ay əvvələ
qayıdaq.
Çoxdandır ki, onun beynində bir fikir yaranmışdı. O,
gənclərə tərbiyə vermək üçün bir təşkilat yaratmaq is-
təyirdi. Amma o vaxt Piemontda çox çətin vəziyyət idi.
Piemontdakı dövlət monastırları və seminariyaları ba-
ğlayırdı. Amma kilsəyə qarşı olan nazir Rattatsi don Bos-
koya qiymətli bir məsləhət verdi:
– Sizin işinizi davam və inkişaf etdirən təşkilat yarat-
malısınız. 
Hörmətli cənab nazir, bir az əvvəl siz monastırları və
seminariyaları bağlamaq üçün qanun çıxartdınız. 
– Don Bosko, siz o qanunla yaxşı tanışsınız. Oldu, bu qa-
nuna görə elə təşkilat yaradın ki, onun üzvləri Kilsənin
qarşısında rahiblər olsun, dövlətin qarşısında isə adi
vətəndaşlar olsun.
117


D
on Bosko Roma şəhərinə yollandı və Roma papası IX
Pius onu qəbul etdi.
– Don Bosko, çox işlər görmüşsünüz. Amma siz öləndə
işləriniz necə olacaq? – Roma papası soruşdu. 
– Müqəddəs ata, elə ona görə də Roma şəhərinə
gəlmişəm. İstəyərdim ki, mənə hazırki dövrün
tələblərinə cavab verən rahib təşkilatını yaratmağa
kömək eləyəsiniz.
– Siz gələcək rahib təşkilatının qaydalarını yazın, amma
elə eləyin ki, dövlət sizə problem yaratmasın. Digər
tərəfdən bu təşkilat elə olmalıdır ki, onun üzvləri əsl ra-
hib and içməlidirlər, – Roma papası ona məsləhət verdi.
118


C
ovanni Bosko bir dəqiqə də gözləməyib dərhal işə baş-
ladı. Bizə təkcə don Rua tərəfindən salezyan təşkilatının
yaradıldığını göstərən sənədi almaq qaldı. Sənəddə deyi-
lirdi:
„Biz 1854-cü il yanvarın iyirmi altısı axşamı don Boskonun
otağında yığıldıq. Rokkyetti, Artilyia, Kalyiero və Rua da
burada idilər. Don Bosko orda olanlara təklif elədi ki, Al-
lahın köməyi ilə bütün insanları sevməyi bacarsınlar. Bu,
bir sınaq idi. Daha sonra isə onlar artıq söz verəcəklər və
axırda, əgər mümkün olsa, Allahın qarşısında həm
edəcək, həm də and içəcəklər. Onlara örnək götürmək
üçün müqəddəs Françesko Saleskini seçdi. Ona görə də bu
sınağa başlayan və əməl edən hamı salezyan adlanacaq.”
119


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə